Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə



Yüklə 329,84 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix14.12.2023
ölçüsü329,84 Kb.
#176726
1   ...   6   7   8   9   10   11   12   13   14
286 azerbaycan tarixi m N9 1azerbaycan xviii esrde

Sual 3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə 
 
Şah seçildikdən sonra Nadirin qarşısında bir sıra ciddi problemlər 
dururdu. Nadir şah ilk növbədə öz dövlətini möhkəmləndirməli, dağılmış 
iqtisadiyyatı bərpa etməli, ölkədə olan sosial problemləri nizama salmalı idi. 
Dövlətinin ərazisini yeni torpaqların tutulması ilə genişləndirən Nadir şah, 
mərkəzi dövlət hakimiyyətini möhkəmləndirmək üçün bir sıra əhəmiyyətli 
tədbirlər həyata keçirməyə başladı.
İnzibati idarə sistemində dəyişikliklər.
Nadir şah dövləti 
möhkəmləndirmək üçün ilk növbədə inzibati idarə sistemində dəyişiklik 
etməyə başladı. Ilk əvvəl qurultayda ona qarşı çıxan düşmənləri ilə haqq-
hesab çəkməyə başladı. Irsi bəylərbəyilik vəzifəsinə sahib olan xanların bir 
hissəsi, o cümlədən Qarabağ-Gəncə bəylərbəyisi Uğurlu xan Nadirin şah 
seçilməsinə etiraz edərək, bunu qanunsuz bir addım hesab edirdi. Uğurlu 
xan Ziyad oğlu Səfəviləri qanuni şah kimi tanıyırdılar. Buna görə də 
Ziyadoğulları cəzalandıran Nadir şah onların iqtisadi qüdrətini sarsıtmaq 
qərarına gəldi və inzibati dəyişiklik etdi. Ziyadoğulları Nadirə qarşı 
çıxdıqlarına görə Qazax və Borçalı əhalisi Gürcüstan valisinin tabeliyinə 
verildi. Qarabağ-Gəncə bəylərbəylərinin arxası olan Cavanşir, Otuziki, 
Kəbirli mahallarının əhalisi Xorasana köçürüldü. Qarabağın (Vərəndə, 
Crabert, Gülüstan, Dizaq və Xaçın məliklərini bəylərbəylik tabeliyindən 
çıxarıb birbaşa şah idarəçiliyinə tabe etdi.


20
Nadir şah dövlət hakimiyyətini möhkəmlətmək üçün Səfəvi dövlətində 
olan inzibati-
ərazi bölgüsünü dəyişdirdi. Bütövlükdə Nadirin imperiyası 4 
böyük vilayətə bölünmüşdü: 1) Azərbaycan (bu vilayətə Gürcüstan
Ermənistan və Qafqazda olan ərazilər daxil idi). 2) Iran, 3) Xorasan,
4) Fars.
Səfəvi dövləti zamanı Azərbaycanda olan 4 bəylərbəylik–Şirvan, 
Qarabağ, Təbriz və Çüxur Səd bəylərbəyliklərinin hüquq və Çuxur
hüquq və üstünlüklərini yox etmək üçün onları Azərbaycan adı 
altında bir vilayətdə birləşdirib qardaşı Ibrahim xanın hökmü altına verdi. 
Qeyd etmək lazımdır ki, Nadir şah əsas dövlət vəzifələrinə və vilayət 
hakimliyinə Əfşar tayfasından olan adamları təyin edirdi. Belə ki, 1739-cu 
ildə Cənubi Azərbaycanın hakimi Nadirin yaxın qohumu olan Əmir Aslan 
xan Əfşar təyin olunmuşdu. 1743-cü ildə Təbriz xanı, bütün Azərbaycanın 
sərdarı və Irəvan xanlığının baş komandanı Aşurxan Papalı Əfşar təyin 
olunmuşdu. Ümumiyyətlə, Nadir Azərbaycan ərazisində dövlət işlərinə və 
vilayət hakimliyinə Əfşar tayfalarından məmur və hakimlər təyin etməyə 
üstünlük verirdi. Nadir şah bu addımı Azərbaycanın onun imperiyasında 
xüsusi əhəmiyyət kəsb etməsi, təbii sərvətləri eləcədə strateji əhəmiyyəti 
ilə bağlı olmuşdur.
Nadir şahın imperiyası tipik hərbi-feodal dövləti idi. Şahın hakimiyyəti 
qeyri-
məhdud idi. Nadir şah seçildikdən sonra Səfəvi dövlət idarəçiliyini 
ləğv etdi. Dövlət Şurası yaratsa da mühüm məsələləri onsuz həll etməməyi
tapşırmışdı. Şah hakimiyyətini möhkəmləndirmək istəyən Nadir dövlət 
idarəçiliyində islahatlar həyata keçirdi. Şah seçilən kimi bir sıra dövlət 
vəzifələrini, o cümlədən böyük vəzir vəzifəsini ləğv etdi. 
Dövlətin bütün maliyyə idarələri birbaşa şaha tabe edildi. Müstof əl-
məmalik şah tərəfindən nəzarətə alınmışdı. Hər vilayət və əyalətlərdən 
dövlət vergilərinin vaxtında və tam şəkildə yığılmasına həmin vilayət və 
əyalətlərin hakimləri cavabdeh idi.
Vilayət hakimlərinin hakimiyyətini məhdudlaşdırmaq üçün Nadir 
vilayətlərə məmurlar (vəkil) təyin edirdi. Bu vəkillər mərkəzdən təyin 
olunduqlarına görə hakimlərdən asılı deyildilər. Şəhər hakimləri—
kələntərlər də belə səlahiyyətə malik idilər. Bəzi hallarda vilayət hakimləri 
hərbi dəstələrin komandanlığından uzaqlaşdırılır və şahın yaxın 
adamlarından olan sərdarlara həvalə edilir.

Yüklə 329,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin