References
1. Alatis J.E. Contrastive Linguistics.Washington, D.C., Georgetown University
Press, 2008.
2. Anttila. An Introduction to Historical and Comparative Linguistics, New York,
2002.
3. Applied Psycholinguistics, Cambridge, Cambridge University Press, 2009.
4. Birkmaier E.M. Modern Languages, New York, Dell Publishing Co., 2001.
5.Bloomfield L. Language as a Human Problem, New York, 2004.
6. Cook V.J. Cognitive processes in modern languages, University of Essex, 2002.
Filologiya məsələləri – №7, 2013
11
7. Di Pietro R.J. Contrastive analysis and the notions of deep and surface grammar,
Washington, D.C., Georgetown University Press, 2008.
8.Gardiner A. The Theory of Speech and Language, Oxford, Clarendon Press, 2001.
9. Lado R. Linguistics across cultures. Syntacticstructures, AnnArbor, 2007.
Nigar Vəliyeva
Transmilli proseslərin tarixi və onların ingilis dilinin söz ehtiyatının
zənginləşməsinə təsiri
Xülasə
Hamıya məlumdur ki, hər dilin özünəməxsus gözəlliyi var. Lakin, o da
bəllidir ki, başqa dillərin təsiri altına hər bir dil məruz qalır. Hər bir xalqın sosial-
siyasi və iqtisadi-mədəni həyatında tarixi hadisələr və onların nəticəsində müxtəlif
dəyişikliklər baş verir və bunlar hamısı dilin söz ehtiyatının zənginləşməsinə və
dilin daxili strukturunun dəyişməsinə təsir edir. Beləliklə, dünya dillərində qarşılıqlı
təsir və alınma prosesləri tez-tez baş verir ki, bu da xüsusi tədqiqat obyektinə
çevrilir. Sizin diqqətinizə təqdim olunmuş məqalə müxtəlif aspektli alınmaların
motivasiyasına qısa tarixi ekskursa həsr olunur.
Нигяр Велиева
История транснациональных процессов и их влияние на обогащение
словарного состава английского языка
Резюме
Общеизвестно, что каждый язык имеет свою красоту и своеобразность.
Однако, вне каких-либо сомнений является тот факт, что иноязычному влияя-
нию подвержен любой язык, поскольку исторические события и, вследствие
этого, различные изменения, происходящие в социально-политической и
культурно-экономической жизни каждого народа имеют огромное влияние на
развитие языка, на обогащение словарного запаса и на изменение его внутрен-
ней структуры. Соответственно, процессы взаимовлияния и заимствования в
языках мира происходят настолько часто, что вызывают необходимость
специального исследования. Предложенная Вашему вниманию статья
посвящена краткому историческому обзору многоаспектной мотивации
заимствований и их роль в обогащении словарного запаса английского языка
как важнейшего языка современного межкультурного общения.
Rəyçi: Nizami Cəfərov
AMEA-nın müxbir üzvü, professor
Filologiya məsələləri – №7, 2013
12
MƏHƏBBƏT ƏSƏDOVA
AMEA Nəsimi adına Dilçilik İnstitutu
mehi-a-n@rambler.ru
BƏZİ DİLLƏRDƏ MÜŞAHİDƏ EDİLƏN İŞARƏ VƏ ŞƏXS ƏVƏZLİKLƏRİ
KONTOMİNASİYASI HALLARININ PSİXOLİNQVİSTİK ASPEKTDƏN
TƏHLİLİNƏ DAİR
Açar sözlər: şəxs əvəzlikləri, işarə əvəzlikləri, psixolinqvistik təhlil, korrelyasiya,
referensiya.
Key words: the personal pronouns, the demonstrative pronouns, psycholinguistic
analysis, correlation, referention.
Ключевые слова: личные местоимения, указательные местоимения, психо-
лингвистическое исследование, корреляция, референция.
Əvəzliklərin psixoloinqvistik mahiyyətinə izah gətirməyə çalışarkən xüsusi
diqqət yetirilməsini tələb edən məqamlardan biri fərqli genealogiyalı bir çox dünya
dillərində III şəxsi göstərmək üçün istifadə edilən əvəzliklərlərlə işarə əvəzliklərin-
dən birinin üst – üstə düşməsi ilə bağlı olan məsələdir. “III şəxs faktoru” kimi səciy-
yələndirilə bilinən və sırf linqvistik müstəvidə izahı kifayət etməyən bu hadisənin
mahiyyətinin dərk etmək üçün filogenez – ontogenez paralelliyinə müraciət etmək
zəruridir.
İşarə əvəliklərinin şəxs əvəzlikləri ilə əlaqəsi məsələsi, işarə və şəxs
əvəzliklərinin dil təkamülü xronologiyasında yeri və mövqeyi həm sırf dilçilik, həm
də psixolinqvistik rakursdan kifayət qədər çox spektrli görünən və təhlili vacib olan
problemlərdir.
Müxtəlif sistemli dillərdəki əvəzliklərin tədqiqinə həsr olunmuş bir çox tədqi-
qatlarda III şəxs əvəzliklərinin digər şəxsləri ifadə edən əvəzliklərdən fərqləndiyi,
demək olar ki, yekdilliklə etiraf edilir. Bu sahədəki araşdırmalarda mübahisə doğu-
ran problem III şəxsin referensiyasına xidmət edən şifterin aidiyyatı ilə bağlı olmur.
Əsas polemikanın yaranması və ən fərqli fikirlərin səsləndirilməsinə rəvac verilmə-
si, məhz, III şəxs faktorundan qaynaqlanan situasiya ilə bağlı olur. Məsələn,
K.Babayev və A.Dıbonun qiyabi polemikasının əsasını təşkil edən problematik mə-
sələlərdən biri də, məhz, tədqiq etməyə çalışdiğımız məsələ ilə, yəni, III şəxsi ifadə
edən əvəzliklərin referensial mahiyyətinin ifadə imkanları ilə bağlıdır. [1]; [2].
Ən fərqli genealogiyalı dillərdə yer alan əvəzliklərin struktur – semantk təhli-
lini aparmış tədqiqatlarda I və II şəxsi işarələyən “əvəzləyici” sözlərin bir çox halda
homogen olması ilə bərabər, təxminən eyni zamanda meydana gəldiyi qeyd edilir.
III şəxsi ifadə edən “əvəzləyici sözlər”ə gəlincə, onların şəxs əvəzlikləri funksiya-
sında istifadə olunduğu faktının təsbiti, yəni, bu mövqedə qəbul edilməsi bir qədər
sonra baş vermiş hadisə hesab edilir. Daha aydın desək, I və II şəxsi ifadə edən
“boş” sözlərə alışdığımızı bildirərkən, istər ana dilimizdə, məsələn: mən – sən və
eləcə də qohum dillərdən Türkiyə türkcəsində: ben – sen, istərsə də bələd olduğu-
muz digər dillərdə- məsələn: ingilis dilində: I – you; fransız dilində: je- tu; rus dilin-
də: я – ты və s. şəxs əvəzliklərinin müstəqil leksik mənadan məhrum olduğunu və
tam olaraq, bir “şifter” (boş söz, əvəzləyici söz) rolunda çıxış etdiyini nəzərdə tutu-
Filologiya məsələləri – №7, 2013
13
ruq. Halbuki, digər dünya dillərində leksik – qrammatik abstraktlaşmanın bu səviy-
yədə olmadığı vəziyyətlərinin də müşahidə edildiyini görməmək mümkün deyil.
Məsələn, K.Y.Maytinskaya, K.Babayev və bir çox başqaları bəzi dillərdə qəbul
edilmiş anlamda leksik – qrammatik mücərrədləşmə təzahürü sayılan əvəzliklərin
mövcudluğunun təsbit edilməsinin mümkünsüzlüyünü dilə gətirmişlər [3], [1]. Yə-
ni, bu dillərdə həmin şəxslərə ünvanlanan referensial keçidlər müstəqil leksik vahid-
lərin iştirakı ilə mümkün olur. Məsələn, Maytinskaya Uzaq şərq xalqlarından birinin
dilində “mən” əvəzliyinin funksiyasını “qul”, “nökər” mənasını ifadə edən sözün ic-
ra etdiyini, “sən” əvəzliyinin mövqeyində isə “ağa”, “sahib” anlamlarını ifadə edən
sözün istifadə edildiyini bildirmişdir. [3]. Başqa sözlə desək, həmin dillərdəki ge-
nerelizasiya əsaslı mücərrədləşmə prosesinin “lazımi” həddə qədər gəlib çata bilmə-
diyini qeyd etmək olar. Qeyd etmək lazımdır ki, “lazımi hədd” anlayışının şərtliyini
vurğulamağımızın səbəbi odur ki, hansı mücərrədləşmə həddinin bu və ya digər dil
üçün kifayət olduğunu müəyyənləşdirmək mümkün deyil. Əks istiqamətli iddialar,
müəyyən mənada irqçi ayrı – seçkilik kimi dəyərləndirilə bilər. Lakin bununla belə,
sırf elmi təhlil müstəvisində əlavə etmək lazımdır ki, bütün əvəzliklər, istisnasız
olaraq, haqqında bəhs etdiyimiz, generalizasiya- ümumiləşdirmə mərhələsini keç-
mişlər. Sadəcə olaraq, bəzi hallarda bu prosesin mücərrədləşmə ilə yekunlaşmayan
vəziyyətləri də vardır. Bu səbəbdən, bütün əvəzlikləri eyni prizmadan nəzərdən
keçirmək düzgün olmazdı.
Problemin işarə əvəzlikləri ilə əlaqəli hisssəsinə qayıdaraq qeyd edək ki, yu-
xarıda göstərilən məqam istənilən növ əvəzliklərin (hətta, onların müasir “şifter”
vəziyyəti bunu “gizlətməyə” müvəffəq olsa da belə) vaxtilə müstəqil leksik vahid-
lərdən, yaxud digər referentiv dil faktlarından törəməsi danılmazdır. Bəzi hallarda
bu əlaqə olduğu kimi qaldığından onu qəbul etmək mümkündür, bəzi hallarda isə il-
kin leksik vahidlər elə dəyişkən hala düşürlər ki, onların etimonunun müəyyənləş-
dirilməsi qeyri – mümkün bir iş kimi dəyərləndirilir. Məsələn, türk dillərindəki şəxs
əvəzliklərinin ilkin əsasını təşkil edən leksik vahid və ya digər dil faktları ilə bağlı
polemika səngimək bilmir və hətta günümüzədək davam edir. Bizim üçün bu pole-
mikada maraq kəsb edən cəhət N.A.Baskakov tərəfindən ortaya atılmış [4, 132-143]
və K.Babayevin də dəstəklədiyi fikrə görə, türk şəxs əvəzliklərinin işarə əvəzlik-
lərində törəməsi ilə bağlıdır. (kursiv bizimdir. – M.Ə.) [1]. Ancaq bu ehtimal bəzi
dilçilər tərəfindən speksislə qarşılansa da [2], onun ontogenestik faktlara söykənə
bilən real məntiqi əsaslandırması vardır.
C.Layonz bir çox dillərdə III şəxsi işarə edən şəxs əvəzliyinin işarə əvəzlikləri
ilə üst-üstə düşməsinə diqqət yetirərək təhlillər aparmışdır. O bu dil hadisəsinin mü-
əyyən universallıq səciyyəsi daşıyan və tamamilə fərqli quruluşa malik və fərqli dil
ailələrinə mənsub olan dillərdə müşahidə edildiyini bildirmişdir (daha ətraflı
bax:[5]).
“Dünya dillərinin mütləq əksəriyyətində tipoloji cəhətdən demonstrativlərin,
yəni işarə əvəzliklərinin III şəxs əvəzliklərinin yaranma mənbəyi olduğunu”
əminliklə söyləyən K.Babayev bu əsasda dravid, altay, ural, habelə sami – hami
dillərinin təqim etdiyi materiala istinad edir. [1]. Doğrudan da Q. S. Starostin [6;
102], Qrande [7; 203][ və başqalarının əsərlərinin təhlili adı çəkilən dillərdə III şəxs
əvəzliklərinin işarə əvəzliklərinə əsasən yarandığına şübhə yeri qoymur. Konkret
olaraq, “Bir daha dravid dillərindəki şəxs əvəzlikləri məsələsi haqqında” məqaləsin-
Filologiya məsələləri – №7, 2013
14
də bu dillərdəki personalizasiyaya xidmət edən “işarə əvəzləyiciləri”nin etimologi-
yası problemini nostradik təlim (nəzəriyyə) işığında araşdırmış müəyyən universal-
lığın mövcudluğunu etiraf etməklə yanaşı adı çəkilən dillərin spesifikliyindən də
bəhs etmişdir. Həmin spesifiklik cəhətlər sırasında ilk nəzərə çarpan məqam, heç
şübhəsiz ki, “dravid dillərinin hamısında, istisnasız olaraq, III şəxs əvəzliyinin
etimoloji olaraq işarə əvəzlikləri ilə (bir qayda olaraq, * a- “ bu”, * j- “o” əsasları
ilə) əlaqəli olması” faktıdır. [6; 102]. Məhz, bu səbəbdən, yəni, digər şəxs əvəzliyi-
nin oppozitivliyindən çıxış edərək, dilçi digər əvəzliklərin ekslyuziv və inklyuziv
formalarının köklərinin digər etimon sahəsində axtarmağı təklif edir.
III şəxsin şifterinin digər şəxs göstəricilərindən fərqliliyi təkcə dravid, altay,
sami – hami dil ailələrində müşahidə edilmədiyi, oxşar vəziyyətin Hind – Avropa
dillərinin materialında da müşahidə olunduğu qeyd edilir [1]. Maraqlıdır ki, bu fərq-
lilik, daha dəqiq desək, III şəxs şifterinin etmoloji “muxtariyyət”i (этимологичес-
кая обособленность) təkcə bilavasitə bu problemi araşdırmış müvafiq sahəli mo-
noqrafik tədqiqatların araşdırma obyektinə daxil olmamışdır. Bu fərqin Hind – Av-
ropa dillərinin tarixi qrammatikası boyunca aşkar şəkildə təşəkkül tapmış proseslə-
rin nəticəsi kimi meydana gəlməsi ayrı – ayrı konkret dil materialına əsaslanan araş-
dırmalarda da qeyd olunmuşdur. Məsələn, V.N.Yartsevanın qədim ingilis dilində I
və II şəxs əvəzliklərinin III şəxs əvəzliklərindən fərqləndiyini diqqət önünə çəkmiş
və bu fərqin müxtəlif qrammatik paradiqmaların reallaşma formalarında təzahür
tapdığını vurğulamışdır. Belə ki, “İngili dilinin tarixi morfologiyası” sahəsində mü-
hüm təhlil və araşdırmalar aparmışmış dilçi alim “I və II şəxs əvəzliklərinin bir sıra
göstəricilərə görə III şəxs əvəzliyinə qarşı qoyula bildiyini” önə sürmüş və bu zid-
diyyətin kəmiyyət kateqoriyası və hal paradiqmasına müvafiq dəyişmələrdə xüsusi-
lə qabarıq tərzdə biruzə verildiyini qeyd etmişdir. [8; 82-83].
Özlərinin tədqiqatlarında K.Bruqman və B.Delbruk da III şəxs göstəricilərinin
daha fərqli təbiətə malik olduqlarına diqqət yetirərək yazırdılar: “III şəxs əvəzliklə-
rini işarə əvəzliklərindən qəti şəkildə (aydın şəkildə) ayırmaq mümkün deyil. Çox
vaxt onlar mənaya görə üst – üstə düşürlər” [1; 44].
Məlum olduğu kimi, müxtəlif introlinqvistik və ekstralinqvistik faktorların tə-
siri ilə ingilis dilinin tarixində gerçəkləşmiş analitikləşmə prosesləri nəticəsində baş
vermiş total unkfikasiya əvəzliklərdən də yan ötməmişdir. Həmin proseslərin mənti-
qi davamı kimi, müasir ingilis dilində əvəzliklərin çoxşaxəli kəmiyyət və hal dəyiş-
mələri paradiqmi müşahidə edilməsə də, buna baxmayaraq, əvvəlki fərq və ziddiy-
yətin aradan qalxdığını söyləmək olmaz. Belə ki, məlum olduğu kimi, şəxs əvəzlik-
lərində canlı və ya cansız varlığın işarələnməsindən asılı olaraq, eləcə də işarələnən
obyektin gender aidiyyatından asılı olaraq əvəzliklərin fərqli təbiəti müşahidə olu-
nur. Bu əsasda I və II şəxslərin III şəxs göstəricilərindən əsaslı şəkildə fərqlənməsi
faktı göz önündədir. Bu isə təkcə, sırf etimoloji planda deyil, eləcə də müvafiq
qrammatik paradiqmaları təşkil edə bilmək potensialı baxımından, I və II şəxs
“işarələyici” sözlərinin III şəxs “əvəzləyicisi”ndən fərqləndiyini bir daha əyani
şəkildə göz önünə qoyur.
Qeyd edək ki, uşaqlar III şəxs əvəzliklərini daha asanlıqla mənimsəyirlər.
Eyni fikri həm III şəxs göstəricisi işarə əvəzlikləri ilə üst – üstə düşən dillərdə danı-
şan uşaqlara (məsələn, Azərbaycan dilində), həm də belə eyniyyət nümayiş etdirmə-
yən dillərdə danışan uşaqlara da şamil etmək olar. Lakin sözsüz ki, birincilərdə bu
Filologiya məsələləri – №7, 2013
15
qrup əvəzliklıərin adekvat mənimsənilməsi prosesi daha rəvan bir şəkildə, daha az
“cəhd – səhv” sınaqları vasitəsilə gerçəkləşir. Belə ki, “mən” və “sən” əvəzlikləri-
nin referensiyasında dolaşıqlığa yol verən uşaqlar III şəxsin işarələnməsi zamanı da-
ha adekvat nəticələr nümayiş etdirə bilirlər. Bəs nə üçün bu baş verir? Nə üçün eyni
referensial qrupa aid olan sözlərin mənimsənilməsində belə fərqlilik ortaya çıxır?
Bu qəliz situasiyanın çox bəsit və lakonik bir izahı var: uşaqlar “mən” və “qeyri –
mən” situasiyasını fəqləndirərkən ilk olaraq, “mən” və “biz”in qarşı aləmə qoyul-
masından çıxış edirlər. Həmin qarşı tərəf, digər aləm, III şəxs (və ya şəxslər) isə “o”
və “onlar”dır. Və “o” və ya “onlar”, daha öncədən mənimsənilmış olan işarə əvəzli-
yi ilə üst – üstə düşürsə, bu ümumiyyətlə, istənilən çaşqınlığın, demək olar ki, qarşı-
sını almış olur. Onu da qeyd edək ki, işarə və şəxs əvəzlikləri eyni olan dillərlə bağ-
lı onu da xüsusi olaraq, vurğulamalıyıq ki, burada əslində kontominasiyanın əzəldən
(yəni, işarənin öz təbiətindən) qaynaqlandığını nəzərə alsaq, hansı semantikanın
(işarə, yoxsa, şəxs göstəriciliyinin) qabardılması yanlış olardı. Çünki, bu kimi dillə-
rin daşıyıcıları üçün qeyri – kontaminasyon vəziyyət mövcud deyil. Onu da əlavə
edək ki, əslində bu kimi dillərin daşıyıcılarının şüurunda III şəxs əvəzliyinin şifteri,
ilk olaraq, işarə əvəzliyi kimi qavranılır.
Göründüyü kimi, şəxs əvəzliyinin referensial mahiyyətinin dərki “cəhd – səhv
– cəhd” sıralanması nəticəsində gerçəkləşən və kifayət qədər zaman ərzində baş ve-
rən bir prosesdir.
Belə ki, qeyd edildiyi kimi, işarə əvəzliklərindən fərqli olaraq, şəxs əvəzliklə-
rinin “şifter”, yəni boş söz kimi funksianal mahiyyəti nisbi “qalıcılığı”, nisbi “aidiy-
yatı” ilə fərqlənir. Bu o deməkdir ki, situasiya daxilində danışan “mən”, dinləyən
isə “sən”dir. Həmin situasiya daxilində “mən” deyilən şəxs dinləyənə, yəni “sən”ə
çevrilə bilər. İşarə əvəzliklərində isə vəziyyət bir qədər fərqlidir. Yəni, şəxs əvəzlik-
lərində situsiya və kontekstdən asılılıq işarə əvəzliklərində olduğu qədər deyil. Bu
baxımdan, şəxs əvəzliklərinin adi nominasiya vahidləri ilə işarə əvəzlikləri arasında
keçid mərhələni təcəssüm etdirdiyini sözləmək olar. Belə ki, ontegenestik mü-
şahidələrdən bəlli olduğu və həm də bu müşahidələrin söyləməyə əsas verdiyi kimi,
azyaşlının şəxs əvəzliklərinin bir şifter olaraq mənimsənilməsi şəxs əvəzliklərinin
bir müstəqil leksik vahid adekvatlığında qavranılmasından sonra mümkün olur.
Uşağın zehni əməliyyatlarını çətinləşdirən də məhz, bu dualizmdir: deyktik nisbilik,
şəxsə aidlikdən qaynaqlanan nisbi sabitlik. Müqayisədə deyək ki, sabit nominiasiya
vahidlərini yəni, ümumi və xüsusi adları və ya tam situativ – kontekstual sərbəstlik
nümayiş etdirən işarə əvəzliklərini mənimsəmək daha asandır. Çünki onların “xa-
rakteri” nisbətən birmənalıdır və aşkardır, ortadadır və göz önündədir. Məhz, bu cə-
hətlər, daha əvvəl də söylədiyimiz kimi, ontogenezdə olduğu kimi, filogenezdə də
işarə əvəzliklərinin şəxs əvəzliklərindən öncə yaranmasına şübhə yeri qoymur.
Qısaca olaraq, söylədiklərimizi nəzərdən keçirərək deyə bilərik ki, “verbal –
situativ nisbilik”dən çıxış etsək işarə əvəzliklərinin daha mobil, şəxs əvəzliklərinin
daha qalıcı olması ortaya çıxar. Məhz, situativlik məqamı və ya “ani referensiya”
cəhəti də onun ontogenezdə asan mənimsənilməsinə imkan yaradır. Eyni situasiya-
nın paylaşan “mən” və “sən” müəyyən obyektlərə “o”, “bu” referensiyasını şamil
edirlər. Situasiya dəyişdikdə, yəni, “ölçmə”, koordinasiya fərqli olduqda, fiqurant-
lar isə əvvəkli kimi qaldıqda isə referensiya obyektlərinin dəyişməsi də labüd olur.
Filologiya məsələləri – №7, 2013
16
Qalıcı olanın mənimsənilməsi isə daha qəliz əqli əməliyyatlar tələb etdiyindən onto-
genezin ilkin stadiyasında bir qədər çətin olur.
Ədəbiyyat
1.
Бабаев К.В. Происхождение индоевропейских показателей лица:
исторический анализ и данные внешнего сравнения. – М.-Калуга: ИП
Кошелев А.Б. (Издательство «Эйдос»), 2008. – 298 с.
2.
Дыбо. А. Рецензия на книгу К. В. Бабаева «Происхождение
индоевропейских показателей лица: Исторический анализ и данные внешнего
сравнения» // Journal of Language Relationship ( Вопросы языкового родства ) 1
(2009) с.143–154http://www.jolr.ru/files/(11)jlr2009-1(143-154).pdf
3.
Майтинская К. Е. Местоимения в языках в разных систем. Москва- Наука-
1969.
4.
Баскаков Н.А. О Соотношении значений личных и указательных
местоимений в тюркских языках // Доклады и сообщения Института
Языкознания А.Н.СССР, 1952, № 1, с.132-143
5.
Лайонз Д. Введение в теоретическую лингвистику, М.: Прогресс, 1978.
6.
Старостин Г.С. Еще раз к вопросу о личных местоимениях в дравидийских
языках. // Orientalia et Classica. Труды Института восточных культур и
античности. Аспекты компаративистики 2. М., 2006. (с.101-150)
http://starling.rinet.ru/Texts/dravpron.pdf
7.
Гранде Б. М. Введение сравнительное изучение семитских языков.
Москва-«Наука»-1972.-441 с.
8.
Ярцева В. Н. Историческая морфология английского языка / АН СССР.
Инcтитут Языкознания. - М.; Ленинград, 1960. - 194 с.
M.Asadova
About the Psycholinguistic Study of the Contamination Cases of the Personal and
Demonstrative Pronouns Observed in Some Languages
Summary
This article deals with the psycholinguistic study of the contamination cases
of the personal and demonstrative pronouns observed in some languages. Referring
to the prominent linguists’ investigations the author comes to the conclusion that
the personal pronoun third person singular and one of the demonstrative pronouns
coincides in the most Turkic languages. The personal pronouns of the first and
second persons differ from the personal pronoun of the third person singular which
was emerged from the demonstrative pronouns.
Filologiya məsələləri – №7, 2013
17
М.Асадова
О психолингвистическом исследовании случаев контаминация личных и
указательных местоимений наблюдаемых на некоторых языках
Резюме
В статье рассказывается о психолингвистическим исследованием слу-
чаев контаминация личных и указательных местоимений, наблюдаемых на не-
которых языках. Ссылаясь с исследований видных лингвистов автор приходит
к выводу, что личное местоимения третье лицо единственного число и одно из
указательных местоимений совпадает на большинстве Тюркских языков. Лич-
ные местоимения первых и вторых лицах отличаются от личного местоимения
третьего лица, который появился от указательных местоимений.
Rəyçi: Aytən Hacıyeva
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №7, 2013
18
PƏRVANƏ MÖVSÜMOVA
Ganja State University
GAMES - MOTIVATION IN TEACHING ENGLISH
Açar Sözlər: oyunlar, motivasiya, tədris etmə, həvəsləndirmək, əyləndirmək, axıcı-
lıq, müzakirə oyunları, tələffüz, düzgün yazma, söhbət, dinləmə, danışıq, təcrübə.
Key words: games, motivation, teaching, vocabulary, to encourage, to entertain,
fluency, discussing games, spelling, conversation, listening, speaking practice.
Dostları ilə paylaş: |