30
NƏTİCƏ
Istanbu
l müqaviləsindən sonra Türkiyə
bütün sərhəd boyu Cənubi
Qafqaza öz qoşunlarını yeritdi.
Osmanlı işğalına məruz qalmış vilayətlərdə
əvvəlki inzibati-ərazi bölgüsü kiçik dəyişikliklərlə saxlanılmışdı.
Rusiya məmurlarını, ilk növbədə, Abşeronun neft quyuları
maraqlandırırdı.Rus komendantlığının həyata keçirdiyi siyasət Bakıda və
ümumiyyətlə Xəzərsahili münbit torpaqlarda
məskunlaşmağa can atan
ermənilər üçün bir fürsət idi. I Pyotra müraciətlə "yeni əldə olunmuş
torpaqlarda", xüsusilə Bakıda onlar üçün yer ayırmağı xahiş etdilər.
Lakin
bununla belə, Rusiyanın yeni torpaqlardan götürüləcək gəlirə bəslədiyi
ümidi özünü doğrultmadı. Buna görə də I Pyotrun sağlığında bu barədə bir
kəlmə belə deməyə cəsarəti çatmayan məmurlar imperatorun ölümündən
sonra (1725)
Xəzərsahili əyalətlərdən əl çəkməyi tələb etməyə başladılar.
Ərazisi
iki iri imperiya arasında bölüşdürülmüş Azərbaycanın xalq
kütlələri yadelli əsarətinə tabe olmaq istəmir, kəskin müqavimət göstərirdi.
Mübarizənin passiv formaları vergi və mükəlləfiyyətləri ödəməkdən imtina,
yaşayış yerlərini tərk etmək idi.
Şah hakimiyyətini möhkəmləndirmək
istəyən Nadir dövlət
idarəçiliyində islahatlar həyata keçirdi. Artmaqda olan hərbi xərcləri ödəmək
məqsədi ilə Nadir şah amansız vergi siyasətinə əl atmışdı ki, bu da xalq
kütləsinin onsuzda ağır olan vəziyyətini daha da mürəkkəbləşdirmişdi.
Beləliklə, Nadirin amansız
siyasətinin, aramsız müharibələrin nəticəsi
olaraq ölkənin müxtəlif sosial təbəqələri arasında yaranmış
ziddiyyətlər
sonda dövlətin tənəzzülünə, sui-qəsdlərə və saray intriqalarına
gətirib
çıxardı və Nadir şah belə bir sui-qəsdin qurbanı olaraq 21 iyun 1747-ci ildə
çadırında öldürüldü. Onun ölümündən sonra əsasən hərbi güc nəticəsində
birləşdirilmiş imperiya dağıldı. Bunun əsas səbəbi imperiya daxilində
əmtəə-pul münasibətlərinin və iqtisadi əlaqələrin zəif olması idi.