Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   2   3   4   5   6   7   8   9   ...   18
647 emek intizami

Obyektiv mənada əmək intizamı dedikdə, müəssisədə nizam-intizam 
qaydalarının qorunmasını (saxlanılmasını) müəyyən edən hüquq normalarının 
toplusu başa düşülür. 
Subyektiv mənada əmək intizamı dedikdə isə, bağlanmış əmək 
müqaviləsinə müvafiq olaraq işçilərin öz vəzifələrinin icrasına əməl etmələrinin 
müəyyən həddi başa düşülür. 
Hüquqi kateqoriya kimi əmək intizamı əmək hüququnda dörd aspektdə 
öyrənilir: 
1. Əmək hüququnun əsas prinsiplərindən biri kimi. Əmək intizamına 
əməl edilməsini təmin etmək işəgötürənin vəzifəsidir. 
2. Əmək hüquq münasibətinin elementi kimi. Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən işçinin əsas vəzifələrindən biri də 
əmək intizamına və müəssədaxili əmək intizamına əməl etməkdir. İşəgötürənin isə 
həmin Məcəllənin 12-ci maddəsində, əmək müqaviləsinin şərtlərinə və onlarda 
nəzərdə tutulan öhdəliklərə əməl etməyə, Əmək Məcəlləsinin və əmək 
qanunvericiliyinə aid digər hüquqi aktların tələblərini yerinə yetirməyə, habelə 
kollektiv müqavilələrin, sazişlərin şətlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə 
əməl etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Həm işçinin, həm də işəgötürənin 
bu kimi vəzifələri əmək müqaviləsinin məzmununa qarşılıqlı öhdəlik kimi daxil 
edilir. 



3. Əmək hüququnun institutlarından biri kimi. Əmək intizamı institutu 
işəgötürənlə işçilərin hüquq və vəzifələrini, nümunəvi əməyə görə həvəsləndimə 
tədbirlərini, əmək intizamının pozulmasına görə intizam məsuliyyətini müəyyən 
edən və s. normalar toplusundan ibarətdir. 
4. Faktiki davranış kimi. Əmək intizamı faktiki davranış kimi istehsalatda 
hamı tərəfindən ona əməl edilməsinin fərziyyəsini nəzərdə tutur. Əmək intizamına 
əməl olunma səviyyəsi o zaman yüksək ola bilər ki, hamı ona əməl etmiş olsun. 
Əmək hüququnda «əmək intizamı» anlayışı ilə yanaşı «texnoloci intizam», 
«istehsalat intizamı» anlayışı da işlədilir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin