11.1 Kənar maddələrin təsnifatı və onların qida məhsuluna
qovuĢması yolları
Kənar maddələr qida məhsullarına bir neçə yolla daxil ola
bilər:
xammalın tərkibində;
istehsal texnalogıyasına düzgün əməl olunmadıqda ;
qida maddələrinin biokimyəvi xassələrinin yaxşılaşdı-
rılması məqsədilə əlavə olunmuş maddələr vasitəsilə ;
ətraf mühitin müxtəlif yollarla çirklənməsi nəticəsində.
Qida məhsulları istehsal olunarkən xammalın mənşəi dəqiq
öyrənilməlidir. Bitki mənşəli xammalın əldə olunması zamanı
hansı gübrələrdən, xəstəliyə qarşı hansı kimyəvi preparatlardan
istifadə olunması nəzərə alınmalıdır.
183
Heyvan məşəli qida məhsulları istehsal olunarkən, heyvanın
saxlanma şəraiti, qida əlavələrinin tərkibi, xəstəliklərə qarşı
istifadə olunan dərman preparatlarının əlavə təsir effekti və
nəhayət оtlaqların kimyəvi-bioloji monitorinqinin nəticələri dəqiq
öyrənilməlidir
İstehsal texnologiyası zamanı avadanlıqların kimyəvi tərkibi,
sanitariya qaydalarına necə əməl olunması, qablaşdırıcıların tərkib
xüsusiyyətləri və saxlanma qaydalarının düzgün yerinə yetirilməsi
diqqətlə öyrənilməlidir.
Qeyd: Tədqiqatlar göstərmişdir ki, qara rəngli polietilen
torbalarda ərzaq məhsulları saxlandıqda və daşındıqda kanserogen
təsiri (xərçəng əmələ gətirmə xassəsi) yaradır. Bizdə buna əməl
olunurmu ?!
Qida maddələrinin
məhsuldarlığını artırmaq
məqsədilə
biokatalizatorlardan və qida əlavələrindən istifadə olunur. Bu
zaman həmin əlavələrin kimyəvi tərkibi düzgün təyin olunmalı və
orqanizmdə yoluxucu və genetik təsir mexanizmi biokimyəvi
yolla, müasir elmi əsaslarla yoxlanılmalıdır.
Ekologiyanın çirklənməsi bəşəriyyət qarşısında həll olunması
problem yaradan mühüm bir vəzifəyə çevrilməkdədir. Odur ki, bir
sıra ekologiya elmləri yaradılmışdır ki, onlardan bir də ətraf
mühitin kimyasıdır.
11.2. Ətraf mühit qida məhsullarının və
xammalın əsas çirkləndirici kimi.
Ərzaq məhsulları və onların istehsalı üçün nəzərdə tutulan
xammalın orqanizmə yad olan maddələrlə çirklənməsi bir başa
ətraf mühitdən asılıdır.
İnsanların hər tərəfli təsərrüfat fəaliyyətləri nəticəsində
müxtəlif tərkibli toksiki maddələr biosferə yayılmış və istər-
istəməz canlı orqanizmlər, о cümlədən insanlar üçün təhlükə
mənbəyinə çevrilmişdir. Antropogen (insan tərəfindən) toksikasi-
ya о qədər geniş miqyas alınmışdır ki, insanlar üçün və
184
ümumilikdə ekologiya üçün qarşısı alınmaz real təhlükəyə
çevrilmişdir. Ksenobiotik adı verilmiş və qidanın zəhərli əlavələr
nəticəsində korlanmasını müəyyən edən maddələrin dövranı
aşağıdakı sxem üzrə həyata keçirilir:
Qida zənciri vasitəsilə insan orqanizminə daxil olan
ksenobiotiklər sağlamlıq üçün ciddi təhlükəyə çevrilərək ölümlə
nəticələn kəskin zəhərlənmələr, və uzun müddətli təsir göstərərək
qarşısı alınmaz xəstəliklər törədirlər.
11.2.1. Toksiki maddələrin dozaları
Hər hansı maddənin toksikliyinin (zəhərliliyi ) kəmiyyət
göstəricisinin müəyyən edilməsi çətin məsələlərdən biri olub,
orqanizmin fərdi xüsusiyyətlərindən, cinsindən, həyat fəaliyyətin-
dən və müqavimətindən çox asılıdır.
Maddələrin toksiki xarakteristikasını göstərmək üçün LD
50
və
LD
100
işarələrindən istifadə olunur. L- hərfı Latınca Leatoris
öldürücü mənasını verən sözün baş hərifi, D- hərifı isə yunanca
doza ölçü, miqdar mənası verən sözün baş hərfidir. 50 və 100
Ətraf mühit
Hava
Torpaq
Heyvanlar
Su
Bitkilər
Su heyvanları
İnsanlar
185
ədədləri bir dəfəlik yeridilən dərmanın öldürmə faizini göstərir.
LD-nin qiyməti nə qədər az olsa toksiki təsiri yüksək olur.
Məsələn, LD
50
gəmiricilər üçün aşağıdakı kimi göstərilə bilər (
mq - hesabatı ilə ):
Fövqəladə zəhərli ......<5
Yüksək zəhərli ...... 5-50
Zəhərli ................50-500
Az zəhərli ........500-5000
Praktiki zəhərsiz .....500-1500
Praktiki ziyansız ........<1500
Zəhərli maddələrin orqanizmdə təsir müddəti t 0,5 ilə ölçülür
və orqanizmdən çıxarılma miqdarını və zamanını müəyyən edir.
Zəhərli maddələrin təsiri bəzən saatlarla və illərlə ölçülür.
Odur ki, toksiki maddələrin zəhərlik dərəcəsi göstərilərkən üç
kəmiyyətdən LD
50
, LD
100
t 0,5- istifadə olunur.
Xroniki zəhərlənmələr zamanı maddələrin orqan və toxu-
malarda toplanaraq (kumulyativ xassə) uzun müddətli təsiri də
nəzərə alınmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, uzun
müddət ərzində orqanizmə daxil olan zəhərli maddələr toplanaraq
kompleks təsir göstərsin. Kombinə olunmuş zəhərli maddələr
orqanizmdə makro - və mikronutriyentlərlə qarşılıqlı təsirdə
olaraq onların fizioloji aktivliyini azaldır və ya çox edir. Bu
zaman lazımi maddələrin sintezi getmir, nəticədə orqan və toxu-
malar qidadan məhrum olaraq sıradan çıxır ki, buna da
zəhərlənmə deyilir.
Bioloji proseslərdə ferment sistemlərinə təsir edən zəhərli
maddələr bir neçə növ olduqda onlar bir-birinin təsirini azalda
bilir ki, buna inqibitor xassəsi deyilir, ya da zəhərlilik dərəcələri
toplana bilər ki, buna induksiya deyilir. İnsan orqanizminə kənar
maddələrin təsiri bir sıra kəskin xəstəliklər törədə bilir:
Zəhərli maddələr kanserogen xassəsi xərçəng şişlərinin
əmələ gəlməsi ;
Zəhərli maddələrin mutagen xassəsi hüceyrələrin
genetik aparatında keyfiyyət və kəmiyyət dəyişkənliklə-
186
rinin yaranması;
Zərərli maddələrin teratogen xassəsi -ananın və rüşey-
min orqanizmdə funksional və biokimyəvi anomaliyalar
yaratmaqla şikəst uşaqların dünyaya gəlməsi;
Qidalanmanın gigiyenası nöqteyi- nəzərincə zərərli maddələrin
BMT-(Birləşmiş Millətlər Təşkilatı) -BST (Beynəlxalq Sağlamlıq
Təşkilatı) və ÜƏT (Ümumdünya Ərzaq Təşkilatı) tərərəfındən
aşağıdakı əsas göstəriciləri qəbul edilmişdir.
YQH-yolverin qatılıq həddi
GYD-Gündəlik yolverilən doza.
GIN-gündəlik istifadə norması.
İnsanlar qida maddələrini təbiətdən aldığına görə ətraf mühitin
çirklənməsi, ərzaq məhsullarının tərkibinə müxtəlif ziyanlı və
zəhərli maddələr qarışmasına səbəb olur. Ətraf mühitə yayılan
maddələr bitki və heyvan orqanizminə, oradan da ərzaq
məhsullarının tərkibində insan orqanizminə keçərək tərkib və
xassəsindən asılı olaraq yuxarıda adları qeyd edilmiş kanserogen,
mutagen və teratogen təsirlər göstərirlər.
Odur ki, ərzaq məhsullarının təhlükəsizliyi dedikdə, ətraf
mühitin çirklənmə dərəcəsi nəzərdə tutulur. İnsanlar ərzaq
məhsullarının yer qabığının quru hissəsi olan materiklərdən və
okeanlardan aldığına görə onların çirklənməsi qida məhsullarının
bir başa çirklənməsi deməkdir.
Odur ki, bu fəsildə əsas qida çirkləndiriciləri və onların təsir
mexanizmi analiz ediləcəkdir.
187
XII fəsil
ƏSAS QĠDA ÇĠRKLƏNDĠRĠCĠLƏRĠ
VƏ ONLARIN TƏSĠR MEXANĠZMĠ
Yer qabığının üçdə birini təşkil edən materik hissəsi, başqa
sözlə Litosfer (lito-daş deməkdir) canlı orqanizmlərin əsas kütləsi-
nin mövcud olduğu biosfer təbəqəsində gedən təbii və antropogen
çirklənmələr və onların aradan qaldırılması daha qlobal problem-
lər yaratmaqdadır.
Bəşəriyyətin durmadan artımı və inkişaf mərhələləri, kimyəvi
maddələrin biogeokimyəvi dövranına təsir edən əsas faktor kimi
XX əsrin sonu və XXI əsrin əvvəllərində daha qabarıq şəkildə
özünü biruzə verməkdədir.
Hesablamalar göstərmişdir ki, insanların təsərrüfat fəaliyyətləri
nəticəsində materiklərin biokütləsi 25% azalmışdır.
Elmin müasir səviyyəsində biokütlənin azalmasının antropogen
faktorlardan asılılığının dəqiq təyin edilməsi çətinlik törədsə də
planetin əhali artımının sürəti bu problemin daha da
dərinləşməsinə göstərəcəyi mənfi təsir artıq dərk ediləndir.
Bu ekoloji problemlər əhalinin sıx yerləşdiyi Avropa qitəsində
yaranmaqdadır. Məlumdur ki, şəhər əhalisinin artımı istər-istəməz
insanların sağlamlığına təsir edən faktorları da çoxaldır. Bu qarşısı
alınmaz proses bizdən asılı olmayaraq davam edəcək və gələcək
nəsillərin həyatında daha da güclənərək sonu bəlli olmayan
təzadlar yaradacaqdır.
Ətraf mühitin çirkləndiriciləri sırasına pestisidlər, radionuk-
lidlər, ağır metallar və digər zəhərli birləşmələr daxildir ki, bu
fəsildə onların əmələ gəlməsi və təsir mexanizmi təhlil
ediləcəkdir.
Pestisidlər haqqında məlumat
Pestisid – iki latın sözündən yaranmışdır; «Pestis»-yolxucu
xəstəlik, «sido»-öldürürəm, məhv edirəm. Pestisidlər və ya
188
kimyəvi zəhərli maddələr, kənd təsərrüfatında becərilən mədəni
bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də
bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunur.
Tədqiqat nəticəsində məlum olmuşdur ki, hər il dünyada
istehsal olunan dənli bitkilərin üçdə biri ziyanvericilər və fitopato-
loji göbələklər vasitəsilə məhv olur.
Bitkilərin ziyanvericiləri və xəstəlik törədənləri əsasən
həşəratlar, gənələr, yumuşaq bədənlilər, nemotodlar (həlqəli
qurdlar), fitopotogen göbələklər, bakteriyalar, viruslar və bitki
mənşəli orqanizmlərdir.
Kənd təsərrüfatının əsas ziyanvericilərindən biri də gəmiri-
cilərdir.
İnsanlar üçün təhlükəli xəstəliklər və epidemiyalar yayan
ziyanverici həşəratlar və gənələrdir. Onlar malyariya, isitmə, ense-
falit, vəba, taun kimi qorxulu xəstəliklərin yaranması və yayılma-
sında əsas rol oynayırlar.
XX əsrdə bu xəstəliklərin qarşısı demək olar ki, alınmışdır. Bir
sıra dərman preparatları vasitəsilə peyvəndlər aparılır, eyni
zamanda kəşf olunan zəhərli kimyəvi maddələrin köməyilə epide-
mik xəstəlikləri yayan zərərvericilər məhv edilir.
Pestisidlər istifadə məqsədinə görə aşağıdakı qruplara bölünür:
a) insektisidlər – həşaratları məhv edənlər;
b) akavitsidlər – gənələri məhv edənlər;
c) nematotsidlər – qurdları məhv edənlər;
d) fungisidlər – bitki xəstəliklərini məhv edənlər;
q) bakteriosidlər – bakteriyaları məhv edənlər;
j) virisidlər – virusları məhv edənlər;
z) herbisidlər – alaq otlarını məhv edənlər;
i) zoosidlər – gəmiriciləri məhv edənlər.
Bitkilərin inkişafını sürətləndirən və ya ləngidən kimyəvi
maddələr də pestisidlərə aid edilir. Bir sıra pestisidlər –
defoliantlar və desikantlar pambığın maşınla yığılması zamanı
tətbiq edilir.
Xalq təsərrüfatında herbisidlər, insektisidlər və fungisidlər
189
daha çox istifadə edilir. Bu maddələrə tələbat ildən-ilə artdığın-
dan, yeni-yeni preparatlar kəşf edilir və onların istehsalı artıq
zavodlar tərəfindən həyata keçirilir.
Həşəratlara, alaq otlarına və ziyanverici heyvanlara təsir
mexanizminə görə pestisidlər bir neçə qrupa ayrılır:
a) bir başqa təmas vasitəsilə təsir edənlər – həşəratların hər
hansı orqanına toxunmaqla onları məhv edənlər;
b) həzm sistemi vasitəsilə təsir edənlər – həşəratlar və digər
ziyanvericilər onları qida vasitəsilə qəbul etdikdə effektli təsir
göstərir;
c) sistemli təsir göstərənlər – bitkiləri orqanları vasitəsilə
yayılaraq, müəyyən inkişaf mərhələsində zəhərli təsir göstərərək
ondan istifadə edən ziyanvericiləri məhv edir və sonrakı inkişaf
mərhələsində zəhərləyici təsiri aradan qalxır;
d) fumiqant mexanizmi ilə təsir edənlər – belə pestisidlər
həşaratların tənəffüs yolu ilə daxil olaraq onları məhv edir.
Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər:
a) kütləvi təsir edən herbisidlər - belə kimyəvi maddələr bütün
bitkiləri məhv edir.
b) sellektiv – seçici herbisidlər – bu maddələr bir növ bitkiləri
məhv edir və digər növlər üçün təsirli deyillər.
Kimyəvi tərkibinə görə bütün pestisidlər iki qrupa bölünür:
qeyri üzvü və üzvi birləşmələr.
Pestisidlərin ilk tətbiq dövründə yalnız qeyri-üzvi maddələrdən
istifadə olunurdu: qurğuşun 2-xlorid PbCl
2
, arsen3-oksid-As
2
O
3
,
mis duzları, florid turşusunun duzları, kükürd, sulfat turşusunun
törəmələri və s.
Bütün qeyri-üzvi pestisidlər bir sıra xüsusiyyətlərinə görə
effektli deyillər: yüksək dozada təsir edirlər, seçici olmadığına
görə bütün canlılar üçün təhlükəlidir, təbiətdə uzun müddət
davamlı halda qalaraq istifadə olunan su hövzələrini çirkləndir-
məklə ekoloji mühiti korlayırlar.
Odur ki, XX əsrin 40-50-ci illərində qeyri üzvi pestisidlər üzvi
pestisidlər vasitəsilə get-gedə sıxışdırılmağa başladı.
190
PESTĠSĠDLƏRĠN TOKSĠKĠ GÖSTƏRĠCĠLƏRĠ
Üzvi birləşmələr hesabına hazırda dünyada 100000-dən çox
pestisid tətbiq edilir. Sovetlər zamanında isə 100-ə qədər pestisid
istifadə edilirdi.
Bütün pestisidlər əhəmiyyətli təsir göstərsələrdə, digər tərəfdən
bütün canlılar üçün təhlükə mənbəinə çevrilirlər. Onlar uzun
müddət yer qabığında qalaraq ekoloji mühitdə qarşısı alınmaz
təhlükələr yaradırlar.
Zəhərlilik dərəcəsinə görə pestisidlər 4 qrupa ayrılırlar:
I. Yüksək zəhərli pestisidlər – LD
50
-heyvanların hər bir kq
çəkisinə 50 mq təşkil edənlər.
II. Zəhərli və güclü təsir edən pestisidlər – LD
100
-heyvanların
hər kq çəkisinə 50-200 mq təşkil edənlər.
III. Orta zəhərli pestisidlər – LD
500
-heyvanların hər bir kq
çəkisinə 200-1000 mq təşkil edənlər.
IV. Az zəhərli pestisidlər – LD
1000
– heyvanların hər bir kq
çəkisinə 1000 mq-dan çox təşkil edənlər.
Hər hansı pestisidin dozasından başqa onun digər keyfiyyətləri
də əsas götürülür. Məsələn, pestisidlərin orqanizmidə təsir effekti,
yağlı mühitdə həll olma dərəcəsi, uçuculuğu və digər fiziki-
kimyəvi xassələr.
Pestisidin istifadə spektri həmçinin onun «persistent» xassəsilə
də ölçülür –ətraf mühitdə qalma müddəti. Digər göstəricilərdən
biri də pestisidin «kumilyativ» xassəsidir: orqanizmdə pestisidin
metabolizm müddəti və orqanizmdən kənar olma mexanizmi.
Məs., DDT yalnız süd vasitəsilə orqanizmdən kənar edilir ki, bu
da ən təhlükəli effekt deməkdir.
Kənd təsərrüfatının kimyalaşdırılması ərəfəsində xroniki
intoksikasiya (mütamadi zəhərlənmə) ətraf mühiti korlayaraq
ekoloji ziddiyyətlərin yaranması prosesi sürətlənərək hazırki
vəziyyətə çatmışdır.
Ekoloji mühitin korlanmasında pestisidlər sintez olunan zavod-
larda təhlükəsizlik texnologiyasının pozulması, zavod tullantıla-
rının su hövzələrinə və atmosferə buraxılması ilə yanaşı, onların
191
daşınması, saxlanması qaydalarına əməl olunmaması, həmçinin
istifadəsi zamanı dozaların çoxalması və s. rolu böyükdür.
Pestisidlərin bioloji obyektlərdə
kimyəvi-fiziki analizi
Ekoloji obyektlərdə pestisidlərin ayrılması və miqdarının təyini
mürəkkəb bir proses olub hər bir pestisid üçün xüsusi həlledicilər
və reaktivlər tələb olunur.
Qeyri-üzvi pestisidlərin sayı az olduğundan onların ayrılması
və təyini metodu işlənib hazırlanmışdır.
Pestisidlərin bioloji materiallardan ayrılması üzvi həlledicilər
vasitəsilə ekstraksiya yolla həyata keçirilir. Bu zaman pentan, n-
heksan, heptan, petroleum efiri, xloroform və karbon 4-xlorid
kimi həlledicilərdən istifadə olunur.
Hələlik ümumi bir universal üsul olmadığından pestisidlərin
bioloji obyektlərdən ayrılması və təmizlənməsi çox vaxt aparan
bir əməliyyat hesab olunur.
Üzvi pestisidlərin tərkibindən asılı olaraq onların müəyyən
qrupları üçün xüsusi metodlar işlənib hazırlanmışdır. Xlorüzvi
birləşmələrin pestisid kimi istifadə olunan qrupları üçün ümumi
sxem məlumdur.
Ətraf mühitin spesifikliyindən asılı olaraq – hava, torpaq, su,
bitkilər və onların məhsulları, ət -süd məhsulları-pestisidlərin
ayrılması və analizi fərdi yanaşma tələb edir.
Əsas tətbiq olunan üsullar – üzvi həlledicilər vasitəsilə ekstrak-
siya, su buxarı vasitəsilə ayrılma, kristallaşma – effekt
vermədikdə nazik təbəqə xromotoqrafiyası və qazxromotoqra-
fiyası metodlarından istifadə olunur.
Kəmiyyət
və
keyfiyyət
analizi
nəticəsində
ayrı-ayrı
pestisidlərin ilkin tərkibindən başqa, onların çevrilmə məhsulları
da müəyyən edilir.
Ekologiyanı çirkləndirən və ən çox zəhərlənmələrə səbəb olan
pestisidlər hallogenli, fenoltörəmələri, karbamid birləşmələri,
fosfat turşusunun müxtəlif efirləri və element üzvi birləşmələrdir.
192
Hallogenli pestisidlər
Ən çox istifadə olunan xlorüzvi birləşmələrdən DDT qrup
insektisidlərini göstərmək olar.
DDT-4-4dixlor – difeniltrixlor metil metan – C
14
H
9
Cl
5
-1939-cu
ildə İsveçrəli Paul Müller tərəfindən sintez olunmuşdur. Yeni
insektsid malyariyaya qarşı effektiv təsir göstərdiyinə görə 1948-
ci ildə P.Müllerə Nobel mükafatı təqdim edilmişdir.
Ən çox tətbiq olunan insektisidlərdən olub, 1964-cü ildə
Birləşmiş millətlər təşkilatı (BMT) tərəfindən istifadəsinə qadağa
qoyulmasına baxmayaraq SSRİ-də 70-ci illərdə, Azərbaycanda isə
80-ci illərdə də istifadə edilirdi. İstiqanlı ziyanvericilər üçün güclü
zəhər olub LD
50
200 mq/kq təşkil edir. DDT-ni sulfat turşusunun
(katalizator kimi) iştirakı ilə xloral və xlorbenzoldan alırlar:
Ъ
Ъл
Ъ
Ъ
Ъ
Ъ
Ъ
Щ
Щ
Щ
Щ
Ъ
Ъ
Щ
Ъл
Ъл
Ъл
Ъ
Ъ
Ъ
Ъ
Ъ
Щ
Щ
Щ
Щ
Ъ
Ъл
Ъл
Ъ
Ъл
Щ +
Щ
Ъ
6
Щ
4
─Ъл
H
Ъ
6
H
4
─CI
H
2
SO
4
Ъл
O
Ъ
Щ
2
СО
4
Щ
2
О
+
+Ъл
Ъ
Ъл
Ъл
Ъ
6
Щ
4
Ъл
Ъ
6
Щ
4
Ъл
193
DDT ağ rəngli iysiz, dadsız kristallik maddə olub su, turşu və
qələvilərdə həll olmur. Bir çox üzvi həlledicilərdə və yağlarda
yaxşı həll olur. DDT həşəratların məhv edilməsi nöqteyi-
nəzərindən əvəz olunması pestisid olub bir başa təmas nəticəsində
təsir edir. Bütün istiqanlı heyvanlar və insanlar üçün təhlükəli
zəhər hesab olunur. O, mərkəzi sinir sistemini korlayaraq qara
ciyər və böyrəkləri sıradan çıxarır. Orqanizmə daxil olan 1 qram
DDT müalicə olunmaz fəsadlar törədir.
Tərkibində daha çox yağ olan meyvələr DDT ilə təmasda
olduqda daha təhlükəlidir. Onun yağlı qarışığı asanlıqla orqanlara
yayılır. Kumilyativ pestisid olub orqanizmdə 20 gün qala bilir.
Davamlılığına və uçuculuğuna görə uzun müddət sərbəst qala
bilir. Cəmi 3-4 həftə ərzində Yer kürəsini dolaşa bilir, hətta DDT-
yə Antarktidada rast gəlinmişdir.
DDT-nın keyfiyyət analizini aşağıdakı üsulla aparmaq olar:
qatı sulfat turşusu və natrium nitratın iştirakı ilə 125-130
0
C-də
nitrolaşma aparılır və reaksiyanın son məhsulunu natrium metilat
əlavə etdikdə məhlul bənövşəyi rəngə çevrilərsə deməli nümunədə
DDT-nin varlığı aşkar edilir. Reaksiya çox həssas olub 0,5 mq
DDT olduqda belə təyin edilə bilər.
Deyildiyi kimi DDT-nin orqanizmdən kənar olunması xeyli
zaman tələb edir. Mədə-bağırsaq vasitəsilə, sidiklə və süd
vasitəsilə kənar edilir. Bu zaman böyrəkləri və süd vəzlərini
zədələyərək bəd xassəli şişlərin yaranmasına səbəb olur.
DDT orqanizmdə qismən dehidroxlorgenaza fermentinin təsiri
ilə zərərsizləşdirilərək dixlordifenil sirkə turşusuna çevrilir və
sidiklə ifraz olunur.
HEKSAXLORSĠKLOHEKSAN (HXSH)
DDT pestisid kimi istifadədən kənarlaşdırıldıqdan sonra, digər
xlorlu pestisid tətbiq edildi-heksaxlorsikloheksan C
6
H
6
Cl
6
. Bu
pestisid dünyada istifadəsinə görə yalnız DDT-dən geri qalmış-
dır. Onu fotokimyəvi yolla benzolu xlorlaşdıraraq sintez edirlər
194
C
6
H
6
+3Cl
2
C
6
H
6
Cl
6
Reaksiya zəncirvari xarakterlidir. Texniki yolla alınan
heksaxlorsikloheksan təmiz olmayaraq tərkibində digər izomerlər
hepta – və oktaxlorsikloheksan, həmçinin digər aralıq məhsullar
da olur. Preparatın bütün izomerləri üzvi həlledicilərdə – benzol,
toluol, ksilol, metil və etil spirtləri, xloroform, etilen xlorid, ase-
ton, efirlər və s. yaxşı həll olurlar.
Bütün izomerlər sulfat, nitrat, xlorid turşularına qarşı
davamlıdır.
İzomerlərdən
- izomer- lindanın tərkibində 99 -100%
heksaxlorsikloheksan olub, bitki zərərvericilərinə qarşı güclü
preparat kimi tətbiq edilir.
Bu qamma – izomer, kristallik maddə olub, 112,8
0
C-də əriyir,
suda həll olmur və xoşagəlməz iyə malikdir. Bu insektisid həm
«kontakt» həm də bağırsaq vasitəsilə təsirə malikdir. Toxumların
kimyəvi üsulla təmizlənməsində istifadə olunan HXSH, tərkibinə
əlavə edilmiş kimyəvi birləmələrə görə müxtəlif adlarda buraxılır:
Heksaqamma -
HXSH və heksoxlorbenzol qarışığı; merkuran -
HXSH və etilcivəxlorid qarışığı, fentiuram -
HXSH və
mistrixlorfenolyat qarışığı.
Heksaxlorsikloheksan insektisid xassəsindən başqa, bitkilərin
inkişafını sürətləndirən keyfiyyətə də malikdir.
Bioloji obyektlərdə HXSH təyin etmək üçün altı atom xlor
metal natrium vasitəsilə çıxarılır və yerdə qalan məhlul güclü
qələvi məhlulda metiletilketonla bənövşəyi qırmızı rəng verir.
Heksaxlorsikloheksanın toksiki təsiri müxtəlif olub doza-
sından və obyektdən asılıdır. Gəmiricilər üçün LD
50
izomer üçün
200 mq/kq təşkil edir. Bütün istiqanlı heyvanlar və o cümlədən
insanlar üçün təhlükəli zəhərdir. Zəhərlənmənin əlaməti baş ağrısı
ilə başlayır, sinir sistemini iflic vəziyətə salaraq ölümlə
nəticələnir. İnsanlar üçün öldürücü doza müəyyən edilməmişdir.
щу
195
1500>5> Dostları ilə paylaş: |