Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
  1   2   3   4   5   6   7   8   9   ...   22

АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ  
КЯНД ТЯСЯРРЦФАТЫ НАЗИРЛИЙИ 
 
АЗЯРБАЙЪАН ДЮВЛЯТ АГРАР УНИВЕРСИТЕТИ 
 
 
 
 
Елман Мювсцмов 
Назим Йусифов 
 
 
 
 
 
ГИДА КИМЙАСЫ 
 
(Али мяктябляр цчцн дярслик) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Мцяллифляр: 
Мювсцмов Елман Мящяммяд оьлу 
 
 
кимйа елмляри доктору, профессор,  
Азярбайъан Дювлят Аграр Университети, 
кимйа кафедрасынын профессору 
 
Йусифов Назим Мящяммяд оьлу 
Кянд Тясяррцфаты елмляри доктору, профессор, 
Азярбайъан Дювлят Аграр Университети, 
кимйа кафедрасынын мцдири 
 
Ряйчиляр: 
Ялийев Фуад Йусиф оьлу   
 
 
кимйа елмляри доктору, профессору, Эянъя Елми  
 
 
Мяркязин директору, АМЕА-нын мцхбир цзви 
 
 
 
Нябийев Ящяд Яли оьлу 
биолоэийа елмляри доктору, профессор, Азярбайъан  
 
 
Технолоэийа Университетинин Иашя мящсулларынын 
технолоэийаси вя туризм кафедрасы. 
 
Е.М.Мювсцмов, Н.М.Йусифов. Гида кимйасы. 
Али мяктябляр цчцн дярслик. Бакы: «МБМ», ММЪ, 2010, 276 сящ. 
 
Китаб Азярбайъан  Дювлят  Аграр  Университетинин Гида  мящсулла-
рынын  мцщяндислийи  ихтисасында  тящсил  алан  тялябяляр  цчцн  нязярдя 
тутулмушдур. Диэяр Университятлярин уйьун ихтисасларында тящсил алан 
тялябяляр  дя  китабдан  истифадя  едя  биляр.  Китабда  расионал 
гидаланманын  мцщцм  принсипляри  ятрафлы  шякилдя  верилдийиндян, 
саьламлыьынын  гайьысына галан  щяр  бир  шяхс цчцн  столцстц  китаб  кими 
дя истифадя олуна биляр. 
 
ISBN: 978-9952-29-025-7 
 
© Е.Мювсцмов, Н.Йусифов 


G Ġ R Ġ ġ 
 
Qədim  zamanlardan  bəri  insanlar  qidalanmanın  sağlam  həyat 
sürməkdə  əhəmiyyətini  başa  düşmüş  və  bir  sıra  xəstəliklərin 
qidalanma ilə bağlılığını müəyyən etmişlər. Məşhur yunan həkimi 
Hippokrat  müxtəlif  qida  məhsullarının  müalicəvi  təsirini  öz 
əsərlərində izah etmişdir. Şərqin böyük alimi Əli Ġbn Sina (980-
1037)  Avitsena  adlanan  və  dünyanın  bir  sıra  ölkəsində  yayılan 
əsərlər toplusunda, qidanın sağlamlıq, güc və gümrahlıq mənbəyi 
olduğunu göstərmişdir. 
Böyük  rus  alimi  Ġ.Ġ.Meçnikov  (1845-1916)  tədqiqatının 
nəticəsi olaraq göstərmişdir ki, insanlar qidalanmaya düzgün əməl 
etməyərək vaxtından əvvəl qocalır, xəstələnir və həyatlarını məhv 
edir,  əgər  insanlar  rasional  qidalanmaya  əməl  etsələr  120-130  il 
yaşaya bilərlər. 
Orqanizmin yaşaması, inkişafı üçün qidanın əhəmiyyəti vardır. 
Hüceyrələrin  yeniləşməsi  və  lazımı  funksiyaları  yerinə  yetirməsi 
üçün  əsas  qida  maddələrinə-zülallara,  sulukarbonlara,  yağlara  və 
mineral  maddələrə  ehtiyacı  vardır.  Eyni  zamanda  qida  maddələri 
fermentlərin,  hormonların  və  maddələr  mübadiləsini  nizamlayan 
digər maddələrin əsas mənbəyi hesab olunur.  
Düzgün  qidalanma,  həyat  şəraiti  nəzərə  alınmaqla  insan 
orqanizminin daxili mühütini təmin edir, onun əmək qabiliyyətini 
yüksəldir, məişətini nizamlayır, hormonik inkişafını tənzimləyir. 
Düzgün  olmayan  qidalanma  isə,  orqanizmin  müdafiə  qabiliy-
yətini  azaldır,  maddələr  mübadiləsinin  normal  getməsinə  mane 
olur,  piylənmə,  ürək  damar  xəstəlikləri,  şəkərli  diabet,  xərçəng 
kimi  qorxulu  xəstəliklərin  yaranmasına  səbəb  olur.  Spirtli 
içkilərdən çox istifadə, siqaretdən istifadə qidalanma düzgün getsə 
belə orqanizmdə qorxulu xəstəliklərin riskini artırır.  
Odur ki, orqanizmə daxil olan və həzm prosesində iştirak edən 
hər  bir  maddə  böyük  bir  metobolik  mərhələ  keçərək  orqanizmin 
vəziyyətini  müəyyən  edir.  Beynəlxalq  Sağlamlıq  Təşkilatı  (BST) 
öz  bülletenində  bir  sıra  xəstəliklər  ateroskleroz  (yunan  sözü  olub 


xolesterinin  çoxluğu  və  damar  mənfəzinin  kirəcləşməsi  yolu  ilə 
yaranan  qorxulu  athe-sıyıq,  horra-  və  skleroz  bərkimə  sözündən 
əmələ  gəlmişdir  –  qanda  xolesterinin  çoxluğu  və  damar  mən-
fəzinin kirəcləşməsi yolu ilə yaranan qorxulu xəstəlik), piylənmə, 
padaqra,  öd  və  böyrək  daşlarının  əmələ  gəlməsi,  şəkərli  diabet, 
həzm  orqanlarının  xərçəngi  və  s.  yaranmasının  qidalanma  ilə 
əlaqədar olmasını göstərmişdir. 
Bir  sıra  ölkələrdə  insanlar  doyunca  qidalanmır  və  onlar 
gündəlik  qida  normasında  əsas  maddələr  –  zülallar  və  yağlar 
olmadığından  kvaĢiorkor  –  uşaqlarda  inkişafın  və  böyümənin 
dayanması, ağıl azlığı, sümükləşmənin pozulması, daxili orqanla-
rın korlanması və s. xəstəliklər əmələ gəlir. 
BST-nın məlumatına əsasən yer kürəsi əhalisinin üçdə birindən 
azı normal qidalanır, və hər 6 saniyədə bir nəfər acından ölür.  
Əhalinin yaşayış səviyyəsini müəyyən edən faktorlardan biri də 
rasional  qidalanma  ilə  təmin  olunma  dərəcəsidir  ki,  Norveç, 
Amerika Birləşmiş Ştatları, Hollandiya, Yaponiya, Almaniya kimi 
dövlətlər ilkin yerləri tuturlar. 
Rasional  qidalanma  dedikdə  orqanizmin  fəaliyyətini  təmin 
edən,  onun  xarici  mühitin  mənfi  təsirlərinə  qarşı  müqavimətini 
artıran,  yüksək  əmək  qabiliyyəti  yaradan  və  sağlam  uzunömür-
lülük bəxş edən qidalanma nəzərdə tutulur.  
Rasional  qidalanma  zamanı  makro-  və  mikronutriyentlərin 
nisbəti tam ödənildikdə qidalanma balanslaşdırılmış adlanır.  
Ərzaq  məhsullarının  əsas  mənbəyi  heyvan  və  bitki  məhsulları 
olub, şərti olaraq 6 qrupa bölünür: 1 qrup- süd və süd məhsulları 
(qaymaq,  şor,  süzmə,  pendir  və  s.);  2  qrup-  məməlilərin  əti,  quş 
əti, balıq əti, yumurta və onlardan hazırlanan məhsullar; 3 qrup və 
çox  çeşidli  un  məhsulları;  4  qrup-  yağ  və  piylər;  5  qrup-  meyvə- 
tərəvəz və yeməli göylər; 6 qrup-şirniyyat, çay, kofe, kakao, spirtli 
və spirtsiz içkilər. 
Təbiətdə  ana  südündən  başqa  elə  bir  ideal  qida  maddəsi 
yoxdur  ki,  onun  tərkibində  insan  orqanizminə  lazım  olan  əksər 
qida  maddələri  olsun. Odur ki,  müasir qida  maddələrinin  istehsal 


texnologiyasi  elə  qurulmalıdır  ki,  qidanın  tərkibində,  lazım  olan 
maddələr  nisbəti  pozulmasın,  həzm  prosesi  normal  getsin,  lazım 
olan  enerji  yaransın,  dadı,  iyi,  görünüşü,  istehlakçını  cəzb  edə 
bilsin. 
Qida  qəbul  edildikdən  sonra  həzm  orqanlarında  müxtəlif  fer-
ment  və  kofermentlərin,  hormonların,  mürəkkəb  tərkibli  şirələrin 
təsirindən çevrilmələrə uğrayır ki, buna maddələr mübadiləsi və 
ya metabolizm deyilir. 
Maddələr  mübadiləsi  zamanı  orqanizimdə  kimyəvi  reaksi-
yalarla  müşayət  olunan  proseslər  getdiyindən,  qidanın  kimyası-
nın öyrənilməsi əhəmiyyət kəsb edir.  
İnsan  orqanizmi  kimi  və  qida  maddələri  də  kimyəvi 
elementlərdən təşkil olunmuşdur. Odur ki, qidanın kimyəvi tərki-
bi, orqanizimdə gedən həzm prosesinin kimyası təhlil edilməli və 
alınan nəticələrə görə rasional qidalanma təmin edilməlidir.  
Təklif  olunan  ―QİDA  KİMYASI‖  adlı  dərslikdə,  orqanizmə 
lazım  olan  qida  maddələrinin  təsnifatı  aparılmış,  onlar  haqqında 
geniş məlumatlar verilərək öyrənənlərin  lazımı bilik səviyyəsinin 
əldə olunmasına çalışılmışdır.  
Qida  maddələrinin  kimyasının  tədqiqatı  XIX  əsrin  ortalarında 
sürətli  inkişafa  başlamış  və  qida  texnologiyasının  yaranması, 
inkişafı,  biokimyanın  yenilikləri,  qida  maddələrinin  sağlamlığa 
təsiri,  ekologiyanın  bir  elm  sahəsi  kimi  yaranması  və  inkişafı 
sayəsində hazırkı vəziyyətə çatmışdır.  
Dərslikdə  müxtəlif  mənbələrdən  istifadə  edilmiş,  onların  əsas 
hissələri  götürülərək  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 
―Ərzaq  məhsullarının  saxlanılması  və  emalı  texnologiyası‖ 
ixtisası  üzrə  təhsil  alan  tələbələri  üçün  dərslik  kimi  hazırlan-
mışdır.  
Müəlliflər,  Azərbaycan  Milli  Təhsil  Nazirliyinin  komis-
siyasının  sədri,  AMEA-nın  müxbir  üzvi,  kimyaçı  alim  Vaqif 
Abbasova dəyərli məsləhətlərinə  görə təşəkkür edir. 


I fəsil 
 
QĠDANIN KĠMYASI VƏ ĠNSANIN  
QĠDALANMASININ ELMĠ ƏSASLARI 
 
İnsan  cəmiyyəti  qarşısında  duran  problemlər  arasında  digə-
rilərindən  fərqlənən  və  əsas  olanlarına  aşağıdakıları  göstərmək 
olar: 

 
yer kürəsi əhalisinin qida maddələri ilə təmin etmək

 
enerji ilə təmin etmək; 

 
əsas xammallarla, o cümlədən içməli su ilə təmin etmək

 
ətraf  mühitin  mühafizəsini  və  qorunmasını  təmin  edərək, 
insanları  radiasiyadan,  toksiki  maddələrdən  və  onların 
törətdiyi neqativ hadisələrdən qorumaq. 
Bu  problemlər  arasında  daha  önəmlisi  əhalini  qida  maddələri 
ilə  təmin  etməkdir  ki,  XXI  əsrin  əvvəlində  bu  problem  bir  sıra 
çətinliklər yaradaraq özünü biruzə verməkdədir. Uşaq doğulandan 
yaşa dolana qədər keçdiyi həyat yolunda yuxarıdakı problemlərlə 
üzləşir və onun sağlam doğulub böyüməsi üçün vacib olan şərtlər 
eyni zamanda yaşadığı mühütin ekoloji təmizliyindən də asılıdır. 
Ərzaq  məhsullarının  keyfiyyəti  və  inqrediyent  tərkibi fizioloji 
təlabata  cavab  verməli  və  onun  metobolizmi  zamanı  orqan  və 
toxumalara  lazım  olan  qida  elementləri  sintez  olunmalı, 
orqanizmin həyat fəaliyyətini təmin edən enerji ayrılmalıdır. Odur 
ki,  qidalanmanın  vəziyyəti  millətin  sağlamlığını  müəyyən  edən 
faktorlardan biridir.  
Qida  məhsulları  təkcə  insanın  enerji  təminatını  və  fizioloji 
ehtiyacını ödəmir, həmçinin profilaktik təsir göstərərək müalicəvi 
xassəyə  də malik olur.  
Ölkə  vətəndaşının  ərzaq  məhsulları  ilə  təminatı  hər  zaman 
dövlət nəzarətində olmalı və xüsusi qanunlarla tənzim edilməlidir. 
Son  20  ildə  bir  çox  ölkələrin  əhalisi  qida  çatışmamazlığı  ilə 
üzləşmiş və sağlamlığı ilə bağlı orta yaşama həddi aşağı düşmüş-
dür. Azərbaycan uzun ömürlülər üzrə ilk yerlərdən birini tutsa da 


orta yaşama faizinə görə axırıncı yerlərdə durur. Orta yaş həddinin 
aşağı  düşməsinə  təsir  edən  faktorlar─  ürək-damar  xəstəlikləri, 
onkoloji  xəstəliklər,  şəkərli  diabet  kimi  qidalanma  ilə  əlaqədar 
olan xəstəliklər olub orta ömür müddətini aşağı salır.  
Aşağıdakı  cədvəldə  (cədvəl  1)  dünya  ölkələri  üzrə  statistik 
məlumatlar verilmişdir.  
 
Cədvəl 1.  
Ölkələrin orta yaş həddi və ölümlə nəticələnən xəstəliklər. 
 
Ölkələr 
Orta ömür 
həddi, il 
Hər 100 000 nəfərə düşən ölüm sayı 
(0-64 yaş) 
 
 
Ürək-damar 
xəstəlikləri 
Bədxassəli şişlər 
Belorusiya 
Bolqariya 
Böyük Britaniya 
Almaniya 
Avropa üzrə 
Rusiya 
Amerika  Birləşmiş 
Ştatları 
Yaponiya 
Norveç 
Finlandiya 
Fransa 
 
69 
71,2 
76 
75,7 
75,2 
65,6 
 
75,8 
82 
78 
75,3 
77,6 
143,1 
64,7 
55,7 
35,7 
39,3 
135,9 
 
36,2 
41,2 
35,5 
49,4 
44,8 
114,8 
91,8 
89,3 
88,1 
92,92 
122,3 
 
78,1 
72,3 
63,5 
66,8 
94,4 
 
Əhalinin  sağlam  qidalanmasının  təşkili,  mürəkkəb  və 
çoxcəhətli proses olub, həyata keçirilməsi üçün hərtərəfli öyrənil-
məsi  lazım  gələn  elmi  yanaşma  və  texniki  inkişafla  müşayət 
olunan siyasət nəticəsində öz bəhrəsini verə bilər. 
Qida  texnologiyasında  texniki  təkamül,  əhalinin  demoqrafik 
tərkibindən,  həyat  fəaliyyətindən,  təbəqələşmədən,  əmək  şərai-
tindən və digər faktorlardan asılı olub, ölkənin inkişaf  səviyyəsini 
müəyyən  edir.  Qidanın  tərkibi,  keyfiyyəti  və  lazımı  inqrediyent-
lərlə  təmin  olunması,  fundamental  tibbin,  yeni  texnologiyanın, 
mikrobiologiyanın,  fiziologiyanın,  biokimyanın,  baytarlıq  labora-
toriyalarının,  qida  texnologiyasındakı  yeniliklərin  səviyyəsindən 
 


asılı  olduğu  kimi,  hər  bir  ölkə  sərhəddində  fəaliyyət  göstərən 
gömrük nəzarətindən də asılıdır.  
Açıq bazar iqtisadiyyatı nəticəsində hər bir sahədə olduğu kimi 
qida  texnologiyasında  da  keyfiyyətsiz  və  falsifikasiya  olunmuş 
ərzaq  məhsulları,  nəzarəti  zəif  olan  ölkələrə  yol  tapır  və  ucuz 
məhsul kimi sürətlə satılır. 
Odur  ki,  xüsusi  laboratoriyalarda  analiz  edilmədən  bazara 
çıxarılan  xarici  qida  məhsulları  keyfiyyətsiz  və  ya  vaxtı  keçmiş 
olur. Bu isə əhalinin rasional qidalanmasına mənfi təsir göstərir. 
Hər  bir  ölkənin  əhalisi  üçün  ənənəvi  olan  qida  məhsulları 
vardır. Məsələn, Yaponiya əhalisinin əsas qida məhsulu okean və 
dəniz  heyvanları,  bitki  məhsulları  olub,  ölkə  əhalisinin  orta  yaş 
həddinə  görə  dünyada  birinci  yer  tutmasının  əsas  səbəblərindən 
biridir.  
Ərzaq  məhsulları  öz  tərkib  və  xassələrinə  görə  əhali 
təbəqəsinin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunmalıdır. Bu 
aşağıdakı sxem üzrə həyata keçirilməlidir: 
 
 
 
 
 
 
 
 
 
 
 
Ənənəvi  qida  məhsullarının  istehsalı  və  səmərəli  istifadəsi, 
qida  texnologiyasının  əsasını  təşkil  edən  qida  kimyasının 
öyrənilməsi yolu ilə həyata keçir.  
Qida  kimyası  xüsusi  bir  elm  sahəsi  olmaqla,  cəmiyyətin 
düzgün qidalanmasının təşkili və sağlam qida məhsulu istehsalının 
müvəffəqiyyətlə həyata keçirilməsində xüsusi xidmətlərə malikdir 
ƏRZAQ MƏHSULLARI 
Kütləvi tətbiq 
üçün ənənəvi 
və yeni qida 
maddələri 
Kütləvi tətbiq 
üçün xüsusi 
təyinatlı qida 
maddələri 
Uşaqlar,hamilə 
qadınlar, xəs-
tələr üçün qida  
məhsulları 
Müalicə məq-
sədilə istifadə 
olunan qida 
məhsulları 
 
 


Qida sisteminin tərkib və çevrilmələrini öyrənən qida kimyası, 
xammalın,  hazır  qida  məhsullarının  texnologiyası  və  alınma  
üsullarını öyrənən bir elmdir. 
Bu  elm  sahəsinin  hərtərəfli  inkişafı  üçün  yeni  metodların 
hazırlanması və tətbiqi mühüm rol oynayır. 
Qida  kimyası  insan  orqanizmində  gedən  zülal-lipid,  lipid-
sulukarbon,  zülal-sulukarbon  qarşılıqlı  təsir  mexanizmini  öyrənə-
rək,  maddələr  mübadiləsinin  kimyəvi  mahiyyətini  izah  edir  və 
səmərəli qidalanmanın optimal variantını müəyyən edir. 
Qida  kimyası  biotexnologiya,  mikrobiologiya,  farmakologiya, 
toksikoloji  kimya  elmləri  ilə  sıx  əlaqəli  olub,  müasir  metodlar 
sayəsində inkişaf edərək fundamental elm sahəsinə çevrilmişdir. 
Müasir qida kimyası aşağıdakı sxemdə öz əksini tapan bir neçə 
istiqaməti birləşdirir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qida kimyasının əsas istiqamətləri 
Makro-  və  mikro-
nutriyentlərin  tex-
noloji 
prosesdə 
çevrilməsinin 
ümumi 
konsepsiyası. 
Xammal 
kompo-
nentlərinin  fraksiya-
lara  ayrılması,  mod-
fikasiyası və sintezi-
nin nəzəri əsasları 
Xammalın və qida 
sisteminin  kimyə-
vi  tərkibi.  Dəyər-
lilik  və  təhlükə-
sizlik 
Xammal
ın və qida 
sisteminin 
kimyəvi tərkibi. 
Dəyərlilik və 
təhlükəsizlik 
Qida  əlavələrinin 
sintezi  və  tətbiqi-
nin nəzəri əsasları. 
Qida  maddələri-
nin  müasir  texno-
logiyası 
Bioloji  aktiv  qida 
əlavələrinin  sintez 
texnologiyasının 
və tətbiqinin nəzəri 
əsasları 
Qida sisteminin və 
onun  komponent-
lərinin  tətqiqatının 
analiz üsulları 

10 
Orqanizm  tərəfindən  sintez  olunmayan,  lakin  onun  varlığını 
təmin  edən  maddələr  mövcuddur  ki,  qida  kimyası  belə  mad-
dələrin təsir mexanizmini və əhəmiyyətini öyrənir. 
Əvəzolunmayan aminturşular, doymamış yağ turşuları, bir sıra 
vitaminlər,  antioksidantlar,  həzm  olunan  və  həzm  olunmayan  
qiada lifləri və s. belə maddələrdəndir. 
Orqanizmdə  maddələr  mübadiləsinin  normal  getməsi  və 
fizioloji  proseslərin  nizamlanması  üçün  biokatalizatorların  təsiri 
böyükdür.  Belə  maddələrdən  biri  də  mineral  tərkibli  birləşmələr 
olub,  qida  kimyası  onların  təsir  mexanizmini,  gündəlik  qəbul 
normasını  və  orqanizmdə  yaratdığı  nasazlıqları  öyrənir.  Xüsusi 
fəsildə  öyrənilən  mineral  maddələr  bir  sıra  xüsusiyyətlərinə  görə 
həzm  prosesinin  əsas  tərkib  hissəsi  olub,  onun  indiki  səviyyəyə 
çatması  üçün  uzun  inkişaf  yolu  keçmişdir.  Ayrı-ayrı  alimlərin 
tətqiqatları  nəticəsində  makro-  və  mikroelementlərin  sistemli 
öyrənilməsi  prosesi  aşağıdakı  xronoloji  ardıcıllıqla  göstərildikdə 
mineral maddələrin əhəmiyyəti tam aydınlaşır: 
 
İllər 
Tədqiqatlar və onların nəticələri 
40-120 
 
 
 
1295 
 
 
 
1680 
 
 
1747 
 
1748 
 
1770 
 
Plutarxın  yazdığına  görə  ev  heyvanlarını  xörək  duzu 
ilə yemləməyə başlamışlar və müxtəlif duzların tətbiqi 
ilə heyvanlarda südün artımına nail olmuşdur. 
 
Marko Polo (səyyah) Çində heyvanların otaqlarda olan 
selen  birləşmələri  ilə  kütləvi  zəhərlənmələrini  öz 
gündəliyində qeyd etmişdir.  
 
Sidenhem  qan  azlığını  (anemiya)  dəmir  qırıntıları  ilə 
müalicə etmişdir. 
 
Mengini qanda dəmirin varlığını kəşf etmişdir.  
 
Qann sümükdə fosforun olmasını müəyyən etmişdir.  
 
Şili sümükdə fosforun kaslium fosfat şəklində olması-
nı  kəşf etmişdir. 

11 
1784 
 
1811-1825 
 
 
 
1823 
 
 
1842 
 
 
 
1847 
 
 
1850-1854 
 
 
1869 
 
 
1880 
 
 
 
1919 
 
 
1922 
 
 
 
1926 
 
 
1928 
 
 
 
1928-33 
Şili proteində kükürdün varlığını kəşf etmişdir. 
 
Kurtua,  Koynde,  Bussinqal  yodu  kəşf  etmiş  və  onun 
qalxanabənzər  vəzin  xəstəliyinin  əsas  səbəbi  olmasını 
göstərmişdir. 
 
Prust  mədə  şirəsində  xlorid  turşusunun  olmasını  kəşf 
etmişdir. 
 
Şossa göyərçinlər üzərində apardığı tətqiqatlara əsasən 
sümüyün  əmələ  gəlməsi  və  düzgün  inkişaf  üçün 
kalsium elementinin vacibliyini qeyd etmişdir.  
 
Libix  heyvan  toxumalarında  kaliumun  olmasını  kəşf 
etmişdir. 
 
Saten  ətraf  mühitdə  yod  çatışmazlığı  səbəbi  ilə  en-
demik xəstəliklərin əmələ gəlməsini öyrənmişdir. 
 
Rollan  Aspergillus  niger  mikroorqanizmində  sinkin 
varlığını və vacib element olmasını kəşf etmişdir. 
 
Fortser  itlər  üzərində  apardığı  tətqiqatları  ümumi-
ləşdirərək,  orqanizmin  normal  inkişafı  üçün  mik-
roelementlərin mühüm əhəmiyyətini göstərmişdir.  
 
Kendell  qaxanabənzər  vəzdən  yeni  maddə  ayıraraq 
onu tiroksin adlandırdı. 
 
Bertan və Berzon siçovullar üzərində tətqiqat apararaq 
tüklərin  inkişafında  sink  mikroelementinin  rolunu 
qeyd etdilər.  
 
Leroy maqnezium elementinin gəmiricilərdə inki- 
şafi stimullaşdırdığını müəyyən etdi. 
 
Xart  və  əməkdaşları  qanın  əmələ  gəlməsində  dəmir 
elementi ilə yanaşı mis mikroelementinin də iştirakını 
müəyyən etdi.  
 
Uorberq  heyvanlarda  tənəffüs  fermentinin  qurulu-

12 
 
 
1931 
 
 
 
 
1933 
 
 
 
1935 
 
 
 
1936-1937 
 
 
 
1938-1942 
 
 
1940 
 
 
1946 
 
 
1948 
 
 
1953 
 
 
1954 
 
 
 
şunda ferroporfirin qrupunun varlığını təyin etdi.  
 
Klimerer və Mak-Kollum müəyyən etdilər ki, manqan 
çatışmadıqda  gəmiricilərdə  tetaniya  xəstəliyi  yaranır. 
Yunanca  tetanus  sözündən  götürülmüş  gərginlik, 
donub qalma, sudorqa deməkdir 
 
Solemma  iribuynuzlu  heyvanlarda  hərəkət  və  dayaq 
aparatının  xəstəliyinin  mis  çatışmazlığı  ilə  əlaqəli 
olduğunu müəyyən etdi. 
 
Frenk  və  Potter  selen  elementinin  ev  heyvanlarının 
inkişafında  vacib  elementlərdən  birinin  olmasını 
müəyyən etdilər. 
 
Vilqus, Norris və Hauzer toyuqlarda manqan çatışma-
dıqda  perozis  (sümük  əyriliyi)  xəstəliyinin  baş 
verməsini müəyyən etdilər.  
 
Heveşı və əməkdaşları mineral maddələr mübadiləsini 
nişanlanmış radioizotoplar vastəsilə tədqiq etdilər.  
 
Leyli  və  Mann  karboanhidraza  fermentində  sink 
elementinin varlığını kəşf etdi. 
 
Maulton suda flüor çatışmadıqda dişlərin kariesə  
uğramasini müəyyən etdi. 
 
Riks  və  əməkdaşları,  eyni  zamanda  Smit  B
12
  vita-
minində kobalt elementinin olmasını kəşf etdilər. 
 
 Riçert  və  Vesterfild  ksantin  oksidaza  fermentindən 
molibden elementini ayırdılar.  
 
Nidi  və  Horbax  içməli  suda  flüorun  artıq  olması 
nəticəsində  dişlərin  emalında  ləkələrin  əmələ  gəl-
diyini  göstərdi. 
 

13 
1959 
 
 
1970-1990 
Şvarts  və  Mertis  qlükozanın  metabolizm  prosesində 
xrom elementinin iştirak etdiyini kəşf etdilər. 
 
Mikroelementlərin  biokimyası  bir  elm  sahəsi  kimi 
formalaşdı. 
 
 
Bütün  bunlar  qida  kimyasının  yaranmasında  əsas  rol  oyna-
mışdır.  
XXI  əsr  texniki  inqilablar  əsri  kimi  tarixdə  qalacaq  və  bütün 
elm  sahələri    kimi  onun  inkişaf  və  təkamülü  bəşəriyyətin  əsas 
problemlərindən biri olan, sağlam və hərtərəfli inkişaf etmiş nəsil 
yetişdirməyə xidmət edəcəkdir.  
 

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin