Şirvan üsyanı. 1722-1735-ci illərdə Azərbaycanın Xəzərsahili
əyalətlərinin Rusiya tərəfindən işğal olunması.
Səfəvi dövlətinin ağır
günlərində şah Sultan Hüseyn Rus dövlətindən kömək almaq üçün onunla
yaxınlaşmağı qərara aldı. Bu məqsədlə 1713-cü ildə "dostluq və ticarət
müqaviləsi" bağlamaq üçün Fəzlulla bəyi Peterburqa göndərdi.
Səfəvi dövlətinin Rusiyaya müraciəti I Pyotrun şərqdə siyasətinin
reallaşması dövrünə təsadüf edir. Həmin illər Rus dövləti Türkiyə ilə
uğursuz müharibə aparmış və 1711-ci ildə Prut müqaviləsini imzaladıqdan
sonra Qara dənizə çıxış əldə etməkdən əlini üzərək bütün ümidini Xəzər
dənizi hövzəsinə bağlamışdı. Hələlik Isveçlə müharibə davam etdiyi bir
şəraitdə cənuba yürüşü keçirmək imkanına malik olmayan çar kəşfiyyat
xarakterli tədbirlər görürdü. O, 1714-cü ildən başlayaraq Xəzər dənizinin
Şərq sahillərini öyrənmək üçün Bekoviç-Çerkasskinin başçılığı ilə buraya
ekspedisiya göndərmişdi.
I Pyotr Xəzər dənizinin qərb sahillərini öyrənmək məqsədilə
Azərbaycandan, xüsusilə karvan yolu ilə Şirvandan keçməklə Səfəvi
dövlətinə özünün yaxın adamlarından birini - A.P.Volınskini göndərdi. Elçi
kimi Isfah
ana yola düşən A.P.Volınskiyə I Pyotr eyni zamanda xüsusi və
gizli göstəriş də vermişdi. Həmin göstərişə əsasən Rus dövlətinin elçisi
karvan yollarını, bu yollar boyunca otlaqların olub-olmamasını (bu, süvari
qoşunlar üçün vacib idi), yerli qoşunların müdafiə qurğularının vəziyyətini
öyrənməli, burada xristianlarla əlaqə yaratmalı idi. A.P.Volınskiyə burada
rus ticarətinin inkişaf etdirilməsi perspektivlərini öyrənmək də tapşırılmışdı.
Isfahanda olduğu zaman A.P.Volınski gizli şəkildə dövlətin daxili
vəziyyəti barədə xeyli məlumat toplamış və onu şifrələnmiş məktubla
Peterburqa, qraf Qolovkinə göndərmişdi. Məktubların birində o, I Pyotra
Xəzər dənizi üçün nəzərdə tutulmuş gəmilərin Qazan şəhərində daha
sürətlə quraşdırılmasını tövsiyə etmişdir.
6
Şah hökuməti ilə ticarət müqaviləsi bağladıqdan sonra A.P.Volınski
Rusiyaya qayıtmağı qərara aldı. O, quru yolla Rəştə getmək, oradan gəmi
ilə Həştərxana üzmək, beləliklə, Gilan haqqında da kəşfiyyat məlumatı
toplamaq istəyirdi. Lakin şah hökumət gec də olsa ayıldı, A.P.Volınskinin
niyyətini başa düşdü və yalnız gəldiyi yolla qayıtmasına icazə verdi. 1717-ci
il dekabrın 17-də rus səfiri Şamaxıya gəldi və yolların açılmasını gözləyərək
8 ay Şamaxıda qaldı. O, eyni zamanda I Pyotrun göstərişinə əsasən
Cənubi Qafqazın xristianları ilə də görüşdü. Kartlinin gələcək çarı VI
Vatanqın nümayəndəsi Farsadan bəy şəxsən A.P.Volınskinin yanına
Şamaxıya gəldi. Daha sonra rus elçisi erməni tacirləri ilə görüşdü.
Dərbənddən gələn həmin tacirlər A.P.Volınskiyə gizlicə Dərbənd qalasının
planını da gətirmişdilər. Belə bir “hədiyyəni” Pyotrun bu bölgəyə yürüşə
hazırlaşdığı ərəfədə böyük hərbi-siyasi əhəmiyyəti vardı.
Beləliklə, A.P.Volınski Səfəvi dövlətində karvan yollarının vəziyyəti
ilə tanış olub, gündəliyini zənginləşdirdi. Yalnız Şamaxıdan Həştərxana
gedən yol öyrənilməmiş qalmışdı. Bu məqsədlə A.P.Volınski karvan yolu ilə
öz dəstəsinin üzvlərində birini - dvoryan A.Lopuxini göndərməyi
qərarlaşdırdı.
Rusiya Isveçlə 20 ildən artıq apardığı müharibəni 1721-ci ildə
qalibiyyətlə bitirdikdən sonra Xəzərsahili əyalətlərə yürüş üçün ciddi hazırlıq
görməyə başladı.
Bu zaman Səfəvi dövlətini xalq azadlıq hərəkatı bürümüşdü. Xalq
azadlıq hərəkatına sadə kəndli Hacı Davud başcılıq edirdi. Hacı Davud
belə bir şayiə yaymağa başladı ki, guya o, Allah tərəfindən göndərilmişdir
ki, sünniləri şiələrin, yəni Səfəvi şahlarının zülmündən azad etsin. Bu
zaman Dağıstanda da Səfəvi hakimiyyətinə qarşı üsyan baş verdiyini
eşidən Hacı Davud tez Dağıstana yola düşdü. Burada o, Qaytaqlı Əhməd
xanla ittifaqa g
irib onunla birlikdə ümumi düşmənə qarşı çıxmaq barədə
tədbirlər hazırladı. Dağıstanda ikən buranın ən nüfuzlu şəxslərindən olan
Qazıqumuxlu Surxay xanla da əlaqə yaratdı. Müttəfiqlər qərara aldılar ki,
şah Hüseynin Şəki, Şirvan, Quba mahallarına təyin etdiyi xanları və onların
məmurlarını qətlə yetirsinlər.
1719-
cu ilin sonlarında Şirvanda baş verən üsyanlar yatırıldı. Hacı
Davud tutulub Dərbənd həbsxanasına salındı. Hacı Davudun ən yaxın
müttəfiqi Surxay xan Dağıstana qaçaraq canını xilas etdi.
Şirvanda baş verən hadisələr çar Rusiyasının Xəzər dənizi
hövzəsində fəaliyyətinin genişlənməsi dövrünə təsadüf edirdi. I Pyotrun bu
sahədəki tədbirlərindən biri Xəzərin qərb sahillərini topoqrafiya cəhətdən
öyrənməkdən ibarət idi. O, bu məqsədlə Verdenin başçılığı ilə Xəzər
dənizinə ekspedisiya göndərdi. Fon Verdenin yaxın köməkçiləri leytenant
Soymonov, Urusov, unter-
leytenant Doroşenko və Zolotoryov idi.
Eks
pedisiyanı "Müqəddəs Aleksandr", "Müqəddəs Yekaterina" və
"Həştərxan" adlı üç gəmi heyəti müşayiət edirdi. Xəzər dənizinin şimal-qərb
sahillərinin xüsusiyyətlərini öyrəndikdən sonra ekspedisiya sahil boyunca
cənuba doğru hərəkət edərək, Bakı körfəzinə daxil oldu. Daha sonra hər üç
7
gəmi yoluna davam edərək, Kür çayının mənsəbinə çatdı və çaya daxil
olub 20 vers
tlik məsafəni qət etdi.
Dövrün elmi səviyyəsinə uyğun tərzdə aparılan tədqiqat işləri
nəticəsində, tərtib olunmuş xəritəyə əsasən, Xəzər dənizinin bütün qərb
sahilləri dəqiqliklə köçürülmüşdü.
XVIII əsrin 20-ci illərində Səfəvi dövləti özünün ən ağır tənəzzül
dövrünü keçirirdi. Üsyan etmiş əfqan qəbilələri vilayətləri bir-bir ələ keçirir,
paytaxta-
İsfahana yaxınlaşırdılar. Isfahan şəhəri mühasirədə olarkən
şahzadələrdən biri aradan çıxaraq yaxın adamları ilə birlikdə dövlətin şimal
bölgəsinə qaçdı və burada özünü II Təhmasib adı ilə şah elan etdi.
Səfəvi dövləti süquta uğradığı bir dövrdə ölkənin hər yerində
yenidən üsyanlar baş verdi. Mərkəzi dövlətin süqutundan istifadə edən
Hacı Davud həbsdən qaçaraq yenidən Şirvan üsyançılarına başçılıq
etməyə başladı və Qazıqumuxlu Surxay xanı muzdlu qoşunları ilə birlikdə
öz tərəfinə çəkməyə nail oldu. O, ilk zərbəsini üç iri inzibati mərkəzə -
Şamaxı, Bakı və Dərbəndə endirdi. Lakin Hacı Davud birbaşa həmlə ilə
həmin şəhərləri ala bilmədi və həlledici döyüşlər üçün daha düşünülmüş
tədbirlər hazırlamağı qərara aldı. Güclü müttəfiq əldə etmək məqsədilə
Hacı Davud yazılı şəkildə Rusiya dövlətinə müraciət edib ondan kömək
istədi.
Həştərxanın yeni qubernatoru, Rusiyanın Səfəvi dövlətində olan
sabiq elçisi A.P.Volınski rus qoşunlarının Xəzərsahili əyalətlərə yürüşü
ərəfəsində I Pyotrun göstərişinə əsasən Hacı Davud cavab məktubu
yazaraq soruşdu ki, o yalnız hərbi kömək istəyir yoxsa Rusiyanın
himayəsini qəbul etməyi arzulayır? Hacı Davud cavabında bildirdi ki, o, rus
qoşunlarının köməyi ilə Şirvanı azad etmək, özü isə müstəqil Şirvan
dövlətim başçılıq etmək arzusundadır. Rusiyaya gəldikdə isə o, heç də
eh
timal etmir ki, I Pyotr öz dövlət sərhədlərini Isfahana qədər uzatsın. Bir
sözlə, Hacı Davudun nəzərdə tutduqları Rusiyanın hazırladığı bütün
planların tamamilə əksinə idi. Məhz buna görə də I Pyotr Şirvanda qalxan
xalq azadlıq hərəkatını boğmaq, guya onunla dostluq münasibətində olan
şaha kömək etmək bəhanəsi ilə Şirvana qoşun çəkməyi qərara aldı.
I Pyotrun hazırladığı tədbirlərdən xəbəri olmayan Hacı Davud da
1721-
ci ilin avqust ayında Şirvan bəylərbəyiliyinin mərkəzi olan Şamaxı
şəhərini tutdu. Şəhər alınarkən buradakı zəngin bazarın, karvansaraların,
xarici ölkədən gələn tacirlərin, o cümlədən rus tacirlərinin bir neçə
mi
lyonluq malı qarət olundu. Qeyd etmək lazımdır ki, bu məsələdə rus
tacirlərinin özlərinin də günahı olmuşdu. Onlar üsyançıların şəhərə hücumu
ərəfəsində İran tacirlərinin əmlakını gizlətmişdilər. Üsyançılar şəhərə daxil
olduqdan sonra tacirlərin əmlakını tələb etmiş, rus tacirləri isə bu tələbi
yerinə yetirməmiş və üsyançılara toplardan atəş açmışdılar. Bundan sonra,
adətən,
xarici
tacirlərə
toxunmayan
üsyançılar
rus
tacirlərini
cəzalandırmışdılar.
1721-
ci ildə İrəvan xanının qoşunlarını məğlub edən Hacı Davudun
dəstələri Gəncə şəhərini mühasirə etsələr də, onu ala bilmədilər.
8
Rusiyanın ona qarşı mənfi münasibətindən xəbər tutan Hacı Davud
özünə arxa tapmaq məqsədilə Osmanlı imperiyasına müraciət etdi.
Şimali Azərbaycanın Xəzər sahillərində möhkəmlənmək arzusunda
olan Osmanlı imperiyası vaxt itirmədən Hacı Davudla əlaqə yaratdı. Hacı
Davud Türkiyədən hərbi kömək istəməklə bərabər həmin dövlətin
himayəsini də qəbul etməyə söz verdi. I Pyotrun 1722-ci il yürüşündən
sonra Türkiyə Hacı Davudu himayəyə qəbul etdi (1722-ci il, dekabr). Əks
təqdirdə, I Pyotr Türkiyə himayəsində olan şəxsə qarşı cəza ekspedisiyası
göndərdiyini açıqlamağa cəsarəti çatmazdı.
Türkiyə sultanından müsbət cavab alan Hacı Davud Şamaxıya
qayıtdıqdan sonra qoşunları əsasən qarətlə məşğul olan sabiq müttəfiqi
Qazıqumuxlu Surxay xanı özündən uzaqlaşdırdı və yeni yaranmış Şirvan
xanlığının vahid hakimi oldu.
Istanbulda Hacı Davudla Sultan Əhməd arasında aparılan danışıqlar
I Pyotr hökumətini xeyli narahat etdi. Şirvana Osmanlı qoşununun
yerid
ilməsi təkcə Rusiyanın cənub sərhədlərini hədələmirdi, bu, eyni
zamanda onun şərq ticarətinə də ağır zərbə endirə bilərdi. Bütün bunlar
I Pyotru Xəzər dənizi hövzəsində tələsməyə vadar etdi.
Rusiya imperatorunun
şərq siyasətində Şimal-Şərqi Azərbaycan
mühüm əhəmiyyət kəsb edirdi. Hətta Şirvan üsyanından əvvəl Peterburqda
qarşıda duran yürüş barədə tərtib olunmuş sənədlərdə bu yürüş "Şamaxı
ekspedisiyası" adlanırdı.
Şirvan üsyanı qələbə çaldıqdan sonra I Pyotr həm yürüşün adını,
həm də istiqamətini dəyişdirməli oldu.
Beləliklə, Xəzərsahili əyalətlərə yürüş etmək üçün zəmin yarandı.
Əvvəlcə yürüşə 1723-cü ildə başlamaq planlaşdırılmışdı. Əfqan
qəbilələrinin 1722-ci ilin martında Isfahan yaxınlığında şah qoşunlarını
məğlubiyyətə uğratması və Səfəvilərin paytaxtını mühasirəyə alması xəbəri
yürüşün bir il qabağa çəkilməsinə səbəb oldu.
Qəti addım atmazdan əvvəl I Pyotr Xəzərsahili əyalətlərin sakinləri
arasında yürüşün səbəbini doğrultmaq məqsədilə "Manifest" çap edib,
xüsusilə rus ordusu hərəkət edəcək istiqamətdə yerləşən şəhər və kəndlərə
göndərdi. "Manifest" də yürüşün əsil səbəbi, mahiyyəti ört-basdır edilir və
göstərilir ki, rus ordusunun bu yürüşdə məqsədi Şirvan üsyanı zamanı
Şamaxıda qətl və qarətə məruz qalmış rus tacirlərinin intiqamını almaq,
habelə Rusiya dövlətinin dostu olan Səfəvi şahına qarşı qalxan
üsyançılara, xüsusilə Hacı Davuda və Surxay xana cəza verməkdən
ibarətdir. I Pyotr "Manifest"ində həmçinin yerli əhaliyə əmin-amanlıq da vəd
edirdi.
1722-ci il avqustun 23-
də rus qoşunları heç bir müqavimət
görmədən Dərbənd şəhərinə daxil oldu. Şəhərin naibi Imamqulu öz
vəzifəsində qalmaq xatirinə Dərbənd qalasının iki gümüş açarını I Pyotra
təqdim etdi. Lakin Imamqulu belə hərəkəti ilə heç də dərbəndlilərin rus
qoşunlarına münasibətini ifadə etmirdi. Şəhərdə ruslara müqavimət
9
tərəfdarları da vardı və hətta onlar I Pyotra qarşı sui-qəsd hazırlamışdılar.
Ancaq sui-
qəsdin üstü açılmış, başçıları həbs olunmuşdu.
Rus qoşunlarının Xəzərsahili əyalətlərə gəlməsi Bakı sultanı
Məhəmmədhüseyn xan və çox digər əyanların etirazına səbəb oldu. Bakı
sultanı I Pyotrun nümayəndəsinə bildirdi ki, o, rus qoşunlarını Bakı qalasına
buraxmayacaqdır.
Sentyabrın 7-də I Pyotr Rusiyaya qayıtdı. I Pyotrun öz planını
həyata keçirməsinə mane olan təkcə Bakı sultanı Məhəmmədhüseyn xanın
rədd cavabı deyildi. Xəzər dənizində baş verən tufan nəticəsində rus
əsgərlərinin azuqə və sursat saxlanılan gəmilərin əksəriyyəti, demək olar ki,
dənizdə batmışdı. Bundan əlavə, atlar da yemsizlik və susuzluqdan əldən
düşmüşdü. Nəhayət, I Pyotra xəbər çatdırıldı ki, Isveç Niştad sülh
müqaviləsinin şərtlərini pozmağa cəhd göstərir. Osmanlı sarayının kəskin
etirazı da I Pyotrun qayıtmasında az rol oynamadı.
Rusiyaya qayıtdıqdan sonra I Pyotr hərbi ekspedisiyalar
göndərməklə Xəzər sahilinin qərbində yerləşən bütün əyalətləri tutub
Rusiyaya ilhaq etmək qərarına gəldi. Bu cəhətdən böyük hərbi strateji və
iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq əsas vəzifə idi.
Bakıya dəniz vasitəsilə yürüş hazırlandığı bir zamanda - 1722-ci ilin
oktyabrında İsfahan əfqan qəbilələri tərəfindən zəbt edildi. Işğalçılar
bununla kifayətlənməyib, Iranın digər şəhərlərinə də basqın etməyə
başladılar. Gilan əyalətini də təhlükə gözləyirdi. Gilanı zəbt etmək fıkrində
olan imperator vaxtı itirmədən Gilan istiqamətində hərəkət etməyə əmr
verdi.
1722-
ci ilin dekabrında başda polkovnik Şipov olmaqla rus eskadrası
Ənzəli limanına daxil olub, heç bir müqavimətə rast gəlmədən Rəşt şəhərini
zəbt etdi.
Qeyd edək ki, hələ əfqanlar Isfahanı mühasirədə saxladıqları zaman
şah Sultan Hüseyn Xəzərsahili vilayətləri Rusiyaya güzəştə getmək
müqabilində rus hökumətinin Səfəvilərə hərbi yardım göstərməsi haqqında
müqavilə bağlamaq üçün Ismayıl bəyi Peterburqa yola salmışdı.
Səfəvi dövlətin zəifləməsindən istifadə edən Osmanlı imperiyası da
öz qoşunlarını Cənubi Qafqaza doğru yeritdi. Türkiyənin belə bir addım
atmasında Qərbi Avropa ölkələrinin, xüsusilə Ingiltərənin az rolu olmamışdı.
Qərbi Avropa dövlətlərinin diplomatları sultanı inandırmağa çalışırdılar ki,
ruslar Şirvan, Irəvan vilayətlərini və Türkiyənin bir hissəsini alsalar, o
zaman Türkiyənin hakimiyyəti altında olan gürcülər və ermənilər "Rusiyanın
təbəəliyini qəbul edəcəklər". Bunun nəticəsidir ki, Osmanlı qoşunları vaxt
itirmədən Cənubi Qafqaza daxil olaraq Tiflis şəhərini işğal edib, şərqə
doğru irəlilədilər.
Türkiyə tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi
I Pyotru Bakını işğal etməyə tələsdirdi.
1723-
cü il iyulun 21-də rus donanması Bakı limanına daxil oldu.
Ciddi
müqavimət göstərməsinə baxmayaraq, Bakı qarnizonu çoxsaylı
orduya və hərbi texnikaya malik olan düşmən hücumuna tab gətirmədi və
10
bombardman nəticəsində şəhərdə baş verəcək yanğının, tələfatın qarşısını
almaq məqsədilə qalanı yadelli işğalçılara təslim etməyə məcbur oldu.
Bakı qalası alındıqdan sonra burada yerli inzibati hakimiyyət edildi
və komendantlıq idarəsi yaradıldı. Bakının ilk komendantı knyaz Baryatinski
təyin olundu. Bakıdan sonra ruslar asanlıqla Salyan şəhərini işğal etdilər.
Rus qoşunları Xəzərsahili əyalətlərin bir hissəsini işğal etdikdən
sonra I Pyotr Ismayıl bəyə Dərbənddən Gilana qədər olan torpaqları,
habelə Şamaxı, Mazandaran və Astrabadı Səfəvi dövlətinin rəsmi şəkildə
Rusiyaya güzəştə getməsi barədə müqavilə bağlanmasını təklif etdi. Şahın
onu səlahiyyətlərdən məhrum etməsindən xəbəri olmayan Ismayıl bəy
şahdan heç bir icazə almadan 1723-cü il sentyabrın 12-də göstərilən şərtlər
əsasında Peterburqda Rusiya ilə müqavilə imzaladı. Rusiya əvəzində
Səfəvi şahına öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi
öhdəsinə götürdü.
Beləliklə, 1722-1723-cü illərdə Azərbaycanın Xəzərsahili əyalətləri
Rusiya tərəfindən işğal edildi. 1721-ci ildə isə Şirvan üsyanı nəticəsində
Şamaxı ətrafında gələcək Şamaxı xanlığının təməli qoyulmuş oldu. Lakin II
Təhmasib əvvəlcədən hüquqi əsasdan məhrum olan bu müqaviləni
təsdiqləməkdən qəti boyun qaçırdı. Ismayıl bəy vətən xaini elan olundu və
geri qayıtmağa cəsarət etməyib ömrünün sonunadək Rusiyada qaldı.
Dostları ilə paylaş: |