Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 2. Azərbaycan torpaqlarının azad edilməsi



Yüklə 329,84 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix14.12.2023
ölçüsü329,84 Kb.
#176726
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
286 azerbaycan tarixi m N9 1azerbaycan xviii esrde

 
Sual 2. Azərbaycan torpaqlarının azad edilməsi. 
 
 
Paytaxt Isfahanla birlikdə Iraq, Fars, Xorasanın Əfqanların,
Azərbaycanın yarıdan çoxunun, Gürcüstan və Ermənistanın Osmanlı 
imperiyasının, Xəzərsahili ərazilərin Çar Rusiyasının əlinə keçməsi Səfəvi 


15
hakim dairələrini hərəkətə gətirdi. Bu qüvvələrin və ərazilərin 
birləşdirilməsində Nadirqulu xan (1689-1747) böyük rol oynadı. 
Nadir xan azərbaycanlı afşar türki idi. Ulu babaları monqol yürüşləri 
zamanı Türküstandan Azərbaycana köçüb yerləşmiş Afşar tayfasının Qırxlı 
boyu
ndandırlar. Şah I Ismayıl onları sərhədlərdə qarovul çəkmək üçün 
Xorasana-
Əbivərd mülkünün Gürkan çeşməsi ərazisinə köçürmüşdü. 1689-
cu ilədə Imam Qulu ailəsində Nadir Qulu anadan olmuşdu. Kosa Əhmədli 
tayfasından olan Baba Əhmədin iki qızına evlənən Nadir getdikcə 
güclənərək Nadir Qulu bəy adı ilə məşhurlaşmağa başlayır. Nadir Əbivərd 
şəhərini tutaraq özünə mərkəz edir. Çox keçmədən Nadir qulu bəy 400 
ailədən ibarət olan cəlalilər tayfasının başçısı olaraq pillə—pillə afşar 
tayfalarını, Əbivərd kürdlərini və digər köçəri tayfaları birləşdirərək Gelat 
qalasını ələ keçirdi. Məlik Mahmud və başqaları ilə vuruşaraq o, xeyli 
məşhurlaşdı. Bu vaxt o, Şah Təhmasibin qulluğuna keçərək Təhmasibqulu 
xa
n adı aldı. Ilk vaxtlar qorçubaşı olan Nadir çox keçmədən bütün ordunun 
sərkərdəsi oldu. 
Ilk öncə Nadir Astrabad və Mazandaranı tutumuş türkmənləri əzərək, 
Xəzər dənizinə şah hökuməti üçün çıxış açdı. 1726-cı ildə Məşhəd uğrunda 
savaşa başladı. Nadirin tələbi ilə Təhmasib Mirzə əmirəl-ümara Fətəli xan 
Qaçarı Məlik Mahmudla gizli əlaqə saxlamaqda günahlandıraraq 1726-cı il 
sentyabrın 6-da edam etdirdi. Bundan sonra Səfəvi ordusunun əmirəl-
ümarası Nadir xan Əfşar (Təhmasibqulu xan) oldu. Əvvəlcə Məşhədi sonra 
isə Mərvi ələ keçirib Məlik Mahmudu edam etdi. 1729-cu il sentiyabrın 30-
da Xorasanda Mehmandost çayı sahilində və noyabrın 13-də Isfahan 
yaxınlığında olan qanlı döyüşlərdə əfqanlar üzərində qələbə Nadir xanın 
güclü bir sərkərdə olduğunu aydın göstərdi. Şah II Təhmasibin Isfahana 
qayıtması üçün yol açıldı.
Isfahana qayıdan II Təhmasib Osmanlı imperiyasından əvvəl Səfəvi 
dövləti tərkibinə daxil olan ərazilərin geri qaytarılmasını tələb etdi. Vəli 
Məhəmməd xanın başçılığı ilə göndərilən nümayəndəlik Osmanlı sarayının 
qərarı ilə Mardin qalasında həbsə atıldı. Bunun səbəbi Nadirin qoşunla 
Irəvan istiqamətində hərəkət etməsi olmuşdu. Azərbaycan ərazisində 
yenidən hərbi əməliyyatlar başladı.
1730-
cu ildə II Təhmasib Təbrizi mühasirəyə aldı. Səfi Qulu xan da 
onlara qoşuldu. Osmanlı qoşunlarının sərəsgəri (qoşun başçısı) Abdulla 
Köprülü Təbrizdə mühasirə edilmiş Osmanlı qarnizonuna köməyə tələssə 
də onun qoşunu yolda məğlub edildi və o, Irəvana çəkilməyə məcbur oldu. 
1730-
cu ilin sentyabrında Təbrizdə olan Osmanlı qarnizonu təslim oldu. 
Həmin il Nadir Marağa və Həmədanı da türklərdən geri aldı. 
Təhmasib və Nadirin qoşunları Ərdəbili mühasirəyə aldılar. Şəhəri 
tutmaq cəhdi baş tutmadı. Osmanlı qoşunlarının Azərbaycandan tamamilə 
çıxarılmasını istəyən Rusiya dövləti Gilanda yerləşən rus qoşunlarının 
komandiri general Levaşova Səfəvi qoşunlarına kömək etmək haqqında 
əmr verdi General Levaşov ikitərəfli oyun oynayaraq həm Nadirə həm də 
türklərə kömək etməyə başladı. O, Nadirə kömək üçün paltarlarını 


16
dəyişmiş rus zabitləri ilə artileriya göndərdi. Digər tərəfdən isə Ərdəbildə 
olan osmanlı qoşunlarının rusların əlində olan ərazidən keçməklə Şirvana 
getmələrinə imkan verdi. Ərdəbili təslim etmək istəyən Əli paşa nəhayət 
1731-
ci il yanvarın 5-də şəhəri tərk edərək Astaraya gəldi. Bakıdan keçən 
türk qoşun dəstəsi fevralın 27-də Şamaxıya çatdı. Bu zaman Xorasanda 
Nadirin əleyhinə qiyam qalxmışdı. Nadirin Xorasana getməsindən istifadə 
edən Şah II Təhmasib qoşunun baş komandanlığını öz əlinə aldı. Şah 
Təhmasib 18 minlik qoşunla 1731-ci ilin dekabrında osmanlılarla 
müharibəyə başladı. Naxçıvan, Irəvan, Bağdad ətrafında olan döyüşlərdə II 
Təhmasib məğlub oldu. Həmədanın 30 km. liyində Quricanda osmanlılarla 
döyüşdə tam məğlub olaraq 5 min əsgər itirdi və Isfahana gəldi. Osmanlı 
qoşunu yenidən Təbriz və Marağanı tutdu.
Qeyd etmək lazımdır ki, 1729-30-cu illərdə Osmanlı sarayında siyasi 
vəziyyət xeyli çətinləşmişdi. Daxili saray çəkişməsi dövləti xeyli zəiflətmişdi. 
1731-
ci ilin əvvəllərində Osmanlı sarayında Sultan Mahmudun hakimiyyətə 
gəlməsi ilə Osmanlı dövlətində siyasi vəziyyət xeyli qaydasına düşmüşdü 
və buna görə də II Təhmasibin hücumları heç bir müsbət nəticə 
verməmişdi. 
Döyüşlərdə məğlub olan şah II Təhmasib Osmanlı dövləti ilə 1732-ci 
il yanvarın 12-də uğursuz sülh müqaviləsi bağlamağa məcbur oldu. 
Müqaviləyə görə Araz çayının şimalı və Kirmanşaha qədər olan ərazilər 
türklərə verildi. Sülhün şərtinə görə Təbriz Səfəvilərə verilirdi 
1730-
cü ildə Nadir xanın Osmanlılara qarşı uğurlu savaşı çar
Rusiyasını Xəzərsahili vilayətlərin Irana qaytarılması fikrinə gətirmişdi. 
Bununla bağlı 1732- ci ilin yanvarın 21-də Rusiya ilə Səfəvilər arasında 
Rəşt müqaviləsi bağlandı. Müqaviləyə əsasən Rusiya 5 ay ərzində Kür 
çayının Xəzərə töküldüyü yerdən güneyə yerləşən bütün əraziləri Irana 
qaytarır, Iran isə bu torpaqların Türkiyənin əlinə keçməsinə yol verməməli 
idi. Kür çayından Dərbəndə kimi uzanan quzey torpaqlarının qaytarılması 
üçün ayrıca şərt qoyulmuşdu. Belə ki, Istanbul bağlaşması üzrə (1724-cü il 
Istanbul müqaviləsi nəzərdə tutulur). Türkiyəyə keçən Şirvan, Ermənistan 
və Gürcüstanı Iran (Nadir xan) osmanlılardan geri almalı, bununla da 
Xəzəryanı torpaqların Türkiyənin əlinə keçməyəcəyini təmin etməli idi. 
Şah II Təhmasibin məğlubiyyətini və Osmanlı dövləti ilə bağladığı 
sülh müqaviləsi xəbərini eşidən Nadir çox qəzəbləndi. O, Osmanlı sarayına 
və Bağdad valisi Əhməd paşaya məktub yazaraq «Şah Təhmasibin 
müqaviləsinin heç bir siyasi qiyməti olmadığını bildirdi və bütün Səfəvi 
torpaqlarının qaytarılmasını» tələb etdi. Əks halda müharibəyə 
başlayacağını bildirdi. 
Heratdan geri qayıdan Nadir Isfahana gəldi, şah II Təhmasibi 
Osmanlı dövləti ilə bağlanan sülhə görə tənqid etdi. Səfəvi qoşununun 
zabitləri də Nadirə tərəfdar çıxdı. 1732-ci il avqustun 8-də (başqa 
məlumatlara əsasən avqustun 22-də) qoşun başçılarının müşavirəsi şah II 
Təhmasibin ölkəni idarə etmək iqtidarında olmadığı haqqında qərar verdi. 
Təhmasib 500 nəfərlik mühafizə dəstəsi ilə birlikdə Xorasana göndərildi.


17
Təhmasibin 8 aylıq oğlu III Abbas hakimiyyətə gətirildi. Nadir onun 
qəyyumu oldu. Nadir «Təhmasibqulu xan» ləqəbini ataraq, vəkilüdövlət və 
nayibüssəltənə adını qəbul etdi.
Nadir Osmanlıların tutduqları torpaqların geri qaytarılmasına 1732-ci 
ilin payızında başladı. Ilk olaraq Kirmanşah azad edildi. Ətraf əraziləri tutan 
Nadir Bağdadı mühasirə etdi. Bağdad ətrafında olan döyüşdə 1733-cü il 
iyul ayında Nadir məğlub olaraq Bəhruza çəkildi. Bagdadda mühasirədə 
olan 
Osmanlı qoşununa köməyə gələn Topal Osman paşa Nadiri məğlub 
etdikdən sonra Bağdada girdi. Çox keçmədən yeni qoşun toplayan Nadir 
yenidən osmanlılarla müharibəyə başladı. 1733-cü ilin payız və qışında 
osmanlıları məğlub edən Nadir Bağdadı tutdu. Hər iki tərəf müqavilə 
imzaladı. Abbasqulu ağa Bakıxanov bu barədə yazır: « Bağdad 
yaxınlığında türk ordusunu pis bir sürətdə məğlub etdikdən sonra, Nadir 
1733-
cü ildə Əhməd paşa ilə Bağdad müqaviləsi bağladı. Sultan Iraq 
ərazisini tutmuş bütün paşalara Iran vilayətlərini boşaltmaq üçün xətt-i-şərifi 
ilə bəzədilmiş fərmanlar göndərdi. Sultan paşalara bütün əraziləri 
boşaltmaq əmri verdi. Nadir Ərdəbilə gəldi və Astara hakimi Musa xana 
xətt-i-şərifin bir sürətinin Şirvan hakimi Surxay xana göndərməsi əmrini 
verdi. O, 
fərman gətirən adamı öldürüb Musa xana nalayiq sözlər yazdı. 
Buna görə Nadir bu məğrur adamı cəzalandırmaq üçün Şirvana hücum 
etməyi lazım bildi. Lakin Nadirin Kür çayına yaxınlaşdığını eşidən Surxay 
xan Şamaxını tərk edib Dağıstana getdi. 1734-cü il avqustun 17-də Nadir 
Şamaxıya gəldi və Ərdəbil hakimi Məmmədqulu xan Səidlini Şirvana 
hakim təyin etdi. 
Nadirlə Surxay xan arasında həlledici döyüş Qəbələdə oldu. Car və 
Tala ləzgiləri Surxay xana qoşuldu. Gəncə hakimi Əli paşanın əmri ilə 8-
minlik osmanlı və tatar qoşunu da ona köməyə gəldi. Surxay xanın 20-
minlik ordusu Qəbələdə Dəvəbatan adlı yerdə baş verən döyüşdə 
darma
dağın edildi. Surxay Qazıqumuğa, tatar və osmanlı qoşunu isə 
Gəncəyə çəkildi. Nadir böyük hərbi qənimət ələ keçirdi.
Payızın düşməsi ilə Nadir yürüşü Arana keçirdi. Ordusunu iki yerə 
bölərək birini Miskincə-Şahdağ yolu ilə Qəbələyə, birini isə öz komandanlığı 
altında Xaçmaz-yolu ilə Qəbələyə apardı. Bir həftə Qəbələdə qalıb 
Gəncəyə hərəkət etdi. 1734-cü ilin noyabr ayında Gəncə yaxınlığına gəldi. 
Gəncədə olan Osmanlı qoşun başçısı Əli paşa Gəncə qalasına sığınmışdı. 
Nadirin qoşunları qalanı mühasirə etdi və qanlı döyüşlər başladı. Qalaya 
atılan top güllələri o qədərdə əhəmiyyət vermədi. Qala divarlarının altına 
lağım ataraq 7 yerdə barıt dolduruldu. Partlayış nəticəsinədə 700 türk 
əsgəri öldüsə də qala təslim olmadı. Qalanın mühasirəsinin uzun 
sürdüyünü görən Nadir Tiflisi tutmaq üçün qoşun göndərdi.
Gəncənin mühasirəsi 4 ay çəkdi. Nadirin göstərişi ilə Gəncə çayının
qarşısı bağlandı, qalanın divarları dağıldı. Bəndi dağıtmağa müvəffəq 
olan osmanlı qarnizonu təslim olmadı. 
Qeyd etmək lazımdır ki, Gəncə savaşının gedişində Rusiyadan 
göndərilmiş elçi knyaz S. Qolitsin həmişə Nadirin yanında olurdu. Nadir rus 


18
elçisi qarşısında Dərbənd və Bakının qaytarılması haqqında qəti tələb 
qoymuşdu. Buna görə də 1735-ci il martın 10(21)-da Iran ilə Rusiya
arasında Gəncə müqaviləsi bağlandı. Müqaviləyə görə ruslar Bakını 2 
həftə, Dərbəndi isə 2 ay müddətində azad etməli idilər.Bu şəhərlər üçüncü 
dövlətə verilməməli idi. Bundan başqa ruslar Dağıstanın Səfəvilərin 
hökmranlığına keçməsinə razılıq verirdi. Gəncə müqaviləsindən sonra 
Gəncə qalasının alınması üçün ruslar yeni toplar göndərsə də müsbət 
nəticə əldə olunmadı. Qarsda olan osmanlı qoşunlarının sərəsgəri Abdulla 
paşa Gəncədə mühasirədə olanlara köməyə gələcəyi xəbərini göndərdi. 
Buna imkan verməmək üçün Nadir Gəncədə bir qədər qoşun saxlayıb 15 
minlik qoşunla Loridən Qars üzərinə yürüdü. Irəvanı tutan Nadir Abdulla 
Paşa ilə həlledici döyüşə girmək üçün Zəngiçayı yaxınlığında yerləşdi. 
1735-ci il iyulun 9-
da tərəflər arasında həlledici döyüş oldu. Nadir tam 
qələbə qazandı. Abdulla paşa döyüşdə öldü. Nadir çoxlu hərbi qənimət (o 
cümlədən 32 top) ələ keçirdi. Abdulla paşanın məğlubiyyətindən sonra 
Gəncə, Tiflis qalasında olan osmanlı qarnizonu təslim oldu. Gəncə hakimi 
Əli paşa Nadir tərəfindən bağışlandı, qarnizona Türkiyəyə getmək icazəsi 
verildi.
Nadirin əldə etdiyi qələbələr onu daha da ruhlandırmışdı. O, Osmanlı 
paytaxtına hücum etməyi planlaşdırırdı. Bunun üçün Nadir Rusiyanın 
kömək etməsini istəyirdi. Lakin Rusiya Nadiri bu plandan çəkinməyə və 
Türkiyənini İranla həmsərhəd bölgə və şəhərlərə hücum etməyə sövq 
edirdi.
1735-
ci ildə Rusiya ilə Osmanlı dövləti arasında başlanan müharibə 
Os
manlı dövlətini Nadirlə sülh bağlamağa məcbur etdi. Osmanlı dövləti 
Səfəvilərlə sülh danışıqları aparmağı Gəncəli paşaya həvalə etdi. 1736-cı 
ilin martında Gəncəli paşa Səfəvi nümayəndəsi Mirzə Məhəmmədlə sülh 
danışıqlarına başladı. Bu danışıqlar Gəncə müqaviləsinin şərtlərinin Nadir 
tərəfindən pozulması demək idi. Belə ki, bu müqaviləyə əsasən Rusiyanın 
iştirakı olmadan Nadir Osmanlı dövləti ilə sülh bağlamamalı idi. 
Osmanlı dövləti ilə aşağıdakı şərtlərlə: Dövlət sərhədlərinin Sultan IV 
Maradın zamanındakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilir. 
Bu razılaşmaya əsasən Osmanlı dövləti ilə Nadir arasında olan 
müharibələrə müvəqqəti də olsa son qoyuldu. Xırda hərbi əməliyyatlar 
nəzərə alınmazsa Nadirin ölümünə qədər Osmanlı dövləti ilə müharibə 
olmadı.
Osmanlılarla müharibəni sona çatdıran Nadir müəyyən müddət 
Dağıstanı tutmaqla məşğul olsa da öz əsas məqsədini həyata keçirməyə 
başladı. Quba elinin «Həsənqala» düşərgəsindən qabağa düşərək Ağsuya 
(Yeni Şamaxı), oradan isə 1736-cı il yanvarın 13-də Muğandakı 
ordugahına gəldi. Bu düşərgədə onu Iranın bütün əyanları gözləyidi. O, 
dövlətin bütün əyalətinə fərmanlar göndərmiş, hakimlər, vilayət rəisləri, 
əyan və üləməları Muğana qurultaya çağırmışdı. Nadirin əmri ilə Cavad 
keçidi yaxınlığında ağac və qamışdan 12 min ev tikmiş, ayrıca karvansara, 
məscid və minarələr bina edilmişdi. Tezliklə buru 100 min adam


19
toplaşmışdı. Nadir qurultay iştirakçılarına müraciət edərək « hər kəsi Iran 
şahlığına, ölkənin sülh və əmniyyətinin qorumasına, xalqın rifahını təmin 
etməyə daha layiq bilirsiniz onu seçin. O (Nadir), indi Allahın köməyi ilə 
Iranı düşmənlərin işğalından azad edib, onları Iran mərzlərindən qovubdur. 
Indi qocaldığına və yorğunluğuna görə dincəlmə ehtiyacı var.» 
Uzun müzakirələrdən sonra qurultay iştirakçılarının böyük əksəriyyəti 
yalnız Nadirin şahlığa layiq olduğunu bildirdilər (Əlbəttə bu Nadir tərəfindən 
hazırlanmış bir oyun idi.). Müzakirələr zamanı Səfəvilərin son nümayəndəsi 
şah III Abbasın ölüm xəbəri də gəlib çıxdı. Qurultay iştirakçılarının 
«təkidini» qəbul edən Nadir 3 şərtlə şah olmağa razılıq verdi. Birinci 
bundan sonra Şah Təhmasib və onun uşaqlarına tərəfdar olmayasınız, 
əgər bundan sonra Səfəvilərdən biri meydana çıxsa onu müdafiə etməyib 
tutub zindana atasınız… Ikinci şiə məzhəbi ilə yanaşı sünnü məzhəbinə də
hörmət olunsun, bundan sonra Ömərə, Osmana lənət oxunmasın, bu 
barədə heç nə yazılmasın, ondan otəri ki, bu iki məzhəb iki millət arasında 
çoxlu qan tökülməsinə səbəb olmuşdur... Iman Cəfəri-Sadiqin yolunu 
unutmayasınız. Üçüncü məni şahlığa qəbul edirsinizsə, gərək and içəsiniz 
məndən sonra mənim uşaqlarıma, ailəmə hörmətsizlik etməyib, onlara tabe 
olacaqsız. 
Nadirin qoyduğu şərtlər qurultay iştirakçıları tərəfindən qəbul edildi. 
Nadir 1736-
cı il fevralın 26-da taxta oturdu və şah elan edildi. 

Yüklə 329,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin