Азярбайжан республикасы дахили ишляр назирлийи


Milli hərəkatın başlanması



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə136/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   132   133   134   135   136   137   138   139   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Milli hərəkatın başlanması. Hadisələrin belə gedişi 
Azərbaycanda milli hərəkatın qalxmasına güclü təkan 
verdi. 1988-
ci ilin əvvəllərindən ilk kütləvi etiraz çıxışları 
başlanmışdı. Hərəkat həmin ilin sonunadək, demək olar 
ki, kortəbii xarakter daşıyırdı. Cəmiyyətdə "Demokratiya 
və aşkarlıq" şüarı altında ədalət, humanizm, hüquqi 
dövlət, xüsusən milli suveren hüquqların qorunması 
haqqında fikirlər plüralizmi yaranmışdı. Yeni ictimai-siyasi 
təşkilatlar meydana gəlirdi. 1987-ci ilin axırlarında 
Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət 
Universiteti) yaradılmış "Yurd" təşkilatı, 1988-cı ilin 
baharından fəaliyyətə başlayan "Çənlibel", "Müstəqillər", 
"Qala , "Aşıq Ələsgər", "Ozan" cəmiyyətləri, "Varlıq" 


371 
komitəsi, "Azərbaycan Xalq Cəbhəsi"nin (AXC) təşəbbüs 
qrupu, "Bakı gənc alimlər klubu", "Bakı incəsənət 
mərkəzi" və başqa təşkilatlar bu hərəkata istiqamət 
verməyə çalışırdı.
İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda 
keçirildi. 
Martın 
16-da 
Azərbaycan 
Elmlər 
Akademiyasında 
etiraz 
mitinqi 
təşkil 
olundu. 
Ermənistanda azərbaycanlıların soyqırımının kütləvi hal 
al
masına qarşı mayın 16-da Dövlət Universiteti 
qarşısında "Yurd" təşkilatının fəal iştirakı ilə böyük mitinq 
keçirildi. Mitinqçilər şəhərin Lenin adına baş meydanına 
(indiki Azadlıq meydanı) istiqamət aldılar. Burada davam 
edən mitinqdə respublikanın görkəmli ziyalıları çıxış 
etdilər, xalqı və rəhbərləri respublikanın hüquqlarını 
müdafiə etməyə çağırdılar. Mitinqçilər Moskvadan və 
Azərbaycan rəhbərliyindən erməni millətçilərinin azğın 
hərəkətlərinə qanunu əsas götürməklə qəti cavab 
verilməsini 
tələb 
edirdilər. 
Respublikanın 
başqa 
şəhərlərində də mitinqlər keçirilirdi.
Moskva 1988-
ci il mayın 21-də Azərbaycandakı 
canişinini dəyişdirib, Əbdürrəhman Xəlil oğlu Vəzirovu 
hakimiyyətə - Azərbaycan Kommunist Partiyası Mərkəzi 
Komitəsinin (AKP MK) birinci katibi vəzifəsinə gətirdi. 
Əbdürrəhman Vəzirov xalqa, onun milli mənafelərinə zidd 
siyasəti ilə Dağlıq Qarabağ məsələsində erməniləri öz 
xəbis 
niyyətlərini 
həyata 
keçirməyə 
daha 
da 
həvəsləndirdi.
Moskvanın 
Dağlıq 
Qarabağdakı 
səlahiyyətli 
nümayəndəsi A.Volskinin ermənipərəst siyasəti, xüsusən 
nadir Topxana meşəsində sənaye obyekti tikintisinə 
başlanması xəbəri bütün xalqı hiddətləndirdi. Noyabrın 
15-
də Dövlət Universiteti qarşısında, səhəri gün Elmlər 
Akademiyasının dəyirmi salonunda "Varlıq" cəmiyyəti və 


372 
M.Ə.Sabir adına bağda "Yurd" təşkilatının təşəbbüsü ilə 
mitinqlər keçirildi.
Xalq hərəkatının kortəbii mərhələsinin ən qızğın dövrü 
noyabrın 17-dən başlandı. Həmin gün səhər Universitet, 
Akademiya, Politexnik və İqtisad institutları qarşısından 
nümayişçi dəstələr milisin canlı maneələrini aşaraq, 
M.Ə.Sabir adına bağa, oradan isə şəhərin baş 
meydanına gəldilər. Meydanda mitinqçilərin tələbləri 
oxundu. Ermənistanın Azərbaycana qarşı təcavüzünün 
dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan 
siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə 
Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi
Azərbaycandan olan deputatların SSRİ Ali Soveti 
sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ 
qaldırması başlıca tələblərdən idi. Bu tələblər 
Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət 
nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə 
mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk 
etməyəcəklərini bildirdilər. Noyabrın 24-də Bakı, 
Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və 
komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun 
hissələri yeridildi.
Meydan səngimək bilmirdi. İnsanlar küçələrə 
çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri 
camaatın tələbləri ilə tanış edir, qan tökməməyə 
çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in 
oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra - 
noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə 
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 
qaldırıldı. Hər gün yüz minlərlə adam tankların, əsgərlərin 
arasından keçib meydana axışırdı. Çox vaxt mitinqçilərin 
sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış 
tonqalların ətrafında minlərlə adam qalırdı.


373 
Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. 
Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının 
münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, 
separatizminə qarşı heç bir tədbir görülmürdü.
Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən 
meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə 
hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada 
gecələyən mitinqçiləri həbs etdilər.
Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və 
başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi. 
Həmin günlər təkcə Bakıda 14,5 min fəhlə və qulluqçu 
tətil etmişdi.
Xalq Azərbaycanın üzləşdiyi taleyüklü problemləri həll 
etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu dərk 
edərək, onun yenidən respublikaya rəhbər təyin 
olunmasını arzulayırdı. Minlərlə adam mitinq və 
nümayişlərə, xüsusən münaqişə bölgələrində, Heydər 
Əliyevin portreti ilə çıxırdı. Xalqı birləşdirib mübarizəni 
vahid istiqamətə yönəltmək məqsədi ilə bir qrup nüfuzlu 
ziyalının təşəbbüsü də Xudu Məmmədovun qəfil ölümü 
ilə (14 oktyabr 1988-ci il) boğuldu.
Xalq Azərbaycan SSR-in SSRİ daxilində iqtisadi və 
mədəni suverenliyi uğrunda mübarizə aparmağı, hüquqi 
dövlət, vətəndaş cəmiyyəti qurmağı proqram məqsədi 
elan edən, lakin kifayət qədər siyasi təcrübəsi olmayan 
liderlərin rəhbərliyi altında fəaliyyət göstərən AXC 
ətrafında birləşməyə başladı. 1989-cu il martın 13-də 
AXC təşəbbüs qrupu və "Varlıq" komitəsi arasında siyasi 
razılaşma əsasında AXC-nin Müvəqqəti Təşəbbüs 
Mərkəzi təşkil edildi. 1989-cu il iyulun 16-da Bakıda AXC-
nin təsis konfransı keçirildi. Cəbhənin Proqram və 
Nizamnaməsi qəbul olundu. İdarə heyəti formalaşdı. 
Əbülfəz Elçibəy AXC-nin sədri seçildi.


374 
AXC demokratik - 
mərkəziyyət prinsipindən imtina 
etmişdi. Onun konfederativ quruluşu, yuxarı təşkilatların 
qərarının üzvlər üçün yalnız məsləhət xarakteri daşıması, 
tədbirlərdə iştirakın tam könüllü olması buna imkan 
yaradırdı. Cəbhə daxilində plüralizm, ən müxtəlif 
fraksiyaların yaradılması nəzərdə tutulurdu. AXC sədri 
təmsilçi funksiya daşıyırdı, onun hətta səsvermə hüququ 
yox idi.
Demokratiya 
mədəniyyəti 
hələ 
formalaşmamış 
cəmiyyətdə ifrat demokratik nizamnamə ilə çox mürəkkəb 
siyasi şəraitdə taleyi həll olunan xalqa rəhbərlik edə 
biləcək güclü təşkilat yaratmaq mümkün olmadı. Bundan 
yuxarı dairələrdə hakimiyyət uğrunda mübarizə aparan 
qüvvələr məharətlə istifadə edir, öz adamlarını, xüsusi 
idarə agentlərini bu təşkilata yeridirdilər.
Radikal tədbirlərə üstünlük verən xalq cəbhəsi liderləri 
iyunun 29-
da Bakıda ümumşəhər mitinqi təşkil etdilər. 
Əvvəl belə mitinqlərin əleyhinə olan AXC İdarə Heyəti 
mitinq və tətil hərəkatının genişləndiyini görüb onu idarə 
etməyi vacib bildi.
Sentyabrın 2-də Bakı ümumşəhər tətilində tələblərə 
cavab verilməsə, sentyabrın 4-dən birhəftəlik ümummilli 
tətil başlanacağı elan olundu. Ayın 5-də Şimali Qafqaz 
dəmir yolunda hərəkət tam dayandı. 
Sentyabrın 6-da mitinqçilər öz tələblərinə respublika 
rəhbərliyinə "istefa" tələbini də əlavə etdilər. Bundan 
sonra AXC və AKP MK arasında danışıqlar başlandı. 
Tələblərin ödənəcəyi barədə razılıq əldə olundu. 
Sentyabrın 13-də xüsusi saziş protokolu imzalandı. 
Sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin 
növbədənkənar sessiyası çağırıldı. Burada DQMV-də 
XİK-nin ləğvi, Azərbaycan SSR Konstitusiyasına 
respublikanın sərhədlərinə yalnız ümumxalq referendumu 
yolu ilə dəyişiklik etməyin mümkünlüyünü nəzərdə tutan 


375 
əlavələr edilməsi, suverenlik, vətəndaşlıq və iqtisadi 
müstəqillik 
haqqında 
qanun 
layihələrinin 
geniş 
müzakirəyə verilməsi haqqında qərarlar qəbul edildi.
Suverenlik haqqında qanun layihəsinin ümumxalq 
müzakirəsi keçirildi. Qanuna respublikada Azərbaycan 
SSR qanunlarının ittifaq qanunlarından üstünlüyü və 
onun SSRİ tərkibindən çıxmaq reqlamenti haqqında 
mühüm bəndlər daxil edildi. Ali Sovetin sentyabrın 23-də 
öz işini davam etdirən növbədənkənar sessiyası 
"Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya 
qanununu qəbul etdi.
Azərbaycan SSR Nazirlər Soveti 1989-cu il oktyabrın 
5-
də AXC-ni rəsmi qeydə aldı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin