9
Müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq aşağıdakılar daxil
edilir:
a) müəssisənin adı, təşkilati-hüquqi formaları,
fəaliyyət növü, hüquqi
ünvanı;
b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı
saatlar;
c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;
ç) əmək şəraitinin təmin edilməsi qaydaları;
d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə
yetirilməsində
fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması
şərtləri və qaydaları;
e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq
edilməsinin şərtləri və qaydaları.
Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən
müəssisədaxili intizam qaydalarında yuxarıda göstərilən məlumatlarla yanaşı,
həmin qaydaların şamil edilidiyi müəssisələrin adları
sadalanmaqla əlavə əmək
şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin edilməsinə dair
qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir. ( Əmək
Məcəlləsinin 183-cü maddəsi).
Bir sıra kateqoriyalı işçilərin əmək fəaliyyəti
intizam nizamnamələri ilə
tənzim olunur. İntizam nizamnamələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada
həmkarlar ittifaqı təşkilatının iştirakı ilə Azərbaycan Respublikasının
Nazirlər
Kabineti tərəfindən qəbul edilir. Buna misal olaraq «Hava nəqliyyatında və onun
xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2002-ci il tarixli 9 saylı
qərarını göstərmək olar. Bu Nizamnamənin müddəaları uçuşların təhlükəsizliyinin
təmin edilməsi ilə birbaşa bağlı olan aşağıdakı Mülki Aviasiya işçilərinə şamil
edilir:
-uçuş heyətinə;
-təyyarə bələdçilərinə;
10
-hava hərəkətinin idarə edilməsi üzrə mütəxəssislərə;
-rəhbərlərə, mütəxəssislərə və texniki icraçılara;
-sərnişin, baqac və yük daşımalarının təşkilini həyata keçirən işçilərə;
-aviasiya təhlükəsizliyini təmin edən işçilərə;
-aviasiya yanacaq-sürtkü materiallarının kenyfiyyətinə
və hava gəmilərinin
yanacaqla doldurulmasına nəzarəti təmin edən işçilərə.
Həmin Nizamnamənin müddəaları şamil edilməyən işçilərin intizamı
müəssisədaxili intizam qaydaları ilə tənzimlənir. Bu Nizamnamənin müddəaları
şamil edilən Mülki Aviasiya işçiləri Nizamnaməni bilməli və onun tələblərini
dəqiq yerinə yetirməlidirlər.
Nizamnamədə Mülki aviasiya işçilərinin əməyinin səciyyəvi xüsusiyyətlərin
əks etdirən mükafatlandırmalar (məs, Azərbaycan Respublikası Mülki Aviasiyanın
Fəxri fərmanı, «Mülki Aviasiya əlaçısı» döş nişanı ilə təltif etmə və s.) və intizam
tənbehləri də (məs, qanunvericiliklə müəyyən edilmiş qaydada uçuş işi və hava
hərəkətinin
idarə edilməsindən, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi
ilə bağlı digər işlərin yerinə yetirilməsindən azad edilmə və bir il müddətinə qədər
başqa işə keçirilmə və s.) nəzərdə tutulmuşdur.
Yuxarıda adı çəkilən «Hava nəqliyyatında və onun xüsusi xidmət
müəssisələrindən» əlavə aşağıdakı müəssisələrdə də əmək
müqaviləsi tərəflərinin
məsuliyyətin artırmaq məqsədi ilə əmək münasibətləri intizam nizamnamələri ilə
tənzim edilir:
-dəmir yolu və rabitə müəssisələrində;
-dəniz və çay nəqliyyatında, habelə balıqçılıq təsərrüfatının su nəqliyyatı
donanmasında;
-xüsusi təhlükəli şəraitli yeraltı işlər görülən iş yerlərində, habelə dağ-mədən
sənayesi müəssisələrində;
-dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı və istismarı ilə məşğul olan
müəssisələrdə;
-hərbi sənaye müəssisələrində.
11
Yuxarıda sadalanan müəssisələrin İntizam Nizamnamələrində yalnız
Azərbaycan Respublikası Əmək Məcəlləsinin «Əmək və icra intizamı» bölməsi ilə
(VII bölmə) müəyyən edilmiş normalardan fərqli müddəalar nəzərdə tutula bilər.
İntizam Nizamnamələri mövcud olan müəssisələrdə digər
əmək münasibətləri isə
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Dostları ilə paylaş: