Sual 3. Azərbaycan XX əsrin 50-80-cı illərində.
Azərbaycan bilavasitə alman-faşist təcavüzünə məruz
qalmasa da müharibənin bütün ağırlığı burada da hiss
olunmuşdur. Sənayenin ümumi məhsulu 1940-cı illə
müqayisədə 22 % aşağı düşmüş neft hasilatı təqribən
yarıbayarı azalmışdı.
Müharibə dövründə texniki bitkilər məhsulunun xeyli
azalması nəticəsində istehlak malları istehsalı kəskin
surətdə aşağı düşmüş, pambıq və barama istehsalı xeyli
azalmışdı. Müharibə ərəfəsində 3304,1 min nəfər
Azərbaycan əhalisi 17, 65% azalmışdı.
1945-
ci il mayın 26-da SSRI DMK «Silah istehsalının
azaldılması ilə əlaqədar olaraq sənayeni yenidənqurmaq
sahəsində tədbirlər haqqında» qərar qəbul etdi. Qərara
əsasən 8 saatlıq iş günü illik məzuniyyətlər bərpa olundu.
1956-
cı il fevralın 14-də Azərbaycan televiziyası ilk
yoxlama verilişi ilə işə başladı. 1966-cı ildə Bakı, Şuşa,
1969-
cu ildə Şuşa-Naxçıvan radiorele xətti ilə Bakı
televiziya stansiyası ilk dəfə Moskvadan rəngli televiziya
proqramını göstərmək imkanı əldə etdi.
1967-
ci ildən Bakı metropoliteninin ilk
stansiyalarında qatarlar şütüməyə başladı.
İctimai-siyasi həyat. Müharibədən sonra ölkənin
ictimai-
siyasi həyatında da köklü dəyişikliklər baş verdi.
1946-
cı il fevralın 10-da SSRI Ali Sovetinə yeni seçkilər
keçirildi. Martayında SSRI Ali Soveti XKS-ni Nazirlər
sovetinə çevirmək haqqında qanun qəbul etdi. Onun
358
sədri isə I.V.Stalin təsdiq olundu. Tezliklə partiya
nizamnaməsi pozulur, ali orqanlar vaxtında çağrılmırdı.
Stalinin şəxsiyyətə pərəstiş, ətrafındakıların partiya və
dövlətə zidd hərəkətləri totalitar rejimin formalaşmasına
səbəb oldu. 1949-cu il aprelin 12-də şəhər və rayon milis
orqanlarında siyasi idarələr yarnadıldı, avqustun 9-da
paytaxtlarda, o cümlədən Bakıda milisə xüsusi hüquqlar
verildi, oktyabrın 130də milis SSRI Dövlət Təhlükəsizlik
Nazirliyinin tabeliyinə keçdi. Əsassız repressiyalar
başlandı. Bu ilk növbədə əsirlikdə olmuş müharibə
iştirakçılarına qarşı çevrilmişdir.
Elm, ədəbiyyat və incəsənət sahəsində də ideoloji
çərçivə gücləndirildi. Azərbaycanda« Lısenko məktəbinə»
uyğunlaşmayan bioloqlar- M.Ə.Axundov və başqaları
təqib olunurdular. XX əsrin tarixinə aid tədqiqatlar
«ÜIK(b)P tarixinin qısa kursu»nun təsiri altında qalmışdı,
faktlar saxtalaşdırıl, təhrif edilirdi. Həqiqəti yazmaq
cəhdlərinin qarşısı dərhal alınır və cəzalandırılırdı.
Görkəmli
alim
və
ictimai
xadim,
filosof,
akademikHeydər Hüseynovun 1949-cu ildə çap olunmuş
«XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən»
əsəri Stalin mükafatına layiq görülsə də tezliklə
hökumətin qərarı ilə mükafat ləğv edilmiş, müəllif
təqiblərə məruz qalaraq intihar etmək məcburiyyəti
qarşısında qalmışdı. Səbəb isə əsərdə bir neçə səhifədə
Şeyx Şamilin müridizm pərdəsi altında apardığı azadlıq
mübarizəsinin guya rus xalqına qarşı çevrildiyinin
göstərilməsi idi.
Türk dünyasının ən böyük eposu olan «Kitabi Dədə
Qorqud» dastanı feodal-xan Eposu» kimi damğalanaraq
qadağan edilmişdi. Böyük tarixçi alim A.A.Bakıxanov xan
və bəyləri müdafiə etməklə, M.Kazımbəy « çarizmin sadiq
qulu» olmaqla günahlandırılan akademik M.A.Dadaşzadə
359
«Türkiyə sazişi», M.Rəfili «kosmopolit» damğası ilə işdən
uzaqlaşdırılmış, S.Vəliyev sürgün olunmuşdu.
1953-
cü il martın 5-də I.V.Stalinin vəfatından sonra
Sov. IKP MK-
nın birinci katibi seçilən I.S.Xruşovun
idarəçilik sistemində etdiyi dəyişikliklər Azərbaycandan
da yan keçmədi.
M.C. Bağırov rəhbərlik metodlarında yol verdiyi kobud
səhvlərə görə Azərbaycan KP MK-in birinci katibi
vəzifəsindən azad edilərək Kubeşov neft birliyinə rəis
müavini göndərildi. Lakin Lakin tezliklə həbs edilərək
SSRI Ali Məhkəməsi hərbi kollegiyası tərəfindən ölüm
cəzasına məhkum edildi. 30-40-cı illərin siyasi
repressiyalarının
həyata
keçirilməsində
xüsusi
canfəşanlıq edən Y.Sumbatov-Topuridze, X.Qriqoryan,
R.Markaryan və b. da öz qanlı əməllərinə görə layiq
olduqları cəzanı aldılar.
1954-
cü il fevralın 14-16-da AKP-nın XX qurultayı
akademik imam Daşdəmir oğlu Mustafayevi MK-nin
birinci katibi seçdi. Sadıx Rəhimov Azərbaycan SSR
Nazirlər Sovetinin Rəyasət Heyətinin sədri təyin
olundular.
I.Mustafayev 1954-59-
cu illərdə xalqın vəziyyətini
yaxşılaşdırmaq istiqamətində bir sıra tədbirlər gördü. O,
Azərbaycan dilinin rəsmi dövlət dili statusu almasına
çalışdı. Kargüzarlıq işləri ana dilində aparılmağa
başlandı. Iqtisadi müstəqilliyin təmin olunması üçün bir
sıra ciddi addımlar atıldı. Bakıda azərbaycanlıların sayı
xeyli artdı. Yerlərdə partiya komitələrinin katibləri
azərbaycanlılardan təyin edildi.
Bu dövrdə respublikada pambıq istehsalı azaldı, taxıl,
kartov,
tərəvəz, meyvə, çay yarpağı istehsalı isə nisbətən
çoxaldı. Bütün bunlar onun vəzifədən kənarlaşdırılması
üçün mərkəzə əsas verdi.
360
1956-
cı ildə Sov. IKP MK-nın XX qurultayı Stalinin
şəxsiyyətə pərəstişini pisləyərək, «demokratiyanın
dərinləşməsi» üçün tədbirlər planı müəyyən etdi. Birinci
növbədə, islah əmək Düşərgələri Baş idarəsi ləğv edildi
və ailə üzvlərini üzərindən «xalq düşməni» damğası
götürüldü. Lakin bəraət siyasi mühacirlərə aid edilmədi.
Azərbaycanda milli oyanış əlamətlərini hiss edən
Mərkəz növbəti dəfə Dağlıq Qarabağ məsələsini ortaya
atdı. Ermənistanda antitürk əhval-ruhiyyə yenidən qızışdı.
Irəvan Pedaqoji Institutunun Azərbaycan bölməsi
bağlandı. Azərbaycan Pedaqoji Texnikumu Irəvandan
Xanlar rayonuna köçürüldü. C.Cabbarlı adına Dram
Tea
trı, Azərbaycan dilində qəzetlər bağlandı, «Qarabağ
hərəkatı» leqallaşdı. 1958-ci ildə erməni katalikosu
Bakıya səfəri zamanı Dağlıq Qarabağın Ermənistana
verilməsi, Bakıda erməni ruhani seminariyasının
açılması, erməni kilsələrində zəng vurulmasına icazə
verilməsi kimi təkliflər irəli sürmüş, lakin rədd cavabı
almışdı. Mərkəz də öz növbəsində mübahisəli ərazilər
olan digər respublikalarda arzu olunmaz reaksiya
doğuracağından
çəkinərək
Azərbaycanda
məkrli
siyasətindən əl çəkdi. AKP MK-nın 1959-cu il iyul
pl
enumunda A.D.Mustafayevin yerinə Vəli Yusif oğlu
Axundov MK-
nın birinci katibi seçildi. Bu dövrdə bütün
ölkədə aparılan islahatların uğursuzluğu kommunizm
qurulacağını bəyan edən, 1961-ci ilin oktyabrında
keçirilmiş Sov. IKP-nin XXII qurultayının qərarları belə
ölkənidüşdüyü ağır vəziyyətdən xilas edə bilmədi.
Qurultayda qəbul edilmiş nizamnaməyə görə bir nəfər
dalbadal iki dəfədən artıq partiyanın seçkili orqanlarına
seçilə bilməzdi. Hakimiyyəti əlində saxlamaq istəyən
N.S.Xruşşov partiyanı parçalamaq, onun təşkilatlarının
diqqətini təsərrüfat məsələlərinə, islahatlara yönəltməyə
cəhd göstərdi. Azərbaycanda da birbaşa AKP MK-ya
361
tabe olan sənaye-istehsal, kolxoz-sovxoz istehsalat
idarələri, şəhər, dağlıq rayon partiya komitələri təşkil
olundu.
Sov.IKP MK-n
ın 1964-cü il 14 oktyabr plenumunda
N.S.Xruşşov
vəzifəsindən
azad
edilərək
yerinə
L.I.Brejnev Sov. IKP MK-
nın birinci katibi seçildi. 1966-cı
ildən isə o, Baş katib oldu. Partiya, sovet, həmkarlar
ittifaqları və komsomol orqanları təşkilatca yenidən ərazi
prinsipi üzrə quruldu, kənd, rayon partiya komitələri bərpa
olundu.
Siyasi həyat. Azərbaycan SSR H. Əliyevin rəhbərliyi
dövründə. XX yüzilliyin 60-cı illərinin sonuna yaxın
Azərbaycanın sosial-iqtisadi həyatını dərin böhran
bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə,
respublikamızın iqtisadi inkişaf göstəricilərinə görə
keçmiş Sovetlər Birliyində sonuncu yerdə olduğu bir
zamanda, 1969-
cu ilin iyulunda hakimiyyətə gələn
Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana
rəhbərlik etmişdir. Uzun illər Dövlət Təhlükəsizlik
Komitəsində işləyən, 1967-1969-cu illərdə bu orqana
rəhbərlik edən Heydər Əliyev respublikada idarəçiliyi
gücləndirtməyə,
rüşvətxorluğa,
korrupsiyaya
qarşı
barışmaz mübarizə aparmağa başladı. Heydər Əliyev
mərkəzdəki nufuzundan respublikanın sosial-iqtisadi,
mədəni inkişafı ucun səmərəli istifadə etməyə çalışırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci
mərhələ – 1969-1982-ci illər XX əsr Azərbaycanının
ictimai-
iqtisadi, siyasi və mədəni inkişaf tarixində ən
parlaq dövr hesab edilir. Bu illərdə əldə edilmiş uğurlar,
Heydər Əliyevin uzaqgörən siyasətinin düzgünlüyünü və
həyatiliyini göstərir.
Tezliklə mərkəzdə böyük nüfuz qazanan, oz rəhbərlik
prinsipləri ilə fərqlənən Heydər Əliyev 1976-cı ildə
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd və 1982-ci
362
ildə Sov.İKP MK Siyasi Bürosuna üzv seçilmişdi. Heydər
Əliyevin hakimiyyəti dövründə (1969-1982-ci illərdə) 250-
dən çox zavod, fabrik, istehsal sexləri və digər istehsal
müəssisələri istifadəyə verilmiş, 630 min yeni iş yeri
açılmışdı.
Müasir
istehsal
sahələri
yaradılmış,
metallurgiya, radiotexnika elektrotexnika sahələri inkişaf
etdirilmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı
nəticəsində yapon texnologiyası əsasında məişət
kondisionerləri zavodu tikilib istifadəyə verilmişdir. Bakı,
Gəncə, Sumqayıt və digər şəhərlərdə yeni istehsal
sahələri acılmış, abadlaşdırma aparılmışdı.
1982-
ci ildə Heydər Əliyev görkəmli, böyük iş
təcrübəsinə malik, mərkəzdə böyük nüfuzu olan bir siyasi
xadim kimi Sovetlər Birliyində yüksək vəzifəyə seçildi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 noyabr 1982-ci il
tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edildi və 1987-ci il
oktyabrın 21-ə kimi bu vəzifədə yüksək bacarıqla işlədi.
Dostları ilə paylaş: |