4.5. Yağların orqanizmdə mübadiləsi
Normal halda qan plazmasında lipidlərin ümumi miqdarı 0,5-
0,6% olur. Bağırsaqlardan sorulmuş lipidlər ya qapı venası
sistemi, ya da döş axacağı vasitəsilə ümumi qan dövranına tökül-
düyünə görə, qida ilə çoxlu miqdarda yağın qəbul edilməsi
müvəqqəti davam edən hiperlinemiya (qanda lipidlərin miqdarı-
nın normadan çox olması) ilə nəticələnir. Adi hiperlinemiya adla-
nan bu vəziyyətdə qida vastəsilə artıq miqdarda (bir saat ərzində
100-120 qram) yağ qəbulundan 2-3 saatdan sonra başlayır, 4-6
saatdan sonra maksimal vəziyyətə çatır. Təxminən 9 saatdan sonra
qanda lipidlərin miqdarı normaya çatır.
Həzm sistemindən sorulmuş emulsiya halında olan lipidlər qan
dövranı vastəsilə orqanizmin toxumalarına daşınır. İnsanların və
ali heyvanların qidasının tərkibində olan yağlar və lipidlər əsasən
nazik bağırsaqda hidroliz olunur. Bu proses mədəaltı vəzin
hazırladığı lipolitik fermentlərin təsiri ilə gedir.
Onikibarmaq bağırsağa düşən yağlar lipazanın təsiri ilə hidroliz
olunaraq qliserinə və yağ turşularına parçalanır.
Triqliserinləri parçalayan lipazalar təsir mexanizminə görə iki
qrupa bölünürlər. Bunlardan bir qrupu triqliseridin α- vəziy-
yətində olan efir rabitələrini, digər qrup isə β- vəziyyətində olan
rabitələri dağıdır.
Qəbul olunmuş qidanın tərkibində olan lipolidlər də bağır-
saqlarda hidrolitik fermentlərin təsirinə uğrayırlar. Bu zaman
xolestridlər mədəaltı və bağırsaq şirəsinin tərkibində olan xolesta-
raza fermentinin təsiri ilə parçalanaraq xolesterinə və yağ turşula-
rına çevrilirlər.
Fosfolipidlərin parçalanması bir qədər mürəkkəbdir. Bunların
62
tərkibində dörd cür rabitə olduğundan qliserinlə doymuş yağ
turşuları, qliserinlə doymamış yağ turşuları, qliserinlə fosfat
turşusu və fosfat turşusu ilə xolin, kolamin, yaxud serin arasında
olan rabitələr- onların parçalanmasında dörd növ ferment iştirak
edir. Bu fermentlər fosfolipaza adlanaraq latın hərifləri ilə işarə
olunurlar- A,B,C,D. Məsələn, Fosfolipaza A fosfolipiddə β-
vəziyyətində olan yağ turşusunu qliserindən ayırır.
Fosfolipaza A fermenti ilan və arı zəhərinin tərkibində də
vardır. Bu ferment onlara çox yüksək hemolitik aktivlik verir.
Fosfolipaza C qliserinin fosfat turşusu ilə yaratdığı rabitəni
parçalayır.
Fosfolipaza D isə fosfat turşusu ilə yaratdığı rabitəni
parçalayır.
Lipolitik fermentlər yalnız emulsiya şəklində olan lipidləri
parçalayır. Bağırsaq boşluğuna düşmüş yağların emulsiya halına
keçməsi qaraciyərdə hazırlanan ödün təsiri ilə baş verir.
4.5.1. Ödün tərkibi, xassələri və yağ mübadiləsində rolu
Öd qaraciyər hüceyrələrində fasiləsiz olaraq hazırlanır. Lakin,
onun ümumi öd axacağından bağırasağa keçməsi yalnız qidanın
mədəyə və bağırsağa düşməsi ilə əlaqədar olaraq baş verir.
Bağırsaqlarda həzm prosesi getmədikdə hazırlanan öd, öd
kisəsində toplanır.
Qaraciyər axacağından birbaşa həzm sisteminə gələn öd xas-
sələrinə və tərkibinə görə öd kisəsində olan öddən fərqlənir.
Qaraciyərdən gələn öd açıq sarı rəngli, şəffaf mayedir. Öd kisə-
sində toplanan və reflektor olaraq həzm sisteminə tökülən öd
şirəsi tünd zeytun rəngli, qatı mayedir. Onun tərkibində öd
kisəsinin selikli qişasının ifraz etdiyi selik də vardır. Kisə ödünün
qatılaşması, onun tərkibində olan suyun öd kisəsi divarlarından
xaricə sorulması və öd ifrazının məhdudlaşdırılması zamanı baş
verir. Sutka ərzində öd kisəsinin ödü 7-10 dəfə qatılaşır. Ödün
mühit reaksiyası zəif qələvidir- pH> 7. Normal halda insanın
63
onikibarmaq bağırsağıda 500-700 ml öd tökülür. Ödün tərkib
hissələrindən biri olan öd turşuları yağların həzm olunmasında
xüsusi əhəmiyyətə malikdir. Tədqiqatlar göstərmişdir ki, öd
turşuları lipaza fermentinin təsir gücünü 20 dəfə artırır.
Öd turşuları yağları emulsiya şəklinə salmaqla, onların
bağırsaq divarından keçməsini asanlaşdırır. Bağırsaq mühitinin
qələviliyi öd turşusu vastəsilə emulsiyalaşmış yağların asanlıqla
hidrolizə uğraması üçün əlverişli imkan yaradır.
Öd turşuları çox nazik pərdə şəklində yağ damcılarının səthinə
yayılaraq, onlarla su arasındakı səthi gərilmə əmsalını kəskin
sürətdə azaldır. Xırda yağ damcılarının birləşərək iri damcılara
çevrilməsi çətinləşir və davamlı homogen tərkibli emulsiya
yaranır.
Emulsiya olunmuş yağların az bir hissəsi hidrolizə məruz
qalmadan sorularaq limfa sisteminə keçə bilir. Lipidlərin çox
hissəsi hidrolizə uğradıqdan sonra qliserin və yağ turşuları halında
bağırsaq xovlarından keçir. Yağ turşuları suda həll olunmadığın-
dan bağırsaq divarından çətinliklə keçir. Müəyyən edilmişdir ki,
suda həll olmayan digər maddələr ödlə islandıqdan sonra yarım-
keçirici pərdədən asanlıqla keçir. Deməli öd turşuları yağ turşula-
rının bağırsaq xovlarından keçməsini asanlaşdırır.
Tədqiqatlar göstərmişdir ki, normal qidalanma zamanı 80-100
q yağ və 0,3-0,5 q xolesterin qəbul edildikdə, onların həzm
olunması üçün 250-300 q öd turşuları tələb olunur. Lakin qaraci-
yərin bir gün ərzində hazırladığı ödün miqdarı 7-12 qramdan artıq
deyildir. Öd turşularına olan təlabatın (500-700 ml) ödənilməsi öd
turşularının dövranı ilə həyata keçirilir.
Ümumi öd axacağından bağırsağa tökülmüş ödün 90%-i
bağırsaq xovları vastəsilə xolin turşuları şəklində sorulur. Onlar
bağırsağın selikli qişasının epitel hüceyrələrində yenidən yağ və
öd turşularına ayrılırlar. Azad olunmuş öd turşuları qana sorula-
raq, qapı venası sistemi vastəsilə qaraciyərə gətirilir və qaraciyərin
kapilyar torunda qandan ayrılaraq yenidən ödə qarışır.
Öd uzun müddət istifadə olunmadıqda- yağsız qida dieti
64
zamanı və öd yollarının iltihabı zamanı öd qatılaşmağa başlayır.
Bu zaman onun tərkibində olan xolesterin, alifatik turşuların duz-
ları (sabunlar), qeyri-üzvi duzlar və digər maddələr öd daşlarını
əmələ gətirir. Nəticədə xolesterin kristallaşma nüvəsinə çevrilə-
rək, daşlaşma baş verir. Öd daşlarının tərkibində piqment daşları
da olur ki, onların tərkibində biluribin və kalsium duzları çoxluq
təşkil edir.
Sual və tapĢırıqlar
1.
Lipidlər hansı maddələrə deyilir?
2.
Yağların və piylərin əsas xassələrini söyləyin.
3.
Orqanizmin yağlara olan təlabatı necədir?
4.
Maye yağların tərkibi bərk yağlardan hansı xassələri-
nə görə fərqlənirlər?
5.
Hansı bitkilərdən yağ alınır və onların yağ tərkibi
necədir?
6.
Heyvan yağlarında hansı yağ turĢuları üstünlük təĢkil
edir?
7.
Yağların mübadiləsi həzm sisteminin hansı mərhələ-
sində gedir?
8.
Yağların parçalanması və hidrolizində hansı ferment-
lər iĢtirak edir?
9.
Ödün xassələrini və yağların mübadiləsini söyləyin?
10. Yağların qidalanmada nə kimi əhəmiyyəti vardır?
65
V fəsil
MĠNERAL MADDƏLƏR VƏ ONLARIN
QĠDALANMADA ROLU
5.1. Mineral maddələrin tərkib xüsusiyyətləri və insan
orqanizmində rolu
Kimyəvi elementlər, mineral duzlar, ionlar, kompleks birləş-
mələr və üzvi maddələr şəklində canlı aləmin tərkib hissəsi olub,
qida rasionunun əsas hissələrindən biri kimi gündəlik qida
normasında qəbul edilməlidir.
Yer qabığında rast gəlinən 88 elementin 60-dan çoxu insan
orqanizmində vardır. Kimyəvi elementlər hər gün orqanizmə qida
vastəsilə daxil olaraq, normadan artığı bu və ya başqa şəkildə
orqanizmdən kənar edilir. Normal orqanizmdə kimyəvi element-
lərin miqdarı sabit olub, artıq miqdar və çatışmazlığı bir sıra
xəstəliklər əmələ gətirir. Kimyəvi elementlərdən təşkil olunmuş
mineral maddələr iki qrupa bölünür: Qeyri-üzvi və üzvi maddələr.
Mineral maddələr hüceyrə protoplazmasının və bioloji məhlulların
əsas tərkib hissəsi olub, orqanizmdə gedən bütün həyati proses-
lərdə iştirak edir. Kimyəvi elementlər ion və anion şəklində təsir
göstərərək, qan təzyiqini, qanın laxtalanma qabiliyyətini, hüceyrə-
lərdə yaranan osmos təzyiqinin, tənəffüsün, sinir hüceyrələrinin
naqil rolu oynamasının, beyin fəaliyyətinin normal işləməsini
təmin edir. Qeyri-üzvi duzlar sümük toxumasını əmələ gətirərək,
orqanizmin inkişaf mərhələsində böyük rol oynayır. Əzələlərdən
tutmuş orqanizmdə olan mayelərin tərkibi kimyəvi elementlərdən
ibarətdir.
Kimyəvi elementlərin orqanizmdə rolu və faiz miqdarı yaxşı
öyrənilmiş və üç qrupa bölünərək onların fizioloji proseslərdə
iştirak xüsusi bölmələr şəklində göstərilmişdir. Orqanizmi təşkil
edən elementlərin faiz miqdarı, yer qabığını təşkil edən ele-
mentlərin faiz miqdarına demək olar ki, uyğun gəlir. Silisium və
66
alüminium müstəsna olmaqla, onların yer qabığında miqdarı çox
olub, silisium oksigendən sonra ikinci, alüminium isə üçüncü
elementdir.
Kimyəvi elementlər orqanizmdə miqdarına görə üç qrupa
bölünürlər:
Makroelementlər- C, O
2
, N
2
, P, H
2
, K, Ca, S, Mg və s.
Mikroelementlər- Cu, Fe, Ni, Co, Zn, F
2
, Cr, Mo, J
2
və s.
Ultramikroelementlər- Hg, U, Pb, Cd, Ag, Au və s.
Makroelemtnlərin orqanizmdə faiz miqdarı 10
-2
%-dən çox,
mikroelementlərin miqdarı 10
-3
%-10
-5
%-dən az olur.
Makroelemenlər orqanizmin əsas tərkib hissəsini təşkil edərək
həyat fəaliyyətini tənzim edir. Bu elementlər insan qidasında xeyli
miqdarda olduğundan orqanizmdə onların dövranı zamanı hər
nansı fəsadlar yaranmır.
Mikroelementlər fermentlərin, vitaminlərin, hormonların tərki-
bində olur və onların orqanizmdə çatışmazlığı zamanı, yuxarıda
göstərilən həyati əhəmiyyətli maddələrin sintezi getmir və
orqanizmdə çətin sağalan xəstəliklər, hətta bəd xassəli şişlər əmələ
gəlir. Elmi yolla təsdiq edimişdir ki, orqanizmdə Cu
+2
kationu
çatışmadıqda qaraciyərin serrozu və toxumalarda bəd xassəli şişlər
əmələ gəlir.
Dəmir və kobalt çatışmadıqda qan azlığı və digər qan xəstə-
likləri baş verir. Mikroelementlər orqanizmdə normadan artıq
olduqda da xəstəliklər və ölümlə nəticələnən zəhərlənmələr baş
verir.
Cədvəl 9-da əsas qida məhsullarında makro və mikroele-
mentlərin milliqramla (mq) miqdarlari verilmişdir.
Cədvəl 10-da isə gün ərzində orqanizmə qida vasitəsilə daxil
olan elementlərin norması mq-la verilmişdir.
67
Cədvəl 9.
Qida normasına görə elementlərin qida məhsullarında miqdarı
Qida
məhsulları
hər 100 q-
da
Makroelementlər, mq
Mikroelementlər, mq
K
Ca
Mg
Na
S
P
Cl
Fe
J
Ca
Mn
Cu
F
Cr
Zn
Mo
Qara çörək 245
35
47
610
52
158
980
3900
5,6
-
1610
220
35
2,7
1210
8
Ağ çörək
12
23
33
506
59
84
837
1860
-
1,8
825
134
-
2,2
735
128
Süd
146
120
14
50
29
90
110
67
9
0,8
6
12
20
2
400
5
Şor
112
150
23
41
-
216
-
641
-
-
8
74
-
-
394
-
Pendir
116
1000
50
820
-
540
-
1100
-
-
-
50
-
-
3500
-
Mal əti
316
8
27
64,8
220
170
48
2900
7,2
7
35
182
63
13,5
3240
11,6
Qoyun əti
355
10,2
22
73
230
188
59
2090
2,7
6
35
238
120
8,2
2820
9
Donuz əti
329
9,8
25,1
101
165
168
83
1940
6,6
8
28,5
96
69
8,7
2070
13
Çay balığı
265
35
25
55
180
210
55
800
5
35
150
130
25
55
2080
4
Dəniz balığı
340
25
30
100
200
210
165
650
135
30
80
150
700
55
1120
4
Kələm
185
48
16
13
37
31
37
600
3
3
170
75
10
5
400
10
Kartof
568
10
23
28
32
58
58
900
5
5
170
140
30
10
360
8
Kök
200
51
38
21
6
65
63
700
5
2
200
80
55
3
400
20
Alma
214
20
9
18
6
20
1
2200
2
1
110
110
8
4
150
6
Gavalı
278
16
9
16
5
11
2
500
4
1
47
87
2
4
100
8
Cədvəl 10.
Sutka ərzində kimyəvi elementlərin orqanizmə daxil olması (mq)
Elementlər
Uşaqlar
Yaşlılar
Elementlər
Uşaqlar
Yaşlılar
K
Na
Ca
Mg
Zn
Fe
Mn
Cu
Mo
530
260
420
60
5
7
1,3
1
0,06
2000-5000
1100-3300
800-1200
300-400
15
10-15
2-5
1,5-3
0,07-0,25
Cr
Co
Cl
PO
4
3-
SO
4
2-
Y
Se
F
0,04
0,001
470
210
-
0,07
-
0,6
0,05-0,2
0,2
3200
800-1200
10
0,15
0,05-0,07
1,5-4
Mikroelementlərin təsir mexanizmi maddələr mübadiləsi
zamanı fəaliyyət göstərir və orqanizmin inkişaf mərhələlərində
xüsusi əhəmiyyət kəsb edir. Məsələn, bir sıra mikroelementlər –
Mn, Zn, J boy artımına və inkişafa müsbət təsir göstərdiyindən,
onların orqanizmdə çatışmazlığı körpə uşaqların inkişafını
ləngidir.
Ekoloji problemlər nəzərə alınarsa, hazırda insan orqanizm
68
üçün Ca və Fe defisit, Na və P normadan artıq hesab olunur.
Makro və mikroelementlərin normadan artıq və ya az olması
orqanizmdə müxtəlif xəstəliklərin inkişafına təsir göstərir.
Aşağıdakı elementlərin çatışmazlığının yaratdığı fəsadlar göstəril-
mişdir:
Ca.... skletin inkişafı zəifləyir.
Mg.... əzələ iflicləri əmələ gəlir.
Fe.... anemiya yaranır və immunetet zəifləyir.
Zn.... dəri zədələnmələri, inkişafın zəifləməsi və cinsiyyət
zəifliyi, müşahidə olunur; bir qədər sağa çəkilsin.
Cu.... arteriya damarlarının zəifliyi, qaraciyər funksiyasının
zəifləməsi, qan azlığı, yaranır;
Mn.... dölsüzlük, sümükləşmənin pozulması.
Mo.... hüceyrə bölünməsinin zəifləməsi, dişlərin kariesi;
Co.... qan xərçənginin əmələ gəlməsi;
Ni.... sinir pozğunluqları, depressiya, dermatit;
Cr.... diabet aləmətləri;
Si.... skletin inkişafına mənfi təsiri;
F.... dişlərin kariesi;
J.... qalxanabənzər vəzin xəstəlikləri;
Se.... ürək əzələlərinin zəifləməsi, görmənin zəifləməsi;
Mineral maddələr bir çox xəstəliklərin qarşısının alınmasında
böyük rol oynayır. Qida rasionunda Ca, P, J, Br çatışmazlığı
dişlərin sürətli kariesinə səbəb olur.
Bir sıra hallarda, hətta mineral maddələrin normal qəbul
edilməsi zamanı onların orqanizmdə mübadiləsi pozula bilər:
Qəbul olunan qida elementlərinin –zülal, yağ, karbohidrat,
vitamin balansının pozulması;
Ərzaq məhsullarının emalı zamanı qızdırmaq, dondurmaq,
yumaq və s.-mineral maddələrin pozulması və ya həll
olaraq çıxarılması;
İş rejimindən asılı olaraq mineral maddələrin tənzimlən-
məsinin pozulması. Məsələn, iş yerinin yüksək temperatur
69
intervalında dəyişməsi zamanı tər vasitəsi ilə bir sıra ele-
mentlər, Na, K, Cl, Se orqanizmi tərk edir.
Mədə bağırsaq pozğunluqları, qan itirilmələri və s. zamanı
makro və mikroelementlərinin mübadiləsinin pozulması
baş verir.
Elementlərin ayrılıqda orqanizmdə rolu və mübadiləsi.
Makroelementlər.
Kalsium - bu element yer qabığında, bitkilərdə və heyvanlarda
ən çox yayılmış elementlərdən biridir. (cədvəl 11.) O, sümüyün,
dişlərin əsas struklu elementi olub, hüceyrənin nüvəsində,
protoplazmasında, qanın tərkibində və bir sıra proseslərin-
hüceyrə bölünməsinin, qan laxtalanmasının –iştirakında əvəzsiz
rol oynayır.
Cədvəl 11.
Kimyəvi elementlərin yer qabığında, torpaqda, dəniz və okean sularında, bitki
və heyvanlarda faiz miqdarı:
Elementlər
Yer qabığı
Torpaq
Dəniz və
okean suyu
Bitkilər
Heyvanlar
1
2
3
4
5
6
O
49,4
49
85,82
70
62,4
si
27,6
33
0,005
0,15
10
-5
Al
7,45
7,12
0,001
0,02
10
-5
Fe
5
3,8
0,005
0,02
0,01
C
0,15
2
0,002
18
21
Ca
3,5
1,37
0,004
0,3
1,9
K
2,5
1,36
0,038
0,3
0,27
Na
2,6
0,63
1,06
0,02
0,1
Ma
2
0,6
0,14
0,07
0,03
Ti
0,6
0,46
17
-7
10
-/
10
-6
N
0,02
0,1
10
-5
0,3
3,1
P
0,08
0,08
5∙ 10
-6
0,07
0,95
S
0,05
0,05
0,09
0,05
0,16
Mn
0,09
0,085
4 ∙10
-7
10
-3
10
-5
Zr
0,04
0,62
-
5∙ 10
-4
-
Sr
0,04
0,03
10
-3
10
-4
10
-3
70
Ba
0,04
0,04
5∙ 10
-6
10
-4
10
-5
Ce
0,02
0,02
10
-/
-
10
-6
Cr
0,02
0,019
-
5∙ 10
-4
10
-5
F
0,027
0,02
10
-4
10
-5
10
-4
V
0,03
0,01
5∙ 10
-8
10
-4
10
-5
Cl
0,05
0,01
1,89
10
-2
0.08
Rb
0,03
0,05
2 ∙10
-3
5∙ 10
-4
10
-5
Zn
0,05
0,05
5∙10
-6
3∙ 10
-4
10
-3
Ni
0,2
0,05
3 ∙10
-7
5∙ 10
-5
10
-6
Cu
0,02
0,02
2 ∙10
-6
2∙ 10
-4
10
-4
Co
0,04
0,01
10
-/
2∙ 10
-5
10
5
Li
0,65
0,03
1,5∙10
-5
10
-5
10
-4
Pb
0,015
0,01
5 ∙10
-7
10
-5
10
-6
B
0,03
0,02
5 ∙10
-4
10
-4
10
-5
J
0,03
0,005
10
-6
10
-5
10
-4
Mo
0,015
0,003
10
-7
2∙ 10
-5
10
-6
H
1
-
10,72
10
9,7
As
5∙ 10
-4
4∙ 10
-4
1,5 ∙10
-4
3∙ 10
-5
10
-5
Br
1,5∙ 10
-4
2∙ 10
-4
7 ∙10
-3
10
-4
10
-4
Cd
5∙ 10
-4
5∙ 10
-6
10
-5
10
-6
10
-4
Th
10
-3
6∙ 10
-4
4 ∙10
-8
6∙ 10
-4
10
-7
W
10
-4
10
-4
10
-7
10
-8
10
-8
U
2∙ 10
-4
10
-4
2∙ 10
-7
10
-9
10
-8
Se
6∙ 10
-5
10
-6
4∙ 10
-7
10
-7
10
-4
Bi
1,7∙ 10
-6
2∙ 10
-6
2∙ 10
-8
10
-7
2∙10
-6
Hg
7∙ 10
-6
10
-6
3∙ 10
-9
10
-9
10
-9
Ag
10
-6
-
10
-9
-
3,5∙10
-6
Au
5∙ 10
-7
-
4∙ 10
-10
-
10
-7
Ra
2∙ 10
-10
8∙ 10
-11
10
-14
10
-14
10
-12
Kalsium elementi birləşmələr şəklində qida məhsullarından,
kation şəklində isə su vasitəsilə (hidrokarbonat, sulfat, xlorid və
s.) orqanizmə daxil olur. Maddələr mübadiləsi zamanı əmələ
gələn yüksək molekullu yağ turşuları kalsiumla suda həll olmayan
duzlar əmələ gətirir. Buna baxmayaraq kalsium əzələ toxumala-
rında, sinir hücerələrində, sinir impulslarının keçiriciliyində iştirak
edir, bir sıra fermentlərin tərkibinə daxil olaraq onların aktivliyini
artırır.
Kalsium həmçinin, digər elementlərin orqanizmdə mübadi-
ləsinə təsir göstərir. Orqanizmin normadan artıq piylənməsi zama-
nı, öd turşuları vasitəsilə kalsium orqanizmdən çıxarılır. Bunun
71
nəticəsində sümüklərdə bərkimə prosesi zəifləyir, saçların tükü
tökülür, dişlər seyrəkləşir.
Kalsiumun orqanizmdə dövranına maqnezium və fosfor
əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, maqnezium artığı
hüceyrələrdə kalsiumun sorulmasını azaldır.
Qida məhsullarında fosforun miqdarı kalsiumdan iki dəfə çox
olarsa, kalsium həll olan duzlar şəklində orqanizmdən çıxarılır. Bu
zaman orqanizmə lazım olan kalsium sümüklərdən ayrılaraq qana
keçir. Kalsiumun orqanizmdə balansı pozulduqda böyrəklərdə urat
və fosfat daşları əmələ gəlir.
Kalsium kationu qanın tərkibində bioloji prosesləri, eləcə də
kapilyar damarlarda osmos təzyiqini nizamlayır. O, qanın laxta-
lanmasını tənzim edərək, protombinin trombinə çevrilməsini ka-
taliz edən trombokinaza fermentinin təsir mexanizmini həyata
keçirir. Kalsiumun fizioloji rolu qısa olaraq aşağıdakılardan iba-
rətdir:
Sümük toxumasını yaradaraq, dişlərin minerallaşması pro-
sesində iştirak edir;
hüceyrədaxili prosesləri tənzim edir;
əzələlərin yığılıb açılmasını tənzim edərək, sinir keçiricili-
yini nizamlayır;
qanın laxtalanmasında iştirak edir;
hüceyrə membranının keçiriciliyini nizamlayır;
ürək fəaliyyətini nizamlayır.
Kalsiumun orqanizmdə metabolizmi qalxanabənzərvəzin hor-
monu olan kalsitonin və D vitamini vastəsi ilə həyata keçirilir.
Kalsium birləşmələri- xlorid, qlikonat, sitrat, aspartat duzları
şəklində ürək damar xəstəlikləri və qan azlığı zamanı tibbdə
istifadə edilir.
Kalsium kationunun orqanizm üçün gündəlik qəbul norması
800-1000 mq olub, yaşdan asılı olaraq dəyişir. Hamilə qadınlarda
və yeniyetmələrdə kalsium vacib element olduğundan onun qəbul
norması yüksək olur. Rüşeymin sümükləşməsi zamanı kalsium
lazım olduğundan, ana qida vastəsilə gündəlik normanı qəbul
72
etmədikdə, kalsiumu dişlərdən və sümüklərdən alır. Odur ki, ―hər
bir uşaq ananın bir və ya iki dişini yox edir‖ misalı təsadüfü
yaranmamışdır.
Kalsium birləşmələri zəhərli olmadığından toksiki miqdarı
müəyyən edilməmişdir.
Kalsiumlu qidalardan ən əhəmiyyətlisi süd və süd məhsulları-
dır. Pendir və şorun hər 100 qramında 100-1000 mq kalsium olur.
Yaşıl soğan, lobya, cəfəri (petruşka) kalsiumla zəngin tərə-
vəzlərdir.
Dostları ilə paylaş: |