Азярбайъан милли елмляр академийасы


COLAN TÜRKMANLARINDA YEMƏKLƏR



Yüklə 4,55 Mb.
səhifə49/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   ...   42   43   44   45   46   47   48   49   50
COLAN TÜRKMANLARINDA YEMƏKLƏR
Colan Türkmanları xörək hazırlayarkən dənli bitkilər­dən, ət-süd məhsullarından, tərəvəzlərdən, zeytun yağından, ədviyyatlardan, limon suyundan geniş istifadə edərlər. Ənə­nəvi yeməklərə ələnmiş buğdadan (bulqurdan) hazırlanan sı­yıqlar, arpa və buğda unundan kökələr (“xobz”), süd məhsul­larından (“lyabne”), içi doldurulmuş badımcan (“makdus”), gö­yərti, zeytun və qoyun ətindən bişirilən yeməklər aiddir. Ma­saya hər zaman “falafel”, “şavarma”, qəlyanaltılardan “xum­­mus”, “mutabbal”, “baba-qanuş”, “ful”, tərəvəz və gö­yərtilər “tabbule”, müxtəlif pendirlər, mərci şorbası, qızar­dılmış çörəkdən və tərəvəzlərdən hazırlanmış “fatuş” təqdim olunur. Ət yeməklərinə aşağdakılar aiddir: düyü və qozdan hazırlanmış bütöv quzu “mensaf”, yerkökülü ətli plov, kişmiş və ədavalı “kabsa”, düyü və qoz içlikli toyuq “djadj maxşi”, köz üzərində hazırlanan balıq “samak meşui”, döyülmüş qoyun əti “kastaleta”, kabab, qoyun əti ilə üyüdmüş bugdadan “kibbe”, köz üzərində çevrilmiş qoyun “meşvi”, qara gavalılı və badamlı qoyun əti, kəllə-paça “makkadem”, köz üzərində qızardılmış quzu əti ilə göyərti “kafta”, “dolma” və ya “tol­ma”. Şirni süfrəsi üçün isə qat-qat xəmirdən ətli börək, gö­yərti və pendirli “burak”, paxlava, “şərbət”, “kuafə”, yar­ma­dan pudinq “mxalabie”, börəklər və meyvə hazırlanır. Po­pulyar içkilərdən – tünd Ərəb qəhvəsi, çay, müxtəlif şirələr, kişmiş kompotu “djelab” və süd məhsullarından “ayran”.

Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin