5
alovlandı. Tezliklə qonşu kəndlərin əhalisi də onlara qoşuldu. Bu,
kortəbii
kəndli hərəkatı idi. Dövlətin hakim dairələrinin üsyanı yatırmaq üçün
göndərdiyi cəza dəstələri Car kəndini talan edib yandırdılar. 1709-cu ildə
Şimali Azərbaycanda-Şirvan hüdudlarında daha bir silahlı üsyan baş verdi.
1711-
ci ildə Car camaatı yenidən silaha əl atdı. Onlar Şamaxı şəhərinə
hücum edib, Şirvan bəylərbəyinin malikanəsinə od vurmağı qərara aldılar.
Şirvan bəylərbəyi Həsənəli xanla üsyançılar arasında baş vermiş
toqquşmada bəylərbəyinin qoşunu məğlub olub geri oturduldu.
Döyüş
meydanında bəylərbəyi Həsənəli xanın özü də qətlə yetirildi. Şəki hakimi
Kiçik xan vuruşma zamanı həlak oldu. Üsyançıların hücumunun qarşısını
ala bilməyən Gəncəli Uğurlu xan qalaya çəkilərək canını xilas edə bildi.
1709-c
u ildə Qəndəhar şəhərini zəbt edib İsfahanı hədələyən əfqan
qəbilələri mərkəzi hökumətə Azərbaycanda baş verən üsyanları yatırmağa
macal vermirdi. Səfəvi dövlətinə daxil olan bütün ölkələri XVIII əsrin
əvvəllərində xarici işğalçılara qarşı mübarizə bürümüşdü. Bu mübarizə yerli
feodalların zülmünə qarşı genişlənən xalq hərəkatı
ilə birləşərək mərkəzi
hökumətin əleyhinə ümumi cəbhəyə çevrilmişdi.
Dostları ilə paylaş: