Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети


Nüvə - yanacaqları müəssisələrində



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   ...   14   15   16   17   18   19   20   21   22

Nüvə - yanacaqları müəssisələrində 
yaranan radionukleoidlər 
 
XX əsrdə dünyada istehsal olunan elektrik enerjisinin 17%-i nüvə 
energetikasının payına düşür. 
2000-ci  ildə  34  ölkədə  441  nüvə  reaktorları  fəaliyyət  göstərir  və 
42  ədədi  də  tikilmək  üzrə  idi.  Ən  çox  nüvə  reaktoru  ABŞ-da  110, 
Fransada-57, Yaponiyada-54, Rusiyada-36, İngiltərədə-35 qurulmuş-
dur. 
Nüvə-Yanacaq  siklinin  bütün  mərhələrində;  Uran  filizlərinin 
çıxarılması,  zənginləşməsi,  enerji  istehsalı,  radioaktiv  tullantıların 
saxlanması zamanı ətraf mühit radioaktiv maddələrlə çirklənir. 
Atom  elektrik  stansiyaları  standart  texnologiya  ilə  işlədikdə 
insanlar  tərəfindən  qəbul  edilən  orta  illik  effektiv  doza,  istilik 
elektrik stansiyalarına nisbətən 10-15 dəfə az olur. 
Atom elektrik stansiyalarının normal işləməsi zamanı ətraf mühitə 
qaz  halında 
3
H-tritium, 
85
K-radiokripton, 
133
Xe-radioksenon,  CO
2
 
şəklində 
14
C-radiokarbon yayılır. 
Yarım  parçalanma  dövrü  az  olan  radioaktiv  qazlar  AES-dan  bir 
qədər  aralıda  olan  zonalara  təsir  göstərmir.  Lakin  yarımparçalanma 
dövrü  10  ildən  çox  olan  radioaktiv  tullantılar  isə  ekoloji  təhlükə 
yaradır. Belə qazlara tritium T
2
=12,3 il, kripton-85=10,76 il, karbon-
14=5730 il göstərmək olar. 
Atom  elektrik  stansiyalarında  1  QVt  elektrik  enerjisi  istehsal 
olunduqda  1  ton  radioaktiv  parçalanma  məhsulları  alınır.  Bundan 
başqa  işlənmiş  yanacağın  tərkibində  Plutonium  və  digər  transuran 
elementlərinin izotopları toplanır. 
Radioaktiv tullantılar üç qrupa ayrılır: 
Aşağı  aktivli  maye  tullantılar  –  aktivlik  vahidi  10
-5
  Ku/l-dən  az 
olanlar. 
Orta  aktivli  maye  tullantılar  –  aktivlik  vahidi  10
-5
Ku/l-dan
  çox 
olanlar.
 
Yüksək  aktivli  maye  tullantılar  –  aktivlik  vahidi  1  Ku/kq-dan 

226 
artıq olanlar. 
Uzun  müddət  aşağı  və  orta  aktivli  maye  tullantılar  sulara 
axıdılırdı. 
Təxminən 95000 ton belə tullantılar gəmilər vasitəsilə Atlantik 
Okeanına  axıdılmışdır  ki,  onun  ümumi  aktivliyi  1¸10
6
Ku 
bərabərdir.  Aktivliyi  2,2¸10
6
  Ku  olan  bərk  və  maye  radioaktiv 
tullantılar  Karsk  dənizinə  axıdılmışdır.  Təkcə  «Lenin»  buzqıran 
gəmisinin  16  reaktorundan  küllü  miqdarda  radioaktiv  tullantı 
Karsk dənizinə tökülmüşdür. 
Yalnız  1992-ci  ildə  radioaktiv  tullantılarının  dəniz  və  okean-
lara  axıdılması  qadağan  edilmişdir.  Bir  sözlə,  radioaktiv  tullantı-
ların təhlükəsiz saxlanması problemə  çevrilərək nüvə  energetika-
sının inkişafında bir maneyə çevrilmişdir. 
Hazırda  az  və  orta  aktivli  tullantıları  xüsusi  hazırlanmış 
«qəbirsanlıqlarda»  saxlayırlar.  Onlar  az  dərinlikli  hövzələr  olub 
gil  təbəqəsinin  üstündə  yaradılır  ki,  qrunt  sularına  keçməsinin 
qarşısı alınsın. 
Yüksək aktivli radioaktiv tullantıların saxlanması əsl problemə 
çevrilmişdir.  Belə  «qəbirsanlıqların»  müddəti  10  il  müddətinə 
hesablanmalıdır. 
Adətən  belə  «gəbirsanlıqlar»  geoloji  formasiyalar  dərinliyində 
olur. Belə formasiyalardan ən əlverişlisi qranit təbəqəsidir. Həmin 
təbəqədə  quyular  vurulur  və  xüsusi  konteynerlərdə  (onlar  əsasən 
qurğuşundan  hazırlanır)  tullantılar  oraya  atılır.  Bu  zaman  geoloji 
çatlar,  seysmik  silkələnmələrdən  əmələ  gələn  çatlar  vasitəsilə 
sıxılmalar yaranır ki, bu da çox təhlükəlidir. 
Odur  ki,  radioaktiv  tullantıların  saxlanması  dünyəvi  problemə 
çevrilərək heç bir dövlətdə sona qədər həll edilməmişdir.  
 
Nüvə qəzaları zamanı ətraf mühitin çirklənməsi 
 
Hazırki  zamanda  AEC-da  nüvə  reaktorlarında  və  atom  sualtı 
qayıqlarında mütləq təhlükəsizlik yaratmaq mümkün deyildir. 1945-
1987-ci  illərdə14  ölkənin  AEC-da  150  hadisə  baş  vermişdir  ki, 
onlardan  27-si  qəza  kimi  qeyd  edilmişdir.  Onlardan  ən  təhlükəlisi 

227 
1986-cı  il  aprelin  26-da  Ukraynanın  Çernobıl  şəhərində  fəaliyyət 
göstərən AEC-da baş vermişdir. 
Stansiyanın  4-cü  blokunda  partlayış  nəticəsində  (temperatura 
tənzimləmək mümkün olmadığından istilik 4000
0
C-yə çataraq suyun 
termiki parçalanması baş vermiş və qaz qarışığı partlayaraq reaktoru 
dağıtmışdır)  atmosferə  radioaktiv  maddələr  yayılmağa  başladı.  Bu 
zaman  aktiv  zonada  1500  Mku  radioaktiv  parçalanmaya  malik 
radionuklid toplandı. 
Radioaktiv  məhsulun  əsasını 
85
Kr  və 
133
Xe  təşkil  edirdi.  Nüvə 
yanacağı betonla birlikdə əriyərək şüşəyəbənzər lava əmələ gətirərək 
4-cü  blokda  toplandı.  Bundan  başqa  yanacaq  dağılaraq  qrafit  və 
tikinti  materillarından  yaranan  20  tona  yaxın  toz  halında  qarışıq 
əmələ  gəldi.  Həmin  tozun  2  tona  yaxın  miqdarı  hələdə  orta  zalda 
qalmaqdadır. 
Yanacağın  lavada  dəqiq  miqdarı  məlum  deyildir.  Hesablamalara 
görə sarkofakda 180 ton uran olmalı idi və onun da 150 tonu lavanın 
tərkibində ola bilərdi. 
Alınan  məlumatlara  əsasən  qəza  nəticəsində  ətrafa  7  ton  Uran 
oksidi səpələnmişdir. 
Çernobıl qəzasının əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir 
ki, təxminən 2000 metr yüksəkliyə qalxan və oradan da yer qabığına 
çökən  «qaynar  hissəciklərin»  olmasıdır.  Bu  «qaynar  hissəciklər» 
atom  yanacaqları  olub  aktivliyi  0,1  Bk/mkq  olan  hissəciklərdir.  Bu 
hissəciklərin ölçüsü 5-100 mikron olub əsas tərkibi ərimiş lava hissə-
ciklərindən  ibarətdir.  Onun  toz  halında  olan  hissəcikləri  atmosferə 
yayılaraq min kilometrlərlə uzaqlara səpələnmişdir. Ukraina, Rusiya, 
Belorusiya,  Litva  və  Avropa  ölkələrində  bu  «qaynar  hissəciklər» 
qeyd olunmuşdur. Hətta qəzadan beş il sonra onların varlığı haqqında 
məlumatlar alınmışdır. 
Yer  qabığına  çökmüş  radioaktiv  hissəciklər  yağış  və  qrunt 
suları ilə sürətlə miqrasiya edərək 1000 km yol qət edə bilmiş və 
ətraf mühiti çirkləndirmişdir. 
 

228 
Sual və tapĢırıqlar 
 
1.Radionuklidlər nədir və ətraf mühitə necə yayılırlar? 
2.Radioaktiv  izotoplardan  ətraf  mühitdə  ən  çox  yayılanları 
hansılardır? Radionuklidlər insan orqanizmində hansı dəyiĢiklər 
yarada bilirlər?  
3.Təbii radioaktiv çirklənmənin mənbəini göstərin?  
4.Atom  enerjisindən  istifadə  zamanı  ətraf  mühit  necə  çirklə-
nə bilir və onun qarĢısını neçə almaq olar? 
5.  «Çernobıl  qəzası»  neçə  baĢ  vermiĢdir?  Onun  törətdiyi 
bədbəxt  hadisələri göstərin. 
 
