Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix18.06.2023
ölçüsü0,7 Mb.
#132195
1   ...   10   11   12   13   14   15   16   17   18
647 emek intizami

Üçüncü qrup xidmətçilərə daxili işlər orqanlarının sıravi və rəisi heyətinə 
daxil olan şəxslər (polisin əməliyyat-rəis heyəti, istintaq, təhqiqat və digər 
xidmətlər) aiddir. Bu kateqoriya dövlət qulluqçuları daxili işlər orqanlarının əsasını 
təşkil edir və məhz həmin əməkdaşların üzərinə bilavasitə ictimai qaydanın və 
ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması, 
cinayətkarlığın vəziyyətinin təhlili, kriminogen qrumun operativ və uzunmüddətli 
proqnozlarını hazırlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin, daxili işlər 
orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə təhqiqatın və ibtidai istintaqın, 
habelə kriminalistik və başqa təhqiqatların aparılmasını təşkil etmək, dövlət 
daktiloskopik qeydiyyatının keçirilməsini təmin etmək, əməliyyat-məlumat
əməliyyat-sorğu, axtarış, kriminalistika, statistika və digər məlumatların, 
hesabatların məlumat blanklarını yaratmaq və bu banklardakı məlumatların 
üzərində iş aparılma və onlardan istifadə etmək və s. vəzifələr qoyulmuşdur. 
Daxili işlər oranlarının sıravi və rəis heyətinə mənsub olan şəxslər öz hüquqi 
vəziyyətinə görə dövlət, ictimai və s. digər müəssisələrin qulluqçularından mühüm 
dərəcədə fərqlənir. Bu fərq xidməti intizamın və intizam məsuliyyətinin 
xüsusiyyətini müəyyən edir. Onu da nəzərdə tutmaq lazımdır ki, daxili işlər 


24 
orqanlarının sıravi və rəis heyətinin hüquqi vəziyyətinin xüsusiyyətləri onların 
başqa dövlət qulluqçuları qarşısında heç bir üstünlüyünü yaratmır. 
Onların hüquqi vəziyyətinin fərqləndirici əlaməti, onun ictimai qaydanın 
qorunmasına və cinayətkarlıqla mübarizəyə yönəldilmiş əmək fəaliyyətinin 
spesifikliyi ilə əlaqədardır. İctimai qaydanın qorunması, ciayətkarlıqla mübarizə 
yüksək əzmkarlıq, fiziki və mənəvi güc, yüksək təşkilatçılıq və işdə yüksək nizam-
intizamlılıq, cəldlik, qətiyyətlilik, kişilik və cəsarət tələb edir. Rəislərin 
(komandirlərin) əmrlərinə və göstərişlərinə dəqiq və dönmədən əməl etmədən, 
dəmir intizam olmadan ictimai qaydanın qorunması və cinayətkarlıqla mübarizə 
işində uğurlu nəticədən söhbət gedə bilməz. Göstərilən cəhətlər daxili işlər 
orqanlarının həmin kateqoriya işçilərin hüquqi vəziyyətinin xüsusiyyətlərinin 
məcmunusu müəyyən edir. İndi isə ayrı-ayrılıqda bu xüsusiyyətlər üzərində 
dayanaq. 
Birincisi, daxili işlər orqanlarının sıravi və rəis heyətinin müəyyən hissəsi 
hakimiyyət nümayəndələridir. Buna görə ədə onlar dövlət-hakimiyyət 
səlahiyyətlərinin daşıyıcısıdırlar və hüquq münasibətlərində dövlət adından çıxış 
edirlər.
Onlar vətəndaşlardan və vəzifəli şəxslərdən müəyyən hərəkətləri icra etməyi 
məcburi şəkildə tələb edə bilərlər. Bu hüqüq onlara dövlət tərəfindən verilmişdir. 
İkincisi, Azərbaycan dövləti tərəfindən daxili işlər orqanları əməkdaşlarının 
müəyyən bir hissəsinə dövlət məcburetmə tədbirlərinin tətbiq olunması səlahiyyəti 
verilmişdir. Məsələn, «Polis haqqında» qanunun 26-cı bəndinə əsasən, polis 
əməkdaşı onun qanunu tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi 
vasitələri aşağıdakı hallarda tətbiq edə bilər: 
1) İnsan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər 
zorakılıq edildikdə; 
2) Qiyam və kütləvi ixtişaşlar baş verdikdə; 
3) Girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular
torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə; 


25 
4) Yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların 
binalarına qrup halında basqın dəf edildikdə; 
5) Müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət 
əleyhinə cinayət törədən şəxs yoxlandıqda və ya qaçmağa cəhd göstərdikdə; 
6) Tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya 
göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda və s. 
Yuxarıda göstərilənlərdən başqa, polis əməkdaşlarının üzərinə düşən 
vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı hüquqları vardır: 
1) Hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və 
ictimai asıyiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son 
qoyulmasını tələb etmək; 
2) Jinayət və inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini 
müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq; 
3) Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və digər 
hüquqpozma törətmiş, yaxud törədilməsinə şübhələnən şəxsi tutmaq və s. («Polis 
haqında» qanunun 17-ci madəsi). 
Daxili işlər orqanları əməkdaşları bu hüquqlardan yalnız ictimai qaydanın 
qorunmasında və cinayətkarlıqla mübarizədə istifadə edə bilərlər.
Daxili işlər orqanlarının sıravi və rəis heyəti əməkdaşlarının işlərinin və 
vəzifələrinin mürəkkəbliyini, çətinliyini və spesifikliyini nəzərə alaraq, dövlət 
onlara və onların ailələrinə müəyyən güzəştlər vermişdir. Daxili işlər orqanları 
əməkdaşları üçün geyim forması, xüsusi rütbələr və fərqlənmə nişanları müəyyən 
edilmişdir. 
Azərbaycan 
höküməti 
daxili 
işlər 
orqanlarının 
fəaliyyətinin 
təkmilləşdirilməsinə və nüfuzunun möhkəmləndirilməsinə, həmçinin daxili işlər 
orqanları əməkdaşlarının maddi rifah halının yüksəldilməsinə böyük diqqət ayırır. 
Daxili işlər orqanlarının sıravi və rəis heyəti üçün işçi və işəgötürələrin əmək 
intizamından mühüm şəkildə fərqlənən xüsusi intizam müəyyən edilmişdir. Bu 
xüsusiyyət daxili işlər orqanlarının xüsusi rütbəyə malik olan sıravi və rəis 
heyətinin yüksək tələbkarlığından irəli gəlir. 


26 
Bu intizam xüsusi normativ aktla – İntizam Nizamnaməsi ilə müəyyən 
edilmişdir. 
Üçüncüsü, daxili işlər orqanlarının sıravi və rəis heyəti üçün hərbi intizama 
uyğun olan bir xidməti intizam müəyyən edilmişdir. 
Əgər indiki vaxtda daxili işlər orqanlarınin sıravi və rəis heyətinin xidməti 
intizamının mahiyyətini və xarakterini diqqətlə analiz etsək, onda görərik ki, 
xidməti intizam ciddiliyinə, məzmununa görə tam şəkildə hərbi intizamın 
tələblərinə cavab verir. Yalnız daxili işlər orqanlarının vəzifəli şəxslərinin xidməti 
fəaliyyətinin spesifik xüsusiyyətləri onlara hərbi intizam yox, hərbi intizama uyğun 
olan intizam qaydalarının tətbiqinə imkan verir. Azərbaycan Respublikasının 
daxili işlər orqanlarının İntizam Nizamnaməsinin Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin İntizam Nizamnaməsindən (Azərbaycan Respublikasının 1994-cü il 
23 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq olunmuşdur) fərqləndirən müəyyən 
cəhətləri də vardır. Məsələn, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 
İntizam Nizamnaməsinin 58-ci bəndinə, alay (briqada) komandirlərinin tabeliyində 
olan əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək hüququ vardır. 
Amma daxili işlər orqanları əməkdaşları üçün belə bir tənbeh tədbirlərinin tətbiq 
edilməsi hüququ nəinki alay komandirinə, həmçinin alay komandirindən yüksək 
səlahiyyətə malik olan heç bir vəzifəli şəxsə də verilməmişdir. Bundan əlavə 
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində 
komandirə (rəisə) hüquq verilmişdir ki, döyüş şəraitində tabelikdə olan tabe 
olmaqdan açıq-aşkar imtina edirsə, yaxud müqavimət göstərirsə komandir (rəis) 
tabelikdə olana silah işlədə bilər. Sülh dövründə isə silah yalnız müstəsna hallarda 
– şərait təcili tədbirlər görməyi tələb etdikdə, yəni tabe olmayanın hərəkətləri 
vətənə xəyanətə, döyüş tapşırığının yerinə yetirilməməsinə yönəldikdə və ya 
komandirin (rəisin), digər hərbi qulluqçuların, ya da mülki şəxslərin həyatı üçün 
real təhlükə yarandıqda işlədilə bilər. Silahın işlədilməsi müstəsna tədbirdir və 
buna komandirin (rəisin) bütün başqa vasitələrdən istifadə etməsi nəticə vermədiyi 
və ya şəraitə görə başqa tədbirlərin görülməsi mümkün olmadığı hallarda yol 
verilir (İntizam Nizamnaməsinin 7-ci bəndi). Azərbaycan Respublikası Daxili 


27 
İşlər Nazirliyinin İntizam Nizamnaməsində isə hər hansı bir halda tabelikdə 
olanlara qarşı silahən işlədilməsi müəyyən edilməmişdir.
Azərbaycan Respublikası DİO-nın İntizam Nizamnaməsinin 3-cü bəndində 
deyilir ki, daxili işlər orqanlarında intizamın təmin edilməsi üçün hər bir əməkdaş: 
1) Azərbaycan Respublikasının Konstitusiyasına, Qanunlarına və digər 
qanunvericilik aktlarına riayət etməlidir; 
2) Nizamnamələrin və Andın tələblərini, rəislərin əmrlərini yerinə yetirməli, 
müəyyən olunmuş davranış qaydalarına əməl etməlidir; 
3) İnsan həyatını, sağlamlığını, hüquq və azadlığlarını, dövlətin, hüquq və 
fiziki şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən 
qorunmasında sayıq və fədakar olmalıdır; 
4) Xidmətlə bağlı bütün çətinlik və mərhumiyyətlərə mətanətlə dözməli, 
vəzifə borcunu yerinə yetirirərkən öz qüvvə, bilik və bacarığını, lazım gələrsə 
həyatını belə əsirgəməməlidir; 
5) Xidməti vəzifəsinin icrası ilə bağlı olan ona məlum olan dövlət, peşə, 
kommersiya və şəxsi sirləri qorumalı, eləcə də qanunvericiliklə açıqlanması 
qadağan olunan digər məlumatların yayılmasına yol verməməlidir; 
6) Təhkim olunmuş silah-sursatı, xüsusi vasitələri, texniki avadanlığı və 
digər əmlakı qorumalıdır; 
7) Səmimi və nəzakətli olmalı, peşəkarlığın artırılması üçün daim 
çalışmalıdır; 
8) İntizamın göcləndirilməsi, nizamnamə qaydalarının təmin olunması 
işində rəislərə köməklik göstərməli, vəzifə və rütbəcə böyüklərə hörmət etməli, 
əsgəri salamlama (hərbi təzim) və geyim qaydalarına riayət etməlidir; 
9) Xidmətdə və xidmətdən kənar vaxtlarda daxili işlər orqanları 
əməkdaşının adını və şərəfini uca tutmalı, davranış qaydalarına və əxlaq 
normalarına ciddi əməl etməli, başqaların hüquq qaydalarını pozmaqdan 
çəkinməli, insan və vətəndaş hüquqlarını müdafiə etməlidir.


28 
Yuxarıda göstərilən tələblərdən göründüyü kimi daxili işlər orqanları 
əməkdaşları nəinki xidmət vaxtı, həmçinin xidmətdən kənar vaxtlarda da xidməti 
intizamın tələblərinə riayət etməlidir. 
Xidməti intizamın diqqəti cəlb edən əlamətlərindən biri də odur ki, daxili 
işlər orqanları əməkdaşları «xidmətlə bağlı bütün çətinlik və mərhumiyyətlərə 
mətanətlə dözməli, vəzifə borcunu yerinə yetirərkən öz qüvvə, bilik və bacarığını, 
lazım gələrsə həyatını belə əsirgəməməlidir». 
Azərbaycan 
Respublikası 
Daxili 
İşlər 
Orqanlarının 
İntizam 
Nizamnaməsində təsbit olunmuş bu tələb, həm də Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin İntizam Nizamnaməsində əks olunmuşdur (3-cü bənd). Belə ki, 
komandirin (rəisin) əmri olmadan əsgər öz döyüş postunu tərk edə bilməz. Eyni ilə 
daxili işlər orqanlarının əməkdaşı ona tapşırılmış postu çətin və təhlükəli olsa da 
belə özbaşına tərk edə bilməz. Beləliklə, daxili işlər orqanları əməkdaşları, onların 
həyatı və sağlamlığı üçün təhlükəli olan (məsələn, təhlükəli silahlı cinayət əməli 
törətmiş şəxsin tutulması ilə əlaqədar) tapşırıqların yerinə yetirilməsindən imtina 
etməyə haqlı deyildirlər. 
Daxili İşlər Orqanlarının fəaliyyətində xidməti intizamın əhəmiyyəti çox 
böyükdür. Hər bir əməkdaş tərəfindən onun tələblərinə dəqiq və ciddi şəkildə əməl 
etmədən bir sistem kimi daxili işlər orqanlarının müsbət fəaliyyətindən söhbət 
açmaq mümkün deyildir.
Daxili işlər orqanlarında qanunçuluğun təmin olunmasına və xidməti 
intizamın möhkəmlənməsinə iniandırma və məcburetmə metodlarının düzgün 
seçilməsinin təsiri olduqca çoxdur. Məhz bu metodlar yüksək və şüurlu intizamın 
saxlanılmasının mühüm şərtidir.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin