413
məhdudiyyətlər aradan qaldırıldı, mətbuatda və digər
kütləvi informasiya vasitələrində dövlət sirlərini qoruyan
idarə, senzura ləğv edildi.
Azərbaycan Respublikası Şərqdə ölüm cəzasını
ləğv etmiş ilk ölkə oldu. 1993-cü ildən burada ölüm
cəzasına faktiki moratorium qoyuldu. 1996-cı ildə
Pre
zident Heydər Əliyev Cinayət Məcəlləsində 21-ci
maddənin sanksiyasından ölüm cəzasını götürmək
təşəbbüsünü irəli sürdü. Qadınlara və 65 yaşından yuxarı
kişilərə ölüm cəzası qadağan edildi. 1998-ci ilin fevral
ayında Prezidentin təşəbbüsü ilə respublikada ölüm
hökmü tamamilə ləğv olundu.
Dövlətçiliyin
təmin
olunmasının
mühüm
vasitələrindən biri də hüquq-mühafizə orqanlarının inkişaf
etdirilməsi və möhkəmləndirilməsi idi.
1997-
ci
ilin
oktyabr
ayında
"Konstitusiya
Məhkəməsi haqqında" Azərbaycan Respublikasının
Qanunu qəbul edildi. 1998-ci ildə Konstitusiya
Məhkəməsi təşkil olundu.
2002-
ci ilin avqustunda Konstitusiyaya edilmiş
dəyişikliklərə
görə
hər
bir
şəxs
Konstitusiya
Məhkəməsinə müraciət edə bilərdi.
2002-
ci ilin sentyabr ayından Azərbaycanda
üçpilləli məhkəmə sistemi formalaşdı. Yeni, ikinci
instansiya -
apellyasiya məhkəməsi yarandı.
Yeni Konstitusiyanın tələbinə görə, ölkədə
demokratik cəmiyyətin mühüm elementi kimi yerli
özünüidarə - seçkili bələdiyyələr sistemi qurulmağa
başlanmışdı. 1999-cu il dekabr ayının 12-də Azərbaycan
Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. Beləliklə,
Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu.
Dostları ilə paylaş: