8
keçirir, işlər yerinə yetirir və xidmətlər göstərir. Bu vəzifələrin realizəsini müstəqil
sosial
qrumlar olan əmək kollektivləri həyata keçirir. Bu prosesdə əmək
kolektivinin hər bir üzvü əmək hüquq nomaları ilə tənzimlənən
münasibətə daxil
olurlar. Həmin münasibətlərin məcmusu daxili intizam qaydalarının yaranmasına
təsir göstərir. Bu intizam qaydaları konkret müəssisə hüdudları daxilində qüvvədə
olur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci maddəsinin I
hissəsində müəyyən olunmuşdur ki, müəssisələrdə
əmək müqavilələri, habelə
bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə
nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və
əmək intizamının təmin olunması məqsədilə müəssisədaxili intizam qaydaları
qəbul edilə bilər.
Müəssisədaxili intizam qaydaların tənzim edən normativ aktlar iki qrupa
ayrılır:
1.
Ümumi əhəmiyyətli normalar: Azərbaycan Respublikasının Əmək
Məcəlləsi; Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qanunlar;
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qəraraları.
2.
Təsərrüfatın, konkret müəssisənin ayrı-ayrı xüsusiyyətlərini nəzərə
Dostları ilə paylaş: