Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   ...   14   15   16   17   18   19   20   21   22

Vitaminlər  orqanizm  üçün  əvəzolunmaz  maddələr  olub, 
onların  təsir  mexanizmi  yaxşı  öyrənilmişdir.  Bir  sıra  fermentativ 
proseslərdə  yaxından  iştirak  edərək  bioloji  əhəmiyyətə  malik-
dirlər.  Orqanizmin  vitaminlərə  gündəlik  tələbatı  qram  və  milli-

251 
qramlarla ölçülməsinə baxmayaraq  funksiyaları  böyük  olub, təbii 
məhsulların tərkibində çox olurlar. 
Qeyri-üzvi  maddələr  və  mikroelementlər  orqanizmin 
yaranmasında və inkişafında əsas rol oynayan maddələrdir. 
 
12.3.2
 
Rasional qidalanmanın ikinci prinsipi 
 
Rasional  qidalanmanın  ikinci  prinsipinə  əsasən,  orqanizmin 
enerjiyə  tələbatının  ödənilməsi    üçün    lazım    olan    makroele-
mentlərdən   başqa   əvəzolunmayan aminturşular, əvəzolunmayan 
ali yağ-turşuları, vitaminlər və mineral tərkibli birləşmələr qidanın 
tərkibində olmalıdır. 
Beləliklə,  tam  dəyərli  qida  rasionu  о  zaman  yaranar  ki,  onun 
tərkibində  5  əsas siniflərə ayrılan  və hər biri orqanizmdə  mühüm 
rol oynayan qidalı maddələr olsun. 
Sulukarbonlar  ən  geniş  istifadə  olunan  qida  məhsulları  olub, 
orqanizmin enerji balansının çox hissəsini təmin edir. 
Enerji  dəyərliliyi  4  kkal/q  təşkil  edir.  Bundan  başqa 
sulukorbonların parçalanma məhsulları hüceyrələrin biosintezində 
əsas fraqment kimi istifadə olunurlar. 
Öz - özlüyündə sulukarbonlara insanların istifadə etdikləri qida 
maddələrində əvəzolunmayan nutriyentlər deyilir, təbii ehtiyatları 
çoxdur, zülal və yağlardan fərqli olaraq ucuz başa gəlir. Odur ki, 
bir çox ölkələrdə əsas qida maddələri kimi geniş istifadə olunur. 
Tədqiqatlar  göstərmişdir  ki,  yer  kürəsi  əhalisinin  beşdə  dördü 
əsas  bitki  mənşəli  qida  maddələrindən  istifadə  edir  ki,  onun  da 
70% sulukarbonlardan ibarət olub kaloriliyinə görə isə 90% təşkil 
edir.  İnkişaf  etmiş  ölkələrdə  qida  rasionunun  65%-ni    süd  və  ət 
məhsulları  təşkil  edir.  Sulukorbonların  verdiyi  enerji  isə  45% 
təşkil edir. Orqanizmin sulukarbonlara olan gündəlik tələbatı 400-
500 q olub, onun yalnız 10-20% şəkərin
 
payına düşür
Gün  ərzində  50-100  q  artıq  şəkər  istifadə  etdikdə  orqanizmdə 
bir  sıra  problemlər  yaranır:  göz  suyu  çoxalır,  dişlər  kareisə 
uğrayır. Sulukarbonlardan qida rasionunun tərkibində nişasta çox 

252 
olur.  Nişasta  yüksək  molekullu  polisaxarid  olub  D-qlükoza 
molekullarından  təşkil  olunur  və  asan  həzm  olunur.  Sulukar-
bonlardan qida məhsullarından „qida lifləri" və pektinlərin gündə-
lik norması 25 q olub orqanizmdə əhəmiyyətli rol oynayırlar. 
Mineral  maddələr  normal  qidalanmanın  əsas  komponent-
lərindən  olub,  iki  qrupa  bölünür:  makroelementlər  və  mikroele-
mentlər.  Onlar  haqında  əvvəlki  fəsillərdə  ətraflı  məlumatlar 
verilmişdir. 
 
12.3.3. Rasional qidalanmanın üçüncü prinsipi. 
 
Rasional  qidalanmanın  üçüncü  prinsipinə  əsasən,  orqanizmin 
normal 
fəaliyyətinin 
təmin 
olunması  qida  maddələrinin 
tərkibindən  və  qida  normasından  başqa,  həm  də  qidanın  qəbul 
normasından asılıdır . 
Üçüncü prinsipin əsasını aşağıdakı dörd qayda təşkil edir: 

 
qida  qəbulunun  nizamlanması  həzm  prosesinin  normal 
getməsi üçün əsas şərtlərdən biridir; 

 
hər  bir  qida  qəbulu  zamanı  ərzaq  məhsullunun  uyğun 
seçilməsi  şərti  ilə  qida  qəbulunu  elə  bölmək  lazımdır  ki, 
gün ərzində 3-4 dövr dəfədən az olmasın; 

 
gün  ərzində  qidanın  bölünməsi  elə  təşkil  olunmalıdır  ki, 
axşam yeməyi gündəlik  qida rasionunun üçdə birindən az             
olsun. 
Aşağıdakı cədvəldə təşkil olunan qidalanma rejimi verilmişdir 
Qida rasionunun sutkalıq bölünməsi (%). 
 
Qidalanma rejimi 
 
I Nahar  II Nahar  Günorta 
yeməyi 
Axşam yeməyi 
Gündə 4 dəfə qidalanma  
Gündə 3 dəfə qidalanma  
Yay vaxtı iş rejimində  
Gecə iş rejimində 
20-30  
30 
35 
20 
15-20 
20-25  
45-50 
25  
40-45 
10-15  
20-25 
40  
25-30 
 

253 
Qida maddələrinin rejimlər üzrə və vaxt gözlənilməklə qəbulu, 
orqanizmin  həzm  sisteminin  reflektor  fəaliyyətini  tənzimləyir  və 
eyni vaxtlarda şirə ifrazını qaydaya salır ki, bu da həzm prosesinə 
və maddələr mübadiləsinə yaxşı təsir göstərir. 
Rasional  qidalanmanın  üçüncü  prinsipinə  əsasən  çətin  həzm 
olunan  və  çox  enerji  əmələ  gətirən  heyvan  mənşəli  zülallar  və 
yağlar günorta qəbul edilməlidir, yüngül yeməklər-süd məhsulları 
və  bitki  mənşəli  qidalar  axşam  qəbul  edilməlidir.  Yaxşı  olar  ki, 
qida qəbulu zamanı mövsümü qidalardan çox istifadə olunsun. 
Cavan və inkişaf etməkdə olan orqanizmlər qida qəbulu zamanı 
gündəlik  4  dəfə  qidalanmaya  üstünlük  verməlidirlər.  Yaşlı 
insanlar isə gündə 3 dəfə qida qəbul etsələr daha effektli olar. 
Xəstə  orqanizmlərin  qida  qəbulu  rejimi  müalicə  həkimləri 
tərəfindən, xəstəliyin xüsusiyyətlərinə görə təyin edilir. 
Son  zamanlarda  müxtəlif  ölkələrdə  qida  qəbulu  xüsusi 
rejimlərlə həyata keçirilir və bir növ ölkə vətəndaşları üçün vacib 
qaydaya çevrilmişdir. 
İtalyanlar  səhər  yeməyini  çox  yüngül,  günorta  yeməyini 
yüngül,  axşam  yeməyini  isə  çoxaldaraq  gündəlik  normanın  50  -
60%-nə çatdırırlar. 
 
12.4 Qida məhsullarının enerjiliyi və istifadə normaları 
 
Rasional  qidalanma  prinsiplərinə  görə,  insan  öz  sağlamlığını 
qorumaq  və  uzun  müddət  yaşaması  üçün  balanslaşdırılmış  qida 
rejiminə  əməl  etməli  və  həzm  prosesi  zamanı  alınan  enerjidən 
düzgün istifadə etməlidir. 
Qidanın  müxtəlifliyi  və  çox  çeşidliyi,  qida  qəbulunun  rejimə 
salınması  orqanizmin  sağlam  və  gümrah  olmasına  təminat  verir. 
Çox çeşidlilik, orqanizmə lazım olan maddələrin tam ödənilməsini 
və  maddələr  mübadiləsinin  nizamla  optimal  getməsini  təmin 
edərək, orqan və toxumaların düzgün işləməsini tənzim edir. 
Qida qəbulunun balansı pozulduqda onun xeyrindən çox ziyanı 
meydana gəlir. 

254 
Sivilizasiya inkişaf etdikcə qidaların tərkibi dəyişmiş, çeşidləri 
çoxalmış,  qidalılıq  və  enerjisi  çoxalmışdır.  Buna  baxmayaraq 
düzgün qidalanmamağın nəticəsində bir sıra qorxulu  xəstəliklərin 
yaranma riski artmışdır. Statistik tədqiqatlar göstərmişdir ki: 

 
qida maddələrində duzun artıq olması həzm sistemi orqan-
larında  və  qadınlarda  süd  vəzilərin  xərçəng  xəstəliyinin 
əmələ gəlməsinə səbəb olur; 

 
qanda  xolesterinin  çoxalması  ürək-damar  sistemində 
xəstəliklərin yaranmasına səbəb olur; 

 
qidada həzm olunmayan maddələr - seliloza və pektinlərin 
çatışmaması  və  bağırsaq  mikroflorasının  məhv  olması 
həzm orqanlarının zədələnməsinə və fəaliyyətinin azalma-
sına səbəb olur; 

 
kalsium  tərkibli  qida  maddələrinin  az  istifadəsi  və  ya, 
qidalanma rejiminin pozulması ilə müşayət olunan kalsiu-
mun  orqanizmdən  çıxması,  əsasən  yaşlı  orqanizmlərdə 
sümüyün tərkib dəyişməsinə osteoporoz - adlanan  xəstəli-
yin yaranmasına səbəb olur; 

 
fiziki  aktivliyin  az  olması,  yağlı  qidalardan  və  spirtli 
içkilərdən  çox  istifadə  piylənməyə  səbəb  olaraq,  bütün 
orqanların fəaliyyətinə mənfi təsir göstərir. 
Avropa  şurasının  „Təhlükəsiz  qida  istehsalı  və  sağlamlığın 
qorunması  "  komissiyanın  apardığı  monitorinqin  nəticələri  ümu-
miləşdirilərək  istifadə  olunan  makronutriyentlərin  statusu  müəy-
yənləşdirilmiş  və  əsas  nöqsanlar  olaraq  aşağıdakılar  göstəril-
mişdir: 

 
heyvan mənşəli yağlardan çox istifadə; 

 
qidalarda tam doymamış yağ turşularının çatışmazlığı; 

 
tam dəyərliliyə malik olan heyvan mənşəli zülalların ərzaq 
məhsullarında az olması; 
Monitorinqin  nəticəsinə  əsasən,  hər  bir  ölkənin  əhalisi  üçün 
müəyyənləşdirilmiş  qida  norması  və  qida  qəbulu  rejimi  spesifik 
olmaqla, ölkədə istehsal olunan və  yerli məhsullardan ibarət olan 
qida məhsullarından hazırlanmalıdır. 

255 
XXI əsrin qida norması müəyyənləşdirilmiş və insanların həyat 
fəaliyyəti,  yaşadığı  ölkənin  həyat  səviyyəsi  nəzərə  alınmaqla 
aşağıdakı cədvəldə verilmişdir:  
Yaşlı insanın fizioloji tələbatının gündəlik norması 
 
 
Qrupu 
 
Fiziki aktivlik 
dərəcəsi 
 
Yaşı 
 
 
Enerji, 
kkal 
Zülallar,q. 
 
Yağlar,q 
 
Sulukarbonlar 
 
 
Bitki 
mənşəli 
Heyvan 
mənşəli 

1,4 
18-29 
30-39 
40-59 
2450 
2000 
2100 
72 
68 
65 
40 
37 
36 
81 
77 
70 
358 
335 
303 
II 
1,6 
18-29 
30-39 
40-59 
2800 
2650 
2500 
80 
77 
72 
44 
42 
40 
93 
88 
83 
411 
387 
366 
II 
1,9 
18-29 
30-39 
40-59 
3300 
3150 
2950 
94 
89 
84 
52 
49 
46 
110 
105 
98 
358 
335 
303 
IV 
2,2 
18-29 
30-39 
40-59 
3850 
3600 
3400 
108 
102 
96 
59 
56 
53 
128 
120 
113 
411 
387 
366 

2,4 
18-29 
30-39 
40-59 
4200 
3950 
3750 
117 
111 
104 
64 
61 
57 
154 
144 
138 
484 
462 
432 
Qadınlar 
 

1,4 
18-29 
30-39 
40-59 
2000 
1900 
1800 
61 
59 
58 
34 
33 
32 
67 
63 
60 
289 
244 
257 
II 
1,6 
18-29 
30-39 
40-59 
2200 
2150 
2100 
66 
65 
63 
36 
36 
35 
72 
73 
70 
318 
311 
305 
III 
1,2 
18-29 
30-39 
40-59 
2600 
2550 
2500 
76 
74 
72 
42 
41 
40 
87 
85 
83 
378 
372 
366 
IV 
2,2 
18-29 
30-39 
40-54 
3050 
2950 
2850 
87 
84 
82 
48 
46 
45 
103 
98 
95 
462 
432 
417 
Kişilər 
 
 
Yaşlı insanlar 
60-74 
75-85 
2300 
1950 
68 
61 
37 
33 
74 
65 
335 
270 
Qadınlar 
60-74 
75-85 
1975 
1700 
65 
55 
37 
30 
66 
57 
284 
242 
 

256 
Cədvəldən göründüyü kimi, əsas qida maddələrinə olan tələbat 
yaş qruplarından asılı olaraq dəyişir və kişilərdə fiziki fəaliyyətin 
IV-V  qruplarında  enerji  sərfinin  çox  olması  səbəbi  ilə  rasional 
qidalanmanın əsas enerji əmələ gətirən tərkibi də yüksək olur. 
Yaşlı  adamlarda  fəaliyyətsiz  həyat  sürmələrinə  uyğun  olaraq 
qidanın enerjililiyi də azalır. 
XX  əsrin  sonu  və  XXI  əsrin  əvvəllərində  sənayenin 
avtomatlaşdırılması  və  kənd  təsərrüfatının  mexanikləşdirilməsi, 
əhalini ağır zəhmət tələb edən işlərdən azad etmiş, nəticədə enerji 
sərfi azalmışdır. Odur ki, orqanizmdə qida tələbatı da dəyişmişdir. 
Digər  tərəfdən,  müxtəlif  qitələrdə  yaşayan  insanların  fizioloji 
tələbat  norması  dəyişkən  olub,  hətta  Şərqi  Avropa  ilə  qərbi 
Avropa insanları arasında da fərqlər aydın görünür. Bir sıra Asiya 
və  Afrika  ölkələrinin  əhalisi  aclıq  həddində  yaşayır  və  onların 
zülallı, yağlı qida məhsullarına tələbatı ödənilmir. 
İnkişaf  etmiş  Avropa  ölkələrində  əsas  qida  məhsullarının 
balansı pozulmuş, süni qida maddələrinin istehsalı, qida texnolo-
giyasında meydana gələn dəyişiklik nəticəsində bir sıra mikronut- 
riyentlərin defisiti yaranmışdır: 

 
bir  sıra  vitaminlərin,  о  cümlədən  A  provitamini  və  P-
karotini çatışmazlığı; 

 
yod,  flüor,  selen,  sink,  kobalt  kimi  orqanizmə  lazım  olan 
mikroelementlərin defisiti

 
həzm  olunmayan  qida  məhsullarının-  seliloza  və  pektin 
maddələrinin defisiti. 
Fiziki aktivliyin azalması səbəbindən, enerjili maddələrin qida 
rasionundan  çıxarılması  mikronutriyentlərin  defisit  riskini 
azaldaraq əsrin xəstəlikləri yaranmağa başlamışdır. 
Qida  istehsalı  ilə  məşğul  olan  firmalar  çoxalmış  və  onlara 
nəzarət  azaldığından  bir  sıra  ölkələrə  о  cümlədən  Azərbaycan 
Respublikasına  gətirilən  keyfiyyətsiz  və  vaxtı  keçmiş  qida  məh-
sullarına rast gəlmək mümkün olmuşdur. 
Bəzən ərzaq  məhsullarının sertifikatlarda göstərilən inqediyent 
tərkibi  qidanın  tərkibi  ilə  uyğun  gəlmir.  Adi  bir  misal, 

257 
Azərbaycanda  istehsal  olunan  və  yod  mikroelementi  olmayan 
xörək  duzunun  ―yodlaşdırılmış‖  və  Ukrayna  istehsalı  kimi  satışa 
çıxarılması;  tərkibində  donuz  piyi  olan  və  „halal  məhsul"  adı  ilə 
satışa çıxarılan kolbasa məmulatlarının aşkar edilməsi və s. 
 
12.5  XXI əsr insanının qida rasionu 
 
Müasir  insanın  qida  rasionu,  qidalanmanın  üç  əsas  prinsipini 
özündə əks etdirən, fizioloji tələbatdan, enerji məsrəfindən, makro 
və  mikronutriyentlərin  optimal  miqdarı  və  s.  ilə  müəyyən  edilir. 
Tədqiqatlar  göstərmişdir  ki,  yer  kürəsi  əhalisinin  10%-dən  azı 
yuxarıda  göstərilən  cədvələ  uyğun  qidalanma  rejiminə  əməl  edə 
bilir.  Bu  həm
  də  onlunla  təsdiq  olunur  ki,  hər  bir  insan  zaman, 
məkan  və iqtisadi imkandan asılı olaraq qidaya müxtəlif qaydada 
ehtiyac  duyur.  Digər  tərəfdən  qida  rasionuna  ciddi  əməl  edən  və 
onun tərkibini, dəqiq müəyyənləşdirən elə bir kriteriya yoxdur və 
yaratmaqda  mümkün  deyildir.  Hər  bir  insan  ləziz  və  onu  onun 
sevdiyi  xörəkləri  normadan  artıq  qəbul  edir  və  digər  tərəfdən 
rasional qidalanmanın göstərə biləcəyi ciddi təsirləri nəzərə almır. 
Bir çox pəhriz formulları mövcud olsa da az-az insanlar tapılar 
ki,  mütəmadi  olaraq  onlara  əməl  etsin.  Belə  bir  instinq 
mövcuddur:  ―orqanizmə  nə  ziyan  verirsə,  insanlar  onu  daha  çox 
xoşlayır‖  Siqaret,  spirtli  içkilər,  həddindən  artıq  acı  və  şirin 
qidalar və s. 
Mütəxəssislər  qidalanma  normasını  müəyyən  edərkən  aşağı-
dakıların vacibliyini göstərirlər: 

 
qida  rasionunun  tərkibi  çox  çeşidli  qida  məhsullarından   
təşkil olunmalıdır; 

 
orqanizmin  xüsusi  formula  ilə  müəyyən  olunmuş  çəkisi 
saxlanılmalıdır;  

 
heyvan  mənşəli  yağlar  və  xolesterinli  qidalar  rasionundan 
çıxarılmalı və ya miqdarı minimuma endirilməlidir. 

 
sulukarbonlara,  о  cümlədən  bitki  mənşəli  qida  məhsul-
larına çox yer verilməlidir; 

258 

 
şəkər və xörək duzu ixtisar olunmalıdır. 
Bütün  bunlara  əməl  olunsa  belə,  hər  bir  orqanizmin  fəaliyyət 
növündən,  müxtəlif  qidalara  olan  istəyindən,  iqlim  və  həyat 
şəraitlərindən  və  hətta  irsi  keçmişdən  asılı  olaraq,  ideal 
qidalanmaya əməl olunması mümkünsüz sayılır. 
Aşağıdakı  cədvəldə  ənənəvi  qida  məhsulları,  onların  gündəlik 
və illik norması təxmini qiymətlərlə verilmişdir. 
 
 
Əsas qida məhsulları 
 
Təxmini qiyməti, 
qəpiklə 
ərzağın miqdarı 
q /gün  kq/il 
Çörək  məmulatları  hazırlanan 
un 
Kartof 
Tərəvəz 
Təzə meyvə 
Quru meyvələr 
10 q. 
10 q. 
10 q. 
20 q. 
15 q. 
7 q. 
330 
265 
400 
260 
10 
100 
120,4 
96,7 
146,0 
94,9 
3,6 
36,5 
Şəkər 
Bitki yağı 
Ət və ət məhsulları 
Balıq və balıq məhsulları 
Donuz salası 
Süd 
Heyvan yağları 
Şor (kəsmik) 
Xama 
Pendir 
Yumurta 
 
10 q. 
100 q. 
50 q. 
30 q. 
15 q. 
10 q. 
8 q. 
10 q. 
15 q. 
10 q. 
20 
205 
50 

400 
15 
20 
18 
18 
40 
7,3 
74,8 
18,2 
1,8 
164,2 
5,5 
7,3 
6,6 
6,6 
14,6 
Cəmi 2 m 30 q. 
bir gündə 
 
Hazırkı,  Azərbaycan  gerçəkliyində  bu  qida  rasionu  30  -40% 
əhali  arasında  iqtisadi  cəhətdən  mümkün  hesab  olunur.  Elə  ölkə 
vardır ki, onların  qida rasionuna əməl  edə biləcək əhali faizi 10-
dan aşağıdır. 

259 
Bunları  ümumiləşdirərək  qeyd  etmək  lazımdır  ki,  hazırda  gen 
dəyişməsi  ilə  məhsuldarlığın  çoxalması,  ekoloji  çirklənmələr, 
tərəvəz məhsullarının istixanalarda yetişdirilməsi, qida məhsulları 
texnologiyasının  durmadan  təkminləşdirilməsi  və  s.  qidaların 
keyfiyyətinə mənfi təsir göstərən amillərdir. 
 
12.6  Ərzaq məhsullarının funksional inqrediyent tərkibi və 
sağlam qidalanma konsepsiyası 
 
Sağlam  qidalanma  konsepsiyası  80-ci  illərin  əvvəllərində 
Yaponiyada meydana gəlmişdir. Bu konsepsiyanın məqsədi insan 
orqanizmində enerji ehtiyaclarını ödəyən, sağlam və gümrah həyat 
fəaliyyəti  təmin  etmək  üçün  qida  məhsullarına  müxtəlif  inqredi-
yentlərin  (inqrediyent  latın  sözü  olub  hər  hansı  mürəkkəb 
qarışığın  tərkib  hissəsi  deməkdir)  əlavə  olunmasından  ibarətdir.  
Bu  cür  hazırlanmış,  qida  məhsuluna  funksional  qida  maddəsi 
deyilir və aşağıdakı müsbət əlamətlərlə xarakterizə olunur:  

 
xolesterinin qanda miqdarının azaldılması; 

 
dişlərin və sümüklərin sağlam şəkildə saxlanması; 

 
orqanizmin enerji tələbatının ödənilməsi;  

 
 kanserogen  xarakterli  qida  qarışıqlarından  imtina    və 
xərçəng xəstəliyinə tutulma riskinin azaldılması. 
Bu keyfiyyətləri özündə saxlayan qida məhsulları geniş spektrə 
malik əhali üçün hazırlanın  və adi qida  maddələrinin  görünüşünə 
malik olub, mütəmadi qəbul edilməsi məsləhət bilinir. 
Xüsusi  texnologiya  ilə  hazırlanmış  və  inqrediyentlərlə  zəngin 
qida məhsulları üç əsas funksiyanı daşımalıdır: qiymətli qidalılıq; 
dadlı və ləziz keyfiyyəti; müsbət fizioloji təsirə malik olmalıdır. 
Ənənəvi  qida  məhsulları  ancaq  əvvəlki  iki  funksiyanı  daşıyır 
və  üçüncü  keyfiyyət  nisbi  olub,  ya  olmurdu,  ya  da  çox  az  təsirə 
malik olurdu. 
İnqrediyentlə zəngin qida məhsulları heç də dərman maddələri 
deyildir,  lakin  qidalanma  ilə  bağlı  bir  sıra  xəstəliklərin  qarşısını 

260 
alır, orqan və toxumaların inkişafını və düzgün fəaliyyətini təmin 
edir.  
Müsbət  xarakterli  düzgün  qidalanma  zamanı  insan  nəfsini 
saxlamalı,  könlü  nə  istəyirsə  onu  qəbul  etməməli  və  funksional 
inqrediyentləri zəngin olan qidalara üstünlük verməlidir. 
 
12.6.1  Funksional inqrediyentlər 
 
Xüsusi texnologiyalar əsasında hazırlanmış  müsbət keyfıyyətli 
qida məhsulları D. Potter nəzəriyyəsinə görə aşağıdakı funksional 
inqrediyentləri özündə cəmləşdirməlidir: 

 
qida lifləri - həllolan və həll olmayan tərkibdə

 
vitaminlər-A və B, D vitamini qruplarını; 

 
kalsiumla və dəmirlə zəngin mineral maddələri; 

 
doymamış turşularla zəngin yağları-bitki və balıq yağı; 

 
С vitamini və β-karotin tərkibli antioksidantları, askarbin 
turşusu və α-tokoferolu-vitamin E; 

 
prebiotikləri - canlı mikroorqanizmlərlə zəngin preparat-
ları; 

 
prebiotikləri-əhəmiyyətli  bakteriyalar  olan  qida  məhsul-
larını - oliqosaxaridləri. 
Qida  maddələrindən  düzgün  istifadə  olunmaqla  bir  sıra 
səbəblərdən  yaranan  xəstəliklər  funksional  inqrediyentlər  vasitəsi 
ilə aradan qaldırıla bilər. Bu aşağıdakı cədvəldən aydın görünür. 
 
Funksional inqrediyentlərin təsir effekti 
 
Xəstəliklər 
Xəstəlikləri  törədən  fak-
torlar 
Müdafiə  funksialı  qida 
inqrediyentləri 
Ürək-damar xəstəlikləri 
Siqaret  çəkmə;  yüksək 
təzyiq;  qanda  xolesteri-
nin  artıqlığı,  qida  məh-
sullarında 
antioksidantların-E və C 
vitaminlərin azlığı 
Linol  turşusu;  doyma-
mış  yağ  turşuları;  anti-
oksidant  xarakterli  vita-
minlər;  flavonoidlər;  qi-
da  lifləri;  mineral  mad-
dələr 

261 
Xərçəng xəstəliyi 
Yüksək  yağlı  qidaların 
nitroaminlərlə 
zəngin 
hisə  veriliş,  duzlu  qida-
ların  qəbulu;  qida  rasio-
nunun  meyvə-tərəvəzin 
azlığı;  vitaminlər  və 
qida  liflərinin  çatışmaz-
lığı 
C  vitamini;  β-karotin; 
qida  lifləri;  sellüloza, 
karotin;  fitoelementlər; 
D  vitamini,  kalsiumla, 
dəmirlə,  sinklə,  mislə 
zəngin mineral maddələr 
Şəkərli diabet 
İrsi  keçmə,  artıq  çəki; 
virus  infeksiyası,  şəkə-
rin  süd  zülalının  çox 
istifadə olunması  
Qida lifləri; D vitamini; 
Xrom kationlu maddələr 
Isinult (latınca insultere- 
sıçramaq,  tullamaq)  be-
yin  hüceyrələrində  qan 
təzyiqinin  kəskin  dəyiş-
məsi 
Qan  təzyiqinin  kəskin 
artması;  xörək  duzunun 
nornadan artıq istifadəsi; 
doymuş  yağ  turşuları 
çox 
olan 
yağlardan 
istifadə (heyvani yağlar) 
E  vitamini;  doymamış 
yağ  turşuları,  A  vitami-
ni,  flavonoidlər;  Limon 
turşusu 
Katarakta  yunan  dilində 
su şəlaləsi deməkdir, gö-
zün billur cisminin bula-
nıqlaşması 
Günəş  radiasiyası;  eko-
logiyanın  çirklənməsi; 
qalaktozemiya-süd  vəz-
lərinin  funksional  dəyi-
şikliyi;  dərman  maddə-
lərinin əlavə təsiri 
C  vitamini;  Karotino-
idlər;  B  qrup  vitamin-
ləri; Limon turşusu 
Ostereparoz 
Osteon-yunanca  sümük 
deməkdir, 
sümüklərin 
xəstəliyi 
Fiziki aktivliyin azalma-
sı;  qidada  kalsiumun  və 
maqneziumun azlığı 
C,  K  vitaminləri;  B
6
,  D 
vitaminləri,  fosfor,  bor, 
maqnezium,kalsium  ele-
mentlərilə  zəngin  qi-da 
məhsulları 
Sinir sistemi və beyin 
xəstəlikləri, 
Parkison xəstəliyi hərəki 
orqanların əsməsi 
Sərbəst  radikallar,  alü-
minium  zəhərlənmələri, 
pestisidlər 
narkotik 
maddələr  və  digər  dər-
manların əlavə təsiri 
Vitaminlərlə zəngin qida 
maddləri,  antioksidant-
lar, limon turşusu 
Piylənmə 
Yüksək 
kalorili 
qida 
məhsullarından  istifadə, 
qida  rejiminin  pozulma-
sı 
Qida  lifləri.  Sellüloza 
pektinlər,  vitaminlər,mi-
neral maddələr 
 

262 
Qidanın  tərkibində  inqrediyent  şəklində  olan  qida  liflərinin 
əhəmiyyəti  haqqında  əvvəlki  paraqraflarda  məlumat  verilmişdir. 
Qida  nə  qədər  həllolan  və  həll  olmayan  sellüloza  və  pektin 
maddələri  ilə  zəngin  olarsa,  mədə-bağırsaq  sisteminin  qorxulu 
xəstəliklərindən  olan  xərçəng  xəstəliyinin  əmələ  gəlməsinə  bir  о 
qədər  az  təsadüf  edilir.  Bu  qida  maddələri  gec  həzm  olundu-
ğundan, orqanizmdə „doyma" hissi yaranır və bununla sıx əlaqəli 
olaraq həzm şirələrinin ifrazı dayanır. Bu isə öz növbəsində artıq 
qida  qəbulu  ilə  bağlı  olan  piylənmənin  qarşısını  alır,  həmçinin, 
həzm orqanlarının bir növ istirahət etməsinə səbəb olur. 
Tədqiqatlar  göstərmişdir  ki,  həllolan  qida  lifləri-pektinlər, 
orqanizmdə  xolesterin  mübadiləsinə  müsbət  təsir  göstərir, 
orqanizmdə  öd  turşularının  sintezini  artıraraq  onların  dövranmı 
əhəmiyyətli  dərəcədə  dəyişir.  Dişlərin  sağlam  qalmasına  və  ağız 
boşluğunun təmizlənməsinə müsbət təsir göstərir. 
Qida  liflərinin  fizioloji  təsiri  aşağıdakı  sxemdə  aydın 
verilmişdir

 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
Qida liflərinin təsir dairəsi 
Azaldır 
 

 
dişlərin kariesi riski 

 
bağırsaqdan  keçməni  yava-
şıdır 

 
yoğun bağırsaqda xərçəngin 
əmələ gəlmə riski 
 

 
xolesterinin  qanda  miqda-
rını; 

 
energetik dəyərliliyi 
 
Köməklik göstərir 
 

 
dişlərin sağlam qalmasına 

 
aclıq hissinin yox olmasına 
 

 
ifrazatın çox olmasına 
 
 

 
bağırsağın  florasının  vəziy-
yətinin yaxşılaşmasına 

 
öd turşularının dövranına  

263 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin