Nüvə - yanacaqları müəssisələrində
yaranan radionukleoidlər
XX əsrdə dünyada istehsal olunan elektrik enerjisinin 17%-i nüvə
energetikasının payına düşür.
2000-ci ildə 34 ölkədə 441 nüvə reaktorları fəaliyyət göstərir və
42 ədədi də tikilmək üzrə idi. Ən çox nüvə reaktoru ABŞ-da 110,
Fransada-57, Yaponiyada-54, Rusiyada-36, İngiltərədə-35 qurulmuş-
dur.
Nüvə-Yanacaq siklinin bütün mərhələrində; Uran filizlərinin
çıxarılması, zənginləşməsi, enerji istehsalı, radioaktiv tullantıların
saxlanması zamanı ətraf mühit radioaktiv maddələrlə çirklənir.
Atom elektrik stansiyaları standart texnologiya ilə işlədikdə
insanlar tərəfindən qəbul edilən orta illik effektiv doza, istilik
elektrik stansiyalarına nisbətən 10-15 dəfə az olur.
Atom elektrik stansiyalarının normal işləməsi zamanı ətraf mühitə
qaz halında
3
H-tritium,
85
K-radiokripton,
133
Xe-radioksenon, CO
2
şəklində
14
C-radiokarbon yayılır.
Yarım parçalanma dövrü az olan radioaktiv qazlar AES-dan bir
qədər aralıda olan zonalara təsir göstərmir. Lakin yarımparçalanma
dövrü 10 ildən çox olan radioaktiv tullantılar isə ekoloji təhlükə
yaradır. Belə qazlara tritium T
2
=12,3 il, kripton-85=10,76 il, karbon-
14=5730 il göstərmək olar.
Atom elektrik stansiyalarında 1 QVt elektrik enerjisi istehsal
olunduqda 1 ton radioaktiv parçalanma məhsulları alınır. Bundan
başqa işlənmiş yanacağın tərkibində Plutonium və digər transuran
elementlərinin izotopları toplanır.
Radioaktiv tullantılar üç qrupa ayrılır:
Aşağı aktivli maye tullantılar – aktivlik vahidi 10
-5
Ku/l-dən az
olanlar.
Orta aktivli maye tullantılar – aktivlik vahidi 10
-5
Ku/l-dan
çox
olanlar.
Yüksək aktivli maye tullantılar – aktivlik vahidi 1 Ku/kq-dan
226
artıq olanlar.
Uzun müddət aşağı və orta aktivli maye tullantılar sulara
axıdılırdı.
Təxminən 95000 ton belə tullantılar gəmilər vasitəsilə Atlantik
Okeanına axıdılmışdır ki, onun ümumi aktivliyi 1¸10
6
Ku
bərabərdir. Aktivliyi 2,2¸10
6
Ku olan bərk və maye radioaktiv
tullantılar Karsk dənizinə axıdılmışdır. Təkcə «Lenin» buzqıran
gəmisinin 16 reaktorundan küllü miqdarda radioaktiv tullantı
Karsk dənizinə tökülmüşdür.
Yalnız 1992-ci ildə radioaktiv tullantılarının dəniz və okean-
lara axıdılması qadağan edilmişdir. Bir sözlə, radioaktiv tullantı-
ların təhlükəsiz saxlanması problemə çevrilərək nüvə energetika-
sının inkişafında bir maneyə çevrilmişdir.
Hazırda az və orta aktivli tullantıları xüsusi hazırlanmış
«qəbirsanlıqlarda» saxlayırlar. Onlar az dərinlikli hövzələr olub
gil təbəqəsinin üstündə yaradılır ki, qrunt sularına keçməsinin
qarşısı alınsın.
Yüksək aktivli radioaktiv tullantıların saxlanması əsl problemə
çevrilmişdir. Belə «qəbirsanlıqların» müddəti 10 il müddətinə
hesablanmalıdır.
Adətən belə «gəbirsanlıqlar» geoloji formasiyalar dərinliyində
olur. Belə formasiyalardan ən əlverişlisi qranit təbəqəsidir. Həmin
təbəqədə quyular vurulur və xüsusi konteynerlərdə (onlar əsasən
qurğuşundan hazırlanır) tullantılar oraya atılır. Bu zaman geoloji
çatlar, seysmik silkələnmələrdən əmələ gələn çatlar vasitəsilə
sıxılmalar yaranır ki, bu da çox təhlükəlidir.
Odur ki, radioaktiv tullantıların saxlanması dünyəvi problemə
çevrilərək heç bir dövlətdə sona qədər həll edilməmişdir.
Nüvə qəzaları zamanı ətraf mühitin çirklənməsi
Hazırki zamanda AEC-da nüvə reaktorlarında və atom sualtı
qayıqlarında mütləq təhlükəsizlik yaratmaq mümkün deyildir. 1945-
1987-ci illərdə14 ölkənin AEC-da 150 hadisə baş vermişdir ki,
onlardan 27-si qəza kimi qeyd edilmişdir. Onlardan ən təhlükəlisi
227
1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl şəhərində fəaliyyət
göstərən AEC-da baş vermişdir.
Stansiyanın 4-cü blokunda partlayış nəticəsində (temperatura
tənzimləmək mümkün olmadığından istilik 4000
0
C-yə çataraq suyun
termiki parçalanması baş vermiş və qaz qarışığı partlayaraq reaktoru
dağıtmışdır) atmosferə radioaktiv maddələr yayılmağa başladı. Bu
zaman aktiv zonada 1500 Mku radioaktiv parçalanmaya malik
radionuklid toplandı.
Radioaktiv məhsulun əsasını
85
Kr və
133
Xe təşkil edirdi. Nüvə
yanacağı betonla birlikdə əriyərək şüşəyəbənzər lava əmələ gətirərək
4-cü blokda toplandı. Bundan başqa yanacaq dağılaraq qrafit və
tikinti materillarından yaranan 20 tona yaxın toz halında qarışıq
əmələ gəldi. Həmin tozun 2 tona yaxın miqdarı hələdə orta zalda
qalmaqdadır.
Yanacağın lavada dəqiq miqdarı məlum deyildir. Hesablamalara
görə sarkofakda 180 ton uran olmalı idi və onun da 150 tonu lavanın
tərkibində ola bilərdi.
Alınan məlumatlara əsasən qəza nəticəsində ətrafa 7 ton Uran
oksidi səpələnmişdir.
Çernobıl qəzasının əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir
ki, təxminən 2000 metr yüksəkliyə qalxan və oradan da yer qabığına
çökən «qaynar hissəciklərin» olmasıdır. Bu «qaynar hissəciklər»
atom yanacaqları olub aktivliyi 0,1 Bk/mkq olan hissəciklərdir. Bu
hissəciklərin ölçüsü 5-100 mikron olub əsas tərkibi ərimiş lava hissə-
ciklərindən ibarətdir. Onun toz halında olan hissəcikləri atmosferə
yayılaraq min kilometrlərlə uzaqlara səpələnmişdir. Ukraina, Rusiya,
Belorusiya, Litva və Avropa ölkələrində bu «qaynar hissəciklər»
qeyd olunmuşdur. Hətta qəzadan beş il sonra onların varlığı haqqında
məlumatlar alınmışdır.
Yer qabığına çökmüş radioaktiv hissəciklər yağış və qrunt
suları ilə sürətlə miqrasiya edərək 1000 km yol qət edə bilmiş və
ətraf mühiti çirkləndirmişdir.
228
Sual və tapĢırıqlar
1.Radionuklidlər nədir və ətraf mühitə necə yayılırlar?
2.Radioaktiv izotoplardan ətraf mühitdə ən çox yayılanları
hansılardır? Radionuklidlər insan orqanizmində hansı dəyiĢiklər
yarada bilirlər?
3.Təbii radioaktiv çirklənmənin mənbəini göstərin?
4.Atom enerjisindən istifadə zamanı ətraf mühit necə çirklə-
nə bilir və onun qarĢısını neçə almaq olar?
5. «Çernobıl qəzası» neçə baĢ vermiĢdir? Onun törətdiyi
bədbəxt hadisələri göstərin.
229
XII fəsil
RASĠONAL QĠDALANMANIN ƏSASLARI
İnsan orqanizminin normal fəaliyyəti üç əsas faktorlarla -qida,
su və hava oksigeni –müəyyən edilir.
Qida məhsullarının qəbulu va mənimsənilməsi birlikdə
„qidalanma" adlanır və aşağıdakıları müəyyən edir:
Qidanın qəbul qaydaları va normasının müəyyənləş-
dirilməsi ;
Həzm prosesesi va onun mərhələləri ;
Qidanın metobolizmi nəticəsində əmələ gələn maddələrin
sorulması və mənimsənilməsi;
Orqanizmin enerji mənbəinin yaranması üçün sərf olunan
qida normaları;
Orqanizmin inkisaf mərhələlərindən asılı olaraq toxuma-
ların və hüceyrələrin funksiyasının tənzimlənməsi.
Qida maddalərinin orqanizmdə təsir mexanizmini və həzm
prosesinin bütün incəliklərini qidalanmanın fiziologiyası öyrənir.
12.1.
Qida maddalərinin fizioloji kimyası
İnsanlar tərəfindən istifadə olunan qida mahsulları təbii və
istehsal olunma növlərindən asılı olmayaraq mürəkkəb bir sistem
olub, fiziki – kimyəvi xassələrinə, tərkib quruluşuna va təmizlik
dərəcəsinə görə xarekterizə olunur.
Müasir
qida
texnologiyasının
inkişaf
səviyyəsinin
təkmilləşdirilməsi nəticəsində istifadə olunan qida mahsulları üç
komponentdən ibarətdir:
1. Ərzaq xammalları. 2. Qida əlavələri 3. Bioloji aktiv əlavələr.
Ərzaq xammaları müxtəlif çeşidlərdən ibarət olub, əsasən bitki,
heyvan, mikrobioloji və həmçinin mineral mənşəli məhsullardan
ibarətdir.
230
I. Makronutriyentlər
Sulukarbonlar Lipidlər (o
cümlədən xolesterin)
Zülallar
Vitamin əvəzləyiciləri
Vitaminlər
Makro və mikroelementlər
Doymamış yağ turşuları
Oliqosaxaridlər
II. Mikronutriyentlər
Ballast maddələr
Zəhərli maddələr
III.Yeyilməyən
maddələr
Fosfolipidlər
Aminturşular
(əvəzolunmayan)
Bioloji aktiv maddələrin
sintez əvəzləyiciləri
Qida lifləri
Parafarmasevtiklər:
Polifenollar, üzvi turşular, biogen aminlər, biflavanoidlər,
nizamlayıcı peptidlər, alkaloidlər, qlikozitlər, indollar,
allilər, kumarinlər, efir yağları və başqaları
Qida əlavaləri təbii və sintetik maddalər olub, qida
məhsullarına əvvəlcədən müəyyənləşdirilmiş xassələr vermək
üçün tətbiq edilir.
Bioloji aktiv qida əlavaləri (BAQƏ) – təbii və sintetik yolla
alınmış və orqanizmə lazım olan, lakin mövcud qida maddələrində
rast gəlinməyən birləşmələrdir.
Biokimyəvi nöqteyi nəzərincə qida məhsullarının tərkibində
olan maddələr ümumiləşmiş formada üç əsas siniflərə bölünür:
onlardan ikisi alimentar adlanır (ingiliscə alimentariy –qidalanma,
həzm olunma mənasını verir) makronutrient və mikronutrient
olaraq göstərilir, üçüncüsü isə həzm olunmayan maddələrdir. Hər
bir sinfə daxil olan və qida məhsullarının tərkibində rast gəlinən
qida maddələri öz tərkibinə, xassəsinə və fizioloji təsirinə görə
bir-birindən fərqlənirlər.
Müasir təsəvvürlərə əsasən əsas qida məhsulları fərqli
xassələrinə görə aşağıdakı təsnifata uyğun gəlir:
Makronutrientlər (latın sözü olan nitribio - qidalanma
deməkdir) əsas qida maddələri olub, qida məhsullarının tərkibində
231
faiz miqdarına görə çoxluq təşkil edir. Bu sinif birləşmələr enerji
mənbəyi və orqanizmin quruluş maddələri olub, əsasən zülallar,
lipidlər və sulukarbonlardan ibarətdir.
Mikronutrientər - qida məhsullarında az miqdarda olub
orqanizmdə bir sıra effektiv fizioloji prosesləri həyata keçirirlər.
Bunlar vitaminlər, vitaminəbənzər maddələr və makro- mikroele-
mentlərin əmələ gətirdiyi mineral maddələrdir.
Üçüncü sinfə daxil olan maddələr qida məhsullarının tərki-
bində olsa da, orqanizmin həyat fəaliyyətində istifadə olunmur.
Bunlar qida məhsullarına əlavə edilən aromatlaşdırıcılar, piqment-
lər və təbii yolla qida məhsullarına qarışan toksiki birləşmələrdir.
12.2.
Qidalanma və həzmolunma
Həzm olunma məfhumu, qəbul edilən qida maddələrinin
çevrilmələrinin ilk mərhələsi olub, qidanın quruluşu və tərkibinin
dəyişməsi kimi nəzərdə tutulur. Başqa sözlə həzm olunma, qida
maddələrinin fermentlər, hormonlar və digər təsirlərdən parçala-
naraq orqanizm tərəfdən mənimsənilə bilən hala çevrilməsidir.
Müasir fizioloji təsəvvürlərə əsasən həzm prosesi, orqanizmdə
üç əsas mərhələlərdən ibarətdir:
1.
Həzm orqanlarında ağız boşluğu, mədə və bağırsaqlarda baş
verən bütün qida çevrilmələri.
2.
Hüceyrə membranlarında gedən maddələr mübadiləsi
3.
Hüceyrə daxilində gedən parçalanmalar və yeni enerji
mənbəli birləşmələrin sintezi
İnsanlarda həzm sistemi aparatı 8-12 metr uzunluğunda olub
aşağıdakı ardıcıllıqla yerləşən orqanlardan - ağız boşluğu, udlaq,
qida borusu, mədə, onikibarmaq bağırsağı, nazik, yoğun və düz
bağırsaqlardan ibarətdir.
Mədə-bağırsaq yolları əsas üç funksiyanı həyata keçirir.
Həzm prosesi;
Sorulma;
Tənzimlənmə.
Bu funksiyalar zamanı qəbul edilən qida maddələri dəyişikliyə
232
uğradıqdan sonra həzm orqanlarının xüsusi hərəkətləri nəticəsində
ötürülərək müxtəlif nöqtələrdə sekresiya vəzlərinin təsiri ilə
dəyişir, həzm orqanlarını səthində olan xovlar vasitəsilə sorularaq
qana keçir. Həzm sistemlərində qəbul edilən qida fiziki və
kimyəvi dəyişiriklərə məruz qaldıqdan sonra mənimsənilən hala
keçir. Bu zaman bir sıra proseslər bağırsağın perestatitikası,
sekresiv proses, hidroliz və sorulma nəticəsində maddələr mübadi-
ləsi həyata keçirilir və orqanizmin həyat fəaliyyəti təmin edilir.
Həzm sisteminin hər hansı bir stadiyası pozulduqda, maddələr
mübadiləsi tam getmir və orqanizmdə gedən fizioloji proseslərin
tamlığı təmin olunmur.
Qida qəbul edildikdən sonra ağız boşluğunda dişlər vasitəsilə
xırdalanaraq fiziki dəyişikliyə uğrayır. Bu zaman xırdalanmış və
ağız suyunun (ağızda olan ptialin fermentlərinin təsirilə) təsirilə
qismən dəyişikliyə uğrayaraq udlağa, oradan da, qida borusuna
daxil olur.
Həzm orqanlarında qida çevrilmələri fiziki və kimyəvi
hadisələrə uğrayaraq, xırdalanır, qarışdırılır, sekresiya şirələri
vasitəsilə həll olur, hidrolizə uğrayır və nəhayət sorulur.
Maddələr mübadiləsinin əsas fazalarından biri qidanın
fermentativ parçalanmasıdır ki, bu hidroliz prosesi ilə (hidro-su,
liz- dağılma) eyni vaxtda baş verir.
Qida məhsullarında olan makronutryenlərin hər biri üçün
xüsusi ferment qrupları fəaliyyət göstərir:
Zülalları parçalayan fermentlər proetazalar adlanır;
Yağları parçalayan fermentlər lipazalar adlanır;
Sulukorbonları parçalayan fermentlər amilazalar
adlanır.
Həzm sistemində fermentlər xüsusi sekresiya vəzləri tərəfindən
hazırlanır və insanların gündəlik ifraz etdiyi 7 litrə qədər şirələrin
tərkibində olur. Sekresiya şirələrinin tərkibində fermentlərdən
başqa su, müxtəlif duzlar, xlorid turşusu və qidanın sürüşkənliyi
artırmaq üçün Selik olur.
Həzm sistemi elə qurulmuşdur ki, orqanizmin varlığını təmin
etmək üçün, həyat şəraitindən asılı olaraq qəbul edilən qidalara
233
uyğun şirə tərkibi ifraz olunur.
Əcdadlarımız uzun müddət bütün qidaları, o cümlədən əti çiy
qəbul etmişlər. Odun yaranmasından sonra bişmiş qidalara keçmiş
və həzm sistemində evolyusiya edilən dəyişikliklər insanların
hazır qidaya keçməsi ilə əlaqədardır.
Dişlərin tez tökülməsi, sonuncu dişlərin istifadə olunmaması
nəticəsində atrofiyaya uğraması (bəzi insanlarda hətta olmur və ya
tez xarab olur), kor bağırsağın fəaliyyətsizliyi buna misaldır.
İnsan orqanizminin təbii mühitə və müxtəlif qidalara
uyğunlaşması prosesi uzun müddətli olub, sekresiya şirələrinin
tərkib dəyişməsi ilə xarakterizə olunur. Bir sözlə, “ferment dəsti”
qidanın tərkib və quruluşuna uyğun formalaşır. Bu balansın pozul-
ması bir sıra çətin müalicə olunan xəstəliklərin baş verməsinə
səbəb olur. Aşağıdakı cədvəldə bunu aydın müşahidə etmək olar.
İnsanın həzm fermentləri və onların mühüm xassələri
Fermentlər
p H-ın optimal
qiyməti
Qida növünə uyğunluq
Uyğun gəlir
Uyğun gəlmir
Zülallara təsir edən
fermentlər proteazalar:
pepsin
Qstriksin
Tripsin
Hemeotripsin
Aminopeptidazalar
Karboksidipeptidazalar
Dipeptidazalar
Sulukarbonlara təsir
edən fermentlər
amilazalar α-amilaza
ptialin
Disaxaridazalar
Yağlara təsir edən
fermentlər-lipazalar
1,0-1,5
2-3
8
8
8
8
8
7
6,5-7,5
8
Qlobulyar təbiətli
bütün zülallar
Həmçinin
Həmçinin
Həmçinin
Aminturşu tərkibli
peptidlər
Həmçinin
Dipeptidlər
Nişasta, qlikogen və
başqa α polisaxaridlər
Saxaroza, maltoza,
laktoza
Asilqliseridlər
Karabinlər, elastinlər
kollogenlər və s.
Həmçinin
Həmçinin
Həmçinin
Həmçinin
Həmçinin
Həmçinin
Selüloza, hemiselüloza
Həmçinin
Liflər
234
Mədə
şirəsi
1
2
3
4
5
6
8
Həqiqətən də həzm prosesinin effektiv getməsi üçün həzm
sistemində olan sekresiya vəzlərinin ifraz etdiyi fermentlər
dəstinin kompleks təsiri vacibdir.
Həzm sistemləri qida borusu, mədə və bağırsaqların üç əsas
örtük toxumaları olub:
Daxili selikli qişa və orta təbəqədə yerləşmiş sekresiya
vəzləri;
Orta əzələli qişa. Əsas vəzifəsi yığılma və açılma
hərəkətləri edərək həzm kanallarında qidanın hərəkətini
təmin etmək;
Xarici seroz qişa və ya örtük təbəqəsi.
Qidanın mədə bağırsaq sistemində həzm olunması və
sorulması aşağıdakı sistem üzrə təmin edilir.
Ağız boĢluğu, (1) pH = 7.
Nişastanın tüpürcək vəzlərinin ifraz
etdiyi amilaza fermentinin təsiri ilə
həzm olunmasını təmin edir.
Qida
borusu. (2) Qida
qarışığının mədəyə ötürülməsini
təmin edir.
Mədə, (3) pH1-3. Pepsin
fermentinin və mədə şirəsinin təsiri
ilə zülallarını və sulukarbonların
mübadiləsini təmin edir.
Öd kisəsi, (4) öd turşularının
və onların duzlarının toplanmasını
onikibarmaq
bağırsağına
ötürülməsini təmin edir.
Mədəaltı vəzi. (5) Protelitik
fermentləri və hormonları ifraz edir.
Tərkibində hidrokarbonat ionu da –
HCO
3
- olur.
Onikibarmaq bağırsağı, (6)
pH
7-8
olub,
yağların
öd
7
235
möhtəviyatı vasitəsilə emulsiyala-
masını və fermentlərin təsiri ilə
həzm
prosesinin yekunlaşmasını
təmin edir.
Nazik bağırsaq (7) hidrolizə və fermentativ dəyişikliyə
uğramış, maddələr mübadiləsi nəticəsində əmələ gəlmiş saxaro-
zaları, aminturşuları, yağları, suda həll olmuş elektrolitlərin qana
ötürülməsini təmin edir.
Yoğun bağırsaq (8) bağırsaq mikroflorasının təsiri ilə həzm
olunmayan qida qalıqlarının parçalanması və sorulmasını təmin
edir.
Ağız boşluğunda qida dişlər vasitəsilə xırdalanır, ağız-suyu
vasitəsilə isladılır və köpdürülür. Nəticədə qida hissəciklər
halında yumrulanır və dil-udlaq vasitəsilə qida borusuna keçirilir.
Qidanın ağız boşluğunda həzm olunması 15-20 saniyə
müddətində baş verir. Çeynəmə nə qədər uzun müddətli olsa
həzim prosesi bir о qədər yaxşı gedər. Ağız boşluğunda qida fiziki
təsirlərdən başqa kimyəvi təsirlərə də -depolimerləşmə və ağız
suyunda olan fermentlərin təsiri ilə parçalanma prosesi məruz
qalır. Neytral mühitli ağız suyunda olan fermentlərin təsiri ilə sulu
karbonların mübadiləsi baş verir. Həzm olunma müddəti çox qısa
olduğundan nişastanın qlükozaya çevrilməsi burada baş vermir.
Oliqosaxaridlərin qarışığından ibarət olan qida kütləsi əmələ
gəlir.
Çeynənmiş qida, qida borusu ilə həcmi 2-4 litrə bərabər qırışlı
daxili örtüyü olan mədəyə düşür. Mədədə qida, mədə şirəsi və
mədəaltı vəzin sintez etdiyi hormonların təsiri ilə kimyəvi
dəyişikliyi uğrayaraq həzm olunur. Mədədə qidanın həzm prosesi
tərkibindən asılı olaraq 3, 5-10 saat müddətində gedir.
Mədəaltı vəzin sintez etdiyi şirə gün ərzində 1,5-2,5 litr olub,
rəngsiz şəffaf mayedir. Onun tərkibində 0,4-0,5%-li xlorid turşusu
olur ki, mühitin pH-nı 1-3-ə çatdırır. Xlorid turşusu zülalları
parçalayır (denaturasiya) pepsinogenlərin təsiri üçün lazım olan
mühit yaradır, patogen bakteriyaların və qidada olan
236
təkhüceyrəlilərin (suda infuzorlar ola bilir) inkişafını dayandırır,
mədənin yığılıb-açılma hərəkətlərini təmin edir və enterokinaza-
nın ifrazını təmin edir.
Mədədə əsasən üç cür fermentlər fəaliyyət göstərir:
a.
tüpürcəkdə olan və ilk 30-40 saniyədə təsir göstərən və
turş mühitdə fəallaşan amilazalar.
b.
mədə şirəsində olan, zülalları, polipeptidlərləri jelatinə
qədər parçalayan proteaza fermentləri -pepsin, hastriksin
və jelatinaza;
c.
yağları parçalayan lipaza fermentləri.
Qida maddələrində olan peptid rabitələrinin 10%-ə
qədəriparçalanır və nəticədə suda həll olan tərkibə çevrilir. Burada
lipazaların təsiri böyük olmur, çünki onlar emulsiyalamış və pH-ı
zəif qələvi olan yağları parçalayır.
Mədədə məhlul və yarı məhlui halına keçən qida onikibarmaq
bağırsağına keçir (oniki əl barmaqlarının eni qədər uzunluğu olur)
burada fermentativ proses daha güclü gedir və buraya reflektor
olaraq tökülən öd möhtəviyyatının təsiri ilə yağlar emulsiyalaşır
kiçik hissəciklərə çevrilir.
Onikibarmaq bağırsağına keçən qida mədəaltı vəzin sintez
etdiyi şirə vasitəsilə və bağırsaq divarlarının selikli qişasının ifraz
etdiyi selikli maddələrin təsiri ilə parçalanır. Mədəaltı vəzin sintez
etdiyi hidrokarbanat anionunun təsiri ilə mühitin pH-ı zəif
qələviyə (pH=7,8-8,2) çevrilir.
Mədədən onikibarmaq bağırsağa keçən məhlulun mühiti turş
olduğundan, burada xlorid turşusunun neytrallaşması prosesi gedir
və mühit tədricən dəyişərək qələvi mühitə keçir.
Onikibarmaq, bağırsaqda mədəaltı vəzin fermentləri — tripsin,
hemotripsin, karboksipeptidazalar və aminopeptidazalar —
fəaliyyət göstərərək zülalları və polipetidləri parçalayır.
Lipazalar isə öd turşularının təsiri ilə emulsıyalaşmış yağları
parçalayır, amilazalar nişastanı tam hidrolizə uğradaraq
maltozalara çevirir. Həmçinin ribonukleazalar və dekobonukleo-
237
zalar ribonuklein turşularını (RNT) və dezoksiribonuklein turşula-
rını ( (DNT) parçalıyır.
Mədəaltı vəz qida qəbulundan 2-3 dəqiqə sonra 6-14 saat
müddətindən şirə ifraz edərək onikibarmaq bağırsağında qidanın
tam həzm olunmasını təmin edir.
Mədəaltı vəzin ferment tərkibli reflektor olaraq dəyişir və
qidanın tərkibindən asılıdır. Məsələn, şəkərli maddələr çoxluq
təşkil etdikdə insulin hormonu, yağ üstün olduqda lipazalar daha
çox sintez olunur.
Mədəaltı vəzin şirələrindən başqa onikibarmaq bağırsağa öd
yolları da açılır. Od qida qəbulundan 5-10 dəqiqə sonra qaraciyər
hüceyrələri vasitəsilə sintez olunaraq onikibarmaq bağırsağa
tökülür. Yaşlı insan bir gün ərzində 500-700 ml öd sintez edir. Öd
mürəkkəb tərkibli məhlul olub aşağıdakı funksiyaları həyata
keçirir:
yağların emulsiyalamasını və hidrolizini həyata keçirə-
rək alınan məhsulları həll edir;
pankreativ və bağırsaq fermentlərini aktivləşdirir;
nazik bağırsaqların sekresiyasını və perestatikasını
nizamlayır;
mədəaltı vəzin sekresiyasını nizamlayır;
tripsinin aktivliyini artıraraq turş mühiti neytrallaşdırır
yağların mübadiləsini həyata keçirərək, onların nazik
bağırsaqlarda qana sorulmasını asanlaşdırır və amin
turşuların limfa sisteminə keçməsini təmin edir.
Qidanın həzm olunmasında, bağırsaq divarlarında əmələ gələn
selikli maddələrin də böyük rolu vardır. Bu maddələr arasında,
mədəaltı vəzin şirəsində passiv vəziyyətdə olan proteolitik
fermentlərin aktivləşməsini həyata keçirən enterekinaza fermenti
də vardır. Həmçinin monosaxaridlər və disaxaridlər bağırsaq
şirələrinin təsiri ilə mübadiləyə məruz qalırlar.
Nazik bağırsaqlarda qidanın əsas komponentlərinin parça-
lanması başa çatır. Səthdə gedən həzm prosesindən başqa bağırsaq
238
hüceyrələrinin membranlarında da maddələr mübadiləsi və meta-
bolizm prosesləri gedir. Burada da həzm fermentləri iştirak edir və
disaxaridlər monosaxaridlərə, peptidlər aminturşulara qədər dəyi-
şikliyə uğrayır. Nazik bağırsaqlar boyunca, qidalı maddələrin
bağırsaq xovlarının bir tərəfli keçiriciliyi xassəsinə uyğun olaraq
sorulma prosesi gedir və orqanların, toxumaların fəaliyyəti tənzim
edilir.
Bağırsaq divarlarında çoxlu miqdarda qırışlar vardır ki, bu
qırışların hesabına onun diametri arta bilir. Bağırsaqlar ifraz etdiyi
selikli maddələrin hesabına çox sürüşkəndir və qida möhtəviy-
yatının ötürülməsini asanlaşdırır. Bundan başqa bağırsaq divarın-
da xovlar mövcuddur ki, bunlar epiteli toxumaları ilə örtülmüş və
qıf şəkilli olaraq, sorulma prosesini asanlaşdırır. Bütün bunlar
bağırsağın səth sahəsini çoxaldaraq 180 m
2
-ə çatdırır. Bağırsaq
divarlarında yerləşən kiçik ölçülü qan və limfa kapillyarları həmin
qıfların sonluğunda yerləşərək, keçən qidalı maddələri qəbul edir
və lazımı yerlərə çatdırırlar.
Tədqiqatlar göstərmişdir ki, bir saat müddətində nazik
bağırsaq divarlarından qidalı maddələrin həll edilmiş 2-3 litr
məhlulu keçə bilir. Bağırsaq divarları özlüyündə seçicilik
xassəsinə malikdir:
Yuxarı hissədə əsasən monosaxaridlər və yağda həll
olan vitaminlər sorulur;
Orta hissədə su və onda həll olmuş qeyri üzvi
maddələr, eləcədə sorulmağa macal tapmayan yağda
həll olan vitaminlər sorulur;
Aşağı hissədə B
12
vitamini və öd turşusunun duzları
sorulur;
Yoğun bağırsağın uzunluğu orqanizmlərdən asılı olaraq 1,5-4
m həddində dəyişir və burada demək olar ki, həzm prosesi getmir.
Burada qəbul edilən suyun 95%-i, duzlar, qlükoza, bəzi vitaminlər
və bağırsaq mikroflorası tərəfindən sintez olunan aminturşular
239
sorulur. Sorulan qidalı maddələr qarışığı gün ərzində çox olmayıb
0,4-0,5 litr təşkil edir.
Yoğun bağırsaq müxtəlif mikroorqanizmlərin yaşayış sahəsidir.
Həzm
olunmayan
qida
maddələrini
mənimsəyərək
bu
mikroorqanizmlər çoxalır və üzvi turşuları-süd, propion, yağ
turşularını sintez edir. Burada həmçinin müxtəlif çürümə və
qıcqırma bakteriyalarının fəaliyyəti nəticəsində karbon qazı,
metan, hidrogen, sulfid və digər qazlar əmələ gəlir.
Bağırsaq mikroflorası, həddindən artıq antibiotik qəbul
edildikdə qismən məhv olur və orqanizmin fəaliyyətində lazım
olan aşağıdakı proseslər pozulur:
В qrupu vitaminlər, fol turşusu, pantoten turşusu, H və
К vitaminlərinin sintezi getmir;
Öd turşularının metabolizm prosesi pozulur və toksiki
qarışıqların parçalanması getmir;
Orqanizmdə gedən maddələr mübadiləsi nəticəsində
əmələ gələn və yoğun bağırsağa qədər dəyişikliyə
uğramayan toksiki maddələr zərərləşmir;
Orqanizmin immun sistemi pozulur və nizamlanmır.
Dostları ilə paylaş: |