Filologiya məsələləri – №7, 2013
49
YAŞAR MƏMMƏDLİ
BDU-nun dosenti
LEKSİK YOLLA İNTENSİVLİYİN İFADƏ YOLLARI
Açar sözlər: adresat, adresant, intensivləşdirmə, ekspressivlik, sintaqmatik, anno-
natativ və referentiv, rasional təcrübə, adekvat dil.
Key words: the addressee, adresant, intensification, expressiveness, syntagmatical,
annonatativ and referentiv, streamlined experience, adequate language.
Ключевые слова: адресат, adresant, интенсификация, выразительность, син-
тагматических, annonatativ и referentiv, обтекаемый опыта, адекватный язык.
Dünya dilçiliyində intensivlik anlayışı birbaşa semantika ilə bağlı olduğundan
biz bu mövzuda müxtəlif müıllifləri göstərə bilərik (1,2,3,4). Bu müəlliflərin əsərlə-
rində söz yanlış spontan şəkildə yaranmış dil vahidi kimi göstərilir və sözün əvvəl-
dən hansısa nəsnəni, predmeti adlandırması müəyyən toplum tərəfindən qəbul edi-
lir. Sözün dilçilik baxımından sonrakı inkişafı, yeni semantika qazanması sosiolinq-
vistik proses kimi qəbul edilir.
Burada qeyd etmək istərdik ki, leksik baxımdan sözün inkişaf traektoriyası
bütün dillərdə - mükəmməl dillərdə qeydə alınır. Hər hansı dilçinin digər dilin in-
trolinqvistik xüsusiyyətlərini araşdırması təəccüb doğurmamalıdır. Gəlin təsəvvür
edək ki, Baskakov N. , Dimitriyev N. , A.Kononov, E.Sevortyan bizim ana dilimizi
leksik baxımdan tədqiq etmişlər. Hesab etmək olar ki, mükəmməl dili araşdıran
alimlər - dilçilər nəyəsə nail olur.
Keçmiş ölçülərlə dilə yanaşma metodu düz deyil. Dil ya var, ya da lokal areal-
da özünü qoruyub saxlayır. Bu baxımdan azərbaycan dili mükəmməl türk dillərin-
dən bir üstün qol kimi bütün sahələrdə imkanlarını ortaya qoya bilir. Çünki bu dilin
leksik qatı bütün baxımlardan imkanlıdır. Ən azından nəzərə alsaq ki, M. Kaşqarlı-
nın "Divani Lüğət-it-türk" araşdırmasında türk dilinin bu gün ən çox leksik vahid-
ləri azərbaycan dilində qalmışdır.
Azərbaycan dilçiliyində intensivləşdirmə prosesi qəti araşdırılmamışdır.
Leksikologiya ilə bağlı yazan dilçilərimiz bu hadisəni ya sinonim (semantik məna-
da), ya da dərəcə (qrammatik mənada-bu gün də mübahisəlidir!) göstərmişlər.
(H.Həsənov , İ.Məmmədov, N.Məmmədli və b.) (20,21,22,23).
Biz onların araşdırmalarına irad tutmuruq. Dildə leksik yarusun xüsusiyyətləti
başqadır. Burada yalnız dil vahidi işarə kimi özünü göstərir və heç bir qrammatik
əlamət rol oynamır.
Təsəvvür edək ki, digər bir dilin leksik intensivləşdirmə prosesini izləyirik.
Burada:
birincisi - milli psixolinqvistik proses ön sıraya keçir və milli dilə sahib insan
öz fikrini daha dolğun ifadə etmək üçün spontan dil məqamından istifadə edir.
ikincisi- adresat adresanta öz fikrini daha dolğun şəkildə çatdırmaq üçün adre-
santın (dinləyənin, qarşısındakı adamın) səviyyəsini, onu psixoloji vəziyyətini, dili-
ni və anlam tərzini bilməlidir.
Filologiya məsələləri – №7, 2013
50
üçüncüsü- burada müxtəlif dillərin, ən azı adekvat dil - ümumanlaşıqlı dil
şəklində işlədilməsi, müqabil tərəflərin, ən azı leksil vahidləri eyni cür anlaması va-
cib sayılmalıdır.
Bizim öncəki Azərbaycan dilçilərinə mövzu ilə bağlı elə bir iradımız yoxdur
və biz öz fikrimizi ifadə etmək istəyindəyik. Leksik baxımdan dil vahidi haqqında
fikir bildirən F. de Sössür yazır ki, "dil vahidi sərbəstdir(hüdudsuzdur, azaddır, mü-
vazidir - Y.M)(24). Belə anlamaq olar ki, hər hansı dil vahidi əvvəlcədən qrup, top-
lum cəmiyyət tərəfindən sintaqmatik - nitq prosesində qəbul edilən referentiv for-
masıdır.
A. Luriya yazır ki, sözün "simpraktik mənası ilk təmasda yaranan təəssüratın
ifadə formasıdır". Burdada yalnız insanın ilk əldə etdiyi dil bilgisi nəzərdə tutlur ki,
bu da rasional - ötürülmüş, bəlli, məlum dil anlamından irəli gəlir. Ona görə də A.
Leontev də öz araşdırmasında A.Luriyanın belə bir fikrini təsdiqləyir ki, "sözün an-
natotiv və referentiv vəzifəsi işarələmə prosesindən ibarətdir(26). Sözü bütün dünya
dillərində yalnız heç bir (ilkin dövrdə) əlamət, məna kəsb etməyən dil vahidi kimi
götürmək lazımdır. Dil simpraktik xarakterli olduğuna görə - yəni, dil insanın prak-
tik fəaliyyətini qeydə alan kateqoriya kimi öz intra və ekstra linqvistik xüsusiyyətlə-
rə malikdir. A. Luriya göstərir ki, "sözün təcrübədən emansipasiyası, fərdin fərdi
fəaliyyətindən predmetlə (predmetə - Y.M) münasibət nəticəsində yaranma və qey-
də alınma prosesidir" (25, s, 33).
Biz A. Luriyanın bir neçə fikrini göstərə bilərik:
- dil konkretliyə istiqamətlənib;
- informativ istək dildə emosionallığa əsaslanır;
- söz nitq aktında özünü təsdiqləyir;
- söz adresat və adresant anlayışını müəyyənləşdirir;
- sözün məna strukturu yoxdur və bunu yalnız mətn - kontekst aydınlaşdıra
bilər;
- söz işarədir və bu sxemə uyğundur:
-söz bu ardıcıllığa daha çox uyğundur:
işarə → məna → məfhum → predmet
Burada ox işarələri semiotikada "məna üçbucağı" adlandırılan bir postulatın
əksinədir (25, s, 61).
Əvvəl də qeyd etdik ki, leksik intensivləşdirmə ilə bağlı elmi araşdırma, dərs-
lik və dərs vəsaitlərinə qarşı heç bir iradımız yoxdur. Biz Azərbaycan dilində leksik
yolla intensivləşdirilmənin, sadəcə elmi mənbələrlə göstərməyə çalışdıq. İndi istər-
dik ki, sifətin çoxaltma və azaltma dərəcəsi, sözlərin sinonimliyi ilə bağlı deyilmiş
fikirlərə münasibət bildirək.
Leksik intensivləşdirmə dil prosesi deyil. Daha çox bu ünsiyyət məqamı adi
ümumxalq danışıq dilində öz əksini tapır. Bu gün ana dilimizi anlayan və özünü dil-
çi sayan bir nəfər də "bombalamboş" sözünü tərkibcə təhlil edə bilmir, o cümlədən:
"tezcənə", "ovxalamaq", "çalxalamaq", "səhərdənnən", "dünənnəri". Bunlara izah
vermək lazımdır. Bunlar dialekt sözləri deyil, ümumxalq danışıq dilinin sözləridir.
Danışıq dilində ümumişləklik hüququ qazanan bu və digər sözlər hələ ki, ədəbi dilin
tamhüquqlu dil vahidlərinə çevrilməmişdir.
Biz sonrakı sxemlərdə digər leksik vahidlərin xüsusiyyətlərini göstərəciyik.
Filologiya məsələləri – №7, 2013
51
Dünya dillərində, türk dilləri daxil olmaqla, o cümlədən rus dilində leksik
ekspressivlik həmişə dilçiliyin əsas mövzularıından biri olmuş və ümumxalq danı-
şıq dili önə çəkilmişdir. N. Lukyanova qeyd edir ki, rus dilində də leksik intensiv-
ləşdirmə(həm ədəbi dildə, həm də danışıq dilində - Y.M) bütün dövrlərdə mövcud
olmuşdur(28, s. 164-193). Əsas məsələ odur ki, hər hansı dildə ekspressivlik, fikrin
ifadəsi, daha qüvvətli ifadə milli dillərin mükəmməllik qazanmasından sonra müm-
kün olmuşdur.
Biz Azərbaycan dilçiliyində intensivləşdirməni iki müstəvidə: danışıq dili -
ədəbi dil müstəvisində qəbul edirik. Burada danışıq dili hökmrandır və ədəbi dilə öz
normalarını diqtə edir. Məsələn, ana dilimizin danışıq prosesindəki vahidləri izlə-
yək.
Yağış = sözü yalnız reverantiv olaraq addır.
sis (su mənası)
Yağış → çiskin (su mənası)
yağmur (?)
leysan (?)
isinmək
İsti (ad) → istilənmək
istəmək
ovmaq
ov (ad) → ovxamaq
ovxalamaq
ovşamaq
Bəzi hallarda Azərbaycan dilçiləri sözlərin sinonimliyini qrammatik kateqori-
ya kimi qəbul edir. Biz düşünürük ki, dildə sinonimlik ekspressiv intensivləşdirmə
hadisəsidir:
təpə - dağ - sıldırım ...
iri - yekə - böyük ...
adaqlamaq - yerimək ...
yerimək - qaçmaq - yüyürmək ...
Digər hallarda da biz adresatın danışığında kifayət qədər misallar göstərə
bilərik.
Çox maraqlıdır ki, nitq hissələri üzrə ana dilimizdə belə hallar araşdırılmayıb.
Ədəbiyyat
1. Харрис (sayt, rus dilində)
2. Koseriu E. Sinxroniya, diaxroniya i istoriya - Novoe v lingvistike, vip.3, Moskva,
1963(rus dilində)
3. Psixololinvistiçeskie problemı semantiki, Moskva, 1983 burada: Apresiyan Y.
leksiçeskaya semantika; Ballon A. Ot destviya k mısli; Vıqotski L. Mışlenie i reç;
Deryabin V. Çuvstva, vleçeniya, emosiya; Kozlova M. Filosofiya i yazık; Leontyev
A. Psixolinqvistika; Luriya A. Travmatiçeskaya afaziya; Reznikov L. Ponyatiye o
slovo(rus dilində)
Filologiya məsələləri – №7, 2013
52
4. Morris U. Znaçeniye i oznaçivaniye- semiotika, Moskva,1983
5. Baskakov N. İstoriko- tipoloqiçeskaya morfologiya tyurkskix yazıkov,
Moskva,1979(rus dilində)
6. Baskakov N. Ruskiye familii tyurkskoqo proisxojdeniya, Bakı,1992(rus dilində)
7. Baskakov N. Tyurkskaya leksika v "Slove o polki İqoreve", Moskva,1985(rus
dilində)
8. Dimitriyev N. Stroy tyurkskix yazıkov, Moskva 1962(rus dilində)
9. Kononov A. Qrammatika tyurkskoqo yazıka, Moskva 1941(rus dilində)
10.Sevortyan E. Affiksı imenneqo slovoobrozavaniya v Azerbaydjanskom yazıke.
Moskva, 1966 (rus dilində)
11. Sevortyan E. Etimoloqiçeskiy slovar tyurkskix yazıkov, Moskva I-III tom. 1980
(rus dilində)
12. A. Axundov. Müasir Azərbaycan dilində əmr sualları. Bakı, 1971.
13. B. Əhmədov. Azərbaycan dili leksikası məsələləri. Bakı, 1989.
14. M. Əsgərov. Natiqlik sənətinin əsasları. Bakı, 1975.
15. Q. Kazımov. Müasir Azərbaycan dili, Bakı, 2000.
16. H. Həsənov. Azərbaycan dilinin semasiologiyası, Bakı, 1978.
17. İ. Məmmədov. Azərbaycan dilinin semantikası, Bakı, 206.
18. "Kitabi-Dədə Qorqud"un izahlı lüğəti, Bakı, 1999.
19. Ə. Rəcəbli. Qədim türkcə-azərbaycanca sözlük, Bakı, 2001.
20. S. Cəfərov. Müasir Azərbaycan dili, Bakı, 2002.
21. A. Qurbanov. Müasir Azərbaycan ədəbi dili, Bakı, I cild, 2000.
22. Z. Verdiyeva, Ağayeva F, Adilov M. Azərbaycan dilinin semasiologiyası, Bakı,
1979.
23. Müasir Azərbaycan dili, I cild, Bakı, 1978.
24. F. de Sössür. Kurs obşey linqvistiki, Moskva, 1977(rus dilində)
25. A. Luriya. Yazık i soznaniye. Moskva, 1979.
26. A. Leantyev. Yazık i razım çeloveka, Moskva, 1965.
27. T. Cəmilova. Azərbaycan dilində eksprevlik və onun leksik ifadə vasitələri.
nam. dis. Bakı, 1992
28. N. Lukyanova. Ekspressivnaya Leksika razqovornoqo upotrebleniya. Problemı
semantiki. Novosibirsk, 1986(rus dilində).
Y.Mamedli
The lexical intensification in Azerbaijanian language
Summary
The article deals with intensification in the Azerbaijan language on the lexic
leval. The author gives different linguists opinions about it and makes polemics
with. In most cases an intensification in the lexical grammar is also accepted as a
process. Ekspresiv is intensity, language, speech and expression to convey more
attention.
Filologiya məsələləri – №7, 2013
53
Я.Мамедли
Лексическая интенсификация в азербайджанском языке
Резюме
В статье говориться интенсификация в aзербайджанском языке на лекси-
ческом уровне. Автор приводит высказывание разных языковедов и старается
с ними войти в полемику. В основном приводятся примери с азербайджанско-
го языка. Потому, что статья посвящено лексический интенсификацию в азер-
байджансом языке. В большинстве случаев интенсификации в лексической
грамматике также принимается как процесс. Интенсивности, язык, слова и
выражения, чтобы передать больше внимания.
Rəyçi: Professor S.Abdullayeva
Filologiya məsələləri – №7, 2013
54
ŞİRMƏMMƏD QULUBƏYLİ
filologiya üzrə fəlsəfə doktoru
Naxçıvan Dövlət Universiteti
squlubeyli@mail.ru
TƏKLİK ANLAYIŞI MÜASİR AZƏRBAYCAN DİLİNDƏ KƏMİYYƏT
FUNKSİONAL – SEMANTİK KATEQORİYASININ TƏRKİB
HİSSƏSİ KİMİ
Açar sözlər: Qrammatik katiqoriya, fonksional-semantik sahə, təklik anlayışı,
cəmlik anlayışı, məzmun planı, ifadə planı.
Ключевые слова: грамматическая категория, функцонально-семантическое
поле, единство,множество, план, содержания, план выражения.
Key words: Qrammatical category, a functional-sematic field, singularity, plurality,
the plan of content, the plan of expression.
Təklik anlayışı həm morfoloji kəmiyyət kateqoriyasının, həm də kəmiyyət
funksional-semantik sahəsinin məzmun planınin tərkib hissəsidir. Əksər dilçilərə
görə, “təklik” sözü bir termin kimi işlənir və ancaq təkliyin ifadəsinə xidmət etmir.
Professor M. Hüsynzadə dilimizdə bir qisim isimlərin məzmunca həm tək, həm də
cəm kimi dərk edildiyini qeyd edərək, “üzüm, tut, alma, gül, balıq, daş” kimi isim-
lərin mətn xaricində təklik yaxud cəmlik ifadə etdiyini müəyyən etməyin qeyri-
mümkünlüyünü, bu tipli sözlərin həm bütövü, həm də onu təmsil edən bütövün ayrı-
ayrı vahidini bildirdiyini göstərmişdir (9, s. 38).
Professor Yusif Seyidov Azərbaycan dilinin morfologiyasına dair nəzəri kur-
sunda dilimizdə isimlərin tək və cəm qruplarına ayrılmasının bu dilin faktları ilə uy-
ğun gəlməməsi fikrini irəli sürmüşdür (19, s. 226). Alim tək və toplu isimlərin qar-
şılaşdırılmasının və qrammatik kateqoriya müstəvisində izahının mümkün olduğunu
göstəmişdir (19, s. 227).
Aslan Aslanova görə, Azərbaycan dilində təklik və cəmlik formaları arasında
fərq çox da böyük deyildir, başqa sözlə, isimləri tək və cəmə ayırmaq çox çətindir.
Məs: ağac, quş, alma, at, və s. bu kimi sözlər qrammatik cəhətdən (formaca) təkdə ol-
sa da, real mənasına görə tək bir ağacı, quşu, almanı, atı, və s. bildirmir. (2, s. 57-58).
Təkliyin yalnız bir əşyanı deyil, ümumiyyətlə əşya anlayışı ifadə etməsi barə-
də A. Aslanovun fikrini bölüşən Buludxan Xəlilov qrammatik cəhətdən təkdə olan
sözləri cəmdə olanlardan fərqləndirməyin mümkün olduğunu, lakin məna baxımın-
dan bunun mümkün olmadığını göstərmişdir (10, s. 231-232).
Eyni fikir “Elm” nəşriyyatında 1980-ci ildə buraxılmış “Müasir Azərbaycan
dili” kitabının morfologiyaya dair ikinci hissəsində də təkrarlanır. Müfafiq bölmə-
nin müəəllifi İ. T. Məmmədova görə, “semantik planda tək və cəm isimlər arasında
sərhəd təyin etmək çətindir” (18, s. 31).
Azərbaycan dilində bu tip isimlərin mövcudluğu ideyası bir çox digər müəllif-
lər tərəfindən, o cümlədən, profesorlar Nəsir Məmmədov (17, s. 216) və Zərifə Bu-
daqova tərəfindən də irəli sürülmüşdür (4, s. 55; 8, s. 13-14).
Bəzi tək isimlərin məzmunca həm də cəmlik bildirməsi ümumi dilçiliyə və
ana dilimizin üslubiyyatına dair əsərlərdə də öz əksini tapmışdır. Professor Nəsir
Filologiya məsələləri – №7, 2013
55
Məmmədov “Dlçiliyə giriş” adlı kitabında yazır: “Kəmiyyət kateqoriyası sistemində
dünyanın bir sıra dillərində isimlərin müəyyən qismi məzmunca həm təki, həm də
cəmi bildirir” (16, s. 190). Professor Ə. Dəmirçizadə Azərbaycan dilinin üslubiyya-
tına aid kitabında göstərir ki. Azərbaycan dilində isimlərin cəmlik bildirməsi üçün
heç də hər zaman cəm şəkilçisi qəbul etməsi lazım olmur, çünki bəzi isimlər heç bir
şəkilçi qəbul etmədən də çoxluq məzmunu ifadə edə biıir (7, s. 189). Oxşar fikir Ə.
A. Bağırov tərəfindən isimlərdə kəmiyyət kateqoriyasının üslubi xüsusiyyətlərindən
bəhs edərkən söylənilmişdir (3, s. 7).
Formaca tək olan isimlərin qeyri-müəyən çoxluq ifadə edə bilməsi fikri digər
dünya dillərinə, o cümlədən, ingilis dilinə aid ədəbiyyatda da özünə yer tapmışdır.
Əslində formaca tək olan isimlərin çoxluq ifadə edə bilməsi ideyası kəmiyyət
anlayaışının morfoloji kategoriya kimi deyil, funksional – semantik kategoriya kimi
nəzərdən keçirilməsi ilə bağlıdır. Belə ki, bir qayda olaraq, kəmiyyəti ismə aid
qrammatik kateqoriyalar başlığı altında araşdıran müxtəlif dillərin tədqiqatçıları
kəmiyyət anlayışını “tək - cəm” yəni “cəm şəkilçisiz isim - cəm çəkilçisi ilə isim”
müstəvisində deyil, kontekstual – funksional təhlil baxımından araşdırırlar.
Konkret misala müraciət edək. Əgər kəmiyyət sırf morfoloji kateqoriya kimi
nəzərdən keçirilirsə, -lar,-lər şəkilçisiz isim – lar, - lər şəkilçili isim əksliyi
(oppozisiyası, qarşılaşdırılması) tədqiq və təhlil obyekti olmalıdır. Məsələn: kitab –
kitablar. Bu konkret, kontekstdən kənar qarşılaşdırma çərçivəsində “kitab” sözünün
cəm mənasından heç bir söhbət gedə bilməz. Başqa sözlə, morfoloji kəmiyyət
kateqoriyasının ikinci komponenti olan “kitablar” ona görə cəm mənası ifadə edir
ki, cəm şəkilçisiz birinci komponent “kitab” təkliyin ifadəsinə xidmət edir. Formaca
tək olan ismin müxtəlif üslubi məqamlarda işlənməsi, o cümlədən, cəmlik ifadə edə
bilməsi konkret kontekstdə reallaşır. Məsələn, “Kitab bilik mənbəyidir”, “Kitabsız
elmin zirvəsinə yüksəlmək olmaz” tipli kontekstlərdə “kitab” sözü ümumi anlayış
və cəmlik çalarlarına malik olur. Formaca tək olan isimlərin digər çalarlar ehtiva
edə bilməsi xüsusiyyətini izah etmək üçün birinci və ikinci (törəmə) mənalar
konsepsiyasından bəhrələnmək olar (Vaqif Qənbərov özünün fəlsəfə doktoru disser-
tasiyasında bu konsepsiyadan geniş şəkildə istifadə etmişdir).
İlkin və törəmə mənalar müxtəlif terminlərlə adlandırılmışdır. Y. R. Kuriloviç
“ilkin” və “ikinci” funksiyalar, R. Yakobson “əsas məna”, “xüsusi mənalar”, “baş
məna” və s. terminlərdən istifadə etmişlər (12, s. 36). Müxtəlif terminlərdən istifadə
edərək məsələni qəlizləşdirmədən eyni sözün müxtəlif funksiyalarda işlənməsini
aşağıdakı kimi şərh etmək olar.
Qrammatik kateqoriyanı təşkil edən əksliyin (oppozisiyanın) tərkib hissələri-
nin kontekstdən kənar, hər hansı mətnin müdaxiləsi olmadan ifadə etdiyi məna ilkin
(birinci, əsas) mənadır. Bu məna qrammatik kateqoriyanın tərkib hissələrinin qa-
rılaşdırılması nəticəsində reallaşır və xüsusi bir kontekstin müdaxiləsi olmadıqda öz
semantikasını qoruyub saxlayır. İkinci (törəmə) məna oppozisiyanın tərkib hissəsi
kimi reallaşa bilmir, çünki əks komponent (komponentlər) törəmə mənanın ifadə
olunmasını qeyri-mümkün edir. Məsələn: alma – almalar. Bu əkslikdə birinci kom-
ponentin, yəni tək formanın cəm mənası verməsi real deyil. Cəmlik mənası, yaxud
ümumi anlayışın ifadəsi, başqa sözlə, törəmə məna ancaq konkret situasiyada, mü-
vafiq kontekstin sayəsində mümkündür. Məsələn: Bazardan alma aldım.
Filologiya məsələləri – №7, 2013
56
Qeyd edək ki, hər hansı söz ilkin mənasını müxtəlif kontekstlərdə də qoruyub
saxlaya bilir. Başqa sözlə, qrammatik kateqoriyanın hər hansı komponentinin müəy-
yən mətndə işlənməsi onun törəmə məna qazanması demək deyildir. Törəmə məna-
lar ancaq müvafiq mətnlərdə reallaşır.
Beləliklə, əgər ana dilimizdə kəmiyyət anlayışı morfoloji kateqoriya kimi nə-
zərdən keçirilirsə və təklik bu kateqoriyanin iki komponentindən biri kimi təhlil
olunursa, onun cəmlik ifadə etməsindən söhbət gedə bilməz. Başqa sözlə, ən müxtə-
lif dillərdə tədqiqatçılar ona görə tək formada olan isimlərin cəmlik anlayışı ifadə
edə bilməsi fikrini irəli sürmüşlər ki, onlar kəmiyyət anlayışını sırf morfoloji kate-
qoriya kimi deyil, funksional-semantik kateqoriya kimi nəzərdən keçirmiş, həmin
linqvistik vahidi bu və ya digər dərəcədə kontekstual-funksional təhlil müstəvisində
araşdırmışlar. Təsadüfi deyildir ki, əksər tədqiqatçılar kəmiyyət anlayışının ifadə
(forma) planından bəhs edərkən dilin müxtəlif səviyyələrinə məxsus ifadə vasitələ-
rini təhlil və tədqiq obyektinə çevirmişlər. Halbuki əgər söhbət morfoloji kateqori-
yadan gedirsə, ancaq morfoloji ifadə vasitələri ifadə planının komponentləri kimi
nəzərdən keçirilməlidir. Bu məqam bir daha sübut edir ki, müasir dilçilikdə dil va-
hidlərinin funksional-kommunikativ təhlil işığında araşdırılması son dərəcə vacıb-
dir. Müasir dünyada kommunikativ dilçiliyin önəminin artması dilin ayri-ayrı mik-
rostrukturlarının məhz dil sahələri kimi, funksional-semantik kateqoriyalar kimi
araşdırılmasını şərtləndirərək daha aktual edir. Çünki ənənənvi qrammatik kateqori-
yalar müstəvisində araşdırmalar dil vahidlərinin nə məzmun, nə də ifadə planını
əhatə etməyə imkan vermir.
Müasir Azərbaycan dilində, o cümlədən digər türk dillərində təklik anlayışı ilə
bağlı mübahisəli məsələlərdən biri də ancaq təkdə işlənən, yəni cəm formasında
işlənməyən isimlərin müvcud olub-olmaması məsələsidir.
Aslan Aslanov müasir Azərbaycan dilində inkarlıq və kəmiyyət kateqoriyala-
rından bəhs etdiyi kitabında dilimizdə ancaq tək formasında işlənən isimlərin
mövcudluğunu təsdiqləyərək yazmışdır ki, bir qisim isimləri onların mənaları ilə
əlaqədar olaraq cəm formasında işlətmək mümkün olmur. O, bu qisim sözləri dörd
qrupa bölmüşdür: ölkə, şəhər, rayon, dəniz, çay, cəhət adları: Çin, Bakı, Şərq, Qərb;
mücərrəd mənalı sözlər: məhəbbət, sevgi, gənclik, qocalıq: hərəkət bildirən bir
qisim sözlər: qaçqınlıq, qaçaqçılıq; toplu əşya bildirən bir qisim sözlər: un, noxud,
düyü, süd, bal, doşab və s.
Müəllif toplu isimlərin cəmlənməsinin mümkün olduğunu qeyd edərək onlara
artırılan cəm şəkilçilərinin müxtəlif növləri bildirməyə xidmət etdiyini göstərmişdir:
yağ-yağlar, su-sular, un –unlar və s. Bu xüsusiyyət fərdiləşdirilən mücərrəd mənalı
isimlərə də aid edilmişdir: şadlıqlar, xeyirxahlıqlar (2, s. 54-56).
Professor Yusif Seyidov da ana dilimizdə ancaq təkdə olan yaxud cəmlənməsi
mümkün olmayan və ya çətin olan isimlərin olduğunu təsdiqləmişdir: tələbəlik,
dostluq, hörmət, insanlıq. Lakin alimə görə, dilimizdə ancaq cəm forması olan, yəni
tək forması olmayan isimlər olmadığı üçün belə bölgü aparmaq doğru deyil (19, s.
227).
Professor Buludxan Xəlilov təklik və cəmlik anlayışlarından ayrıca bəhs
etmişdir. Onun fikrincə, bu tipli isimlərə cəm şəkilçisi əlavə etmək olmur. Müəllif
ancaq təkdə işlənən aşağıdakı isim qruplarını ümumiləşdirmişdir: şəxs adları
(Toğrul, Turqay və s.); ölkə adları (Azərbaycan, Türkiyə və s.); şəhər adları (Bakı,
Filologiya məsələləri – №7, 2013
57
Şəki və s.); kənd adları (Ellərkənd, Güllücə və s.); dəniz adları (Xəzər dənizi, Qara
dəniz və s.); çay adları (Kür çayı, Arpa çayı və s.); - lıq, -lik,-, luq, -lük şəkilçili bir
qrup sözlər (müəllimlik, həkimlik, alimlik, dərəlik, daşlıq, yaşıllıq və s.); mücərrəd
mənalı sözlər (nifrət, qəzəb, sevgi və s.).
Qeyd olunur ki, mücərrəd mənalı isimlər fərdiləşdirildikdə, müxtəlif növləri
bildirdikdə, eləcə də topluluq məzmunu bildirən “su, süd, un, yağ” kimi isimlərin
müxtəlif növləri, çeşidləri vurğulandıqda onlar cəm şəkilçisi qəbul edə bilir: sevinc-
lər, sular, yağlar və s. (10, s. 232-233).
Ancaq təkdə olan isimlərin mövcudluğu məsələsii digər türk düllərinə aid
araşdırmalarda da irəli sürülmüşdür. Tədqiqatçılar qazax (8, 5), noqay (13, s. 98-
99), tatar (11, s. 46), başkır (14, s. 118), yakut (15, s. 126) dillərində bu
kareqoriyalı isimlərin mövcüd olduğunu göstərmişlər.
Professor Ağamusa Axundov ingilis və Azərbaycan dillərində kəmiyyət kate-
qoriyasının tipoloji müqayisəsinə həsr etdiyi məqaləsində Azərbaycan dilində yalnız
təkdə işlənən isimlər qrupunun mövcud olmaması nəticəsinə gəlmişdir. Onun fikrin-
cə, ingilis dilində ancaq təkdə işlənən bir qisim isimlərin qarşılıqları Azərbaycan
dilində əsasən cəmdə işlənir. Lakin həmin sözlər müəyyən məqamlarda istər ədəbi,
istərsə də danışıq dilində cəmlənə bilir və deməli onların ancaq təkdə işlənməsi fik-
rini irəli sürmək düzgün deyil (1, s. 5-6).
Fikrimizcə, ancaq təkdə olan isimlərin mövcudluğu semantik dil faktı olub is-
min məzmunca cəmdə işlənə bilməsi yaxud bilməməsi xüsusiyyəti ilə bağlıdır. Yu-
xarıda Azərbaycan dilində ancaq təkdə işlənən isimlərin müxtəlif müəlliflərə məx-
sus təsnifatlarını nəzərdən keçirdik. Həmin təsnifatların hər birində aparıcı yeri xü-
susi isimlər və mücərrəd anlayışlar tutur. Bədii ədəbiyyatdan illüstrativ materialın
nəzərdən keçirilməsi, eləcə də danışıq dilinin təhlili açıq-aydın göstərir ki, münasib
situasiyada istənilən xüsusi isim cəm şəkilçisi qəbul edə bilər. Məsələn, hər hansı
bir sinifdə iki Həsən olarsa və onların hər ikisi dərsə gəlməzsə, müəllim “Bu gün
Həsənlər dərsə gəlməyib” deyəcək. Yaxud hər hansı mücərrəd ismin fərdiləşdiril-
məsi, onun müxtəlif tiplərindən danışılması lazım olduqda, təbii ki, həmin ismin
cəm formasında işlənməsi potensialı yaranır və həmin mücərrəd isim konkret mü-
hitdə cəm şəkilçisi qəbul edə bilir. Məsələn: Mənə elə gəlir ki, bu yaxşılıqların arxa-
sında qərəzli bir məqsəd gizlənir.
Azərbaycan dilində ancaq təkdə işlənə bilən isimlərin müxtəlif dilçilər tərəfin-
dən təqdim olunan siyahılarını nəzərdən keçirərkən, yuxarıda qeyd olunduğu kimi,
aydın olur ki, əsas yeri xüsusi isimlər, mücərrəd isimlər, toplu isimlər və -lıq,-lik,-
luq,- lük məhsuldar leksik şəkilçisi ilə düzələn bir qrup isimlər tutur.
Professor Səlim Cəfərov isimlərin -lıq,-lik,-luq,- lük şəkilçisi ilə düzələn on
bir məna qrupunu qeyd etmişdir: bir cismin çox olduğunu bildirən atributiv isimlər
(dağlıq, üzümlük və s.), geyim şeylərini ifadə edən, yemək və zamana mənsubiyyəti
olan isimlər (paltoluq, günlük və s.). mənəvi keyfiyyətləri özündə əks etdirən isim-
lər (insanlıq, igidlik və s.), təbiət hadisələrinin uzun müddət davam etdiyini bildirən
isimlər (yağışlıq, quraqlıq və s.) (6, s. 155-156). Bu isimlər arasında müəyyən peşə,
sənət və ixtisas sahibi bildlrən isimlərin cəmdə işlənə bilməsi potensialını ən aşağı
hesab etmək olar (müəllimlik, dülgərlik, həkimlik və s.).
Toplu isimlər arasında –at şəkilçisi ilə düzələn bir neçə isim vardır. Bu
şəkilçinin mənşəyi məsələsi mübahisəlidir. Ərəb mənşəli hesab olunan bu şəkilçinin
Filologiya məsələləri – №7, 2013
58
türk mənşəli olduğunu iddia edən dilçilər də vardır. Məsələn, professor F. A. Cəlilo-
vun – at şəkilçisinin türk mənşəli olması fikri ilə professor Buludxan Xəlilov da
razılaşır (10, s. 237). Həqiqətən də “gedişat, içalat, elat, bağ-bağat və s.” sözlərin tər-
kibindəki sözü gedən şəkilçi hər halda onun türk dilinə xas sözlərdə də işləndiyini
sübut edir. Ümumiyyətlə, Azərbaycan dili özünün qrammatik quruluşuna assimilya-
siyaya, xarici müdaxilələrə qarşı güclü müqavimət qüdrətinə malik olan bir dil kimi
bir çox hallarda alınma sözlərin tərkibindəki cəm şəkilçilərini neytrallaşdırır və həmin
sözlərə -lar,-lər şəkilçisi artırılır. Məsələn: əşya (ərəb dilində “şey” sızünün cəmi) -
əşyalar, ətraf (tərəflər) - ətraflar və s. Bu nöqteyi-nəzərdən tərkibində -at şəkilçisi olan
sözləri iki qrupa bölmək olar: a) ancaq təkdə işlənənlər (camaat, nəbatat, heyvanat),
b) həm tək, həm də cəmdə işlənənlər (məlumat, ləvazimat, təfərrüat və s. Deməli,
birinci qrupdakı sözləri ancaq təkdə olan isimlər hesab etmək olar.
