5
şərtlərindən biridir. Birgə əmək işçilərlə işəgötürənlərin ümumi qəbul olunmuş
intizama tabe olmalarını tələb edir.
Əmək intizamının mahiyyəti ondan ibarətdir ki, əmək qanunvericiliyinə
əsasən işəgötürən işçidən əmək müqaviləsində şərtləndirilmiş əmək funksiyasının
icrasını tələb edə bilər, işçi isə həmin vəzifəni icra etməlidir.
Əmək intizamı müxtəlif elm sahələrinin öyrənilmə predmetidir. Məsələn,
sosialogiya, iqtisadiyyat və s. Bununla yanaşı «əmək intizamı» anlayışını hüquq
elmi də öyrənir. Hüquq ədəbiyyatlarında və əmək qanunvericiliyində «əmək
intizamı» anlayışı həm
obyektiv, həm də
subyektiv mənalarda işlədilir.
Dostları ilə paylaş: