Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
647 emek intizami

 
 
Sual 2. İntizam xətası və intizam tənbehi. 
 
İntizam xətası – işçinin özünün əmək vəzifələrini ictimai zərərli hüquqazidd 
və təqsirli icra etməməsi və ya lazımi şəkildə icra etməməsidir. Əmək prosesində 
işçilərin hər cür hərəkətləri, yaxud hərəkətsizliyi əmək intizamının pozulması 
sayıla bilməz. Belə ki, işçi onun üzərinə düşən əmək öhdəliklərini onun təqsiri 
olmadan yerinə yetirə bilməzsə, onda bu hal əmək intizamının pozulması kimi 
qiymətləndirilə bilməz. Məsələn, işçi üçün normal iş şəraitinin yaradılmaması 
üzündən işçinin ona həvalə olunmuş işləri layiqincə yerinə yetirməməsi əmək 
intizamsızlığı sayılmamalıdır. 
Hər bir hüquq pozuntusunda olduğu kimi intizam xətası da müəyyən tərkib 
əlamətlərinə malikdir: subyekt, subyektiv tərəf, obyekt, obyektiv tərəf
İntizam xətasının subyekti əmək intizamını pozan işçidir. İntizam xətasının 
xüsusi subyektinə isə dövlət qulluğunda xidmət edən və idarəetmə funksiyalarını 
həyata keçirən işçilər aid edilir. Məsələn, prokurorlar və onların müavinləri və s. 
İntizam xətasının subyektiv tərəfini əmək intizamını pozmuş işçinin öz 
hüquqazidd davranışına psixi münasibəti təşkil edir. İşçinin hüquqazidd 
davranışının intizam xətası olduğunu, onun bu əməldə təqsirliyi işəgötürən 
tərəfindən müəyən olunmalıdır. Təqsir qəsdin həm düzünə və yanakı formasında, 
həm də ehtiyatsızlıq formasında ifadə oluna bilər. 
İntizam xətasının obyekti konkret müəssisənin müəssisədaxili intizam 
qaydalarıdır. İntizam xətasının bilavasitə obyekti isə müəssisədaxili iqtizam 


15 
qaydalarının ayrı-ayrı elementləri təşkil edir. Məsələn, əmək kollektivi üzvlərinin 
həyatının və sağlamlığının mühafizəsi, əmlakın saxlanmasının təmin edilməsi və s. 
İntizam xətasının subyektiv tərəfini hüquqazidd əməl və ziyanlı nəticə və 
onlar arasındakı səbəbli əlaqə təşkil edir.
İntizam xətasına onu digər hüquq pozuntularından fərqləndirən və bu 
anlayışın məzmununu əks etdirən bir sıra əlamətlər xasdır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin