Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   ...   10   11   12   13   14   15   16   17   18
647 emek intizami

Məzəmmət sözünün mənası «qınaq» deməkdir. Öz xarakterinə və ağırlıq 
dərəcəsinə görə bu tənbeh ən az əhəmiyyətli tənbeh növüdür. 
Töhmət və şiddətli töhmət - məzəmmətlə müqayisədə daha ciddi 
pozuntulara görə tətbiq olunur. Bir qayda olaraq şiddətli töhmət əməkdaşa o halda 
tətbiq olunur ki, artıq ona məzəmmət və töhmət tətbiq olunmuşdur.
Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarləq. Hər şeydən 
əvvəl vəzifəli şəxslərə tətbiq olunur. Bu tənbeh növünün xarakterik xüsusiyyəti 
ondan ibarətdir ki, bu tənbeh növü ayrı-ayrı intizam pozuntularına və xidməti 
xətalara görə yox, ancaq hər-hansı xidməti funksiyasını lazımi qaydada yerinə 
yetirmədiyinə görə tətbiq olunur. Belə tənbeh bir növ dönüş yaratmaq üçün siqnal 
rolunu oynayır.
Əgər işdə müsbət istiqamətdə dönüş yaradılmazsa, onda həmin vəzifəli şəxs 
tutduğu vəzifədən azad oluna və ya hətta DİO-dan xidmətdən çıxarıla bilər. 
Tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə – çox ciddi tənbeh növüdür. Bu 
tənbeh növü xidmətdə kobud intizam pozuntularına yol vermiş əməkdaşlara tətbiq 
edilir. 
Tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə tənbehinin tətbiq olunmasına 
digər tənbeh növlərindən nəticə çıxarılmadıqda yol verilir. Həmin intizam tənbehi 
verilmiş şəxsin xidmətdə irəli çəkilməsi məsələsinə 1 ildən tez olmayan müddətdə 
ümumi əsaslarla baxıla bilər. 
Xüsusi rütbənin bir pilə aşağı salınması intizam tənbehi tətbiq olunmuş 
əməkdaşın əvvəlki xüsusi rütbəsi ümumi qaydada 1 ildən sonra, mükafat 
qaydasında isə müstəsna hallarda göstərilən müddətdən tez bərpa edilə bilər.
Xidmətdən xaric edilmə son tənbeh növüdür. Bu tənbeh növü əməkdaş 
tərəfindən İntizam nizamnaməsinin və digər normativ hüquqi aktların tələbləri 
sistemli şəkildə pozulduqda habelə cinayət törətdikdə tətbiq olunur. Əməkdaş 
təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunduğu halda cinayət 
işi üzrə yekun qərar qəbul edilənədək vəzifədən kənarlaşdırıla bilər. 
Daxili İşlər Nazirliyinin təhsil müəssisələrində yuxarıda göstərilən intizam 
tənbehi tədbirlərindən başqa, növbədən kənar xidməti naryada (hissə üzrə növbətçi, 


40 
qaravula, yaxud digər məsul postlara təyin edilmə istisna olmaqla) təyinetmə və 
təhsil müəssisəsindən xaric etmə kimi intizam tənbehi tədbirləri tətbiq edilə bilər. 
Qanunvericiliklə müəyyən edilmiş hallarda, əməkdaşlar daxili işlər 
orqanlarından xaric edilməklə yanaşı, xüsusi rütbələrdən məhrum edilə bilərlər. 
Y o x l a m a s u a l l a r ı : 
1. Əmək hüququ üzrə əmək intizamının anlayışı və məzmunu necədir? 
2. Əmək intizamının möhkəmləndirilməsi metodları hansılardır? 
3. Əmək intizamı hansı normativ hüquqi aktlarla nizama salınır? 
4. Əmək qanunvericiliyi ilə işçilər üçün hansı mükafatlandırma tədbirləri 
nəzərdə tutulmuşdur? 
5. İşçilərin intizam məsuliyyəti dedikdə, nə başa düşülür? 
6. İntizam xətası özündə nəyi əks etdirir? 
7. Əmək qanunvericiliyi ilə işçilərin hansı intizam məsuliyyətləri müəyyən 
edilmişdir? 
8. Ümumi intizam məsuliyyəti xüsusi intizam məsuliyyətindən nə ilə 
fərqlənir? 
9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində hansı 
intizam tənbehi növləri nəzərdə tutulmuşdu? 
10. İntizam tənbehinin tətbiq olunması qaydası necədir? 
11. İntizam tənbehinin vaxtından əvvəl götürülməsi qaydası necədir? 
12. Mülki Avrasiya işçilərinə hansı intizam tənbehləri tətbiq oluna bilər? 
13. Dövlət qulluqçularına hansı intizam tənbehləri tətbiq oluna bilər? 
14. DİO əməkdaşlarına hansı intizam tənbehləri tətbiq oluna bilər? 
15. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində işçiyə həvəsləndirmə 
tədbirləri tətbiq oluna bilərmi? 


41 
N Ə T İ J Ə 
Beləliklə, müstəqil hüquqi dövlət qoruculuğu prosesində müvəffəqiyyət 
qazanmaq üçün möhkəm inamlı, şüurlu intizama nail olmaq lazımdır. İntizamlı, 
təcrübəni, iş səriştəsini artırmaq, əməyin səmərəli və intensiv olmasına 


42 
yiyələnmək, əməyi daha yaxşı təşkil etmək, iqtisadi yüksəliş üçün ən zəruri 
şərtlərdir. 
İndiki şəraitdə elə intizam lazımdır ki, daxili ehtiyat mənbələrini aşkara 
çıxarıb, onlardan daha səmərəli istifadə olunmasını təmin etsin, işgüzarlıq və 
yaradıcılıq əzmini artırıb tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirilməsinə 
yönəltsin. 
Əmək intizamının əhəmiyyəti ondan ibarətdir ki, işçinin öz əməyinə inamı 
artır, əmək məhsuldarlığı yüksəlir, zay məhsul istehsalının qarşısı alınır, müəyyən 
qaydalara işçilərin əməl etməsinə şərait yaradır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin