(4; 5). Burada da əsas tənqid hədəfi müəllifin “İran işləri” məqaləsindən tanıdığımız
Hacı Məmmədtağıdır. Xalqın qanını sormaq, var-dövlətini mənimsəməklə özünə
külli miqdarda sərvət toplayan harınlamış insafsız məmurları qəzəblə ifşa edən,
“mülkədar və ruhanilərə meydan oxuyan Səid Səlmasi” (1) belələrini istehza ilə
“padşah” adlandıraraq onların hərəsinin bir bölgənin külli-ixtiyar sahibinə çevrildi-
yini diqqət mərkəzinə çəkmişdir: “Əvət, Azərbaycanda “padşahlar” var ki, hər biri-
nin zənciri-əsarəti altında on minlərcə əkinçi var. Bu şahların ən böyüyü, ən müqtə-
diri Hacı Məmmədtağı Sərrafdır... İyirmi minə qədər kişinin irzi-namusu bunun yə-
di-cabbaranəsindədir”.
Müəllif Hacının köləsinə çevrilmiş biçarə həmvətənlərinin bir zamanlar rahat
həyat sürdüyünü həsrətlə təsvir etmişdir. Bu təsvirlər isə adi publisistik düşüncələr
olmayıb dərin bədiilik məziyyətləri ilə də seçilir. Oxucu belə məqamlarda kamil bir
nasir qələmi ilə tanış olur. Xüsusən müəllifin kənd həyatına, məişətinə, adət-ənənə-
yə yaxından bələdliyi, təsvirlərdəki təbiilik, dolğunluq aşkar duyulur. Təsəvvür
tamlığı naminə nisbətən geniş bir parçanı missal gətiririk: “İyirmi sənə bundan önə
qədər ki, hənuz kəndlər Hacı Məmmədtağının əlinə kеçməmiş idi, əkinçilərimiz mə-
sud (xoşbəxt) idi. Hər ailənin yüzə, iki yüzəcən davarı, 5-6 baş qaramalı-sağını olur-
du. Çəmənlər yaşıllanmağa başlar-başlamaz ailələr qaz yavrusu kimi çölə dağılır,
xırman üstünə qədər yеk vücud (birlikdə) işlərdilər. Xırman qurtardıqdan sonra hər
kəs öz kaşanəsinə (еvInə) çəkilib, məsudanə imrari-həyat еdirdilər (dolanırdılar).
Kəndlərinə bir qərib gəlirsə, onun hörmətini saxlar, hər gün birisi qonaq aparardı.
Lakin özləri qürbət nədir, bilməzdilər. Çobanları olurdu. Aralarında hеç bir nökər-
lik-ağalıq sözü olmazdı.
Ailənin ən gözəl günü çobanın şərqisini dinləməklə kеçirdi. Hər kənddə dü-
günləri (toyları) qış fəslincə saxlardılar. Çünki hər bir kəndin kəndinə məxsus bö-
yük bir otağı olar ki, kəndin əhli qışın tam gеcələri bir yеrə cəm olur, ziraətə (əkinə)
dair söhbətlər еdirdilər. Dügünləri də bu qış otağında еdirdilər .
Kənddə bir еyş (şənlik) olursa, həpisi iştirak еdir. Bir müsibət olursa, yеnə
həpisi məyus olurdu. Hər kəndin məxsusi məscidi, azan oxuyanı və ruhanisi var idi.
Ruhaniləri də bunlara mеhriban idi. Əksəriyyən qış gеcələri kəndçilərin məcməinə
gəlir, bunlara adabi- şəriəti təlim еdirdi. Bunlar da bu xidmətin əvəzində kəndin ru-
hanisinin ziraət işlərinə köməklik еdirdilər”.
Müəllifin təbirincə, bu yerlərin sakinləri qara günlərə o zaman düçar olur ki,
Hacı Məmmədtağı həmin kəndləri almağa başlayır. Nəticədə tərzi-həyat da
dəyişir, Əhalinin güzəranı dözülməz həddə yuvarlandığı kimi, mənəvi-əxlaqi dəyər-
lər də təhlükə altına düşür: “Əvət, əkinçilərimizin namusu ləkələndi, ayaqlar al-
tında əzildi. O еvlər, o ailələr ki, qürəbayə (qəriblərə) məmən idi, xarab oldu. O kişi
ki, 20 nəfər, 30 nəfərə kimin adam bəslər idi, şimdi divar diblərində sürünür. O qəh-
rəman cavanların gözü önündə kəndxudanın nökəri bacısının, əyalının saçını qoluna
tutur, sürür, səsini çıxarmayır.
Əvət, səsini çıxarmayır. Çünki cəsarətləri qırıldı, əsarətə öyrəndilər”.
Çarəsiz kəndlilərin xilas üçün əl atmağa məcbur qaldığı vasitələr barədə
aşağıdakı təsvirləri də həyəcansız oxumaq olmur: “Nə qədər əkin yеrləri varsa, hə-
Filologiya məsələləri – №7, 2013
245
pisi “Ərbab” əlinə kеçdi. Şimdi birisi əkin əkərsə, gərək getsin təpə başlarında, dağ
ətəklərində əksin. O da yağmur yağmazsa, bitməyəcək. Bitsə də üçdən birisi ərbaba
vеriləcək. Vеrgiləri də ağırlaşdı. Hər kəndçi “Divani”sini vеrdikdən sonra hər ay bir
toyuğ, bir qran, qışda da borcudur ki, bir ulaq yükü odun. Odunu yoxsa, gеdib dağ-
lardan dağ odunu gətirsin. Ulağı yoxsa, iki dəfə dalında gətirərsə, bir ulaq yükü hе-
sab olunacaq. İldə on gün “Ərbab”ın bağında çörəksiz işləməlidir. “Çörəksiz” dе-
mək nədir?” Bunu sual еdən olursa, cavabən dеyəriz ki, pulsuz həmişə işləməyə
həqqı var. Ona cəhətə çörəksiz dеyiriz.
Hər kəsin mеyvə ağacı olursa, ağac yaşına ilə bir qran vеrməlidir”.
Ərbab zülmünə dözməyən bir çox kişilərin də məmləkətdən baş götürüb qür-
bət ellərə getdiyini, kəndlərin köməksiz, kişisiz qaldığını, nəticədə qadınların, uşaq-
ların ən ağır işləri görməyə məcbur olduqlarını da S. Səlmasi amansız rejimin fəla-
kətləri sırasında təsirli bir tərzdə sadalayır:
“Еrkəklər bu zülmlərə qarşı dayanmadılar. Vətənlərindən ayrılmağa məcbur
oldular. Şimdisə Azərbaycan kəndlərində yüzdə bеş еrkək tapılmaz. Əkin əkməyə,
biçməyə övrətlər gеdirlər. Yazın isti vaxtı Azərbaycana səyahət еdərsınız, çöldə va-
lidələrə rast gələrsiniz ki, bir parça ilə yavrusunu dallarına bağlayıb, orağ əlində bi-
çin biçir. Tarlalarda bеş yaşında çocuqlar görərsiniz ki, özündən iki dəfə böyük olan
buğda bağlısını bir tərəfdən bir təfərə daşıyır”.
Səid Səlmasi məzlum kəndlilərin belə ağır durumda yaşamaqda davam etmə-
sinin bir səbəbini də onların öz hüquqlarını anlamamasında, kölə vəziyyətdən qurtu-
luşa ciddi səy göstərməmələrində axtarır. Oxuculara üz tutub düşüncələrini onlarla
bölüşür: “Möhtərəm qarеlər, İranda hürriyyət vеrildi. Lakin yеnə bunların halında
bir təfavüt yox. Çünki bunlar azadlıq nədir, həyat nədir, bilməzlər. Bu yazıqlar, bu
bədbəxtlər üçün kəndxudanın bir gülər üzü, bir hal sorması ən böyük bəxtiyarlıqlar-
dan hеsab olunur. Bunlar nə qədər hürr (azad) olursa, nə qədər hüquqa sahib olursa,
yеnə kəndxudanı görərkən baş еndirməkdən kəndilərini alamaz”.
(Bu yerdə Seyd Əzim Şirvaninin “Xan və Dehqan”ı yada düşür).
Müəllif ağaların zalımlığını, qəddarlığını, haqqını tələb etmək istəyənə aman-
sız divan tutduqlarını da nəzərdən qaçırmayıb konkret faktlar əsasında oxuculara
çatdırır: “Şimdi 20 il kеçir ki, bu kəndçilər Hacı Məmmədtağının nümayişkanə
zülmlərinə düçar olub, bu müddətdə bunlardan yalnız bir еtiraz еdən oldu. O da Ca-
vad adlı bir kəndçi idi. Kəndə Təbrizdən Hacı Məmmədtağının nökərləri divanı cəm
еtmək üçün gəlir. Həmin bu Cavadı tuturlar. Həbs еdirlər. Qırmanclayırlar. Dеyir:
- İstərsiniz, öldürünüz! Yoxumdu.
Təbrizdən gəlmiş məmur dеyir:
- Buraxın, gеtsin! Üç saata qədər on tüməni gətirməzsə, girin еvinə, əyalını ...
Yazıq Cavad qaranlıq çökdüyündən ətraf kəndlərə gеdəməz oldu. O kənddə
də həpisində on tümən tapılmadı ...Cavad, sübh açılır, namusundan daha öz kəndin-
də qalmayır. Tеzdən Təbrizə tərəf üzünü tutub gеdir. Üç gündən sonra Təbrizə varid
olur. Birbaşa Hacı Məmmədtağının sarayına gеdir. Hacının özünü görəcəyəmmi, -
dеyə bağırır. Bunu bağçaya aparırlar. Hacı o vaxt yalnız (tək) olaraq gəzirmiş. Bəd-
bəxt kəndçi irəli gеdir. Baş еndirir. Başlayır:
- Bax, qurbanın olum! Bizim tayfamızı hamı tanıyırdı. Mən bu günə düşmü-
şəm. Gəlmişəm sənin qulluğuna. Əgər mənim ərzimə yеtişməsən (bеlindən bir bı-
çaq çıxarır), bununla özümü öldürəcəyəm”.
Filologiya məsələləri – №7, 2013
246
Lakin Hacı onun dediklərinə heç bir əhəmiyyət vermir. Həyatda gördüyü haq-
sızlıqlardan bezmiş zavallı Cavad bıçağı öz qarnına soxur. Bu azmış kimi günahsız
kəndlini həbsə atırlar, on beş gün sonra məhbəsdə dünyasını dəyişir.Belə ürək par-
çalayan əhvalatın təsirli şəkildə təqdimi o dövrün mühiti, cəmiyyəti barədə bitkin
təəssürat yaradır.
Məqalənin axırında Səid Səlmasi Hacı Məmmədtağı kimi zalım istismarçılara
üz tutaraq bildirir ki, sizin də sonunuz gələcək. gec-tez bütün müsəlmanlar azad ola-
caq. Heç olmazsa, zülmünüzü, işgəncələrinizi azaldın. Müəllifin inamı belədir ki,
vaxtı ilə Dəmirçi Gavə cana doymuş məzlum əhalini başına toplayıb haqsızlıqla
mübarizəyə başladığı kimi, indi də yeni bir Dəmirçi ortaya çıxa bilər.Məqalənin
sonluğunda oxuyuruq:
“… Hacı Məmmədtağı “cənablarına” dеyiriz:
- Əfəndim, İrana hürriyyət vеrildi. Bir nеçə sənələr (illər) sonra bütün islamla-
rın (müsəlmanların) hürr olacaqları ümid olunur. Sən də o yazıq, bədbəxt millətə,
yəni rəiyyətlərinə vəlöv (azca olsa da), incitmə, azacıq olsun zülmün əskilt! Bəlkə,
bir nəfəs ala bilsinlər. Qorx o gündən ki, İranda “Gavəyi-büzürgər” çıxsın.Əvət,
bəsdir kəndçilərimizi, bu dünyanın pak və məhbubül-qulubu olan bir firqəni
incitmə! Kəndlərə insaflı kəndxuda göndər! Özün də bir az insafa gəl! Qocaların
saqqallarını kəsməyi götür. Kənddə cavan qızlara öz nişanlılarına gеtməyə icazə
vеr. Qulaq kəsmə! Boynuna ip kеçirmə!Hərgah bunlar sənin üçün çətin olursa, yal-
nız bunu kəndxudalarına tapşır ki, rəiyyətin namusuna nökərlərin, kəndxudaların tə-
rəfindən əl uzadılmasın.
İndi də üzümü bədbəxt əkinçilərimizə çеvirib dеyirəm ki:
Kilabi-zülmə qaldı gəzdiyin nazəndə səhralar,
Oyan, еy yaralı şiri-jəyan, bu xabi-qəflətdən!”
Yuxarıdakı beyt məşhur türk şairi Namiq Kamalın bir qəsidəsindəndir. Bu
misraları S. Səlmasi mübarizəyə çağırış ruhuna görə öz əsərinə daxil etmişdir. Belə
ki, N. Kamal həmin beytdə hüqusuz vəziyyətdə olan həmvətənlərini yaralı şirə bən-
zədərək onlara xitabən deyir ki, sənin gəzib-dolandığın nazəndə səhralar indi zülm
itlərinə qalıb. Yetər, qəflət yuxusundan ayıl və belə dözülməz hala son qoy! Səid
Səlmasi də məhz həmin beyti məqalənin sonunda verməklə əsər boyu izlədiyi mü-
barəzəyə çağırış qayəsini bir daha qabarıqlaşdırmışdır.
Göründüyü kimi, Səid Səlmasi “öz publisistik yazılarında, əsasən, Cənubi
Azərbaycanda gedən sinfi mübarizədən maraqlı səhnələr verir” (2, s. 41).
Səid Səlmasinin bir məktubundan da söz açmaq istəyirik. Bu məktubu o, 1909-cu
ildə şəhid olmazdan bir müddət əvvəl yaxın dostu Əliqulu Qəmküsara göndərmişdır. Ə.
Qəmküsar həmin məktubu “Yeni füyuzat” jurnalının 15 fevral 1911-ci il tarixli 6-cı
sayında “Səid Səlmasi kimdir?” adlı qısa ön sözlə birlikdə dərc etdirmişdir (6, s. 326-
329). Haşiyə çıxaraq deyək ki, S. Səlmasinin nakam ölümü Ə. Qəmküsarı çox
sarsıtmış, o, 1909-cu ildə “Tərəqqi” qəzetində ilk dəfə olaraq şəhid şairin tərcümeyi-
halını dərc etdirmiş, “Yeni füyuzat”ın 1911-ci ildəki 2-ci sayında isə “Şəhidi-hürriyyət
Səid Səlmasinin ruhuna ithaf” adlı şeirini oxuculara çatdırmışdı. Mərhum dostunun
məktubunu çap etdirməsi də onun xatirəsinə ehtiramın ifadəsi idi.
Nakam şairi “məşrutə qurbanlarından biri və bəlkə, ən birincisi” kimi dəyər-
ləndirən Ə. Qəmküsar onun 24 fevral 1909-cu ildə Maku ilə Xoy arasında Səidabad
çölündə irtica qüvvələri ilə döyüşdə öldürüldüyünü xatırlatmış, dostunun ona Xoy-
Filologiya məsələləri – №7, 2013
247
dan yazdığı məktubu oxuculara bu niyyətlə çatdırmışdır ki, “o vücudi-mübarəkin
necə səhih bir məslək və ali bir fikir sahibi olduğu açıqdan-açığa kəşf olunsun”.
Doğrudan da, bu məktub Səid Səlmasinin dünyagörüşünün bir sıra məqamlarını ay-
dınlaşdırmağa imkan verir.
Məktubun əvvəlindəki : “Mənim kimi fikrən və ruhən müztərib olanlara Sizin
kimi sadiq bir rəfiqin məktubunu ziyarət böyük bir bəxtiyarlıqdır”,- cümləsi Səid
Səlmasinin həmin vaxtdakı sarsıntılı, ağrı-acılı ovqatından soraq verir. O da anlaşı-
lır ki, Ə. Qəmküsar dostuna yazdığı məktubda farscadan tərcüməsi “Mərd odur ki,
nazı çəkilməyən nigarların nazını çəkə” kimi anlaşılan misranı işlətmiş, S. Səlmasi
isə ona cavab olaraq bu fikri davam etdirməklə yazmışdır: “Çünki nazı çəkilməyə
layiq nigarlara çox nazkeş bulunur. Bu isə mənim fikirim deyil, bəlkə, bu həqiqət
hər yerdə gözə çarpar...Bu gün İran hər yerdən və hər məmləkətdən artıq nazkeşə
möhtacdır. Bunu buraxıb da milyonca nazkeşi olan nigarların ətəyindən tutmaq
mərhəmətsizliyə dəlildir”. S. Səlmasi dostunun “Dünyanı özümüzə vətən bilək. Gə-
rək ümum aləmi-islamı mülahizə eləyək. Bir İranı deyil“,- qənaətinə də öz cavab
məktubunda münasibət bildirərək məşrutəni, parlament idarə üsulunu vacib saymış-
dır: “Bu fikir insanların əfkari-səmimanəsi, arzuyi-yeganəsi və rəhbəri-səadətidir.
Bunun üçün, yəni buna yetişmək üçün çarə məşrutiyyət və parlamentarizmadır. Hər
millətin ibtidayi-məşrutiyyətində iqtisadi-siyasi və iqtisadi-ictimaiyə nisbətən bir az
inhiraf duyulsa da, yenə ümumbəşəriyyətin birləşəcək və görüşəcək yeri həman
sərmənzili-səadət olan sirati-müstəqim həqdir”
Məktubdam o da anlaşılır ki, iki dost Osmanlı dövlətindəki gənc türklər hərə-
katı barədə də fikir mübadiləsi aparmışlar. Ə. Qəmküsar Osmanlı inqilabına müsbət
münasibət ifadə etdiyi halda, S. Səlmasi gənc türklərin fəaliyyətini dəyərləndirmək-
lə yanaşı, o fikri də irəli sürmüşdür ki, əsl inqilab xalqın içərisində yetişməli, xalq
öz azadlığını həqiqi mübarizə yolu ilə əldə etməlidir: “Əzizim, cavan türklər otuz
sənədən bəri qəlbən müntəzəm və qeyri-müntəzəm bir surətdə çalışırlar. Bu, inkar
olunmaz bir həqiqətdir. Lakin Osmanlı məşrutəsi bunların səməreyi-səyi deyildir.
Otuz sənə əvvəl millətin hürriyyətini qəsb edən, otuz sənə sonra millətə hürriyyət
verən, bir gündə otuz beş milyon nüfuzu (əhalini) öldürən, bir gündə yenə ruh
verən, iradeyi-səniyyə ilə qırx min məzlumu həbs edən, əfvi-şahənə ilə xilas edən,
məmləkətə hürriyyət bəxş edən, istibdad gətirən, həp bu xariqələri yapan və bu
sehrləri eyləyən zalım, xain, bir müstəbid nabekardır ki, adına Əbdülhəmid deyiriz.
Millətlərə bəxş olunan hürriyyətdən fayda yoxdur. Məgər ki, sitvət və qüdrəti-milli
sayəsində mühafizə oluna”.
S. Səlmasi İranda da bu istiqamətdə gedən proseslərə münasibət bildirmişdir:
”Bizə də ingilislər sədəqə növündən olaraq bir hürriyyət bəxş etdilər ki, “Yelqovan”
kimi tündbad politik hər nə tərəfə meyl elədisə, o yönə düşdü”.
Cənublu mücahidin öz dostu Ə. Qəmküsara aşağıdakı müraciəti də diqqəti
çəkir: “Yazırsınız ki, Təbrizdə Məcidiyyə xiyabanını başdan-başa qarət etmişlər. O
cümlədən bizim “Hacı ... mağazasını”. Anladım. Demək istəyirsiniz ki, Hacı.... ki-
mi bir xuliqanın mağazası qarət olunan yerdə anla ki, sizin mətbəə və mağaza sağ-
lam qalırmı? Pək xoşuma getdi. Nazikanə bir surətdə yazmışsınız. Zərər yox. Əzi-
zim, yandırsınlar! Qarət etsinlər! Bununla mənə bir şey olmaz. Lakin öz cəhalətləri-
ni dünyaya isbat etmiş olurlar”.
Filologiya məsələləri – №7, 2013
248
Doğrudan da, Səid Səlmasi öz vəsaiti ilə Avropadan ləvazimat gətirtmiş,
Təbrizdə mətbəə yaratmış, mətbuatın, maarifin tərəqqisi üçün ciddi səylət göstər-
mişdir. Ə. Qəmküsara məktubdakı qeydlər onun bu yolda üzləşdiyi təxribat və hü-
cumları bir daha yada salır.
Məktubun axırında isə S. Səlmasi Ə. Qəmküsardan son xəbərləri bundan son-
ra da yazmasını xahiş edir. Axırıncı cümlələr isə fədai şairin həyat eşqinin son ak-
kordları təsiri bağışlayır: “Sərmayə azaldıqca qədri bilinir” məsələsi doğru imiş.
Bir neçə ay əvvəl ölüm nəzərimdə heç bir şey idi. Yaşamaqdan nifrət edirdim. Şim-
di isə köpək kimi yaşamağa həris və arzukeşəm”.
Bütün bunlar göstərir ki, romantik şair Səid Səlmasinin poeziyasında ifadə
olunan hürriyyət ideyaları onun publisistikasında da əsas yer tutur. O, dövrün, za-
manın, cəmiyyətin aktual məsələlərini həssas publisist qələmi ilə işıqlandırmış,
həmvətənlərini öz hüquqları uğrunda mübarizəyə səsləmişdir. Vətənpərvər ədibin
publisistikasında toxunulan problemlər həm dəqiq faktlar, həm də əhatəli təhlillər
əsasında oxuculara çatdırılır. Müəllifin publisistikasında təsirli bədii dil, müvafiq
təsvir üsulları da razılıq doğurur. Bütövlükdə onun publisistik irsi hərtərəfli tədqiqa-
ta layiqdir.
Ədəbiyyat
1. Aslanov M. Vətənpərvər şair. “Ədəbiyyat və incəsənət” qəzeti, 1987, 3 aprel
2. Əkbərov Z. İnqilabçı şair, siyasi xadim Səid Səlmasi. Azərbaycan EA-nın
Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. 1989, № 2, s. 36-43
3. Səlmasi S. İran işləri. “Tazə həyat” qəzeti, Bakı, 1907, 7 may
4. Səlmasi S. İrana dair. Azərbaycan “padşahları”. “İrşad” qəzeti , Bakı, 1907,
13 may
5. Səlmasi S. İrana dair. Azərbaycan “padşahları”. “İrşad” qəzeti, Bakı, 1907,
17 may
6. “Yeni füyuzat” jurnalı (1910-1911-ci illər), (çapa hazırlayan və ön sözün
müəllifi Hüseyn Həşimli). Bakı: Elm və təhsil, 2010, 448 s.
Huseyn Hashimli
The publicistic of Said Salmasi
Summary
For the period of long years Said Salmasi (1887-1909) literary activity rema-
ined beyond investigations.The article has been dedicated to the publicistics of
Saida Salmasi. The article analyses the publicistic articles written by the romantic
poet Said Salmasi in the early past century. And some aeticles are drawn ihto
affention for the first time.
These stages are investigated on the basis of those examples, facing a poet
and made appropriate conclusions. There have been analysed charakteristic works,
their idealogial-literary features have been clarified. It becomes clear from this work
that the author who gives importance to the sinkerity in all his thougths tries to
adhere to this situation all his life and not to change his point of wiev despite all the
diffuculties he faces.
Filologiya məsələləri – №7, 2013
249
Гусейн Гашимли
Публицистика Саида Салмаси
Резюме
Долгое время литературная деятельность Саида Салмаси (1887-1909)
оставалась вне исследования. Статья посвящена публицистике Саида Сал-
маси. В статье иссдедуются публицистические произведения Саида Салмаси.
Здесь на основе примеров исследуются темы, к которым обращался автор и
сделаны некоторые вводы.
В ней анализириуются характерные публицистические произведения
Саида Салмаси. выявляются их идейно-художественные особенности. Из
произведений становится ясно, что отдавая предпочтение искренности во всех
своих размышлениях, автор всю жизнь старается быть верным своей жизнен-
ной позиции и, несмотря на все трудности, не отрекается от своих убеждений.
Rəyçi: Seyfəddin Eyvazov
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №7, 2013
250
ŞAKİR CƏFƏROV
АДПУ-нун диссертанты
«Азярбайъан мцяллими» гязетинин ямякдашы
Щ.CАВИДИН ГАДЫН ГЯЩРЯМАНЛАРЫ
(«ИБЛИС», «СЯЙАВУШ» ВЯ Б. ЯСЯРЛЯРИ ЯСАСЫНДА)
Açar sözlər: əlçatmaz zaman, həmişə hesablaşır, daşqəlbli cəlladlar.
Ключевые слова: недосягамое время, всегда считается, бессердечные палачи
Key words: Unattainable time, always takes into consideration, heartless killers
(or cruel executioner).
Böyük Alman şairi İ.V.Hötenin «Faust» dramatik poeması ilə görkəmli Azər-
baycan dramaturqu H.Cavidin «İblis» pyesi arasında mövzu və problem müxtəlifli-
yi göz qarşındadır. Hər iki faciənin «doğuluşu», «təvəllüdü» arasında da əlçatmaz
zaman fərqi var. Bütün bunlara baxmayaraq, bu iki faciə arasında bəşərilik baxı-
mından qohumluq, doğmalıq təkzibedilməz həqiqətdir.«Faust» və «İblis» dünya
demonizm poeziyasının ən mühüm səhifələrindəndir. «Fast»la yüksək bir mər-
hələyə qalxan dünya demonizm poeziyası «İblis»də yeni mən və mövzu çaları ilə
zənginləşir. Burada İ.V.Höte və H.Cavid də dövrün narahat və düşündürən prob-
lemlərinin fəlsəvi-estetik həllini mifoloji obrazların təcəssümündə verməyə çalış-
mışdır. Elə Fast da, Arif də ilk cinayət addımını məhəbbətlə - Qretxenə (Marqarita-
ya) və Rənaya olan məhəbbətlə əlaqədar atırlar.
Dramaturqu faciədə ayrı-ayrı şəxsiyyətlərin taleyi maraqlandırmır. Müəllif,
ümumiyyətlə, insanların, bəşərin taleyini düşünmüşdür. Dramда aturq belə qənaətə
gəlir ki, insan mənəviyyatının formalaşmasında xarici mühit başlıca rol oynayır. O,
insanlara üz vermiş faciədə çıxış yolunu onların mənəvi təmizlənməsində, islah
olunmasında, mədəniyyətə yiyələnmək şərti ilə tədricən təkamül yolunda görür»
«İblis» faciəsində iki qadın surəti vardır. Bunlar Xavər və Rənadır. Hər iki ob-
raz əsərin baş qəhrəmanı Arifin daxili aləminin açılmasında, onun dinamika və
dramatizmində fəal rol oynayır. Təkcə Arif obrazının deyil, faciənin də əsas qayə-
sinin açılmasında bu iki qadının mühüm rolu vardır.
Xavər Arifi səmimi qəlbdən sevən və həyatın, yaşayışın qayəsini, mənasını
ailə səadətində görən təmiz və pak vicdan sahibi olan real düşəncəli bir qadındır.
Xavər Rəna kimilərin müəmmalı eşqinə uyan Arif kimi hərdəmxəyal ərlərin xəya-
nətinin qurbanı olan Şərq qadınlarının ümumiləşdirilmiş simvoludur.
Rəna Arifin Xeyri atıb Şərə xidmət etməsində, yəni iblisləşməsində əsas sə-
bəb və amildir. Arif, Vasif və İbn Yəmin kimi üç kişinin həyat və darvanışlarında,
тaleyönümündə mühüm rol oynayan Rəna faciədə İblisin ortaya atdığı əsl «nifaq al-
ması»dır. Məhz buna görə də onunla yaxın təmasda olan obrazların hamısının taleyi
faciə ilə bitir. Xavər, İxtiyar Şeyx, Arif, Vasif, hətta İbn Yəmin də bu qəbildən he-
sab edilə bilər.
Bəşəriyyəti həmişə fəlakətlərə sürükləyən şər və onun təzahürləri əleyhinə
yazılmış «İblis» faciəsi həm mövzu, həm də yüksək sənətkarlıq məziyyətlərinə gö-
rə öz yeniliyi və aktuallığı ilə H.Cavidin digər əsərlərindən fərqlənən ədəbi bir ha-
disə idi. Xüsusilə , onun qələmə aldığı müharibə mövzusu, sonralar bu mövzuda
Filologiya məsələləri – №7, 2013
251
yazacağı «Topal Teymur», «Səyavuş» və «İblisin intiqamı» kimi əsərlər üçün bir
təməl daşı idi.
İnsan məhəbbəti insana faciə gətirir - Mefistofelin sübuta yetirməyə çalışdığı
ideyalardan biri budur. Bu, Rənanın arxasınca düşən Arifin getdiyi tərəfə qəh-qəh
çəkən İblisin sözlərində də deyilir:
Get, lakin o hörmət və məhəbbət
Bir gün doğurur qanlı ədavət,
Get. Bəllidir insandakı xislət.
Faust-Marqarita epizoduna bənzər maraqlı tragik bir xəttə «İblis» faciəsində
də rast gəlirik (Arif-Rəna xətti). Qəhrəmanların taleyi ilə bağlı hadisə boyu oxşar
lövhələrin təsvirində hər iki mütəfəkkir şair: «Qidası şər olan cəmiyyətdə xoş-
bəxtlik qeyri – mümkündür»-nəticəsinə gəlir.
«İblis» də H.Cavid bir-birindən fərqli iki qadın surəti yaratmışdır. Xavər sə-
mimi, ərini sədaqətlə sevən, fədakar bir qadındır. O, Arifin hər hərəkətinə həssas-
dır, onun dəyişməsinin səbəbini anlamağa çalışır. Ərinin anlaşılmaz əzabları, kədər
və iztirabları bu məsum qadını həyacanlandırır.Taleyə və qəzaya inanan sadə qəlbli
qadının faciəsi çox səmimi və inandırıcıdır. Xavər həyatın acılarını duyduqca,
gördüyü hadisələrin təsiri altında getdikcə dəyişir. İnsanın törətdiyi cinayətlər onun
məhəbbəti dolu saf qəlbini sarsıdır, nifrət hissi varlığına hakim olur. Mühitə uyu-
şa bilməyən Xavər çılqınlıq dərəcəsinə Rəna isə xarekteri etibarilə Xavərdən seçil-
ir. Atasının qatilini axtaran Rəna eyni zamanda günahsız qadın əleyhinədir. Arifin
cinayəti onu dəhşətə salır. İnsanlıq üçün ləkə saydığı hərəkətini pisləyərək onu
vəhşi adlandırır. Əsərdə Xavər və Rəna bir insan kimi hümanist hisslərə malik
olmaqla bərabər, bir qadın kimi də nəcibdirlər. Onlar öhdələrinə düşən borcu
namusla yerinə yetirirlər. Bu cur hissə qapılma yoxdur. Ağıl və hiss ilə iş görmək,
şəxsi arzularının canlanmasına aludəçilik üstünlük təşkil etmişdir. Təbiətin bu
məsum insanlarında ağıl və hiss birlikdə inkişaf etmiş, iradələrində sarsılmayan
dəyanət çatır, vəhşiləşmiş, səfilləşmiş insanları lənətləyir.yaranmışdır. Rəna və
Xavər öz işləri ilə içtimai həyatın fəal iştirakçılarıdır.Hər iki qadın həyat səhnə-
lərində fədakarcasına çıxış edirlər. Onlara qarşı rəğbət getdikcə çoxalır. Xavər əri-
nə sədaqətli bir qadındır. Onda olan bu sədaqət səmimiyyətdən irəli gəlir. Xavər əri
Arifin hər kiçik hərəkəti ilə belə maraqlanır. Lakin bu heç də qısqanclıqdan yox,
bəlkə Xavərdə ailə səmimiyyətini qiymətləndirməkdən irəli gəlir. O, Arifin həya-
can keçirdiyini bildiyindən, onun kədər və iztirabları ilə həmişə hesablaşır. Məhz
buna görə də Xavər:
Söylə, Arif, aman, nə oldu yenə
Yenə kimlər göründü gözlərinə?
Xavərin bu səmimiyyəti, sədaqəti, iradə möhkəmliyi ailə çərçivəsini qırır və
vətənə, xalqa xidmətdə özünü daha qabarıq göstərir. Xavərin yaralı rabitəçiyə et-
diyi xidmət səmimiyyətdən əlavə, xalqına olan məhəbbətdən irəli gəlir ki, bu da onu
nəzərimizdə xeyirxah insan kimi yüksəldir. Xavərin dünyabaxışında bilavasitə
məhəbbət, mərhəmət fəlsəfəsinin təsiri vardır. Bu da aldığı tərbiyə ilə əlaqədardır.
Filologiya məsələləri – №7, 2013
252
Xavər özü etiraf edir ki, o, Arifə heç cəhətdən bağlı olmuşdur. Xavər insanın insa-
na kömək etməsini bir borc, bir vəzifə, allah adamının səciyyəvi xüsusiyyəti hesab
edir. Məhz buna görə də Xavər allah adamı olmaq kimi şərəfli vəzifəni qarşısına
məqsəd qoyur və bu amal uğrunda çarpışmağı hər şeydən üstün tutur.O, insanın in-
sana etdiyi yaxşılığı, bir sözlə, əməli xidmətini yalnız allah ehtiramlarının, allah
məhəbbətinin bir vasitəçisi hesab edir. Xavər yaralı zabitin alın və qolundakı yarala-
rın sağalmasını allah mərhəmətində görür və ilahiyə şükür etməklə təsəlli tapır:
Çox şükür, iştə hər sağaldı yaran,
Bax, nasil mərhəmətlidir yaradan.
Digər tərəfdən Xavərdə «tale»yə, «qəza»ya inam qüvvətlidir. O, hər bir
fəlakəti, hadisəni, ayrılığı, Arifdən ayrı düşməsini öz taleyi, «qəza» ilə bağlayır:
Şu qəza doğdu bir təsadüfdən,
Məni tale ayırdı Arifdən.
Xavər qan tökməyin əleyhinədir. O, insanı yaxşılıq və xeyirxahlıq edən bir
varlıq kimi dərk edir. Xavər içtimai hadisələri, insanların bir -birinə münasibətini
izləyir. O, yaralı zabitin ərəb zabitini öldürməsinə haqq qazandırır. Xavər çılğınca-
sına bütün insanların «iblis»ə uyduğunu» və yer üzünün qanla dolu oduğunu
söyləyir.
Xavər:
İblisə uyub da əhli-aləm,
Həp yer üzü qanlı, cümlə sərsəm...
-deyə kədərlənir.
Xavərdə insanlar haqqında bu təsəvvür bilavasitə mühitdəki haqsızlıqdan, in-
sanların humanizm hisslərini itirməsindən irəli gəlir. Xavər mühitə uyuşa bilmədiyi
üçün içtimai quruluş onu öz pəncəsində aciz bir qul kimi məhv edir. Bu onu göstərir
ki, dramaturq Xavəri hələ həyat mübarizəsi üçün kamlləşməmiş hesab edir.
Bu əsərdə Rəna isə qorxmaz və çətinliklərə təslim olmayan insanpərvər bir
qızdır. Onda atasının qatilindən intiqam almaq duyğusu çox qüvvətli olsa da, gü-
nahsız qan tökməyin əleyhinədir. Rəna İbn Yəminin hiyləgərliyini, atasının qatili
olduğunu bildikdən sonra qəti hərəkət edir. Onda insanlara münasibət məsələsi
dəyişir. Rəna artıq insanlara açıq gözlə baxır, həyat məsələlərini, içtimai hadisələri-
ni diqqətlə izləməyə çalışır. Rəna düşmənə qarşı nə qədər amansızdırsa, bir insan
kimi sox mülayimdir. O, İbn Yəmin kimi xainləri «tərk həyat» etməkdən nə qədər
həzz alırsa, dini, milli mənsubiyyəti başqa olan bir insana sui - qəsld edən Arifə
qarşı amansız olur. Rənada bu nəcib sifət onun vicdanının paklığını bir daha gös-
tərir. Rəna vicdanını insan qanı ilə ləkələyən aşiqin nəvazişini rədd edir.
H.Cavid Xavər və Rəna surətlərini Səlmadan, İsmətdən, Maraldan və Göyər-
çindən fərqli olaraq cəsur, bacarıqlı və daha çox ictimai mübarizə fonunda ver-
mişdir.
Əsərdə qadın tipləri olduqca incə və sənətli fırçalarla canlandırılmışdır. Xa-
vər, Rəna hər ikisi türk qadınlığını təmsil edən sevimli tiplərdir. Hər ikisinin naturu
aydın və müəyyəndir. Nöqteyi - nəzərlərində ziddiyyət yox, heç birinin ağıl ilə qəl-
Filologiya məsələləri – №7, 2013
253
bi, hiss ilə düşüncəsi, idrak ilə arzusu arasında ayrılıq görünmür. Hər ikisi vəzifəsi-
nin qəhrəmanıdır, hər ikisi bəşəri və milli qayə daşıyır. Xavər Rənaya nisbətən da-
ha səmimi, daha idealistdir. Büllur ruhu həyatın çirkabları ilə bulanmamış, dağ çeş-
mələri qədər saf və şəffaf bir qəlbə malikdir.
H.Cavidin dramaturgiyasındakı qadın tipləri daha çox məhəbbətlə bağlı olan
qadınlardır. Şairin «Şeyx Sənan»la bağlı faciəsi haqqında çoxlu sayda fikirlər
vardır. Bu fikirlərdən biri budur ki, niyə H. Cavid kimi mütəfəkkir şair Şeyx Sənan
kimi bir mürşidi xristian qızı Xumara aşıq etmiş və bu yolda Şeyx Sənan, hətta iki il
donuz otarmağa razı olmuşdur…
Deməliyik ki, məhəbbətdə millilik olmur. «Əsli və Kərəm» dastanında,
N.Nərimanovun «Bahadur və Sona» əsərində olduğu kimi, H.Cavidin «Şeyx Sə-
nan» əsərində də bu belədir. Bu əsərlər quruluşların keçid dövründə yazılmış bədii
nümunələridir.
Dünya ədəbiyyatı tarixinə diqqət yetirdikdə bir həqiqət də meydana çıxır –
müxtəlif dövrlərdə yaşamış sənət korifeyləri, yeri gəldikcə, özlərindən əvvəl iş-
lənmiş süjetlərə müraciət etmişdir. Hər sənətkar hadisələrə dövrün möhrünü vur-
mağa çalışmışdır.
Bəzən də belə olur qəhrəmanların milli mənsubiyyəti müxtəlif olsa da, onlar
yaxın qan qohumu kimi bir - birinə çox bənzəyirlər. Bizcə, bu bənzəyişə, doğmalı-
ğa, ekizliyə bir səbəb qəhrəmanların eyni ictimai faciə daşımalarıdırsa, başqa bir
səbəb də dünya ədəbiyyatının daxili - əlaqəli, dialektik məntiqi paralel inkişafı,
bəşəri problemlərin qoyuluşu və həlli ilə bağlıdır.
Bağlı, ehtiraslı sənət ictimai həyatın inkisaf vasitəsi olmaqla, nə sərhəd, nə
milli mənsubiyyət tanıyır. Nəhəng sənətkarlar milliliyin mayasında bəşərililik,
ümuminsanilik tərbiyə edir, dünya ədəbiyyatı arenasına çıxarır. Elə bu nöqtədə baş-
qa-başqa ünvandan gəlmiş qəhrəmanlar öz bənzəyişlərini tapıb çiyin - çiyinə da-
yanırlar.
Bu cəhətdən V.Şekspirin «Hamlet» faciəsi ilə H.Cavidin «Səyavuş» əsəri diq-
qəti cəlb edir. Hər iki əsərdə ayrı - ayrı tarixi hadsələrdən danışılsa da, görürük ki,
qəhrəmanlarla bağlı faciə xəttində nə qədər oxşarlıq və yaxınlıq var. Məsələn,
Hamletin, Səyavuşun da taleyinin faciəvi istiqamətini qadın xəyanəti müəyyənləş-
dirir.
Gertruda Hamletdən oğul məhəbbəti istəyir. Südabə isə Səyvuşdan aşna…
Hər iki qadının tələbi, istəyi təbii qanunlara ziddir. Onların məhəbbət istəyi riya
və məkr cövhəri ilə yoğrulmuşdur.
Gertruda Hamletin şübhələrin dağıdıb, onun məhəbbətini qazanmağa çalış-
ması ilə özünü və yeni əri olan kralı fəlakətdən xilas etmək məqsədi izləyir.
Şərqin müqəddəs qanunlarını tapdalayan Südabə oğulluq məhəbbətini aşna
tələbinə çevirməyə çalışması ilə alovlanan qadın atəşini söndürmək istəyir. Mə-
sələnin əsil mahiyyəti budur ki, hər iki qadın ərindən usanmışdır.Onlar qadınların
çılğın ehtirasına cavab vermək iqtidarında deyillər.
Aşağıdakı misralar Südabənin mənəvi atəşini nə qədər də parlaq şəkildə
göstərir:
...Könlümdəki atəşləri
Parlatmaz sönük yanğın.
Filologiya məsələləri – №7, 2013
254
Çəlik qollar istərəm ki,
Məni didsin, parçalasın.
Kompozisiyanın fəcil bütövlüyünə xidmət edən parçalardan birisinin - yataq
otağında Hamlet və Səyavuşun ayaqlarına düşüb onlardan «Məhəbbət tələb edilən
səhnənin oxşarlığı, qohumluğu maraqlıdır.
Səyavuş atəş içərisində yanan Südabəni özündən kənara itələyərək qeyzlə
deyir:
Çəkil, ehtirasın qara yelkəni
Sən nəsin? Bir heç, bir şərəf xırsızı.
Vəhşi Suriyənin uğursuz qızı…
Hamlet də qadın və analıq şərəfini itirmiş qatili, ananı beləcə rədd edir. Sü-
dabə bu yerdə Gertrudanın şərqli bacısıdır.
Şekspirdə faciə xətti əmisi kralla Hamlet arasında, H.Caviddə Səyavuşla Sü-
dabə arasındadır.
Hamletin ipə - sapa yatmadığını görən əmisi onun keçdiyi yollara hiylə to-
ru qurur, hətta vəzirin və onun qızının ölümünə səbəb olur. O, şahzadəni zəhər-
lənmiş qılıncla öldürməyə planlar cızır.
Südabə də ona tabe olmaq istəməyən Səyavuşa beləcə hiylə və məkr toru
qurur. O, qara əməlində tənha, geniş tədbirlərə malik iş bacaran, rəqibinə qarşı
mübarizədə geri durmaz bir qadın kimi özünü göstərir.Hətta, Südabə Danimarka
kralından bir addım irəli gedərək tarixən düşmən olan saraydan özünə arxa tapır.
Səyavuşun Turana qaçmaq xəbərini təsadüfən eşidən Südabənin dişləri
arasından ilan fısıltısına bənzər bir səs çıxır:
Məndən qaçsa belə, əldə
Gəlməlidir cənazəsi…
Bu nöqtədə Südabənin iblis təbiəti meydana çıxır. Nəhayət, qolu qırılmalı
qəhrəman hiylə toruna düşür və məkrin qurbanı olur.
Yuxarıda gətirdiyimiz qarşılaşdırma göstərdi ki, «klassik ənənə» deyilən kə-
lamlar əsrlər arasında salınmış canlı mənəvi körpüdür. Bü körpüdən dünya
ədəbiyyatının müxtəlif formalı və çoxcəhətli guşələrinə yollar keçib gedir.
H.Cavidin ideal qadın axtarışları ədəbiyyatımıza, səhnəmizə təkrar olunmaz,
bir-birindən maraqlı qadın obrazları gətirmişdir. Onun tapıntıları, qadına yüksək
poetik zirvədən baxmaq bacarığı bu gün də oxucuların, tamaşaçıların qəlbini fəth
edən əsas amillərdəndir.
Bütünlükdə qadın qəlbi H.Cavid sənətini hərəkətə gətirən, ona od və atəş ve-
rən «İlk Prometey odu», təkan qüvvəsidir. Onun rəğbətlə təsvir etdiyi qadınlar əzə-
mətli və dərindir, sevən-seviləndir, məhəbbətləri yolunda hər cür risqə gedəndir
və işgənciyə dözəndirlər. Məqamı gələndə intiqamçı və cəngavərdirlər. Adama elə
gəlir ki, H.Cavidin qadınları şimşəkdən, oddan, atəşdən, buluddan yaranmışlar. Bu
qadınlar onların ləyaqətini ləkələyənləri, namusuna təcavüz edənləri yandıra bilər,
qarsa bilər, adamı külə döndərə bilər. Onlar ən yırtıcı cəlladların, əli qılınclı, başı
zərli, toplu-tüfəngli dövlət başçılarının birbaşa sinəsinə yeriyib eşq və məhəbbət-
Filologiya məsələləri – №7, 2013
255
lərini, mənliklərini onların taxt-taclarından uca tuturlar. H.Cavid sənəti qadına
əyləncə kimi baxanlara ən sərbəst zərbədir. Bu sənət analıq, qadınlıq üçün allah-
lara, peyğəmbərlərə, krallara, padşahlara, din xadimlərinə qarşı üsyan edən od nə-
fəsli üsyankar sənətdir. Bu qadınlar öz ağıl və iradələri ilə hünər və gözəllikləri ilə
qaranlıqdan hörülmüş kəfənlərini parçalayıb özlərinə şəfəqdən paltar biçən məğ-
rur, qorxmaz, dəyanətli fədakarlardır!
Poeziya, publisistika və möhtəşəm dramaturgiyasında qadın problemlərinə
geniş yer ayıran H.Cavid ədəbiyyat və incəsənətimizi, o cümlədən teatrımızı gözəl,
ülvi, romanttik, mürəkkəb və təkrarolunmaz xarakterlərlə zənginləşdirərək, bu möv-
zunun gələcək inkişafının düzgün istiqamətləndirilməsində əhəmiyyətli rol oyna-
mışdır.
Belə ki, H.Cavid əsərlərindəki bir-birinə bənzəməyən maraqlı qadın surətləri-
nin ən gözəl ifaçılarından biri SSRİ xalq artsti Mərziyə Davudova olmuşdur. Mər-
ziyə xanım «İblis» də Rəna və Xavər rollarında çıxış edərək, iki müxtəlif, bir-
birindən fərqli surətlər yaratmışdır. Onun Xavərində sevən bir qəlbin həsrətli çır-
pıntıları hiss olunur. Rəna surətində isə aktyor qəhrəmanının cəsarət və qətiyyəti-
ni ön plana çəkir.
Xumar («Şeyx Sənan») rolununda M.Davudova təbiətinə xas emosionallıq
və temperamentlə oynayırdı. Aktrisa qəhrəmanının öz məhəbbəti uğrunda ölümdən
belə qorxmayan, insanları bi-birindən ayıran dinə, məzhəbə, irqi fərqə qarşı barış-
maz, əyilməz olduğunu tamaşaçıya inandırıcı boyalarla çatdırırdı.
Südabə («Səyavuş») rolunun əvəzsiz ifaçısı Mərziyə Davudova qəhrəmanının
oynaq təbiətini, coşub-daşan ehtirasını, od-alov saçan kinini məharətlə təcəssüm et-
dirirdi.
H.Cavid şərq dünyasında çarşabı, bu qara səyyar pərdəni qadın azadlığının
«ən böyük əngəllərindən biri» sayırdı. Çünki bu qara pərdə qadının işıqlı aləmə ba-
xan gözlərini, ağlını qapayırdı. H. Cavid hər bir anda, qadında günəşin, təbiətin
müəyyən əlamətlərini görür və buna görə də analığa hər şeydən çox üstünlük verir-
di. Deyirdi ki, övlad eşqi ilə çırpınan bir qadın, qadın qəlbi «sayğısız qızlarınkın-
dan daha bakir və ləkəsizlir». Onlar təmizlik, müqəddəslik kimi bəşəri bir məna
kəsb etdiklərinə görə xalqın sevimlisi, el anası, vətənin rəmzi olurlar. Bu qadınlar
öz ağılları, əməlləri, istək və arzuları, hətta rəftarları, işvələri, rəqslərilə insanda
gözəllik duyğusu yaradır və daş qəlbli cəlladları belə mərhəmətə gətirə bilirlər.
H.Cavid torpağa, Vətənə, elə qəlbən məftun bir şair, dramaturq idi. Cavid ya-
radıcılığı ilə ədəbiyyat tariximizdə mənzum faciənin əsası qoyulur. Real hadisələrlə
ideallığın vəhdətindən yazan H.Cavid ədəbiyyat tarixində yenilikçi sənətkar kimi
tanınır, dünya xalqları tərəfindən sevilə - sevilə oxunur, insanların mənəviyyatını
zənginləşdirən, onlara zövq verən əsərləri yüksək qiymətləndirilir.
Məşhur Ukrayna alimi, astronom Nikalay Çernıx H.Cavid sənətinin böyüklü-
yünü dərk edib ona hörmət və ehtiram göstərərək kəşf etdiyi ulduza «Cavid» pla-
neti adı vermişdir. Deməli, H.Cavidin adı, ideyaları doğma vətənində və türk dün-
yasında deyil, ulduzlar aləmində də əbədələşir, göylər səltənətində özünə layiqli bir
yer tutur.
Burada ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin H.Cavid yaradı-
cılığına verdiyi böyük, müdrik bir fikri yada düşür: «Onun bütün yaradıcılığı Azər-
baycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır».
Filologiya məsələləri – №7, 2013
256
Şairin dramlarından bəlli olur ki, istər qərbli, istərsə də şərqli qadını olsun fər-
qi yoxdur.Qadın gözəllik, saflıq, paklıq, incəlik, təmizlik nümunəsidir. Azərbaycan
xanımı isə ədəb-ərkanı, abr-həyası, xanım-xatınlığı ilə bu nümunənin tacıdır. O tac
nə qədər yüksəkdə qalsa, o qədər gözəldir, əlçatmazdır.
Doğrudur, bu sahədə o dövrün azad fikirli bütün ziyalıları mübarizə aparmış-
dır. Lakin dövrü mətbuat və onun yazarları daha çoxşaxəli və çoxsahəli bir tərzdə
bu mübarizədə fərqlənmişlər.Dövrün mətbuatında qadın azadlığı mövzusu ön plana
çəkildi. Amma, buna qarşı çıxanlar da oldu. Böyük ehtirasla qarşılanan qadın azad-
lığı məsələsinə müxtəlifmətbu orqanlarında müxtəlif münasibət var idi. Bir-birinə
zidd olan fikirlər, mülahizələr, rəylər, odlu-alovlu çıxışlar… Azərbaycan qadınları-
nın taleyi, ozamankı kölə vəziyyətindən xilas yolu, dini və fanatik baxışlardan,
ziddiyyətlərdən qurtuluş yolu və bu kimi bir çox aktual məsələlər mətbuatda böyük
ictimai- siyasi problem şəklini aldı. Qadınlarımızın son dərəcə ağır maddi - mənəvi
vəziyyəti, onların bütün insani hüquqlardan mərhum olmaları ziyalılarımızı, xü-
susən də qələm əhlini daha çox narahat edirdi. Odur ki, başda «Mola Nəsrəddin»
olmaqla dövrün əksər milli ruhlu mətbuatı bu məsələnin həllinə can atırdı. Çox çə-
tin də olsa, qadınlarımızı təhsilə, elmə yeniliyə cəlb etmək, cəhalətdən, nadanlıqdan,
avamlıqdan qurtarmaq üçün onların maariflənməsi məsələsini daha kəsərli şəkildə
qoydular.
Artıq XX əsrin ikinci on illiyində ölkəmizin hər bir sahəsində az da olsa,
savadlı, ziyalı qadınlar yetişərək ölkənin mədəni həyatında iştirak edirdilər, Bakıda
1911-ci ildə qadınlar üçün «İşıq» jurnalı nəşrə başlamış, qızlar məktəbi, qadın xey-
riyyə cəmiyyəti fəaliyyətdə idi. Ölkənin məktəb, səhiyyə, mətbuat sahələrində Hə-
midə xanım Cavanşir, Hənifə xanım Məlikova, Səlimə xanım Yaqubova, Xədicə
xanım Əlibəyova, Mədinə xanım Qiyasbəyli, Xədicə xanım Ağayeva, Cavahir xa-
nım Rəfibəyli, Nigar xanım Şıxlınskaya, Səkinə xanım Axundzadə, Sona xanım Və-
zirova, Şəfiqə xanım Əfəndizadə, Nabat Nərimanova və Rəhilə xanım Hacıbababə-
yova kimi qadınlar çalışırdı. Onlar müxtəlif sahələrdə qadınları məktəbə, elmə sövq
edirdilər.
Ядябиййат
1. Щ.Cавид. Сечилмиш ясярляри. Бакы, Азярбайcан Дювлят Няшриййаты, 1958-cи ил,
сящ.11- 147
2 Щ.Cавид « Сяйавуш» ясяри, Бакы, 1978, сящ.400-487
3 Щ.Cавид . Ясярляри ЫВ cилддя, ЫЫ cилд. « «Иблис»». Бакы, Йазычы, 1982-cи ил
4 Н.Язизова Щ.Cавиd драматурэийасында» Инсан, Иблис, Танры» Бакы. Щафта
Рресса, 2000, 131с.
5 Я.Ибадоьлу. Щ.Cавидин « Иблис» фаcияси. Бакы, Бакы, Азярбайcан ССР Елмляр
Академийасы няшриййаты, 1969-cу ил, сящ. 1-10
Filologiya məsələləri – №7, 2013
257
Shakir Cafarov
Women characters of H.Javid
(based on "Iblis", "Sayavush", etc)
Summary
H.Cavid has described the characters of Khavar and Rana different than
Salma, Ismat, Maral and Goyarcin, being brave, capable and more involved in
social struggle. (in Iblis) Gertruda is expecting from Hamlet the love of a son.
But Sudaba” s expectation from Syavush is him being a lover. The demand of
the both of the women is contradicting natural laws. Their need for love is
covered with hypocrisy and craft.(in Siyavush)
Шакир Джафаров
«Героини в произведениях Гусейна Джавида»
(на основе «Демона», «Сиявуша» и др. произведений)
Резюме
Г. Джавид представлял образов Хавер и Рена в отличии от Селма,
Исмет, Марал и Геярчин как храбрых, умелых женщин и преимущественно
на фоне социальной борьбы.(«Демон»)
Гертруда хочет от Гамлета любви сына.
А Судабе от Саявуша любви любовницы. Любовь обеих женщин проти-
воречит естественным законам. Их любовь, желания пропитаны лицемерием и
коварством. («Сяйавуш»).
Rəyçi: Himalay Qasımov
filologiya elmlər doktoru, professor
Filologiya məsələləri – №7, 2013
258
Dostları ilə paylaş: |