Ümumiyyətlə, qeyd olunduğu kimi, bu qrup isimlərin cəm şəkilçisi qbnul et-
məməsi bilavasitə onların semantikası ilə bağlıdır (lüğəvi məna cəmdə işlənməyə
imkan vermir) və onlar dilin inkişafının müəyyən mərhələsində cəmdə işlənə bil-
mək potensialına malikdir.
Ədəbiyyat
1. Ağamusa Axundov. İngilis və Azərbaycan dillərində kəmiyyət kateqoriyası
(tipoloji tədqiqat təcrübəsi) / Kontrastiv morfologiya (Elmi əsərlərin tematik
məcmuəsi). Bakı: Azərbaycan Dövlət Universiteti nəşriyyatı, 1987, s. 3-8
2. Aslan Aslanov. Müasir Azərbaycan dilində inkarlıq və kəmiyyət
kateqoriyaları. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1963, 92 s.
3. Bağırov Ə. A. Azərbaycan dilinin üslubiyyatı. Morfologiya. Bakı: ADU
nəşriyyatı, 1985, 79 s.
4. Зарифа Будагова. Азербайджанский язык. Баку: Элм, 1982, 140 с.
5. Будагова З. И. Основы грамматики современного Азербайджанского
языка (морфология). Баку: Элм, 1987, 188 с.
6. Səlim Cəfərov. Müasir Azərbaycan dili. Leksika. Bakı: Şərq-Qərb, 2007, 192 s
7. А. Д. Данияров. Категория множественности в современном казахском
языке. АКД, Алма-Ата, 1965, 30 с. ---8
8.Ə. Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı: Azərbaycan Dövlət
Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı.
9. Muxtar Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Şərq-Qərb,
2007, 280 s.
10. Buludxan Xəlilov. Müasir Azərbaycan dilinin morfologiyası. I hissə. Bakı: Elm,
2007, 280 s.
11. З. З. Гатиатуллина. Сравнительная типология родного (татарского) и
английского языков. Казань, 1979, 109 с.
12. Qənbərov Vaqif Ağası oğlu. Müasir ingilis dilində ismin kəmiyyət formalarının
kontekstual-funksional təhlili. Filol. elm. nam. dissertasiyası. Bakı: 2008, 147 s.
13. Грамматика ногайского языка. Часть первая. Фонетика и
морфология. Черкесск: Карачаево- Черкесское отделение
14. Грамматика современного башкирского литературного языка.
Москва: Наука, 1981, 495 с.
Filologiya məsələləri – №7, 2013
59
15. Грамматика современного якутского литературного языка. Москва:
Наука, 1982, 496 с.
16. N. Məmmədov, A. Axundov. Dilçiliyə giriş. II nəşri. Bakı: Maarif, 1980, 316 s.
17. Məmmədov N. Azərbaycan dilçiliyinin nəzəri əsasları. Bakı: Maarif, 1971,368
s.
18. Müasir Azərbaycan dili. II cild. Morfologiya. Bakı: Elm, 1980, 512 s.
19. Seyidov Y. M. Azərbaycan dilinin qrammatikası. Morfologiya. Bakı: Bakı
universitetinin nəşriyyatı, 2000, 403 s.
Shirmammad Qulubayli
The notion of singularity as a component of the functional-semantic field
of number in modern Azerbaijani
Sammary
This article deals with the investigation of the notion of singularity. Different
opinions about the category of singularity are generalized and the disputable
questions connected with this notion (expression of plurality by the nouns in the
singular form, the nouns of singularia tantum in Azerbaijani) are discussed. Here
the notion of singularity is investigated as the component of the functional-semantic
field of number in modern Azerbaijani.
Ширмаммад Гулубайли
Понятие единственности как компонент функционально-семантического поля
числа в азербайджанском языке
Resume
Статья посвящена исследованию понятию единственности. Разные
мнения о категории единственности обобщаются и основные спорные вопро-
сы, связанные с этим понятием (выражение множественности именами су-
ществительными в форме единственного числа, существительные singularia
tantum в азербайджанском языке) обсуждаются. Здесь понятие единсТвен-
ности в Азербайджанском языке исследуется как компонент функционально-
семантическое поля числа в азербайджанском языке.
Rəyçi: Sevindik Vəliyev
filologiya üzrə elmlər doktoru, professor
Dostları ilə paylaş: |