GOLAN TÜRKMANLARININ BAYATI-MANİLƏRİ*
(Bayatıların variantlarını kursivlə veririk)
Ağaçlar kölgələndi,
Güzəllər sürmələndi,
Hər güzəldən bir öpiş,
Yürəgim tézzələndi.
Al almanın dördini,
Sev güzəlin mərdini.
Sevçisən güzəli sev,
Çəkmə çirkin dərdini.
Almanın irisinə,
Daş attım birisinə.
Bəni çoban étsinlər,
Ğızların sürisinə.
Aya baktım, ay bayaz .
Ğıza baktım, ğız bayaz.
Cébə baktım para az,
Dédim bu ğız yaramaz.
Bağa girdim üzümə,
Tikən battı dizimə.
Otırdım çıkarmağa,
Yar görindi gözimə.
Bir daş attım ağaca,
Bir ğuş tuttım alaca.
Yéñidən bir yar sevdim,
Ğulağı küpələcə.
Bir daş attım ğuvağa,
Az ğaldı ğırınmağa.
Altın yüzzik taktırdım,
Bir ğınalı barmağa.
Bir qovağa daş atdım,
Az qaldı qırılmağa.
Yeddi yüzük yapdırdım,
Bir xınalı barmağa.
Bugün ayın on dördi,
Ğız saçını kim ördi.
Ördiysə yarim ördi,
Ay ğaranlık kim gördi.
Dambaşında durırım,
Bıyığmı da burırım.
Baban səni vérməzsə,
Bən öğzəni bulırım.
Dambaşında durmoğlén,
Bıyığnı da burmoğlén.
Bəni sənə vérməzlər,
Hiç ğarşımda durmoğlén.
Dam üstində batarak,
Gəlin ğızlar otırak.
Otırmaktan fayda yok,
Evlənək də ğurtarak.
Daş altında pastırma,
Ğız saçını kəstirmə.
Kəstirirsən az kəstir,
El oğlana göstərmə.
Əmmim oğlı Musacık,
Eni ğolı ğıssacık.
Hindi gəlir görirsin,
Gülmədən də ölirsin.
Əkmək yaptım tərrədim,
Günə çıktım parradım.
Ğarşıda ğardaş gəlyər,
Ğoca ğurban bağladım.
Əkmək yaptım tərrədim,
Günə çıktım parradım.
Gördüm Əhmədim gəlir,
Qoçu qurvan bağladım.
Hu dala bastığım yok,
Ğırmızı yastığım yok.
Gətir mushafa sayım,
Səndən artık dostım yok.
Héy güzəlim, héy güzəl!
Yéşil təksidə gəzər.
Gözindəki gözliklər,
Rəis Cəmala bəñzər.
Xarmana géttim atlı,
Alma yédim nə datlı.
Vérin yémin içərim ,
Halal, haramdan datlı.
Xarman yéri xış yéri,
Sevdigim yavaş yéri.
Yüzündəki çıbanlar,
Öpiş yéri diş yéri.
Ğarşıda ğavın yérlər,
Suya gəlsəm nə dérlər?
Suya gəlsən nə dérlər....?
Bu buna sevda dérlər.
Ğarşı ğarşı xanımız,
Ğarıştı xarmanımız.
Sən ordan bən də burdan,
Ğahrolsın düşmanımız.
Ğarşıda Türk evləri,
Yayılyar dəvələri.
Saçraşır suya gəlir,
Bu Türkin güzəlləri.
Gédin bulutlar gédin,
Sevdigmə sələm édin.
Sevdigmin yukı datlı,
Yuksını halal édin.
Ğurban olayım sənə,
Göstər boyını bənə.
Tulığmızda yağımız,
Uymaç édərim sənə.
Mənərədə əzən var,
Yollarda da gəzən var.
Bu evlərin içində,
Gün görmədi güzəl var.
O késə, mavı késə,
Bəni vérdilər pisə.
Késəyi yamyamadım,
Kəkilmi taramadım.
Sakkallı ak, sakkallı!
Ğoynu dolu, şəkərli.
Şəkərcigni yéyərim,
Sakkalcığnı yolarım.
Tabbılmı çala-çala,
Çıktım bir hüce dala..
Ya yıkıllım, ya öllim,.
Ya bu sevdigmi allım.
Dombura çala-çala,
Çıktım bir uca dala.
Ya yıkıllım, ya öllim,
Sevdigim ellər ala.
Yarim ğamışı biçyər,
Suyını nérdən içyər?
Duydım yarim téz gəlmiş,
Vérdim ğanat uçmıyar.
Şirindim mu içməyə,,
Endim qaçaq biçməyə.
Gördüm yarım gəliyər,
Qanad verdim uçmağa.
Yéri gédək bizəçə,
Ğar dökərim dizəçə.
Sarın alın yatarım,
Éla gündən ğışaça.
Bir tovuqdan iki tovuq,
Biri qana bulaşıq.
Qaşqa deyil qamişdı,
On barmağı gümüşdü.
Mən qovurba qovurdum,
Aldım yola sovurdum.
Gördum Məhəmmədim gəlir,
Qoçu qurvan çevirdim.
Su gəlir, hərin gəlir,
Dəşdikcə dərin gəlir.
Əhmədin yengələri,
Qopducu şirin gəlir.
Dayım oğlu keç otur,
Sünbülü köçün seç otur.
Sevdiyim illər ala,
Örkəni özün yatır.
COLAN TÜRKMANLARINDA EVLƏNMƏ
İnsan həyatının ən önəmli hadisələrindən biri ailə qurmaqdır. Buna görə də, ailə qurarkən tələsikliyə yol verməmək, baş verə biləcək bir sıra uğursuzluqdan qorunmaq üçün evliliklə bağlı mərasimlər təhsis edilmişdir. Bu mərasimlər bir neçə mərhələyə bölünür. Həmin mərhələlərdə oğlanın qızı, qızın da oğlanı yaxından tanımasıyla yanaşı, ailələrin də bir- birini tanımasına şərait yaradır.
TANIŞMA (Tanışlıq)
Həyat şəraiti də elədir ki, Colanda yaşayan Türkman ailələrinin çoxu yaxından, ya da uzaqdan birbirlərini tanıyırlar. Buna görə də, oğlan və qızlar evlənmə yaşına çatanadək bir-birləri ilə ailə münasibətlərinə və ya iş şəraitinə görə görüşüb söhbət edirlər. Ailələri arasında qohumluq, dostluq münasibəti olmadıqda isə oğlanlar yetkinlik yaşına çatmiş qızları bulaq başında, tarla, xırman, bağ-bağça işlərində çalışarkən görür və bəzən də söhbət etməyə imkan tapırlar.
Evlənmək istəyən oğlan istəyini öncə evdəkilərə, yaxud yaxın qohumlardan birisinə, dostlarına, sirdaşlarına bildirir. Oğlan yaşı çatdıqda, evlənməsi üçün münasib şərait olduqda utancaqlığından və ya tərəddüd etdiyindən evlənməyə təşəbbüs göstərməyəndə onu evdəkilər, qohumları, dostları “dilə tutur”, evlənməyə həvəsləndirirlər.
Evlənmək istəyən oğlan qızı ya özü, ya da valideyinləri, qohumları, dostları seçir. Oğlanın istədiyi qız kənardan, qonşu kəndlərdən olanda onların ailəsi haqqında müxtəlif yollarla bilgi toplanır. Bəzən də ailələr bir-birini tanıyanda və yaxud qonşu kəndlərdəki münasib bir ailənin yetkinlik yaşına çatmış qızı olduğunu bildikdə oğlanı bir bəhanə ilə qızı görməyə göndərirlər. Bu işə oğlanın qohumları, dostları, tanışları kimi qızın qohumları, rəfiqələri də yardımçı olurlar.
Seçilmiş qız oğlan tərəfindən bəyənildikdən, oğlanın valideyinləri də bu işə razılıq verdikdən sonra qız tərəfin fikrini öyrənmək planlaşdırılır.
AĞIZ ARAMA
Oğlan tərəfi alacaqları qızı müəyyənləşdirdikdən sonra oğlanın anası bir bəhanə ilə qız evinə gedər. Qızın anası ilə söhbət edər. Qızlarını almaq istədiyini bildirər. Qız anası məsləhət üçün vaxt istər. Son sözü, yəni qızını verib, verməyəcəyini ata söyləməli olsa da, ana öncədən qızının da ağzını arayar. Onu ərə vermək istədikləri oğlanın kim olduğunu, hansı nəsildən, kimlərdən olduğunu qızına bildirər.
Qız tərəfi də oğlan və onun ailəsi haqqında bilgi toplayar. Oğlanın işləyib-işləməməsi, ailəsinin maddi durumu, mənzil şəraiti, gəlin üçün hansı qiymətdə qızıl bəzək əşyaları ala biləcəyini öyrənərlər. Colan Türkmanlarında oğlanların çoxu 25-30 yaşlarında evlənər. Bəzən işini vaxtında qaydaya sala bilməyə, tələb olunan toy5 xərclərini və bəzək əşyalarını ala bilməyən oğlanların evlənməsi 40 yaşınadək uzana bilir. Qızlarda isə bu məhdudiyyət, əngəllər yoxdur. 18 yaşına çatmış qızları münasib namizəd olan kimi ərə verirlər. Çox az hallarda qızların 18 yaşından kiçik olduğu vaxt ərə verildiyi də müşahidə edilir.
Oğlan anasının fikri qız evində müzakirə edilir. Razılığa gəlindikdə oğlan anası qızın anası ilə bir daha xəbərləşər. Qız tərəfin razılığı alındıqdan sonra oğlan tərəfin adamlarının elçi gələcəyi günü müəyyənləşdirərlər.
Dostları ilə paylaş: |