Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə149/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   145   146   147   148   149   150   151   152   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

İqtisadı dirçəliş. Prezident Heydər Əliyevin 
rəhbərliyi altında həyata keçirilən tədbirlər mövcud 
iqtisadi böhranı aradan qaldırmağa, iqtisadi sabitlik 
yaratmağa və tərəqqiyə yol açmağa imkan verdi.
Ölkənin 
iqtisadiyyatına 
bütün 
mənbələrdən 
sərmayə qoyuluşu 1993-cü ildəki 29 milyard manatdan 


409 
2000-
ci ildə 4,2 trilyon, 2001-ci ildə 5,7 trilyon manata 
çatdırıldı. 2002-ci ildə bu, 1 milyard 200 milyon dollar 
təşkil 
edirdi. 
Ümumiyyətlə, 
1996-2002-ci 
illərdə 
iqtisadiyyata 
12 
milyard 
dollar 
investisiya 
cəlb 
olunmuşdu. 
1994-1995-
ci illərdə neftayırma zavodlarında 
qurğular modernləşdirildi. Qaz emalı zavodu yenidən 
quruldu. 
1996-
cı ildə Bakıda qoz-fındıq emalı, yağ, "Koka-
Kola", 1999-
cu ildə "Pepsi-Kola" sərinləşdirici içki 
zavodları açıldı. 1997-ci ildə Sumqayıt "Azərboru" 
İstehsalat Birliyində (keçmiş boru-prokat zavodu) hər biri 
10 tonluq 5 yeni elektrik sobası quraşdırıldı. Burada 
nasos kompressor boruları ilə yanaşı, beynəlxalq 
standartlara uyğun Batters yivli qoruyucu boru istehsalı 
təşkil olundu. Avropada ən böyük, 150 tonluq marten 
sobası yenidən işə salındı. Sumqayıt və Gəncə 
alüminium zavodları, Daşkəsən alunit mədəni tədricən 
işə düşməyə başladı. 
2002-
ci 
ildə 
Şəmkir-Yenikənd 
Su-Elektrik 
Stansiyası, Abşeronda "Şimal" Dövlət Rayon Elektrik 
Stansiya
sının enerji bloku, 1 saylı Bakı İstilik-Elektrik 
Mərkəzində 
yeni 
qaz-turbin 
elektrik 
qurğusu, 
"Azərneftyağ" İstehsalat Birliyində bitum qurğusu və s., 
2001-
ci ildə "Kaspian-Fiş" balıq məhsulları istehsalı 
müəssisəsi, Bakı elektroqaynaq səhmdar cəmiyyətinin 
Bakı poladtökmə zavodu (Bakı elektroqaynaq zavodu 
bazasında), qaz zavodunda yeni, müasir emal qurğusu, 
İran vasitəsilə Naxçıvan MR-ə elektrik enerjisi tranzit 
etmək üçün 51 km-lik İmişli-Parsabad elektrik xətti və s. 
işə salındı. 
Beləliklə, 1996-cı ildən respublikanın sənayesində 
tənəzzülün qarşısı alındı. Əgər 1991-1994-cü illərdə 
sənaye məhsulu istehsalı orta hesabla 20-24 faiz 


410 
azalırdısa, 1997-2002-ci illərdə sənaye istehsalı 23,2 faiz 
artdı. 
Kənd təsərrüfatında keçirilən islahatlar da çox 
səmərəli oldu. Əgər 1991-1994-cü illərdə bu sahədə 
istehsal hər il 15-20 faiz azalırdısa, 1997-2002-ci illərdə 
51 faiz artmışdır. 2002-ci ildə əvvəlki illərdə heç vaxt 
olmadığı qədər - 2 milyon 200 min ton (1995-ci ildəkindən 
2 dəfə çox) taxıl, 700 min ton (1995-ci ildəkindən 3,9 dəfə 
çox) kartof istehsal edildi. Ölkədə çəltik istehsalı bərpa 
edilməyə, şəkər çuğunduru istehsal olunmağa başlandı. 
Respublikada iqtisadi tənəzzülün qarşısı 1995-ci 
ildə alındı. Dirçəliş başlandı. Əgər 1991-1994-cü illərdə 
ümumi daxili məhsul ildə orta hesabla 20-25 faiz 
azalırdısa, 1996-2000-ci illərdə 39 faiz artmışdı. 2002-ci 
ildə ölkədə 29,6 trilyon manatlıq (6,1 milyard dollar) 
ümumi daxili məhsul istehsal edilmişdi. 
İqtisadi dirçəliş ölkənin maliyyə vəziyyətini xeyli 
yaxşılaşdırdı. 
1996-2002-ci 
illərdə 
Azərbaycan 
Respublikasının dövlət büdcəsinin gəlirləri 2,2 dəfə 
artmışdı. 2003-cü ildə dövlət büdcəsi 1 milyard 200 
milyon dollar həcmində (1994-cü ildəkindən 17 dəfə çox) 
müəyyən edilmişdi. Dövlət büdcəsinin kəsiri durmadan 
azalırdı: 1996-cı ildə o, cəmi 3 faiz 2001-ci ildə isə 0,1 
faiz təşkil etmişdi.
Ölkənin valyuta ehtiyatları 2002-ci ildə 1 milyard 
374 milyon dollara çatmışdı ki, bu da 1993-cü ildəkinə 
nisbətən 103 dəfədən çox idi.
Beləliklə, Prezident Heydər Əliyevin müdrik daxili 
və xarici siyasəti sayəsində Azərbaycan Respublikasının 
iqtisadiyyatı dərin böhrandan, tənəzzüldən qurtardı. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin