OYUNLAR
BAYRAQ QAÇIRMA
Oğlan evindən gələn atlılar birinci keçavənin üzərindəki bayrağı qoruyarlarmış. Bayraq təmiz ipək üzərində qırmızı və ya göy rəngli saplarla kəlimə-i şəhadət yazılmış parça olarmış. Oğlan tərəfi çalıb oynaya-oynaya gedərkən başqaları da bayrağı alıb qaçmağa çalışarmış. Oğlan tərəfi atlılarının borcu bayrağı qorumaqmış. Hansı bir atlı və ya atlı dəstəsi bayrağı alıb qaçmağa cəhd edərdisə, oğlan tərəfin atlıları da atlarını çapıb onlardan bayrağı alaraq gətirib kəcavənin üzərinə taxmalıymış. Bayrağı sağ salamat gətirib bəy evinin üzərinə kim taxsaymış, ona bəyin valideyinləri bir qoç bağışlayarmış.
Bəy evinin üzərinə vurulmuş bayrağı da bəyin yaxınları alıb kəndi dolandırdıqdan sonra geri qaytarıb evin damına taxmalıdır. Bu iş bir qürur, hünər saylırmış. Çünki bayraq gəzdirənə manelər yaradılır, bayrağı onun əlindən alıb atını çaparaq qaçmağa çalışarlarmış. Kimsə o bayrağı bəy adamlarının əlindən alıb qaça bilsə, o, qoçaq, igid, cəsur sayılırmış və bəy evi həmin qoçağa nəmər verib bayrağı alarmış.
GÜLƏŞMƏ
Colan Türkmanlarında toylar güləşsiz keçməzmiş. Toy zamanı ərgən oğlanlar güclərini sınamaq üçün yarışarlamış. Azərbaycan toylarındakı güləş Colan Türkmanlarının güləşindən o qədər də fərqlənməzmiş. Colan Türkmanları da ikin nəfərin bir-birinin kürəyini yerə vurmaq üçün apardığı mübarizəyə güləşmə deyirlər.
AT YARIŞI
Toy günü kəndin xırmanında müxtəlif at yarışı keçirərlərmiş. Minicilər atlarının müxtəlif çür yerişin, sürətli qaçışını, şaxə qalxmasını və s. nümayiş etdirərmişlər. Seçilənlərə nəmər verilərmiş.
Dostları ilə paylaş: |