 

229 
XII fəsil 
 
RASĠONAL QĠDALANMANIN ƏSASLARI 
 
İnsan orqanizminin normal fəaliyyəti üç əsas faktorlarla -qida, 
su və hava oksigeni –müəyyən edilir. 
Qida  məhsullarının  qəbulu  va  mənimsənilməsi  birlikdə 
„qidalanma" adlanır və aşağıdakıları müəyyən edir: 

 
Qidanın  qəbul  qaydaları  va  normasının  müəyyənləş-
dirilməsi ; 

 
Həzm prosesesi va onun mərhələləri ; 

 
Qidanın  metobolizmi  nəticəsində  əmələ  gələn  maddələrin 
sorulması və mənimsənilməsi; 

 
Orqanizmin  enerji  mənbəinin  yaranması  üçün  sərf  olunan 
qida normaları; 

 
Orqanizmin  inkisaf  mərhələlərindən  asılı  olaraq  toxuma-
ların və hüceyrələrin funksiyasının tənzimlənməsi. 
Qida  maddalərinin  orqanizmdə  təsir  mexanizmini  və  həzm 
prosesinin bütün incəliklərini qidalanmanın fiziologiyası öyrənir. 
 
12.1.
 
Qida maddalərinin fizioloji kimyası 
 
İnsanlar  tərəfindən  istifadə  olunan  qida  mahsulları  təbii  və 
istehsal  olunma növlərindən  asılı  olmayaraq  mürəkkəb  bir sistem 
olub,  fiziki  –  kimyəvi  xassələrinə,  tərkib  quruluşuna  va  təmizlik 
dərəcəsinə görə xarekterizə olunur. 
Müasir 
qida 
texnologiyasının 
inkişaf 
səviyyəsinin 
təkmilləşdirilməsi  nəticəsində  istifadə  olunan  qida  mahsulları  üç 
komponentdən ibarətdir: 
1. Ərzaq xammalları. 2. Qida əlavələri 3. Bioloji aktiv əlavələr. 
Ərzaq xammaları müxtəlif çeşidlərdən ibarət olub, əsasən bitki, 
heyvan,  mikrobioloji  və  həmçinin  mineral  mənşəli  məhsullardan 
ibarətdir. 

230 
I. Makronutriyentlər 
Sulukarbonlar Lipidlər (o 
cümlədən xolesterin) 
Zülallar 
Vitamin əvəzləyiciləri 
Vitaminlər 
Makro və mikroelementlər 
Doymamış yağ turşuları 
Oliqosaxaridlər 
II. Mikronutriyentlər 
Ballast maddələr 
Zəhərli maddələr 
III.Yeyilməyən 
maddələr 
Fosfolipidlər 
Aminturşular 
(əvəzolunmayan) 
Bioloji aktiv maddələrin 
sintez əvəzləyiciləri 
Qida lifləri 
Parafarmasevtiklər: 
Polifenollar, üzvi turşular, biogen aminlər, biflavanoidlər, 
nizamlayıcı peptidlər, alkaloidlər, qlikozitlər, indollar, 
allilər, kumarinlər, efir yağları və başqaları 
Qida  əlavaləri  təbii  və  sintetik  maddalər  olub,  qida 
məhsullarına  əvvəlcədən  müəyyənləşdirilmiş  xassələr  vermək 
üçün tətbiq edilir. 
Bioloji  aktiv  qida  əlavaləri  (BAQƏ)  –  təbii  və  sintetik  yolla 
alınmış və orqanizmə lazım olan, lakin mövcud qida maddələrində 
rast gəlinməyən birləşmələrdir. 
Biokimyəvi  nöqteyi  nəzərincə  qida  məhsullarının  tərkibində 
olan  maddələr  ümumiləşmiş  formada  üç  əsas  siniflərə  bölünür: 
onlardan ikisi alimentar adlanır (ingiliscə alimentariy –qidalanma, 
həzm  olunma  mənasını  verir)  makronutrient  və  mikronutrient 
olaraq göstərilir, üçüncüsü isə həzm olunmayan maddələrdir. Hər 
bir  sinfə  daxil  olan  və  qida  məhsullarının  tərkibində  rast  gəlinən 
qida  maddələri  öz  tərkibinə,  xassəsinə  və  fizioloji  təsirinə  görə 
bir-birindən fərqlənirlər. 
Müasir  təsəvvürlərə  əsasən  əsas  qida  məhsulları  fərqli 
xassələrinə görə aşağıdakı təsnifata uyğun gəlir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Makronutrientlər  (latın  sözü  olan  nitribio  -  qidalanma 
deməkdir) əsas qida maddələri olub, qida məhsullarının tərkibində 

231 
faiz miqdarına görə çoxluq təşkil edir. Bu sinif birləşmələr enerji 
mənbəyi  və  orqanizmin  quruluş  maddələri  olub,  əsasən  zülallar, 
lipidlər və sulukarbonlardan ibarətdir. 
Mikronutrientər  -  qida  məhsullarında  az  miqdarda  olub 
orqanizmdə  bir  sıra  effektiv  fizioloji  prosesləri  həyata  keçirirlər. 
Bunlar  vitaminlər,  vitaminəbənzər  maddələr  və  makro-  mikroele-
mentlərin əmələ gətirdiyi mineral maddələrdir. 
Üçüncü  sinfə  daxil  olan  maddələr  qida  məhsullarının  tərki-
bində  olsa  da,  orqanizmin  həyat  fəaliyyətində  istifadə  olunmur. 
Bunlar qida məhsullarına əlavə edilən aromatlaşdırıcılar, piqment-
lər və təbii yolla qida məhsullarına qarışan toksiki birləşmələrdir. 
 
12.2.
 
Qidalanma və həzmolunma 
 
 Həzm  olunma  məfhumu,  qəbul  edilən  qida  maddələrinin 
çevrilmələrinin ilk  mərhələsi olub, qidanın quruluşu  və tərkibinin 
dəyişməsi  kimi  nəzərdə  tutulur.  Başqa  sözlə  həzm  olunma,  qida 
maddələrinin  fermentlər,  hormonlar  və  digər  təsirlərdən  parçala-
naraq orqanizm tərəfdən mənimsənilə bilən hala çevrilməsidir. 
Müasir fizioloji təsəvvürlərə  əsasən  həzm prosesi,  orqanizmdə 
üç əsas mərhələlərdən ibarətdir: 
1.
 
Həzm orqanlarında ağız boşluğu, mədə və bağırsaqlarda baş 
verən bütün qida çevrilmələri. 
2.
 
Hüceyrə membranlarında gedən maddələr mübadiləsi 
3.
 
Hüceyrə    daxilində    gedən    parçalanmalar    və    yeni  enerji  
mənbəli birləşmələrin sintezi 
İnsanlarda  həzm  sistemi  aparatı  8-12  metr  uzunluğunda  olub 
aşağıdakı  ardıcıllıqla  yerləşən  orqanlardan  -  ağız  boşluğu,  udlaq, 
qida  borusu,  mədə,  onikibarmaq  bağırsağı,  nazik,  yoğun  və  düz 
bağırsaqlardan ibarətdir. 
Mədə-bağırsaq yolları əsas üç funksiyanı həyata keçirir. 

 
Həzm prosesi; 

 
Sorulma; 

 
Tənzimlənmə. 
Bu funksiyalar zamanı qəbul edilən qida maddələri dəyişikliyə 

232 
uğradıqdan sonra həzm orqanlarının xüsusi hərəkətləri nəticəsində 
ötürülərək  müxtəlif  nöqtələrdə  sekresiya  vəzlərinin  təsiri  ilə 
dəyişir, həzm orqanlarını səthində olan xovlar vasitəsilə sorularaq 
qana  keçir.  Həzm  sistemlərində  qəbul  edilən  qida  fiziki  və 
kimyəvi  dəyişiriklərə  məruz  qaldıqdan  sonra  mənimsənilən  hala 
keçir.  Bu  zaman  bir  sıra  proseslər  bağırsağın  perestatitikası, 
sekresiv proses, hidroliz və sorulma nəticəsində maddələr mübadi-
ləsi həyata keçirilir və orqanizmin həyat fəaliyyəti təmin edilir.  
Həzm  sisteminin  hər hansı bir stadiyası pozulduqda,  maddələr 
mübadiləsi  tam  getmir  və  orqanizmdə  gedən  fizioloji  proseslərin 
tamlığı təmin olunmur. 
Qida  qəbul  edildikdən  sonra  ağız  boşluğunda  dişlər  vasitəsilə 
xırdalanaraq  fiziki  dəyişikliyə  uğrayır.  Bu  zaman  xırdalanmış  və 
ağız  suyunun  (ağızda  olan  ptialin  fermentlərinin  təsirilə)  təsirilə 
qismən  dəyişikliyə  uğrayaraq  udlağa,  oradan  da,  qida  borusuna 
daxil olur. 
 Həzm  orqanlarında  qida  çevrilmələri  fiziki  və  kimyəvi 
hadisələrə  uğrayaraq,  xırdalanır,  qarışdırılır,  sekresiya  şirələri 
vasitəsilə həll olur, hidrolizə uğrayır və nəhayət sorulur. 
Maddələr  mübadiləsinin  əsas  fazalarından  biri  qidanın 
fermentativ  parçalanmasıdır  ki,  bu  hidroliz  prosesi  ilə  (hidro-su, 
liz- dağılma) eyni vaxtda baş verir. 
Qida  məhsullarında  olan  makronutryenlərin  hər  biri  üçün 
xüsusi ferment qrupları fəaliyyət göstərir: 

 
Zülalları parçalayan fermentlər proetazalar adlanır; 

 
Yağları parçalayan fermentlər lipazalar adlanır; 

 
Sulukorbonları  parçalayan  fermentlər  amilazalar 
adlanır. 
Həzm sistemində fermentlər xüsusi sekresiya vəzləri tərəfindən 
hazırlanır və insanların gündəlik ifraz etdiyi 7 litrə qədər şirələrin 
tərkibində  olur.  Sekresiya  şirələrinin  tərkibində  fermentlərdən 
başqa  su,  müxtəlif  duzlar,  xlorid  turşusu  və  qidanın  sürüşkənliyi 
artırmaq üçün Selik olur. 
Həzm  sistemi  elə  qurulmuşdur  ki,  orqanizmin  varlığını  təmin 
etmək  üçün,  həyat  şəraitindən  asılı  olaraq  qəbul  edilən  qidalara 

233 
uyğun şirə tərkibi ifraz olunur. 
Əcdadlarımız  uzun  müddət  bütün  qidaları,  o  cümlədən  əti  çiy 
qəbul etmişlər. Odun yaranmasından sonra bişmiş qidalara keçmiş 
və  həzm  sistemində  evolyusiya  edilən  dəyişikliklər  insanların 
hazır qidaya keçməsi ilə əlaqədardır.  
Dişlərin  tez  tökülməsi,  sonuncu  dişlərin  istifadə  olunmaması 
nəticəsində atrofiyaya uğraması (bəzi insanlarda hətta olmur və ya 
tez xarab olur), kor bağırsağın fəaliyyətsizliyi buna misaldır.  
İnsan  orqanizminin  təbii  mühitə  və  müxtəlif  qidalara 
uyğunlaşması  prosesi  uzun  müddətli  olub,  sekresiya  şirələrinin 
tərkib dəyişməsi ilə xarakterizə olunur. Bir sözlə, “ferment dəsti” 
qidanın tərkib və quruluşuna uyğun formalaşır. Bu balansın pozul-
ması  bir  sıra  çətin  müalicə  olunan  xəstəliklərin  baş  verməsinə 
səbəb olur. Aşağıdakı cədvəldə bunu aydın müşahidə etmək olar. 
 
İnsanın həzm fermentləri və onların mühüm xassələri 
 
 
          Fermentlər 
 
p H-ın optimal 
qiyməti 
Qida növünə uyğunluq 
Uyğun gəlir 
 
Uyğun gəlmir 
 
Zülallara təsir edən 
fermentlər proteazalar: 
pepsin 
Qstriksin  
Tripsin 
Hemeotripsin 
Aminopeptidazalar 
 
Karboksidipeptidazalar 
Dipeptidazalar 
Sulukarbonlara təsir 
edən fermentlər 
amilazalar α-amilaza 
ptialin 
 
Disaxaridazalar 
 
Yağlara təsir edən  
fermentlər-lipazalar 
 
 
1,0-1,5 
2-3 



 


 
 
 

 
6,5-7,5 
 
 

Qlobulyar təbiətli 
bütün zülallar 
 
Həmçinin 
Həmçinin 
Həmçinin 
Aminturşu tərkibli 
peptidlər 
Həmçinin 
Dipeptidlər 
 
 
 
Nişasta, qlikogen və 
başqa α polisaxaridlər 
Saxaroza, maltoza, 
laktoza 
 
Asilqliseridlər 
Karabinlər, elastinlər 
kollogenlər və s. 
 
Həmçinin 
Həmçinin 
Həmçinin 
Həmçinin 
 
Həmçinin 
Həmçinin 
 
 
 
Selüloza, hemiselüloza 
 
Həmçinin 
 
 
Liflər 
 

234 
Mədə 
şirəsi 







Həqiqətən  də  həzm  prosesinin  effektiv  getməsi  üçün  həzm 
sistemində  olan  sekresiya  vəzlərinin  ifraz  etdiyi  fermentlər 
dəstinin kompleks təsiri vacibdir. 
Həzm  sistemləri  qida  borusu,  mədə  və  bağırsaqların  üç  əsas 
örtük toxumaları olub: 

 
Daxili  selikli  qişa  və  orta  təbəqədə  yerləşmiş  sekresiya 
vəzləri; 

 
Orta  əzələli  qişa.  Əsas  vəzifəsi  yığılma  və  açılma 
hərəkətləri  edərək  həzm  kanallarında  qidanın  hərəkətini 
təmin etmək; 

 
Xarici seroz qişa və ya örtük təbəqəsi. 
Qidanın  mədə  bağırsaq  sistemində  həzm  olunması  və 
sorulması aşağıdakı sistem üzrə təmin edilir. 
Ağız  boĢluğu,  (1)  pH  =  7. 
Nişastanın  tüpürcək  vəzlərinin  ifraz 
etdiyi  amilaza  fermentinin  təsiri  ilə 
həzm olunmasını təmin edir.      
Qida 
borusu.  (2)  Qida 
qarışığının  mədəyə  ötürülməsini 
təmin edir. 
Mədə,  (3)  pH1-3.  Pepsin 
fermentinin  və  mədə  şirəsinin  təsiri 
ilə  zülallarını  və  sulukarbonların 
mübadiləsini təmin edir.  
Öd kisəsi(4) öd turşularının 
və  onların  duzlarının  toplanmasını 
onikibarmaq 
bağırsağına 
ötürülməsini təmin edir.  
Mədəaltı  vəzi.  (5)  Protelitik 
fermentləri  və hormonları ifraz edir. 
Tərkibində  hidrokarbonat  ionu  da  –
HCO

3
 - olur.  
Onikibarmaq  bağırsağı,  (6) 
pH 
7-8 
olub, 
yağların 
öd 


235 
möhtəviyatı  vasitəsilə  emulsiyala-
masını  və  fermentlərin  təsiri  ilə 
həzm 
prosesinin  yekunlaşmasını 
təmin edir. 
Nazik  bağırsaq  (7)  hidrolizə  və  fermentativ  dəyişikliyə 
uğramış,  maddələr  mübadiləsi  nəticəsində  əmələ  gəlmiş  saxaro-
zaları,  aminturşuları,  yağları,  suda  həll  olmuş  elektrolitlərin  qana 
ötürülməsini təmin edir. 
Yoğun  bağırsaq  (8)  bağırsaq  mikroflorasının  təsiri  ilə  həzm  
olunmayan  qida  qalıqlarının  parçalanması və  sorulmasını təmin 
edir. 
Ağız  boşluğunda  qida  dişlər  vasitəsilə  xırdalanır,  ağız-suyu 
vasitəsilə  isladılır  və  köpdürülür.  Nəticədə  qida  hissəciklər  
halında yumrulanır və dil-udlaq vasitəsilə qida borusuna keçirilir. 
Qidanın  ağız  boşluğunda  həzm  olunması  15-20  saniyə 
müddətində  baş  verir.  Çeynəmə  nə  qədər  uzun  müddətli  olsa 
həzim prosesi bir о qədər yaxşı gedər. Ağız boşluğunda qida fiziki 
təsirlərdən  başqa  kimyəvi  təsirlərə  də  -depolimerləşmə  və  ağız 
suyunda  olan  fermentlərin  təsiri  ilə  parçalanma  prosesi  məruz 
qalır. Neytral mühitli ağız suyunda olan fermentlərin təsiri ilə sulu 
karbonların mübadiləsi baş verir. Həzm olunma müddəti çox qısa 
olduğundan nişastanın qlükozaya çevrilməsi burada baş vermir. 
Oliqosaxaridlərin  qarışığından  ibarət  olan  qida  kütləsi  əmələ 
gəlir.  
Çeynənmiş qida, qida borusu ilə həcmi 2-4 litrə bərabər qırışlı 
daxili  örtüyü  olan  mədəyə  düşür.  Mədədə  qida,  mədə  şirəsi  və 
mədəaltı  vəzin  sintez  etdiyi  hormonların  təsiri  ilə  kimyəvi 
dəyişikliyi uğrayaraq həzm olunur. Mədədə qidanın həzm prosesi 
tərkibindən asılı olaraq 3, 5-10 saat müddətində gedir. 
Mədəaltı  vəzin  sintez  etdiyi  şirə  gün  ərzində  1,5-2,5  litr  olub, 
rəngsiz şəffaf mayedir. Onun tərkibində 0,4-0,5%-li xlorid turşusu 
olur  ki,  mühitin  pH-nı  1-3-ə  çatdırır.  Xlorid  turşusu  zülalları 
parçalayır  (denaturasiya)  pepsinogenlərin  təsiri  üçün  lazım  olan 
mühit  yaradır,  patogen  bakteriyaların  və  qidada  olan 

236 
təkhüceyrəlilərin  (suda  infuzorlar  ola  bilir)  inkişafını  dayandırır, 
mədənin  yığılıb-açılma  hərəkətlərini  təmin  edir  və  enterokinaza-
nın ifrazını təmin edir. 
Mədədə əsasən üç cür fermentlər fəaliyyət göstərir: 
a.
 
tüpürcəkdə  olan  və  ilk  30-40  saniyədə  təsir  göstərən  və 
turş mühitdə fəallaşan amilazalar. 
b.
 
mədə  şirəsində  olan,  zülalları,  polipeptidlərləri  jelatinə 
qədər  parçalayan  proteaza  fermentləri  -pepsin,  hastriksin 
və jelatinaza; 
c.
 
yağları parçalayan lipaza fermentləri. 
Qida    maddələrində    olan  peptid  rabitələrinin  10%-ə 
qədəriparçalanır və nəticədə suda həll olan tərkibə çevrilir. Burada 
lipazaların təsiri böyük olmur, çünki onlar emulsiyalamış və pH-ı 
zəif qələvi olan yağları parçalayır. 
Mədədə  məhlul  və  yarı məhlui halına keçən  qida  onikibarmaq 
bağırsağına keçir (oniki əl barmaqlarının eni qədər uzunluğu olur) 
burada  fermentativ  proses  daha  güclü  gedir  və  buraya  reflektor 
olaraq  tökülən  öd  möhtəviyyatının  təsiri  ilə  yağlar  emulsiyalaşır 
kiçik hissəciklərə çevrilir. 
Onikibarmaq  bağırsağına  keçən  qida  mədəaltı  vəzin  sintez 
etdiyi şirə vasitəsilə və bağırsaq divarlarının selikli qişasının ifraz 
etdiyi selikli maddələrin təsiri ilə parçalanır. Mədəaltı vəzin sintez 
etdiyi  hidrokarbanat  anionunun  təsiri  ilə  mühitin  pH-ı  zəif 
qələviyə (pH=7,8-8,2) çevrilir.  
 Mədədən  onikibarmaq  bağırsağa  keçən  məhlulun  mühiti  turş 
olduğundan, burada xlorid turşusunun neytrallaşması prosesi gedir 
və mühit tədricən dəyişərək qələvi mühitə keçir. 
Onikibarmaq, bağırsaqda mədəaltı vəzin fermentləri — tripsin, 
hemotripsin,  karboksipeptidazalar  və  aminopeptidazalar  — 
fəaliyyət göstərərək zülalları və polipetidləri parçalayır. 
Lipazalar  isə  öd  turşularının  təsiri  ilə  emulsıyalaşmış  yağları 
parçalayır,  amilazalar  nişastanı  tam  hidrolizə  uğradaraq 
maltozalara  çevirir.  Həmçinin  ribonukleazalar  və  dekobonukleo-

237 
zalar ribonuklein turşularını (RNT) və dezoksiribonuklein turşula-
rını ( (DNT) parçalıyır. 
Mədəaltı  vəz  qida  qəbulundan  2-3  dəqiqə  sonra  6-14  saat 
müddətindən  şirə  ifraz  edərək  onikibarmaq  bağırsağında  qidanın 
tam həzm olunmasını təmin edir. 
Mədəaltı  vəzin  ferment  tərkibli  reflektor  olaraq  dəyişir  və 
qidanın  tərkibindən  asılıdır.  Məsələn,  şəkərli  maddələr  çoxluq 
təşkil  etdikdə  insulin  hormonu,  yağ  üstün  olduqda  lipazalar  daha 
çox sintez olunur. 
Mədəaltı  vəzin  şirələrindən  başqa  onikibarmaq  bağırsağa  öd 
yolları da açılır. Od qida qəbulundan 5-10 dəqiqə sonra qaraciyər 
hüceyrələri  vasitəsilə  sintez  olunaraq  onikibarmaq  bağırsağa 
tökülür. Yaşlı insan bir gün ərzində 500-700 ml öd sintez edir. Öd 
mürəkkəb  tərkibli  məhlul  olub  aşağıdakı  funksiyaları  həyata 
keçirir: 

 
yağların emulsiyalamasını və hidrolizini həyata keçirə-
rək alınan məhsulları həll edir; 

 
pankreativ və bağırsaq fermentlərini aktivləşdirir

 
nazik  bağırsaqların  sekresiyasını  və  perestatikasını 
nizamlayır; 

 
mədəaltı vəzin sekresiyasını nizamlayır; 

 
tripsinin aktivliyini artıraraq turş mühiti neytrallaşdırır 

 
yağların  mübadiləsini  həyata  keçirərək,  onların  nazik 
bağırsaqlarda  qana  sorulmasını  asanlaşdırır  və  amin 
turşuların limfa sisteminə keçməsini təmin edir.  
Qidanın həzm olunmasında, bağırsaq divarlarında əmələ  gələn 
selikli  maddələrin  də  böyük  rolu  vardır.  Bu  maddələr  arasında, 
mədəaltı  vəzin  şirəsində  passiv  vəziyyətdə  olan  proteolitik 
fermentlərin  aktivləşməsini  həyata  keçirən  enterekinaza  fermenti 
də  vardır.  Həmçinin  monosaxaridlər  və  disaxaridlər  bağırsaq 
şirələrinin təsiri ilə mübadiləyə məruz qalırlar. 
Nazik  bağırsaqlarda  qidanın  əsas  komponentlərinin  parça-
lanması başa çatır. Səthdə gedən həzm prosesindən başqa bağırsaq 

238 
hüceyrələrinin  membranlarında  da  maddələr  mübadiləsi  və  meta-
bolizm prosesləri gedir. Burada da həzm fermentləri iştirak edir və 
disaxaridlər  monosaxaridlərə,  peptidlər  aminturşulara  qədər  dəyi-
şikliyə  uğrayır.  Nazik  bağırsaqlar  boyunca,  qidalı  maddələrin 
bağırsaq  xovlarının  bir  tərəfli  keçiriciliyi  xassəsinə  uyğun  olaraq 
sorulma prosesi gedir və orqanların, toxumaların fəaliyyəti tənzim 
edilir. 
Bağırsaq  divarlarında  çoxlu  miqdarda  qırışlar  vardır  ki,  bu 
qırışların hesabına onun diametri arta bilir. Bağırsaqlar ifraz etdiyi 
selikli  maddələrin  hesabına  çox  sürüşkəndir  və  qida  möhtəviy-
yatının ötürülməsini asanlaşdırır. Bundan başqa bağırsaq divarın-
da xovlar mövcuddur ki, bunlar epiteli toxumaları ilə örtülmüş və 
qıf  şəkilli  olaraq,  sorulma  prosesini  asanlaşdırır.  Bütün  bunlar 
bağırsağın  səth  sahəsini  çoxaldaraq  180  m
2
-ə  çatdırır.  Bağırsaq 
divarlarında yerləşən kiçik ölçülü qan və limfa kapillyarları həmin 
qıfların sonluğunda yerləşərək, keçən qidalı maddələri qəbul edir 
və lazımı yerlərə çatdırırlar. 
 Tədqiqatlar  göstərmişdir  ki,  bir  saat  müddətində  nazik 
bağırsaq  divarlarından  qidalı  maddələrin  həll  edilmiş  2-3  litr 
məhlulu  keçə  bilir.  Bağırsaq  divarları  özlüyündə  seçicilik 
xassəsinə malikdir: 

 
Yuxarı  hissədə  əsasən  monosaxaridlər  və  yağda  həll 
olan vitaminlər sorulur; 

 
Orta  hissədə  su  və  onda  həll  olmuş  qeyri  üzvi 
maddələr,  eləcədə  sorulmağa  macal  tapmayan  yağda 
həll olan  vitaminlər sorulur; 

 
Aşağı  hissədə  B
12
  vitamini  və  öd  turşusunun  duzları 
sorulur; 
Yoğun  bağırsağın  uzunluğu  orqanizmlərdən  asılı  olaraq  1,5-4 
m həddində dəyişir və burada demək olar ki, həzm prosesi getmir. 
Burada qəbul edilən suyun 95%-i, duzlar, qlükoza, bəzi vitaminlər 
və  bağırsaq  mikroflorası  tərəfindən  sintez  olunan  aminturşular 

239 
sorulur. Sorulan qidalı maddələr qarışığı gün ərzində çox olmayıb 
0,4-0,5 litr təşkil edir. 
Yoğun bağırsaq müxtəlif mikroorqanizmlərin yaşayış sahəsidir. 
Həzm 
olunmayan 
qida 
maddələrini 
mənimsəyərək 
bu 
mikroorqanizmlər  çoxalır  və  üzvi  turşuları-süd,  propion,  yağ 
turşularını  sintez  edir.  Burada  həmçinin  müxtəlif  çürümə  və 
qıcqırma  bakteriyalarının  fəaliyyəti  nəticəsində  karbon  qazı, 
metan, hidrogen, sulfid və digər qazlar əmələ gəlir. 
Bağırsaq  mikroflorası,  həddindən  artıq  antibiotik  qəbul 
edildikdə  qismən  məhv  olur  və  orqanizmin  fəaliyyətində  lazım 
olan aşağıdakı proseslər pozulur:  

 
В qrupu vitaminlər, fol turşusu, pantoten turşusu, H və 
К vitaminlərinin sintezi getmir

 
Öd turşularının  metabolizm prosesi pozulur və toksiki 
qarışıqların parçalanması getmir; 

 
Orqanizmdə  gedən  maddələr  mübadiləsi  nəticəsində 
əmələ  gələn  və  yoğun  bağırsağa  qədər  dəyişikliyə 
uğramayan toksiki maddələr zərərləşmir;  

 
Orqanizmin immun sistemi pozulur və nizamlanmır. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin