37
İntizam xətasının ikinci əlaməti
təqsirsizlikdir. İntizam xətasında təqsir iki
formada-qəsd və ya ehtiyatsızlıq formasında olur.
DİO əməkdaşları nəinki xidməti intizam pozuntusuna görə, həmçinin digər
hüquq pozuntularına görə də məsuliyyətə cəlb olunurlar. Belə ki, DİO əməkdaşının
intizam məsuliyyətinə cəlb olunması, onun cinayət məsuliyyətinə
cəlb edilməsini
istisna etmir.
İntizam tənbeh tədbirlərinin tətbiqi və icra olunması qaydaları İntizam
Nizamnaməsinin 6-cı fəslində təsbit olunmuşdur.
İntizam tənbehi, xidməti intizam qaydalarının pozulması barədə məlumat,
yaxud sıravi və rəis heyəti yığıncaqlarının vəsatəti qərar qəbul etmək səlahiyyətli
rəisə daxil olduğu gündən 10 gün ərzində verilir.
Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa
çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir. Təqsirkarın
xəstəliyi və məzuniyyətdə olduğu müddət nəzərə alınmır.
DİO əməkdaşları ezamiyyətdə, məzuniyyətdə və ya xəstə olduqları
müddətdə onlara intizam tənbehləri tətbiq edilmir.
Növbətçilik, qaravul və post-patrul xidməti zamanı törədilmiş xətalara görə
əməkdaşlara intizam tənbehi növbətçilik, qaqavul
və post-patrul xidməti başa
çatdıqdan və ya onlar başqa şəxslərlə əvəz edildikdən sonra verilir. Sərxoş halda
olan əməkdaşa intizam tənbehinin verilməsi, habelə hər hansı izahatın alınması
onun ayılmasına qədər təxirə salınır.
İntizam qaydalarının pozulmasında bir neçə əməkdaş qrup halında iştirak
etdikdə, onların hər birinin konkret əməllərinə və təqsirinə müvafiq intizam tənbehi
verilir. Xidməti intizam qaydalarının pozulması hallarına görə yalnız bir intizam
tənbehi verilir. İntizam tənbehi verilməsi barədə əmr verilir və əmrdə əməkdaşın
şərəf
və ləyaqətini alçaldan, onun şəxsiyyətinə və şəxsi həyatına toxunan
(ləkələyən) məlumatların göstərilməsi yolverilməzdir. Əməkdaşa intizam tənbehi
tədbirinin tətbiqi barədə şəxsən, sıra önündə və ya müşavirədə elan olunur.
Əməkdaşın tələbi ilə əmrin surəti ona təqdim edilməlidir.
38
İntizam tənbehi tədbirləri daxili işlər orqanlarının vəzifəli şəxsləri tərəfindən
onlara verilən səlahiyyətlər hüdudunda tətbiq edilir. Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin edilən DİO əməkdaşlarına Azərbaycan
Respublikasının Daxili İşlər Naziri tərəfindən İntizam Nizamnaməsinin 14-cü
bəndində göstərilmiş «məzəmmət», «töhmət» və «şiddətli töhmət» intizam tənbehi
tətbirləri tətbiq oluna bilər.
İntizam Nizamnaməsi ilə müəyyən olunmuş
intizam tənbehi tədbirləri,
Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən əməkdaşlar barədə tam
həcmdə tətbiq edilir.
Rəislər tərəfindən, tabelikdə olan əməkdaşlar barədə intizam tənbehi
tədbirlərinin tətbiqi İntizam Nizamnaməsinə 1 saylı əlavədə müəyyən olunmuş
səlahiyyətlər hüdudunda həyata keçirilir. İntizam tənbehi tədbirləri yalnız
birbaşa
rəislər tərəfindən tətbiq edilə bilər.
Xidmətdən xaric edilmə istisna olmaqla, DİO əməkdaşlarına verilmiş digər
intizam tənbehləri 1 il müddətində qüvvədə olur və bu müddət keçdikdən sonra
qüvvədən düşmüş hesab olunur. Şifahi verilmiş tənbeh 1 ay müddətində qüvvədə
qalır.
İntizam tənbehinin qüvvədə olduğu müddətdə
təkrar intizam pozuntusuna
yol vermiş əməkdaş barədə daha ciddi intizam tənbehi tətbiq edilir.
Xidməti və icra intizamının qaydalarını pozduqlarına, eləcə də DİO
əməkdaşının adına xələl gətirən hərəkətlərə yol verdiklərinə görə əməkdaşlara
aşağıdakı intizam tənbehi tədbirləri tətbiq edilə bilər:
1. məzəmmət;
2. töhmət;
3. şiddətli töhmət;
4. xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;
5. tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə;
6. xüsusi rütbənin bir pilə aşağı salınması;
7. xidmətdən xaric edilmə.