Азярбайжан республикасы дахили ишляр назирлийи


partiya komitəsinin, hökumət orqanlarının fəaliyyəti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə138/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   134   135   136   137   138   139   140   141   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi


partiya komitəsinin, hökumət orqanlarının fəaliyyəti 
dayandırıldı. Müvəqqəti Müdafiə Komitəsi təsis olundu. 
Bütün bunlar hakimiyyət böhranının, Moskva 
canişininin respublikadakı hadisələrə nəzarəti tam 
itirməsinin təzahürü idi. Bununla barışa bilməyən mərkəz 
1990-
cı il yanvarın əvvəllərindən Azərbaycanda müxtəlif 
qoşun hissələri, cəza dəstələri yerləşdirdi. SSRİ müdafiə 
naz
iri D.Yazov gizlicə Gəncəyə gəlmiş, vəziyyətlə tanış 
olmuş və respublika rəhbərliyinin də təklifləri nəzərə 
alınmaqla 
"Tayfun" 
adlı 
qanlı 
əməliyyat 
planı 
hazırlamışdı.
Erməni 
millətçilərinin 
təhrikçilik 
hərəkətləri, 
Azərbaycanın 
sərhəd 
kəndlərinə, 
DQMV-də 
azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar isə 
getdikcə artırdı.
Bu hadisələrə müxtəlif vasitələrlə şərait yaradan 
Moskva öz istəyinə nail olmuşdu. Siyasiləşmiş insanların 
çoxu AXC-nin 1990-cı il yanvarın 6-7-də keçirilmiş 
konfransında yeni seçilmiş İdarə Heyətində üstünlük 
təşkil edən "liberallar"ın deyil, "radikallar"ın ardınca 
gedirdi. Yanvarın 12-də "radikallar" Milli Müdafiə Şurası 
(MMŞ) təşkil etdilər. Məqsəd mövcud özünümüdafiə 
dəstələrini birləşdirmək, yeni hərbi dəstələr yaratmaq və 
erməni hərbi birləşmələrin hücumlarının qarşısını almaq 
idi. Respublikanın rəhbərliyi də gəncləri MMŞ-nin köməyi 
ilə milis dəstələrinə cəlb edərək silahlandırıb cəbhəyə 
göndərməyə, müəssisələrdə fəhlə drujinaları təşkil 
etməyə çağırırdı.
AXC-
ni dağıtmaq, "demokratik hərəkatı" boğmaq üçün 
müvafiq vaxt yetişmişdi. Təhrikçilər fəallaşırdılar. 
Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını 


378 
öldürməsinə cavab olaraq erməni talanları başlandı. 56 
nəfər öldürüldü, 112 nəfər xəsarət aldı. Talançı dəstələrin 
azğın əməllərinə nə yerli hüquq mühafizə orqanları, nə 
də o zaman Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12 
minlik silahlı qüvvəsi mane olurdu. Onlar milli 
münaqişəyə qarışmamaq əmri almışdılar.
Əhalinin köməyi ilə ermənilərin çoxu evlərdə, 
məscidlərdə, hərbi hissələrdə sığınacaq tapdı. Talanların 
qarşısı MMŞ özünümüdafiə dəstələrinin gücü ilə yanvarın 
15-
də, demək olar ki, alınmışdı. MMŞ dəstələri şəhərə 
nəzarət edirdilər.
1990-
cı il yanvarın 13,15,16, 17 və 18-də Azərbaycan 
KPMK-
nın büro iclaslarında respublikadakı vəziyyət 
müzakirə edilmiş, çıxış edənlər - Ə.Vəzirov, A.Mütəllibov, 
V.Polyaniçko, E.Qafarova, M.Məmmədov, V.Hüseynov 
və başqaları, habelə Bakıda olan Y.Primakov və yüksək 
rütbəli Moskva hərbçiləri güc tətbiq olunması vacibliyini 
bildirmişdilər. Etiraz edən və ya başqa təklif verən 
olmamışdı.
1990-
cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya 
göndərdiyi teleqramda tələb edir ki "Antisovet, antipartiya 
şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal 
məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi 
əsaslar vardır". Ertəsi gün Ə.Vəzirov yenə "ağalarına" 
teleqram vurub bildirir ki, müxalifətin əlində çoxlu silahın 
olması Azərbaycanda sosialist quruluşunun məhvinə 
gətirib çıxaracaq və buna görə də dərhal güc tətbiq 
olunmalıdır. Elə bu vaxt Azərbaycan SSR Nazirlər 
Sovetinin Sədri A.Mütəllibov Moskvaya teleqram 
vurmuşdu ki, respublikanın SSRİ güc nazirlikləri hərbi 
kontingentini qeyri-
qanuni silahlı birləşmələri tərksilah 
etmək 
üçün 
əməliyyat 
keçirəcəkləri 
müddətdə 
yerləşdirmək və ərzaqla təmin etmək imkanı vardır.


379 
Xalqa, demokratik qüvvələrə tutulacaq divana hüquqi 
don geyindirmək üçün fövqəladə vəziyyət elan olunması 
vacib idi. Ə.Vəzirov yanvarın 14-də AKP MK bürosunda 
müzakirə etdikdən sonra çağırdığı Azərbaycan SSR Ali 
Soveti Rəyasət Heyəti iclasında "Azərbaycan SSR-in 
DQMV-
də vəziyyətin normallaşdırılması sahəsində 
təxirəsalınmaz 
vəzifələr 
haqqında" 
qərar 
qəbul 
edilməsinə nail oldu. Qərarda DQMV və zəruri olarsa
ona bitişik rayonlarda və sərhəd boyunca fövqəladə 
vəziyyət elan olunması və mərkəzdən lazımi köməklik 
göstərilməsi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə 
müraciət olunması nəzərdə tutulurdu. Azərbaycan Ali 
Soveti Rəyasət Heyətinin müraciətinə əsasən SSRİ Ali 
Soveti Rəyasət Heyəti yanvarın 15-də "DQMV və bəzi 
başqa rayonlarda fövqəladə vəziyyət elan olunması 
haqqında" fərman verdi. Azərbaycan SSR Ali Sovetinə 
təklif edildi ki, Bakı və Gəncə şəhərlərində, eləcə də 
başqa yaşayış məntəqələrində qadağan saatları tətbiq 
edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün.
Respublika hökuməti iflic vəziyyətində idi. Respublika 
Dövlət Təhlükəsizlik Komitəsinin sədri Moskvaya 
göndərdiyi şifrəli teleqramlarda bildirirdi ki, respublika 
xaos vəziyyətindədir, qiyam ərəfəsindədir, qətiyyətli 
tədbirlər görülməsə, Azərbaycan əldən gedə bilər. 
İmperiya buradakı hakimiyyət böhranından, bəzi 
ölkələrdə olduğu kimi, Bakıda da Sovet hakimiyyətinin 
devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən 
qorxub Bakı ətrafına əlavə qoşun hissələri, ağır texnika 
gətirməyə başladı. MMŞ-nin təşəbbüsü ilə şəhərin 
girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında 
əhali yük, minik maşınlarını, avtobus və trolleybusları 
yan-
yana düzüb barrikadalar qurdu, piketlər təşkil etdi. 
Yollarda 26 maneə yaradıldı. Şəhərdəki qoşun 


380 
hissələrinin, o cümlədən Salyan kazarmalarının yolu 
kəsildi.
Bakının hərbi komandanlığı, buna heç bir ehtiyac 
olmadığı halda, xalqa tutulacaq divana cavab olaraq 
adamların rusdilli əhaliyə, ilk növbədə hərbçi ailələrinə 
zərər yetirəcəyindən qorxub onları Azərbaycandan 
çıxarmağa başladı.
Rəsmi Moskvanın Bakıya göndərdiyi emissarları - 
SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri Y.Primakov və 
Sov.İKP MK katibi A.Girenkonun AXC-nin "liberal" və 
"radikal" qanadları nümayəndələri ilə ayrı-ayrılıqda 
görüşləri müsbət nəticə vermədi. 
Yanvarın 17-dən AKP MK binası qarşısında izdihamlı 
mitinq başlandı, ümumi tətil elan olundu. Tələb edildi ki, 
Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına qəti 
son qoysun, imperiyanın Bakıya və ətrafına yığdığı 
qoşunlar Dağlıq Qarabağa və daim erməni basqınlarına 
məruz qalan sərhəd bölgələrinə göndərilsin.
Mitinqçilər xalqa xəyanətdə təqsirkar bildikləri 
respublika partiya, sovet və hökumət başçıları üçün 
simvolik dar ağacları düzəltmişdilər. Onlar AKP MK birinci 
katibi vəzifəsinə öz namizədlərini irəli sürürdülər. Xalqın 
Moskvanın təyin etdiyi canişini istefaya göndərmək, 
yerinə öz nümayəndəsini gətirmək tələbi qəti rədd edildi. 
A.Girenko açıqca bildirdi ki, respublika rəhbərliyini 
Sov.İPK MK deyil, kütlənin dəyişməsi yolverilməzdir.
Mərkəz Naxçıvanda da xalqa divan tutmaq məqsədi 
ilə fövqəladə vəziyyət elan edilməsi üçün təzyiqlər 
göstərirdi. Yanvarın 18-də Şərur rayonu Kərki kəndinin 
işğalı vəziyyəti daha da gərginləşdirdi. Xalqın tələbi ilə 
yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti Muxtar 
Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar 
qəbul etdi. Məqsəd Azərbaycanda baş verən hadisələrə, 


381 
sovet ordusunun qanlı əməllərinə dünya ictimaiyyətinin 
diqqətini cəlb etmək idi və bu, müəyyən rol oynaya bildi.
1990-
cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət 
Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində 
fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman 
verdi.155 Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, 
qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi
aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə 
vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Fövqəladə 
vəziyyət və komendant saatı vaxtının elan edilməsi qanlı 
planları poza bilərdi. Buna görə də AXC İdarə Heyəti 
komendant saatı tətbiq olunduğu təqdirdə orduya 
müqavimət göstərmədən piketləri götürmək haqqında 
qərar qəbul etmişdi.
Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 
19.27-
də Azərbaycan Televiziyasının enerji bloku 
Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin