Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   ...   14   15   16   17   18   19   20   21   22

Karbamin turĢusunun törəmələri 
 
Geniş  istifadə  olunan  pestisidlərdən  biridə  sevin  olub  karbamin 
turşusundan  –  HO  -  C-  NH
2
  alınır.  O, 

  -  naftolla  metilkarbamin 
turşusundan       
||
O
 
alınır.  
               
 
 
 
 
Sevin  ağ  rəngli  kristal  maddə  olub  142
0
C-də  əriyir,  suda  pis, 
üzvi həlledicilərdə isə yaxşı həll olur. Adi şəraitdə oksidləşmir və 
suda  öz  xassəsini  saxlayır,  lakin  qələvi  mühitdə  hidrolizə 
uğrayaraq parçalanır və öz təsirini itirir.  
Sevin  həşaratları  və  gəmiriciləri  məhv  etmək  üçün  işlədilir. 
Onu  təyin  etmək  üçün  2%-li  civə  2-xlorid  məhlulu  ilə  qarışdırıb 
saxlayırlar.  Rəngsiz  kristalların  alınması  Sevinin  olduğunu 
göstərir.  Reaksiya  çox  həssas  olub  10  mkq  sevin  olduqda  belə 
təyin edilə bilir. 
Sevinin  zəhərləyici  təsiri  onun  xolinesteraza  fermentinin 
ingibitoru  olmasına  əsaslanır. Yəni onun sintezini  məhdudlaşdırır 
və orqanizmin müdafiə qabiliyyətini azaldır. 
 
Fosforlu pestisidlər 
 
Fosforlu  üzvi  birləşmələr  pestisid  kimi  geniş  istifadə  edilir. 
Onlar  tiofosfat  H
3
PO
3
S,  ditiofosfat  H
3
PO
2
S
2
  və  pirofosfat 
turşusunun  H
4
P
2
O
7
  efirləri  olub  ilk  dəfə  1846-cı  ildə  Tenar 
tərəfindən  sintez  edilmişdir.  Praktiki  əhəmiyyəti  isə  XX  əsrin 
əvvəllərində  müəyyən  edilmişdir.  Fosforlu  üzvi  birləşmələr  xalq 
təsərrüfatında  pestisid  kimi  –  insektisid,  akarisid-  geniş  istifadə 
olunur. Üstün cəhətlərindən biri insan və heyvanlar üçün təhlükə-
О 
Ъ 
О 
Н
 
Щ 
CH


196 
siz olmasıdır. Kənd təsərrüfatında fosforlu pestisidlərin 80-a yaxın 
növləri tətbiq edilir. 
Əsasən  pambıq  dənli  bitkilər,  tərəvəz,  meyvə  ağaclarının 
zərərvericilərinə  qarşı  tətbiq  edilir.  Eyni  zamanda  evdə  olan 
milçəklər, ağcaqanadlar, ev quşları və ev heyvanlarının parazitləri 
üçün əlverişli pestisiddir. 
Onlardan  metafos  və  tiofos  geniş  tətbiq  edilməkdədir,  bütün 
istiqanlı heyvanlar və insanlar üçün güclü zəhər hesab olunur. İlk 
növbədə  tənəffüs  yollarına  təsir  edir,  mədə-bağırsaq  sisteminin 
işini  pozaraq  halsızlıq  yaradır  və  yüksək  dozada  –  LD
50
=800 
mq/kq  –  öldürücü  təsir  göstərir.  Odur  ki,  onun  daşınması,  sax-
lanması və istifadə qaydalarına ciddi əməl olunmalıdır. Torpaqda 
uzun  müddət  qalaraq ekologiyanı korlayan pestisid hesab olunur. 
Xlorofos ilk dəfə 1952-ci ildə sintez edilmişdir.
     
 
Xlorofos rəngsiz kristallik maddə olub 82
0
C-də əriyir. Suda və 
üzvi həlledicilərdə yaxşı həll olur. 
 
O,  xlorofosun  metabolizminin  məhsulu  olub  ilk  dəfə  1965-ci 
ildə  sintez  edilmişdir.  Dixlorofos  rəngsiz  məhlul  olub,  suda  az 
(1%),  üzvi  həlledicilərdə  ilə  yaxşı  həll  olur.  Qaynaması  35
0
C-də 
başlayır və 120
0
C-yə qədər davam edir. 

197 
LD
50
  gəmiricilər  üçün  50-330  mq/kq,  ev  dovşanları  üçün  50 
mq/kq təşkil edir. 
Xlorofos və dixlorofos insan və istiqanlı heyvanlar üçün də çox 
təhlükəlidir.  Bu  pestisidlər  orqanizmdə  xolinesteraza  fermentinin 
sintezini  dayandıraraq,  asetilxolinin  torplanmasına  səbəb  olur  və  
ölümlə nəticələnir. 
Heyvanlar  bu  preparatlarla  zəhərləndikdə  ağız  suyunun  ifrazı 
çoxalır, gözlərindən su gəlir, tez-tez sidik ifraz edərək hərəkətləri 
pozulur.  Bir  qədərdən  sonra  əsməyə  başlayır  və  qan  təzyiqi 
əvvəlcə  qalxır,  sonra  isə  aşağı  düşür.  Zəhərlənmə  10-15  dəqiqə 
ərzində məlum olur. Bu da xlorofos və dixlorofosun qana sürətlə 
keçməsilə əlaqədardır. 
İnsanlarda  xlorofos  və  dixlorofosla  zəhərlənmə  20-30 
dəqiqədən  sonra  aşkar edilir. Bu  zaman kəskin baş ağrısı ilə ağız 
suyunun  və  sidiyin  ifrazı  çoxalır,  bronxial  asma  əlamətləri 
başlayaraq  tənəffüs  çətinləşir.  İnsan  huşunu  itirməyə  başlayır  və 
qan  təzyiqinin  sürətlə  aşağı  düşməsi  nəticəsində  ürək  fəaliyyəti 
dayanır. 
Xlorofos  və  dixlorofos  orqanizmdə  metabolizm  prosesinə 
uğrayaraq, dehidroxlorlaşma reaksiyası ilə müşayət olunan çevril-
mənin son məhsulu, qlükon turşusu olur. 
Xlorofos  qəbulundan  5  dəqiqə  sonra  o  qana  keçmiş  olur.  O, 
heyvanların  ətində,  südündə  və  yağında  dəyişməz  formada  aşkar 
edilmişdir. 
Xlorofos  orqanizmdə  bir  molekul  HCl  ayıraraq  dixlorofosa 
çevrilir. Bu isə fermentlərin təsirilə tezliklə hidrolizə uğrayır. Son 
məhsullar  uzun  müddət  (hətta  3  ay)  orqanizmdə  qala  bilir.  Odur 
ki,  bu  pestisidlərdən  istifadə  edildikdə  təhlükə  sizlik  texnikasına 
əməl edilməlidir. İstehsal  tullantıları isə çaylara və su hövzələrinə 
axıdılmamalıdır.  Suda  və  torpaqda  dəyişikliyə  uğramadan  uzun 
müddət qalır. 
 

198 
Sual və tapĢırıqlar 
 
1. Pestisidlər hansı kimyəvi maddələrə deyilir? 
2.  Kənd  təsərrüfatında  ən  çox  istifadə  olunan  pestisidləri 
göstərin.  
3.  Pestisidlər  canlı  orqanizmə  necə  və  hansı  yollarla  daxil 
olurlar?  Onların törətdikləri xəstəlikləri göstərin. 
4.  Ġnsektisidlər  hansı  maddələrə  deyilir?    Onların  əhəmiy-
yətini və ziyanlı xassələrini göstərin. 
5. Defolianlar hansı məqsədlər üçün istifadə olunur? Onlar 
canlı aləmi necə çirkləndirirlər? 
6. Halogenli pestisidləri göstərin və onların əsas cəhətlərini 
izah edin. 
7.  Pestisidlərin  və  defoliantların  zəhərlilik  dərəcəsi  necə 
göstərilir? 
 
 
TOKSĠKĠ METALLAR 
 
Ətraf  mühitin  çirklənməsində  və  canlı  orqanizmlər  üçün 
təhlükə  mənbət  olan  maddələrdən  biri  də  zəhərli  elementlərdir. 
Bunlar 14 element olub onların toksiki xassələri şübhəsiz konsen-
trasiyadan çox asılıdır: 
 
Hg, Pb, Cd, As, Sb, Sn, Al, Be, Fe, Cu, Ba, Cr, Ti. 
Bunlardan bəziləri aşağı qatılıqda normal həyat fəaliyyəti üçün 
lazımlı  elementlərdir.  Odur  ki,  bəzi  maddələrin  əhəmiyyətli  və 
zərərli xassələrini müəyyən edən dəqiq sərhəd yoxdur. 
Su  hövzələrinin,  atmosferin,  torpağın,  kənd  təsərrüfatı 
bitkilərinin  və  ərzaq  məhsullarının  toksiki  metallarla  çirklənməsi 
aşağıdakı yollarla baş verir: 
-  sənaye  müəssisələrinin  tullantıları  –  xüsusən  daş  kömür, 
metallurgiya və kimya zavodları; 

199 
-  şəhər  nəqliyyatının  tullantıları  –  qurğuşun  etilatlı 
benzinlərdən istifadə edildikdə. 
- konservləşdirmə  zamanı qabların iç divarına keyfiyyətsiz 
örtük çəkilməsi və keyfiyyətsiz lehimləmə zamanı; 
-  sənaye  avadanlıqları  ilə  təmas  nəticəsində  –  yeyinti 
sənayesində çox az hallarda paslanmayan poladdan istifadə edilir; 
-  alüminium  və  qurğuşun  folqalardan  ərzaq  məhsullarının 
qablaşmasında istifadə olunduqda. 
Ağır  metallar  Pb,  Hg,  Cd,  Arsen,  Stibium  və  s.  hətta 
birləşmələr halında  orqanizmə daxil olduqda güclü zəhərlənmələr 
baş  verir.  Onlar,  qanda  olan  aminturşularla,  fermentlərlə  və 
vitaminlərlə kompleks birləşmələr əmələ gətirərək onları  «xidmət 
sahələrindən»  çıxararaq  orqanizmin  həyat  fəaliyyətinə  ciddi  təsir 
göstərirlər. 
Qurğuşun  və  onun  birləşmələri  məişətdə  çox  istifadə  edilir. 
Qurğuşun  filizlərinin  çıxarılması,  akkumlyatorların  istehsalı, 
qurğuşun  əridilməsi  zavodları,  belil  və  surik  kimi  rənglərin 
istehsalı zamanı qurğuşun zəhərlənmələri baş verir. 
Məişət  qablarının  emal  qatları PbSiO
3
-dən ibarət  olur.  Kərpiç, 
fosfor-fayans  əşyaları,  məişət qabları  və  s-nin üzünə keyfiyyətsiz 
emal çəkildikdə mətbəx zəhərlənmələri baş verir. 
Qurğuşun  zəhərlənmələri  içməli  sudan  (su  qurğuşun  trubadan 
keçərsə),  tütündən,  ərzaq  məhsullarının  qurğuşun  lövhəyə 
bükülməsi zamanı və qurğuşun gübrələrindən də ola bilər. 
Qurğuşun  protoplazmatik  zəhər  olub  əsasən  sinir  sisteminə, 
qana  və  sümüklərə  təsir  edir.  Qurğuşun  və  birləşmələri  mədə 
şirəsində  həll  olduğuna  görə  təhlükəlidir.  Ölüm  dozası  qurğuşun 
birləşmələrindən  çox  asılıdır.  Uşaqlarda  zəhərlənmə  hadisəsi  tez 
baş  verir.  Hətta  qurğuşun  istehsalı  ilə  məşğul  olmayan  insanlar 
orta  hesabla  0,5  mq  qurğuşun  qəbul  edir.  Bu  birləşmələr  əsasən 
sümük  toxumasında,  qara  ciyərdə  və  böyrəklərdə  toplanır.  Qəbul 
edilmiş  qurğuşun  və  onun  birləşmələrinin  10%-ə  qədəri 
orqanizmdə  uzun  müddət  qala  bilir.  Qalan  hissəsi  mədə-bağırsaq 
yolu ilə kənar edilir. 

200 
Qurğuşun  birləşmələrindən  ekoloji  təhlükəli  olanı  qurğuşun 
etilatdır  –  Pb(C
2
H
5
)
4
;  O,  əsasən  antidedanator  kimi  benzin 
yanacaqlarında  istifadə  olunur.  Qurğuşun  etilat  əlavə  edilməklə 
Aİ-90, 92, 93, 95, 98 markalı benzin yanacağı istehsal edilir. 
 
Barium 
 
Barium və onun birləşmələri orqanizm üçün güclü zəhər hesab 
olunur.  Orqanizmə  daxil  olan  barium    aminturşularla  birləşərək 
onların  bioloji  rolunu  aradan  qaldırır  və  funksional  pozğunluqlar 
yaradır. 
Bariumun  birləşmələri  kənd  təsərrüfatında  (BaCl
2
,  BaSiO
3

sənayedə  şüşə  və  saxsı  istehsalında  geniş  tətbiq  edilir.  BaSO
4
 
duzundan  mədə-bağırsaq  yollarının  rentgen  analizi  zamanı 
kontrast maddə kimi istifadə olunur. Odur ki, ətraf mühitin barium 
birləşmələri  ilə  çirklənməsi  qarşısı  alınmaz  prosesdir.  Barium 
birləşmələrinin filizlərdən alınması zamanı, zavod tullantılarını su 
hövzələrinə axıtdıqda canlılar üçün təhlükə mənbəinə çevrilir. 
Tədqiqat nəticəsində məlum olmuşdur ki, BaCO
3
-ın 0,8-0,9 qramı 
ürək əzələlərinin paralicinə səbəb olaraq ölümlə nəticələnə bilir. 
Tibbdə  kontrast  maddə  kimi  (adətən  rentgen  annalizində  100 
qram duzdan istifadə edilir) BaSO
4
-ın tərkibində BaCO
3
 ola bilər 
ki,  bu  da  BaCO
3
-ın  mədə  şirəsində  olan  xlorid  turşusunun 
təsirindən asanlıqla reaksiyaya daxil olması ilə əlaqədardır. 
Ba  duzları  ilə  zəhərlənmə  qan  təzyiqinin  dəyişməsi,  mədə 
divarlarının  zədələnməsi  nəticəsində  qanaxma  baş  verməsi  və 
qaraciyərdə funksional pozğunluqların baş verməsi ilə xarakterizə 
olunur. 
 
Manqan 
 
Son  illərdə  manqanın  birləşmələri  xalq  təsərrüfatında  geniş  tətbiq 
edilməkdədir.  Manqan  elementinin  orqanizmdə  mikro-element  kimi 
əhəmiyyəti ilə yanaşı, onun çox miqdarı güclü zəhər olub hüceyrənin 

201 
protoplazmasını dağıdaraq ağır təsadlar əmələ gətirir. 
Manqan  birləşmələri  mərkəzi  sinir  sisteminin,  böyrəklərin, 
ağciyər və qan-damar sisteminin fəaliyyətinə güclü təsir göstərir. 
Manqan  birləşmələri  şüşə  istehsalında  (rəngli  şüşələrin 
alınması),  metallurgiyada  (ərintilərin alınması),  tekstil  sənayesin-
də  (parçalar  üzərində  rəngli  naxışların  və  şəkillərin  alınması), 
məişət qablarına emal örtüklərin çəkilməsində istifadə olunur. 
Kalium permanqanat duzundan isə tibbdə istifadə olunur. Onun 
istifadəsi  zamanı  tətbiq  dozasına  əməl  olunmadıqda  güclü 
zəhərlənmələr  baş  verir.  Ölüm  dozası  15-20  qram  olaraq  müəy-
yənləşdirilmişdir. 
Kalium  permanqanat  güclü  oksidləşdirici  olduğundan  mədə-
bağırsaq qişasını dağıdaraq qanaxmaya səbəb olur. 
Orqanizmdə  manqan  qaraciyərdə  və  böyrəklərdə  birləşmələr 
şəklində  toplanır.  Orqanizmdə  1,8  milliqram  manqan  element 
şəklində  vardır.  Bu  miqdar  çox  olduqda  mənfi  təsir  göstərməyə 
başlayır.  Belə  ki,  qanın  hemoqlobinində  dəmirin  antoqonistinə 
çevrilərək qan dövranının normal funksiyasını pozur. 
Manqan filizlərindən MnO
2
 alınarkən texnoloji prosesə düzgün 
əməl  olunmadıqda  manqan  birləşmələri  toz  halında  atmosferə 
yayılır. Bu cür hava ilə  tənəffüs etdikdə  mərkəzi sinir sisteminin 
pozulması halları müşahidə edilir. 
Manqan  birləşmələrinin  havada  miqdarı  0,0003  mq/l-dən  çox 
olmamalıdır. SSRİ zamanında Bakıda MnO
2
 istehsal olunurdu. Bu 
zaman ekologiyanın çirklənməsi labüd proses olaraq qalırdı. 
 
Xrom 
 
Xrom  birləşmələri  xalq  təsərrüfatında  geniş  istifadə  edilir. 
Dəmiri  korroziyadan  qorumaq  üçün  üzərinə  Xrom  təbəqəsi 
çökdürülür.  Dəri-gön  məmulatlarının  aşınlanması  və  rənglənməsi 
zamanı  xrom  birləşmələrindən  istifadə  olunur.  Əvvəllər  xrom 
birləşmələrindən  (xromat  və  bixromatlar)  kənd  təsərrüfatında 
insektsid  kimi  istifadə  olunurdu.  Qüvvətli  zəhər  hesab  edildiyin-

202 
dən onların tətbiqi dayandırılmışdır. 
Buna  baxmayaraq  xrom  birləşmələrinin  istehsalı,  xromlu 
məişət  əşyalarının  hazırlanması  zamanı  tullantıların  su  hövzələ-
rinə  axıdılması  baş  verir  ki,  bu  da  ekologiyanın  korlanması  ilə 
müşahidə olunur. 
 
Mis 
 
Misin birləşmələri sənayedə və kənd təsərrüfatında geniş tətbiq 
edilməkdədir.  Parçaların  rənglənməsində,  inşaat  rənglərinin 
alınmasında  mis  birləşmələrindən  –  CuO,  CuCl
2
,  Cu(NO
3
)
2

CuCO
3

Cu(OH)
2
  malaxitdən  geniş  istifadə  olunur.  CuSO
4
-
duzandan  qalvanoplastikada,  yazı  rənglərinin  hazırlanmasında, 
ağac  materiallarının  uzun  müddət  çürüməsinin  qarşısını  almaq 
üçün hopdurucu maddə kimi istifadə olunur. 
Bir  sıra  birləşmələri    zəhərli  olduğundan  kənd  təsərrüfatında 
insektofunksid  kimi  tətbiq  edilir.  CuO,  CuCl
2
,  Cu(OCl
2
)
2

CuCO
3
Cu (OH)
2

 CuSO
4
-ın 10 qramı insanların ölümlə nəticələ-
nən zəhərlənməsinə səbəb olur. 
Mis  atomları  zəhərli  olduğundan  məişət  qablarında  xörək 
bişirilərkən  mütəmadi  zəhərlənmə  hadisələri  baş    verirdi.  Bunun 
qarşısını almaq üçün mis qabları qalay örtüklə örtməyə başladılar. 
Mis  birləşmələri  sintez  olunan  zavodlarda  zəhərlənmə 
hadisələri    çox  olur.  məs.  insektofunksid  kimi  tətbiq  edilən  paris 
yaşılı  –  Cu(CH
3
COO)
2

3Cu(AsO
2
)
2
  və  şeele  yaşılı  –  Cu
2
As
2
O
5
 
çox zəhərli olduğundan (1-1,5 qramı ölümlə nəticələnə bilər) onun 
istifadəsi  və  saxlanması  zamanı  təhlükəsizlik  texnikasına  əməl 
olunmadıqda  ekoloji  çirklənmələr  baş  verir.  Suda  asan  həll 
olunduğundan  su  hövzələrində  toplanaraq  təhlükə  yaradır. 
Torpaqda  isə  uzun  müddət  qalaraq  bitkilər  vasitəsilə  insanlara 
keçə  bilir  ki,  bu  da  kannserogen  (xərçəng  şişləri  əmələ  gətirən 
maddələr –kanserogen adlanırlar) xassəyə malik olur. 
Mis  və  onun  birləşmələri  paxlalı  bitkilərin  toxumlarında  və 
qaraciyərdə toplanırlar. 

203 
Stibium-sürmə 
 
Stibiumun  birləşmələri  xalq  təsərrüfatında  geniş  tətbiq 
edilməkdədir.  Stibium  -  kalium    tartarat    SbO  (C
4
H
4
O
6
)  K

 
0,5H
2
O,  Sb
2
O
3
,  Sb
2
O
5
,  Sb
2
S
5
-qabların  üzərinə  emal  təbəqəsi 
çəkmək  üçün,  şüşə  istehsalında,  toxuculuq  sənayesində,  oda  da-
vamlı  parçaların, rezinin istehsalında istifadə olunur. 
Stibium birləşmələri tibbdə  və kosmetikada  geniş tətbiq  edilir. 
Surmin,  stibenil,  neostibazon,  solyusurmin  kimi  dərman 
preparatlarında stibium birləşmələri  əsas tərkib hissəni təşkil edir. 
Stibium  birləşmələri  böyük  dozada  istifadə  edildikdə 
zəhərlənmə    hadisələri  baş    verir.  Belə  ki,  SbO  (C
4
H
4
O
6
)  K

 
0,5H
2
O-nun 150 milliqramı ölüm dozası hesab olunur. 
Qədimdə  qadınlar  stibiumdan  qaşların  və  kirpiklərin  rənglən-
məsində  istifadə  edirdilər.  Sürmə-stibium  türk  sözü  olub  onların 
birləşmələrinin tətbiqi zamanı meydana gəlmişdir. 
Stibiumun  birləşmələri  orqanizmdə  uzun  müddət  qalaraq 
qaraciyərdə  və  böyrəklərdə  toplanır  ki,  bu  da  patoloji  xəstəliklər 
törədir. 
Odur  ki,  stibium  birləşmələrinin  istehsalı  və  tətbiqi  zamanı 
ekologiya  çirklənir.  Zavod  tullantıları  atmosferə  və  yer  qabığına 
yayılaraq uzun müddət dəyişmir. 
 
Arsen 
 
Arsenin  birləşmələri  qədim  zamanlardan  indiyə  qədər  farma-
sevtlərin,  toksikoloqların  və 
kimyaçıların  diqqətini  cəlb 
etməkdədir. 
Arsen  birləşmələri  çox  zəhərli  olduğundan  insanların  qisas 
məqsədi  ilə  istifadə  silahına  çevrilmişdir.  Ən  qorxulu  cəhət  odur 
ki, bu zəhərlər iysiz olub şirintəhər dada malikdir. Arsenin zəhərli  
birləşmələri  çox  az  miqdarda  istifadə  edilirdi  ki,  bu  da  uzun 
müddətli  təsir  göstərərək  ölümün  sirinin  açılmamasına  səbəb 
olurdu.  Arsenin  qeyri-üzvi  birləşmələrinin  0,05-0,1  qramı  ölüm 

204 
dozası hesab olunur. Odur ki, az miqdarından cinayət məqsədi ilə 
istifadə edilmiş və edilməkdədir. 
Arsenin  birləşmələrindən  hazırda  da  xalq  təsərrüfatında  geniş 
tətbiq edilir. 
As
2
O
3
-dən  kənd  təsərrüfatında  insektisid  və  konservant  kimi, 
şüşələrin  rəngsizləşdirilməsində,  gön-dəri  sənayesində  və  tibbdə 
istifadə olunur. 
Natrium  arsenatdan  –  Na
3
AsO
3
  kənd  təsərrüfatında  insektisid 
kimi,  kalsium  arsenitdən  Ca(AsO
2
)

çəyirtkələr,  ağcaqanadlar  və 
gəmiricilərlə mübarizədə istifadə olunur. 
Kalsium  arsenatlar  [Ca
3
(AsO
4
)
2

CaHAsO
4
]  insektisid  kimi 
hazırda  da  tətbiq  edilməkdədir.  Arsenin  tibbi  preparatları-Fauler 
məhlulu,  natrium  arsenat,  miarsenol,  novarsenol,  osarsol  və 
başqaları toksikoloji əhəmiyyətə malikdir. 
Arsenin  hidrogenli  birləşməsi  –  AsH
3
  qaz  halında  olub  çox 
zəhərlidir. Sənaye obyektlərində və məişətdə arsen hidridlə zəhər-
lənmə halları tez-tez baş verir. 
Orqanizmə  daxil  olan  arsen  fermentlərin  –  SH  qrupları  ilə 
birləşərək  onların  fosforlu  birləşmələrin  çevrilmələrindəki  rolunu 
aradan qaldırır. Digər tərəfdən toxumalara daxil olan arsen onları 
iflic vəziyyətə salaraq məhv edir. 
Arsenlə  zəhərlənmə  zamanı  ağızda  metal  tamı  əmələ  gəlir, 
kəskin mədə ağrılar ilə müşahidə olunan mədə bağırsaq işləmələri, 
susuzluq və qusma hadisələri özünü göstərir. 
Orqanizmə  daxil  olan  arsen  sidik  və  mədə-bağırsaq  möhtə-
viyatı  ilə  xaric  olunur.  Toxumalarda  isə  uzun  müddət  qala  bilir. 
Qara  ciyərdə  toplanaraq  toxumaları  məhv  edir  və  orqanın 
funksiyasını pozaraq serroz baş verir. 
Arsenlə  zəhərlənmə  hadisəsi  bir  neçə  ildən  sonra  da  müəyyən 
edilir.  Çünki  sümükdə,  dırnaqlarda  və  saç  tükündə  arsen 
dəyişmədən uzun müddət qala bilir. 
Arsenli birləşmələrin sintezi zamanı onun müəyyən miqdarı toz 
halında  atmosferə,  məhlul  halında  yer  qabığına  yayılır  ki,  bu  da 
ekoloji çirklənmə törədir. 

205 
Arsen  təbii  halda  yer  qabığında  birləşmələr  şəklində  geniş 
yayılmış  elementlər  sırasına  daxildir.  Torpaqda,  suda,  bitki  və 
heyvan  mənşəli  yeyinti  məhsullarında  eləcə  də  kal  meyvə  və 
tərəvəzlərdə xeyli miqdar arsenli birləşmələr toplana bilir. 
İnsanlar tərəfindən arsenin gündəlik qəbul dozası 1 milliqrama 
qədər  olur  ki,  bu  da  normal  hal  sayılır.  Bu  zaman  zəhərlənmə 
hadisəsi baş vermir. 
 
Bismut 
 
Bismut  metal  və  birləşmələr  halında  xalq  təsərrüfatında  geniş 
tətbiq  edilir.  Metal  bismut  aşağı  temperaturda  əriyən  ərintilərin 
alınmasında istifadə edilir. Bismut birləşmələrindən fotoqrafiyada, 
kosmetik 
preparatların  hazırlanmasında,  tibbdə  [BiOCL; 
Bi(NO
3
)
3

  ∙5H
2
O;  Bi(NO
3
)
3

Bi  (OH)
3
]  istifadə  olunur.  Bismut 
oksiddən – Bi
2
O
3
 billur şüşə istehsalında istifadə olunur. 
Bismutun  suda  həll  olan  duzlarından  tibbdə  dəri-zöhrəvi 
xəstəliklərində  indi  də  istifadə  olunur.  Onların  tətbiqi  zamanı 
orqanizmdən  və  tətbiq  dozasından  asılı  olaraq  zəhərlənmə 
hadisələri baş verə bilər. 
Bismut  birləşmələri  ilə  zəhərlənmə  zamanı  sinir  sisteminin 
pozğunluqları  müşahidə  olunur.  Orqanizmə  təbii  yolla  daxil  olan 
bismut birləşmələri mədə şirəsində olan birləşmələrlə, süd turşusu 
və  başqa  üzvi  maddələrlə  asan  həll  olan  kompleks    duzlar  əmələ 
gətirərək asanlıqla qana sorula bilir.  
Bismut  birləşmələri  orqanizmdə  uzun  müddət  qala  bilir.  Tər 
vəzləri  ilə  xaric  olunan  bismut  birləşmələri  dəridə  səpişiklər  və 
yaralar əmələ gətirmək xassəsinə malikdir. 
 
Kadmium 
 
Kadmium və birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilir. 
Tez  əriyən  ərintilərin,  qələvi  akkumlyatorlarında  elektrodların, 
kadmium  lampalarının,  mətbəə  şriflərinin  hazırlanmasında 

206 
kadmium metalından istifadə olunur. 
Kadmium  metalı  əridilərkən  çox  zəhərlidir.  Onun  oksidi  daha 
zəhərli  olub  mədə  turşusunda  (HCl)  həll  olaraq  xlorid  şəklində 
qana tez keçir. 
Kadmiumdan  məişət  qablarının  üzərinə  örtük  çəkilir.  Həmin 
qablarda turş yeməklər hazırladıqda kadmiumla zəhərlənmələr baş 
verir. 
Həzm  sisteminə  düşən  kadmium  birləşmələri  böyrəklərin 
fəaliyyətinə təsir edərək onların tez sıradan çıxmasına səbəb olur. 
Eləcə  də  qaraciyərin  və  ürəyin  piylənməsinə,  bağırsaq  qanax-
malarına şərait yaradır. 
Kadmium  birləşmələri  tütündə  daha  çox  olur.  Odur  ki,  siqaret 
çəkən  zaman  kadmium  oksid tüstü  ilə birlikdə  tənəffüs  yollarına, 
oradan da qana  keçərək  böyrəklərdə  və  qaraciyərdə  
toplanır. 
Kadmiumun ölüm dozası insanlar üçün müəyyən edilməmişdir. 
Lakin,  onun  havada  miqdarı  0,0001-0,001 mq/m
3
 miqdarında  ola 
bilər.  Oksidinin  aerozulu  atmosferdə  2500-2900  mq/m
3
  olduqda 
ölüm dozası hesab olunur. 
Orqanizmdən  kadmium  çox  gec  xaric  olur.  Ağır  metal  kimi 
amin,  karboksil  və  merkapta  qruplu  zülallarla  həll  olmayan 
birləşmələr  əmələ  gətirərək  toxumalarda  toplanır.  Kadmium 
mikroelement  kimi  bir  sıra  bitkilərin  tərkibində  olmasına  baxma-
yaraq, onların qəbulu zamanı zəhərlənmə hadisələri baş vermir. 
1955-ci  ildə  Yaponiyada  kadmium  birləşmələrinin  əmələ 
gətirdiyi  xəstəlik  müşahidə  edilmiş  və  buna  «itai-itai»  adı 
verilmişdir.  Əksərən  yaşlı  qadınlarda  əmələ  gələn  bu  xəstəliyin 
baş  vermə  səbəbləri  təhlil  edildikdə  məlum  olmuşdur  ki,  orta 
Yaponiyanın  İtsu  çayı  sahilində  istismar  olunan  sink  mədənlə-
rindən suya kadmium birləşmələri keçərək suvarılan düyü planta-
siyalarında məhsula daxil olur və belə düyü ilə qidalanan insanlar-
da,  kadmium  sümükdə  olan  kalsiumu  əvəz  edərək,  sümüklərin 
elastikliyini  azaldır  və  sümüklərin  azacıq  təzyiqdən  belə  qırılma-
sına səbəb olur. 

207 
Digər  tərəfdən  orqanizmə  daxil  olan  kadmium  sink  metalını 
onun fermentlərində əvəz edərək fermentlərin funksiyasını  pozur.  
Nəticədə  proteinuriya  (sidikdə    zülalın  miqdarının  artması)  baş 
verir. 
Kadmium  və  birləşmələri  sintez  edilən  zavodlarda  kadmiumla 
zəhərlənmələr tez-tez baş verir. Odur ki, təhlükəsizlik texnikasına 
əməl  olunmalı  və  zavod  tullantıları  atmosferə  və  su  hövzələrinə 
yayılmamalıdır. 
 
Sink 
 
Sinkin  bir  sıra  birləşmələri  sənayedə,  kənd  təsərrüfatında, 
məişətdə və tibbdə geniş istifadə edilir. 
Onun  suda  həll  olan  duzları  çox  zəhərlidir.  Sink  xloriddən 
dəmiryol şpallarının çürüməsinin qarşısını almaq üçün hopdurucu 
maddə  kimi  istifadə  edilir.  Lehimləmə  prosesində  də  sink 
xloriddən istifadə edilir. Sink fosfiddən – Zn
3
P
2
 gəmiriciləri məhv 
etmək  üçün,  sink  sulfatdan  isə  parçaların  rənglənməsi  zamanı 
istifadə olunur. 
Odur ki, sink birləşmələri ekoloji çirklənmə yarada bilir. Dəmir 
əşyaları  korroziyadan  qorumaq  üçün  üzəri  sink  təbəqəsi  ilə 
örtülür.  Sinklənmiş  məişət  qablarında  yemək  bişirilərkən  sink 
birləşmələri ilə zəhərlənmə hadisələri baş verir. 
Sinkin  az  miqdarı  mikroelement  kimi  orqanizm  üçün  vacib 
elementlərdən  olub,  onun  çatışmaması  zamanı  xərçəng  xəstəliyi 
əmələ  gəlir.  Çox  miqdarı  isə  güclü  zəhər  olub  mədəaltı  vəzdə 
toplanaraq onun fəaliyyətini məhdudlaşdıraraq hormonların sinte-
zini dayandırır. 
Sink  duzları  ilə  zəhərlənmə  zamanı  güclü  qusma  hadisəsi  baş 
verir  ki,  bu  da  müdafiə  refleksi  olaraq  sinkin  orqanizmdən  xaric 
olmasını təmin edir. 
Sink  filizlərinin  çıxarılması,  latun  və  bürünc  istehsalı  ilə 
məşğul  olan  fəhlələrdə    tez-tez    zəhərlənmə    hadisəsinə rast  gəli-
nir. Bu zaman bədən temperaturası 39-40
0
C qalxa bilir. 

208 
Sink  birləşmələri  sintez  edilən  zavod  tullantıları  təbiətə 
yayıldıqda ekoloji çirklənmə yaradır. 
 
Tallium 
 
Tallium  birləşmələri  şüşə  sənayesində,  elektrik  lampalarının 
hazırlanmasında 
kənd 
təsərrüfatı 
ziyanvericiləri, 
əsasən 
gəmiricilərlə mübarizədə, funqsid məqsədilə geniş tətbiq edilir. 
Tallium  duzlarından  az  miqdarda  tibbdə  tüklərin  tökülməsi 
zamanı  istifadə  edilir.  Talliumun  bütün  birləşmələri  çox  zəhərli 
olub,  ilk  növbədə  tüklərin  tökülməsi  ilə  müşahidə    olunur. 
Zəhərlənmə zamanı həzm sisteminin funksiyası pozulur, böyrəklər 
və qaraciyər zədələnir və sinir sisteminin iflici baş verir. 
Tallium  sulfatın  ölüm  dozası  0,1-0,2  qram  miqdarında 
müəyyən  edilmişdir.  Talliumun  mikroelement  kimi  orqanizmdə 
rolu  müəyyən  edilməmişdir.  Odur  ki,  təbbi  şəkildə  onun 
birləşmələrinə orqanizmdə rast gəlinmir. 
Tallium  birləşmələrinin  istehsalı  və  tətbiqi  zamanı  texnoloji 
proseslər  düzgün  aparılmadıqda  ekoloji    çirklənmələr  müşahidə 
edilir. 
 
Civə 
 
Civə  sərbəst  metal  halında  və  birləşmələr  şəklində  xalq 
təsərrüfatında  geniş  tətbiq  edilməkdədir.  Civədən  lüminesens 
lampaların,  ölçü-nəzarət  cihazlarının,  civə  nasoslarının  və 
düzləndiricilərin  istehsalında  istifadə  olunur.  Xlorun  elektroliz 
üsulu ilə alınmasında, qızıl və gümüşün filizlərindən ayrılmasında, 
kimyəvi  qabların  kalibirləşməsində  civə  metalından  istifadə  
olunur. 
Civənin  birləşmələrindən  civə  nitrat,  civə  sulfid,  civə  amido-
xlor,  sulema,  civə  yodid,  civə  oksisianid  və  civənin  üzvi 
birləşmələri tibbdə və başqa sahələrdə geniş tətbiq edilir. 

209 
Odur  ki,  insanların  civə  və  civə  birləşmələri  ilə  təması 
qaçılmaz  olub,  onunla  zəhərlənmə  hadisələri  tez-tez  baş  verir. 
Metal  civə  adi  şəraitdə  tez  buxarlandığından  civə  termometrləri 
sınarkən onun buxarları tənəffüs yolu ilə orqanizmə daxil ola bilir. 
Bu zaman sinir sistemini və ilk növbədə baş beyin yarımkürələrini 
zədələyir. 
Civə  2-xlorid  sulema  ilə  zəhərlənmə  zamanı  aminturşularda 
gedən  reaksiyalar  zamanı  həll  olmayan  birləşmələr  əmələ  gəlir. 
Sulemanın  ölüm  dozası  0,2-0,3  qram  olub  müalicəsi  mümkün 
olmayan hadisələr törədir. 
Orqanizmdən  civə  birləşmələri  çətin  ixrac  olur  və  əsasən 
böyrəkdə,  qaraciyərdə  və  dalaqda  toplanır.  Onun  təbii  yolla 
orqanizmə daxil olması da mümkün olub 0,0001 mq təşkil edir. 
 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin