Азярбайжан республикасы дахили ишляр назирлийи


Adət ənənə normaları ilə hüquq normaları arasında fərqlər



Yüklə 268,16 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix01.12.2023
ölçüsü268,16 Kb.
#170524
1   ...   9   10   11   12   13   14   15   16   17
186 movzu 10 huquq sosial normalar sisteminde

Adət ənənə normaları ilə hüquq normaları arasında fərqlər

1. 
Mənbə baxımından – adət və ənənə normaları hər hansı 
hakimiyyət tərəfindən qoyulmur. Müəyyən mövzuda fərdlərin uzun 
müddət eyni formada davranışı nəticəsində yaranır. Adət və ənənənin 
maddi 
ünsürü olan daimilik hər fərdin davranışı ilə ortaya çıxır. Adət və 
ənənə normalarının yönəldiyi şəxslər bu normaların yaradılmasında
iştirak edir. 
2. 
Şəxslər baxımından – bu normaların şamil edildiyi şəxslər 
müəyyən ictimai mühitdə olan insanlardır. Məsələn: taksiçilər arasında
olan 
adət normaları elə məhz taksiçilərə şamil edilir. 
3.
Tətbiq edilənlər baxımından – bu normaların qorunub pozul-
madığını müəyyən edən cəmiyyətdir. Normanın tələblərinin pozulduğu 
anda 
veriləcək reaksiya da cəmiyyət və ya onun vəzifələndirdiyi bir şəxs 
tərəfindən həyata keçirilir. Məsələn: qızların evlənmədən cinsi əlaqədə 
olmasını qadağan edən bir adətin olduğu cəmiyyətdə bu normanın 
pozulduğu halda sanksiya tətbiq olunmasına həmin cəmiyyət qərar 
verir 
və onların müəyyən etdiyi bir şəxs tərəfindən həyata keçirilir. 
4. Sanksiya 
baxımından – adət ənənə normalarının sanksiyası 
çox müxtəlifdir. Eyibləmə, qınama, qrupdan atma, döymə və hətta 
öldürmə kimi çox müxtəlif sanksiyalar vardır. Bunları təkamül, adət və 
ənənə olmaqla üç kateqoriyaya bölmək olar. Pozulduqları halda, 
eyibləmə, qınama kimi münasibət bəslənən normalar teamüllərdir. 
Pozuntu 
olduğu halda qrupdan qovulm kimi sanksiyası olan normalar 
adətlərdir. Nəhayət povulduqda halda şəxsin maddi və mənəvi varlığına 
zərər vermək, yaxud öldürülməsi kimi çox ağır sannksiyaları olan 
normalar 
isə ənənədir. 
Teamül və adətlərin sanksiyaları cəbri deyil. Hüquq normalarının 
sanksiyası isə həmişə cəbridir. Daha əvvəl də qeyd olunduğu kimi 
c
əbir şəxsin maddi və mənəvi varlığına verilən bir zərər, şəxsin 
azadlığının məhdudlaşdırılması və ya həyatına son qoyulması kimi 
xoşagəlməz haldır. Ancaq ənənə ilə hüquq normasının sanksiyaları 
arasında fərq tapmaq asan deyil. Ənənənin də sanksiyası da cəbridir. 
Üstəlik ənənənin pozulmasının cəzası, hüquq normasının pozulmasına 
görə verilən cəzadan daha ağırdır. Hüquq normasının pozulmasına 
görə cəza əvvəlcədən müəyyənləşdirilmişdir. Cəza tətbiq etmək yalnız 
dövlətin səlahiyyətidir. Ənənələr pozulduğu təqdirdə cəzanı cəmiyyətin 
bir qrupu 
və ya müəyyən edilmə şəxs tətbiq edir. Hüquq normasının 
pozulmasına 
göstərilən 
c
əza 
hüquqa 
uyğundur. 
Ənənələrin 
pozulmasına görə verilən cəza çox vaxt hüquqazidd olur və özü hüquq 
pozuntusu 
törədir. 
Beləliklə, adət və ənənə normalarına belə anlayış vermək olar: 
adət və ənənə normaları müəyyən sosial mühit tərəfindən uzun müddət 


21 
təkrarlanmaqla yaranan və ictimai münasibətlərim tənzimləyən, 
xəbərdarlıq, qınaq, qovulma kimi müxtəlif sanksiyaları olan əmr və 
qadağalardır. 

Yüklə 268,16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin