Sual 3. Azərbaycanın xarici siyasəti.
Azərbaycan Respublikasına qarşı informasiya
blokadasının yarılması, Dağlıq Qarabağ probleminə dair
həqiqətlərin
dünya
ictimaiyyətinə
çatdırılması,
Azərbaycanın dünya siyasətində, dünya dövlətləri
arasında
özünə
layiq
yer
tutması,
beynəlxalq
münasibətlərin ümumbəşəri dəyərlər əsasında inkişafına
kömək etməsi, Cənubi Qafqazda başqa dövlətlərin
Dağlıq Qarabağ münaqişəsinin həllində də maraqlı
olması, respublikanın ərazi bütövlüyünün sülh, danışıqlar
yolu ilə təmin edilməsi istiqamətində Prezident Heydər
420
Əliyevin başçılığı ilə gərgin və səmərəli iş aparıldı.
Heydər Əliyev diplomatiyası beynəlxalq münasibətlər
sistemində yaranmış dəyişikliklər, qloballaşma meylləri,
dövlətlərin Cənubi Qafqaz regionundakı siyasi və iqtisadi
maraqlarının Azərbaycanın maraqları ilə mümkün qədər
uzlaşdırılması kimi praqmatik əsaslar üzərində quruldu.
Azərbaycan Prezidenti 68 ölkənin prezidenti, hökumət
başçısı ilə görüşlər keçirdi. Azərbaycan üzv olduğu
beynəlxalq
təşkilatların
sessiyalarında,
zirvə
toplantılarında iştirak etdi. 2000-ci il sentyabrın 6-da BMT
B
aş Məclisində, 2001-ci il yanvarın 25-də Avropa Şurası
Parlament Assambleyasında Heydər Əliyev mövcud
şəraitdə müstəqillik əldə etmiş dövlətlərə münasibətdə
aydın hiss olunan ikili standartlarla yanaşmanın
yolverilməzliyini, qloballaşmaya töhfələrini verən ölkələrə
texnoloji
yardım
göstərilməsi,
mədəniyyətlərin
toqquşması
təhlükəsini
aradan
qaldırmaq
üçün
demokratiya və bazar iqtisadiyyatının inkişafında ayrı-ayrı
xalqların mentalitetinin nəzərə alınması vacibliyini qeyd
etmişdi.
1993-
cü il sentyabrın 24-də Azərbaycan
Respublikası MDB-yə daxil oldu. Doğrudur, bu təşkilat
daxilində üzv dövlətlərin bərabərhüquqlu əməkdaşlığı
lazımınca təmin edilməmiş, subyektlər arasında
münaqişələrin aradan qaldırılması üçün təsirli tədbirlər
həyata keçirmək mümkün olmamışdı. Üzv dövlətlərə
Rusiya Federasiyasının ikili münasibəti bu birliyin
səmərəsini xeyli azaldır, narazılığa səbəb olurdu. Heydər
Əliyev MDB dövlət başçılarının, demək olar ki, bütün
görüşlərində
birlik
daxilində
belə
qeyri-sağlam
münasibətlər olmasının yolverilməzliyini, separatizmlə
mübarizənin vacibliyini diqqətə çatdırırdı.
MDB-
yə daxil olan dövlətlərlə ikitərəfli əlaqələrin
möhkəmlənməsinə diqqət artırılmışdı. 1993-cü ilin
421
sonlarına qədər Azərbaycanla kəskin münasibətlərə
malik olan Mərkəzi Asiya respublikaları ilə əlaqələr yeni
forma və vasitələrlə köklü surətdə yenidən qurulurdu.
Birlik üzvlərinə RF tərəfindən ikili münasibət MDB
daxilində dövlətlərin ayrılıqda birliklər təşkil etməsinə
səbəb
olurdu. 1996-1997-ci
illərdə
Azərbaycan-
Gürcüstan və Azərbaycan-Ukrayna arasında strateji
əməkdaşlıq haqqında sazişlər bağlandı. 1997-ci ilin
oktyabrında Gürcüstan, Ukrayna, Azərbaycan və
Moldova respublikalarının başçıları öz aralarında
əməkdaşlıq haqqında kommünike imzaladılar. Noyabrın
25-
də Bakıda "GUAM" bloku təşkilini bəyan edən rəsmi
protokol imzalandı. Bu ölkələrin NATO və ATƏT
çərçivəsində, habelə öz aralarında siyasi, hərbi və
iqtisadi sahələrdə mövqelərini əlaqələndirməyə imkan
verən strateji partnyorluğa hüquqi əsas yarandı. 1999-cu
il aprelin 4-
də Vaşinqtonda GUAM təşkilatına üzv olan
dövlətlərin
prezidentlərinin
görüşündə
Özbəkistan
Respublikası da bu təşkilata qəbul edildi. GUAM bundan
sonra GUÖAM adlandırılmağa başlandı. Heydər Əliyev
təşkilatın sədri seçildi. GUÖAM-ın icraçı katibliyinin
yaradılması qərara alındı. Belə bir birliyin təşkili Rusiyanı
olduqca narahat edirdi. Vəziyyəti 1999-cu ilin martında
MDB
dövlətləri
başçılarının
zirvə
toplantısında
Azərbaycan, Gürcüstan, Moldova və Özbəkistanın
Kollektiv
Təhlükəsizlik
Müqaviləsi
müddətinin
uzadılmasına razılıq verməməsi daha da gərginləşdirdi.
Rusiya bu dövlətlərə münasibətini xeyli yumşaltmağa
istiqamətlənən addımlar atdı. Bununla əlaqədar sonralar -
2001-ci il iyunun 6-7-
də Yaltada GUÖAM təşkilatı
başçılarının
görüşündə
qəbul
olunmuş
"Yalta
Xartiya
sı"nda yaradılan bu təşkilatın iqtisadi sahələrdə
əməkdaşlığa üstünlük verəcəyi elan edildi.
422
Heydər Əliyev ATƏT-in 1999-cu il noyabrın 18-də
İstanbul
zirvə
toplantısında
"Cənubi
Qafqazda
təhlükəsizlik və əməkdaşlıq paktı" təsis edilməsi
təşəbbüsü ilə çıxış etdi. Bu paktda dövlətlərarası
münasibətlərin,
habelə
münaqişələrin
aradan
qaldırılmasının prinsipial əsasları təsbit edilməli idi. Ona
əsasən regiondan xarici hərbi qüvvələr çıxarılmalı,
Cənubi Qafqazı bölən ayırıcı xətlər aradan qaldırılmalı,
təcavüzə, etnik təmizləmələrə, separatizmə son
qoyulmalı, ikili standartlara yol verilməməli idi. Lakin
Rusiya Ermənistan vasitəsilə bu planın həyata
keçməsinə ciddi mane oldu.
Ölkənin xarici siyasət kursunda 1993-cü ilin
yayından Türkiyə Respublikası ilə münasibətlərdə
keyfiyyətcə ciddi dəyişikliklər edildi. Bu dost və qardaş
ölkə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi,
bərabərhüquqlu iqtisadi tərəf müqabili oldu. Türkiyə
Ermənistanı təcavüzkar bir dövlət kimi tanımış, Dağlıq
Qarabağ məsələsi ədalətlə həll olunmayınca onunla heç
bir əlaqə saxlamayacağını elan etmişdi. Azərbaycan-
Türkiyə münasibətləri həm də dünyada və bölgədə
sülhün, əmin-amanlığın bərqərar olması işinə xidmət
edirdi. 2001-ci il iyulun 23-
də Xəzər dənizinin mübahisəli
sularında Azərbaycan gəmilərinə İran təyyarələrinin
hücum cəhdini Türkiyə qəti etirazla qarşıladı. Ankara
bütün dünyaya bildirdi ki, "Azərbaycana əl qaldıran
qarşısında Türkiyəni görəcək!"
Azərbaycan İran İslam Respublikası ilə də hər iki
tərəf üçün faydalı normal siyasi-iqtisadi və mədəni
münasibətlər
qurdu.
İran
dövləti
Ermənistanın
Azərbaycana təcavüz etdiyini bildirsə də, onunla
hərtərəfli münasibətlər yaratmışdı. Bu qonşu müsəlman
dövləti Azərbaycana qarşı münasibətlərində tam səmimi
olmadığını
göstərirdi.
İran
Azərbaycanı
özünün
423
təhlükəsizlik zonası elan etmişdi. 2001-ci il iyulun 23-də
İran mübahisəli hesab etdiyi sulardan Azərbaycan
gəmilərinin çıxarılması haqqında nota verdikdən sonra
hərbi təyyarələrini havaya qaldırmışdı. Azərbaycan buna
cavab tədbiri gördü. Münaqişə dinc yolla nizama salındı.
Azərbaycan Prezidenti Heydər Əliyevin İran
Respublikasına səfəri zamanı - 20 may 2002-ci ildə
imzalanmış
"Azərbaycan
Respublikası
ilə
İran
Respublikası
arasında
dostluq
və
əməkdaşlıq
münasibətlərinin prinsipləri haqqında" müqavilə iki dövlət
arasında
münasibətlərin
nizamlanmasına
istiqamətləndirilmişdi.
Qonşu Gürcüstan Respublikası ilə əlaqələr çox
önəmli idi. 1996-cı ilin mart ayında Prezident Heydər
Əliyev Gürcüstana rəsmi səfər etdi. İki ölkə arasında
dostluq və əməkdaşlıq haqqında sənəd imzalandı. Bu,
qonşu
ölkədə
yaşayan
azərbaycanlılara
qarşı
münasibətin xeyli yaxşılaşmasına səbəb oldu. İki ölkənin
bütün sahələrdə strateji əməkdaşlığı başlandı.
Azərbaycanın xarici siyasətində ABŞ, Böyük
Britaniya, Çin, Yaponiya, Fransa, Almaniya, İtaliya kimi iri
dövlətlərlə münasibətlər mühüm yer tuturdu. Bu ölkələrlə
tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələr
yaradılmışdı.
Prezident Heydər Əliyevin qeyd etdiyi kimi,
Azərbaycan diplomatiyasında Avropa istiqaməti mühüm
yerlərdən birini tutur. İngiltərə və Avropanın digər nüfuzlu
dövlətləri
ilə
sabit
bərabərhüquqlu
əməkdaşlıq
münasibətləri qurulmuşdu. Bu ölkələrlə imzalanmış 90-
dan artıq sənəd qarşılıqlı münasibətlər üçün ən möhkəm
hüquqi əsas yaratmışdı. Azərbaycan Qərblə Şərqin
qovşağında bərpa olunan qədim İpək Yolunun
mərkəzində mühüm yer tuturdu. Dünyada nüfuzlu Çin
Xalq Respublikası və Yaponiya kimi Şərq dövlətləri ilə
424
siyasi və iqtisadi əməkdaşlıq respublikanın xarici
siyasətində uğurlu addımlar olmuşdu.
Pakistan dövləti ilə dostluq və əməkdaşlıq
münasibətləri daha da inkişaf etdirilirdi. İsrail dövləti ilə də
əməkdaşlıq genişlənməkdə idi.
XXI əsrin əvvəllərində Azərbaycan Respublikası
artıq 137 ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Azərbaycanda 63 (24-ü bilavasitə Bakıda) ölkənin səfirliyi
fəaliyyət göstərirdi. Azərbaycanın 21 ölkədə səfirliyi, baş
konsulluğu və daimi nümayəndəliyi vardı.
1996-
cı ilin aprelində Azərbaycan ilə Avropa
Şurası (AŞ) və onun üzvü olan dövlətlər arasında
tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalandı.
Həmin ilin iyununda Azərbaycan Respublikası AŞ
Parlament Assambleyasında "xüsusi dəvət olunmuş
qonaq" statusu aldı.
AŞ Parlament Assambleyasının 2001-ci il 25
sentyabr tarixli iclasında İlham Əliyev erməni terrorizmini,
Ermənistanın Azərbaycana qarşı keçirdiyi terror və
soyqırım siyasətində terrorçu ASALA təşkilatının fəal
iştirak etdiyini, törədilmiş 32 terror aktı nəticəsində 2000
adam öldürüldüyünü, on minlərlə adamın yaralandığını
bildirdi. Terroru dəstəkləyən Ermənistan dövlətini ifşa
etdi. İlyarım ərzində Avropa Şurası Parlament
Assambleyasında
Ermənistanın
terrorçu
dövlət
adlandırıldığı 12 sənəd (bunlara üst-üstə AŞPA-nın 300
deputatı imza atmışdır) qəbul olundu. 2002-ci il
sentyabrın 26-da AŞPA-nın sessiyasında müzakirə
edilən Azərbaycan haqqında məruzədə ilk dəfə bu
təşkilatın çox vacib sənədində açıq-aydın bildirilir ki,
Azərbaycanın torpaqları işğal olunubdur. Ermənistan
Azərbaycana qarşı təcavüz edibdir və bu işğal
nəticəsində Azərbaycanın bir milyondan artıq qaçqını
vardır.
425
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə
əməkdaşlığı daha da genişlənirdi. 2002-ci ildə Avropa
İttifaqı ilə "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin (1992-ci
ildə bağlanıb) yerinə yetirilməsinə dair milli proqram
hazırlanmışdı. Bu əlaqələrin respublikanın inkişafına
böyük təsiri vardı. Avropa İttifaqı-Azərbaycan Parlament
Əməkdaşlığı Komitəsinin Brüsseldə 25-26 fevral 2002-ci
ildə keçirilmiş iclasında qeyd edildiyi kimi, "siyasi, iqtisadi,
hüquqi islahatların aparılması Azərbaycanın Avropaya
inteqrasiyası üçün yeni perspektivlər açır.
2002-
ci
il
oktyabrın
2-də
Azərbaycan
Respublikası BMT-nin "İqtisadi və Sosial Şurasına" üzv
seçildi.
Azərbaycan və Türkiyə respublikaları 1997-ci ilin
may ayında strateji əməkdaşlığı daha da dərinləşdirmək
haqqında müqavilə imzaladılar.
Azərbaycanın qəti mövqeyi dövlətlərin ona
münasibətinin getdikcə dəyişməsinə, sağlamlaşmasına
səbəb oldu. 1997-ci il iyulun 3-də Moskvada Rusiya
Federasiyası
və
Azərbaycan
arasında
dostluq,
əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə
imzala
ndı. 1997-ci il avqustun 29-da Rusiya ilə
Ermənistan arasında da "Dostluq, əməkdaşlıq, qarşılıqlı
yardım haqqında" yeni müqavilə bağlandı. Bu sənəddə
hərbi vəziyyət yaranarkən Rusiyanın rəsmi surətdə
Ermənistan tərəfində çıxış edəcəyi bəyan olunurdu.
Azərbaycanda narazılıq yaratdığını görən Rusiyanın
yüksək vəzifəli şəxsləri, habelə Xarici İşlər Nazirliyi xüsusi
nota ilə bu sənədin Azərbaycan Respublikasına qarşı
çevrilmədiyini bildirdilər. Azərbaycan Prezidenti Heydər
Əliyev MDB dövlət başçılarının 1997-ci il oktyabr, 1999-
cu il mart və sonrakı zirvə görüşlərində bu müqavilənin
Azərbaycana qarşı təhlükə yaradan bəndlərinin ləğv
olunmasını tələb etdi. 2001-ci ilin may ayında Bakıda
426
səfərdə olan RF hərbi naziri rəsmi surətdə elan etdi ki,
Ermənistan və Azərbaycan arasında silahlı münaqişə
olarsa, Rusiya neytral qalacaqdır.
Rusiya
Federasiyasının
prezidenti
V.Putin
Azərbaycan prezidentinin dəvəti ilə 2001-ci il yanvar
ayının 9-da Bakıya rəsmi səfərə gəldi. Ölkələr arasında
münasibətlərin inkişaf etdirilməsinə istiqamətləndirilmiş
tədbirlər görülməsi barədə razılıqlar əldə olundu. V.Putin
Azərbaycan və Gürcüstanın bölgədə Rusiyanın iştirak
etmədiyi siyasi birliklərə qoşulmasının qarşısını almaq
üçün "Qafqaz dördlüyü" (Rusiya, Azərbaycan, Gürcüstan
və Ermənistan) yaradılması təşəbbüsünü irəli sürdü.
"Bakı Bəyannaməsi" imzalandı. Prezident V.Putin RF-nin
Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə
etdiyini bir daha bəyan etdi.
2002-
ci ilin yanvar ayında Rusiya ilə Türkiyə
arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalandı.
Bəşəriyyət üçün böyük bəlaya çevrilmiş terrorizmlə
mübarizədə aparıcı rol oynayan ABŞ-ın müttəfiqi olan
Türkiyənin Qafqazda nüfuzu xeyli artdı.
Hökumət dairələrində "Azadlığa Dəstək Aktı"na
1992-
ci il 907 saylı əlavənin ləğv edilməsinə tərəfdarlar
çoxaldı. Azərbaycana dövlət səviyyəsində kömək
göstərmək
üçün
yollar
axtarılıb
tapıldı.
ABŞ
administrasiyası Konqresə müraciət edərək 2002-ci ildə
Azərbaycana yardımın 46 faiz artırılmasını, Ermənistana
verilən yardımın isə 22 faiz azaldılmasını təklif etdi.
2001-
ci il sentyabrın 11-də Nyu-York və
Vaşinqton şəhərlərində dəhşətli terror hadisələri
törədilməsinə cavab olaraq ABŞ beynəlxalq terrorizmə
qarşı mübarizə elan edərkən Azərbaycan Respublikası
onunla bir mövqedə olduğunu birincilər sırasında bəyan
etdi, öz ərazisindən ABŞ silahlı qüvvələrinin istifadəsi
üçün imkanlar yaratdı. Oktyabr ayının sonlarında ABŞ
427
senatı 907-ci əlavəni müvəqqəti olaraq dayandırmaq
üçün prezidentə səlahiyyət verdi. ABŞ prezidenti 2002-ci
il yanvarın 28-də, növbəti dəfə 2003-cü il yanvarın 17-də
bu səlahiyyəti reallaşdırdı.
Az sonra ABŞ Azərbaycana silah satışına
qoyulmuş qadağanı aradan qaldırdı. Təhlükəsizlik
tədbirlərində Azərbaycana kömək etməyə başladı.
Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər qan
tökülmədən, qırğın və dağıntılara yol vermədən, dinc
vasitələrlə həll etmək xətti götürdü. O, Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT - 1994-cü il
Budapeşt sammitindən sonra ATƏM belə adlanır) Minsk
qrupunun
fəaliyyətinin xeyli canlanmasına, ona nəzarət
edən və üzv dövlətlərin münaqişənin həllinə və regionda
sabitlik yaradılmasına marağının artmasına nail oldu.
Prezident Heydər Əliyev bu illərdə ATƏT
rəhbərliyi və onun Minsk qrupunun təmsilçiləri ilə 130-dan
çox görüş keçirdi. ATƏT-in 1994-cü ilin dekabrında
Budapeşt, habelə 1996-cı ilin dekabrında Lissabon
sammitləri Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu
vasitəsilə ədalətli, beynəlxalq prinsiplərə əsaslanaraq
həllinin vacibliyini təsdiq etdi.
Azərbaycan və Ermənistan prezidentlərinin yeni
formatda-
Minsk qrupu həmsədrlərinin iştirakı ilə 4-6 mart
Paris (Fransa), 3 aprel 2001-ci il Ki-
Uest (ABŞ) görüşləri,
bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın mövqelərinin
dəyişməzliyini nümayiş etdirdi.
Heydər Əliyev həmsədrlərin və bu münaqişənin
həllində öz prinsiplərini tam müdafiə etməyib, ikili siyasət
yeridən beynəlxalq təşkilatların "reallıqla razılaşmaq
lazımdır" tövsiyəsini qəti rədd etdi. Yaltada GUÖAM
dövlət başçılarının sammitində həmsədrlərin problemin
həllindən boyun qaçırmaqla, onu münaqişə edən
428
tərəflərin öhdəsinə buraxmaqla ciddi səhvə yol verdikləri,
beynəlxalq hüquq normalarını və prinsiplərini təhlükə
altında qoyduqları tənqid edildi.
Azərbaycanın mövqeyinin dəyişməzliyinə səbəb
Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin
rəhbərliyi altında uğurla həyata keçirilən daxili və xarici
siyasət, ölkənin iqtisadiyyatının sürətli inkişaf yoluna
düşməsi, milli ordu quruculuğu sahəsində irəliləmələr,
regionla bağlı məsələlərin həllində iri dövlətlərin onunla
hesablaşmağa məcbur olması idi.
Dostları ilə paylaş: |