Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   2   3   4   5   6   7   8   9   10   ...   18
647 emek intizami

Mükafatlandırma 
tədbirləri 
və 
onların 
tətbiqi 
qaydaları
Mükafatlandırma–əməkdə yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə görə 
işçilərə və işəgötürənlərə verilən əlavə haqqdır. Mükafatlandırma işçi və 
işəgötürənləri istehsalat tapşırıqlarını yerinə yetirməyə, istehsalatın səmərəliliyinin 
və rentabelliyinin yüksəldilməsinə, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına və 
ehtiyatların qənaətinə həvəsləndirir. 
Mükafatlandırma tədbirlərinin tətbiqinin əsası işçilərin öz əmək vəzifələrini 
vicdanla yerinə yetirməsidir. Vicdanlılıq o deməkdir ki, işçi öz əmək vəzifələrini 
müəssisədaxili intizam qaydalarına, əmək qanunvericiliyinə, əməyin mühafizəsi 
qaydalarına, standartlarına və normalarına, vəzifə təlimatlarına və əmək 
funksiyasına uyğun olaraq layiqincə icra edirlər. Həmin işçilər bir növ «əməkdə 
nümunə» göstərirlər.
«Əməkdə nümunə» - əmək məhsuldarlığını artırmaq, məhsulun keyfiyyətini 
yaxşılaşdırmaq, uzun müddət və qüsursuz işləmək, işdə yenilik və başqa 
xüsusiyyətlər əldə etməkdir. Əməkdə nümunənin qiymətləndirilməsi intizam 
nizamnamələri, vəzifə təlimatları və digər normativ aktlarla nizama salınır. 
Əməkdə nümunənin subyekti işçidir. 
Əməkdə nümunənin subyektiv tərəfi işçinin öz əmək vəzifələrinin icrasına 
münasibətini müəyyən edir. Əməkdə nümunənin subyektiv tərəfi işçinin öz əmək 
vəzifələrinin icasına münasibətini müəyyən edir. Əməkdə nümunənin subyektiv 
tərəfi işçinin şüurlu şəkildə əmək vəzifələrinin yüksək səviyyədə yerinə 
yetirilməsinə çalışdığını bildirir. 
Əməkdə nümunənin obyekti işçi tərəfindən əmək vəzifələrinin vaxtında 
yerinə yetirilməsidir. Əməkdə nümunənin bilavasitə obyekti – əmək hüquq 
münasibətləri, ümumi obyekti – müəssisədaxili intizam qaydalarıdır.


12 
Əməkdə nümunənin obyektiv tərəfi işçinin əmək fəaliyyətini və onun 
nəticələrini əks etdirir. 
Beləliklə, əməkdə nümunənin yuxarıda sadalanan dörd tərkib elementinin 
məcmu halında mövcudluğu mükafatlandırma hüquq münasibətlərinin yaranması 
üçün əsasdır. 
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə müvafiq 
olaraq, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, 
müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən 
tərəfindən: 
- pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; 
- əlavə məzuniyyət verilməklə; 
- əmək haqqına fərdi əlavə edilməklə; 
- daha yüksək məbləğdə fərdi sığorta edilməklə; 
- sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; 
- müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət 
qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilər. 
Göründüyü kimi Əmək Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulan 
mükafatlandırılmaların sayı qəti deyildir. Belə ki, həmin normada işəgötürən 
tərəfindən işçi «digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilər» dedikdə, 
təşəkkür elan edilməsi, Fəxri fərmanla təltif edilmə, döş nişanı ilə təltif edilmə, 
Şərəf kitabına və Şərəf lövhəsinə daxil edilmə və s. nəzərdə tutulur. 
Ümumi qaydaya görə mükafatlandırma tədbirlərinin tətbiqi işəgötürənə 
məxsusdur. Mükafatlandırma tədbirləri işəgötürənin əmri ilə elan olunur və işçinin 
əmək kitabçasına yazılır. Eyni vaxtda bir neçə mükafatlandırma tədbirlərinin 
tətbiqinə yol verilməməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. 
Jəmiyyət və dövlət qarşısında xüsusi əmək töhfəsinə görə işçilər dövlət 
təltifinə görə işçilər dövlət təltifinə təqdim olunmaqla da mükafatlandırıla bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən, dövlət 
təltifləri ilə təltif etmə səlahiyyəti azərbaycan dövlətinin başçısı, Azərbaycan 
Respublikasının Prezidentinə məxsusdur. Azərbaycan Respublikası prezidentinin 


13 
22 may 1998-ci il tarixli 706 saylı fərmanına əsasən Azərbaycan Respublikasında 
dövlət təltifi ilə əlaqədar mədəniyyət, ədəbiyyat, elm, təhsil və səhiyyə sahələrində 
aşağıdakı fəxri adlar təsis edilmişdir: 
- xalq yazıçısı; 
- xalq şairi; 
- xalq artisti; 
- xalq rəssamı; 
- əməkdar elm xadimi; 
- əməkdar incəsənət xadimi; 
- əməkdar artist; 
- əməkdar rəsam; 
- əməkdar mədəniyyət işçisi; 
- əməkdar müəllim; 
- əməkdar həkim; 
- əməkdar hüquqşünas. 
Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli 706 saylı 
Fərmanı ilə «Azərbaycan Respublikasının fəxri adları haqqında» Əsasnaməsi 
təqdim olunmuşdur. Bu əsasnamə Azərbaycan Respublikasının fəxri adlarının 
verilməsi və təqdim olunması qaydalarını tənzimləyir. Məsələn, «Əməkdar 
müəllim» fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə ümumtəhsil, internat, 
orta-ixtisas məktəblərinin müəllimlərinə və tərbiyəçilərinə, məktəbəqədər uşaq 
müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, uşaq evlərinin tərbiyəçilərinə və 
xalq təhsili sisteminin digər işçilərinə bu sahədə azı 20 il işlədikdə verilir.
Azərbaycan Respublikasının digər dövlət mükafatlarına həmçinin «Şöhrət» 
ordeni ilə, «İgidliyə» görə medalı və s. İlə təltif etmələri aid etmək olar. 
Azərbaycan Respublikasının fəxri adını almış şəxs fəxri addan yalnız 
aşağıdakı həllarda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə məhrum 
edilə bilər: 


14 
a) fəxri ad almış şəxs ağır cinayət üstündə məhkum olunduqda – 
qanunvericiliklə müəyyən edilmiş əsaslar və qaydalar üzrə məhkəmənin 
təqdimatına əsasən; 
b) fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə – fəxri adın verilməsi 
haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin