Azərbaycanda Nadir şahın hakimiyyətinə qarşı
üsyanlar. Antifeodal çıxışlarının ilk əlamətləri XVIII əsrin
30-
cu
illərinin
birinci
yarısında,
Səfəvi-Türkiyə
müharibəsinin gedişi dövründə meydana çıxsa da, bu
çıxışlar öz zirvəsinə XVIII əsrin 30-cu illərinin ikinci yarısı
40-
cı illərin əvvəllərində çatdı. Xalq hərəkatının əsas
səbəbi amansız hərbi-feodal diktatura rejiminin
qurulması, feodal istismarının görünməmiş həddə
çatması, şah ordusunun Azərbaycanda dəfələrlə cəza
ekspedisiyaları təşkil etməsi ilə bağlı idi.
Dözülməz yaşayış şərtləri və feodal ağalığına qarşı
başlanmış xalq çıxışlarını yatırmaq üçün Nadir cəza
ekspedisiyaları göndərmək taktikasına əl atdı. 1737-ci
ildə Azərbaycana 20 minlik qoşunla gələn Nadirin qardaşı
Ibrahim xan Car, Tala, Muxax əhalisinin çıxışlarının
191
əvvəlcə danışıqlar yolu ilə sakitləşdirməyə müvəffəq olsa
da, 1737-
ci ilin yayında yenidən çaxnaşma baş verdi.
Ibrahim xan tərəfindən məğlub edilən dəstələr Dağıstana
çəkilərək gizləndilər. 1738-ci ildə 30 minlik qoşunla
çaxnaşma ocağını söndürmək üçün Ibrahim xan Car
istiqamətində yürüşə başladı. Canik dağı yaxınlığındakı
dar bir dərədə Ibrahim xanın qoşunları tələyə düşdü. Iran
ordusunun böyük bir hissəsi başda Ibrahim xan olmaqla
məhv edildi, sağ qalanlar isə qaçmaqla canlarını
qurtardılar.
Car üsyanı və qardaşı Ibrahim xanın ölüm xəbərini
Hindistanda eşidən Nadir şah 1739-cu ildə Abdal Qəni
xanın başçılığı altında Azərbaycana cəza dəstələri
göndərdi. Qəni xan öz qoşunlarını Cənubi Azərbacan,
Xorasan və Gürcüstanın hərbi dəstələri ilə gücləndirərək
1741-
ci ilin fevralında Alazan vadisinə yaxınlaşdı. Nadirin
qoşunları çətinliklə olsa da üsyançıların müdafiə
istehkamlarını ələ keçirdilər və bir neçə ay ərzində Car və
Tala
kəndlərini qarət etdilər. Sağ qalan əhali qaçıb
dağılışdılar, yaşayış məskənlərində heç bir həyat əlaməti
qalmadı.
1741-
ci ilin yazında Orta Asiyaya yürüşünü başa
vuran Nadir şah 100 minlik ordu ilə Şimali Azərbaycan və
Dağıstana yürüşə başladı. Bu böyük ordunun bütün
xərcləri yerli əhalinin üzərinə düşürdü. Nadir bütün vergi
imtiyazlarını ləğv edərək, çox böyük qəddarlıqla ötən
illərdən qalmış vergi borclarının toplanmasına başladı.
Ordunun ləng hərəkətini görən Nadir Fətəli xan başda
olmaqla yüngül süvari ordusunu Cara göndərdi. Dağlarda
gizələnmiş üsyançılarla ilk döyüş Fətəli xanın
məğlubiyyəti ilə başa çatdı. Irandakı rus diplomatlarının
məlumatına görə, bu döyüşdə Iran tərəfi iki min nəfər
itirdi.
192
1741-
ci il yayın əvvəlində Şamaxıya gələn Nadir
H
eydər bəyin başçılığı ilə 10 000 nəfərlik dəstəni
üsyançıların arxasınca göndərərək, özü isə 35 000
qoşunla Bərdə, Qələbə və Şahdağ istiqamətindən
Qazıqumıqa doğru hərəkət etdi. Əfşar ordusu üsyançıları
elə bir vaxda yaxaladı ki, rəhbərlik arasında ixtilaf
yaranmışdı. Buna görə də Iran qoşunlarının ilk
hücumlarına davam gətirməyərək dağlara dağılmışdılar
və Nadirin qoşunlarının irəliləməsi üçün yol açıldı. Nadir
üsyançıların ailəsinə divan tutdu. Öz xalqlarına xəyanət
edən Surxay xan, Tarku şamxalı, Tabasaran üsmisi
Nadirin hüzuruna gələrək əhv olundular.
Feodalların xəyanəti dağlıların müdafiəsini sarsıtsa
da, üçyançılar silahı yerə qoymadılar. Geri çəkilən
üsyançılar düşmən qoşunlarını naməlum yerlərə
apararaq qəfildən onlara basqın edirdilər. Nadiri hər
şeydən çox üsyançı dəstələrinin gecə hücumları narahat
edirdi. Əhali bütün ərzaq ehtiyatını özü ilə apardığı üçün
Nadirin ordusunda aclıq başlandı. Irəliyə yürüşü
dayandırılan Nadir şah Çox kəndi yaxınlığındakı Andail
dairəsində baş verən döyüşdə məğlubiyyətə düçar oldu.
Qışın yaxınlaşması və aclıq Nadiri müvəqqəti dayandırıb
Şirvana qayıtmağa vadar etdi.
Cənubi Dağıstan və şimali-şərqi Azərbaycandakı
üsyançılara qarşı yönəlmiş 1741-1742-ci il kompaniyası
Iran üçün çox ağır başa gəldi. Çox kəndi yaxınlığında
Nadir ordusunun məğlubiyyəti xəbəri bütün Avropaya
yayıldı və Nadirin məğlubedilməzliyi haqqında mif dağıldı.
1743-
cü ildə Şimali Azərbaycanda Nadirin ağalığına
qarşı daha bir üsyan qalxdı. Şirvan əhalisi özünü Səfəvi
sülaləsinin varisi elan edən yalançı I Sam Mirzənin
ətrafında toplandı. 1743-cü ildə Şirvanda bir-birinin
ardınca iki yalancı Sam Mirzə üsyanı baş verdi. Bu
193
üsyanların əsas hərəkətverici qüvvəsi xalq kütləsi olsa
da, üsyanda bəzi yerli feodallar da iştirak edirdi.
1743-
cü ilin əvvəlində Avarıstanda peyda olan I Sam
Mirzə belə bir məlumat yaydı ki, o, Sultan Hüseynin
oğludur və Isfahanın əfqanlar tərəfindən mühasirəsi
zamanı etimadüddövlə Məhəməd Mömincanın köməyi ilə
paytaxtdan qaçmağa müvəffəq olmuşdur. Sam Mirzə
Gürcüstan və Krımda gizlənmiş, Nadirin Dağıstanda
məğlubiyyətindən sonra Avarıstana gəlmişdi. Sam
Mirzənin ətrafına tezliklə 20 minə qədər adam toplaşdı
və Qazıqumıq hakimi Surxay xan da ona qoşuldu. Sam
Mirzə və Surxay xan 15 minlik qoşunla yeni Şamaxını ələ
keçirdilər. Nadir şah oğlu Nəsrullah Mirzəni böyük ordu ilə
Şamaxıya göndərməklə yanaşı, yerli qarnizonları
möhkəmləndirmək məqsədi ilə Gəncə, Qarabağ,
Çuxursəd, Əhər, Qaradağ və Muğana 10-20 minlik hərdi
hissələr göndərdi.
Sam Mirzə əhalini öz tərəfinə cəlb etmək üçün Nadir
şahın müəyyən etdiyi bütün vergiləri ləğv etməklə, xalq
kütlələri arasında böyük populyarlıq qazandı. Lakin Sam
Mirzənin qələbələri uzun sürmədi. Qış qurtaran kimi
Şamaxıya yaxınlaşan Iran ordusu Nəsrullah Mirzənin
başçılığı altında Şirvan düzündəki döyüşdə üsyançıları
məğlub etdilər. Sam Mirzə qaçarkən ələ keçirilib qətlə
yetirildi. Surxay xan isə Dağıstana qaçaraq gizlənə bildi.
Nəsrullah Mirzə Heydər xanı Şamaxı hakimi təyin
etdikdən sonra geriyə qayıtdı.
1743-
cü ilin payızında Şirvan bölgəsində yeni yalançı
Sam Mirzə peyda oldu. II Sam Mirzə Azərbaycana
Cənubi Dağıstana və Iranın şimal əyalətlərinə göndərdiyi
məktublarında əsas məqsədinin Səfəvi taxtının qanuni
varisi kimi hakimiyyəti Nadirin əlindən almaq olduğunu
bildirdi. Təbliğat nəticəsində Sam Mirzə Şirvan,Dərbənd
və Tabasaranda çoxlu tərəfdar toplaya bildi. Ağsu
194
yaxınlığında, Şah bağı adlı yerdə baş verən döyüşdə
Sam Mirzə məğlubiyyətə uğradıldı.
Şirvanla eyni zamanda Nadir şaha qarşı Şəkidə
xalq azadlıq hərəkatı başladı.
XVIII əsrin 40-cı illərində Azərbaycanda Iran
əsarətinə qarşı azadlıq hərəkatı Şəkidə xüsusi ilə geniş
xarakter aldı. Bu mübarizəyə Dərviş Məhəmməd xanın
nəslindən olan Hacı Çələbi Qurban oğlu başçılıq edirdi.
1738-
ci ildə Şəkiyə Məlik təyin olunmuş Məlik
Nəcəf özünün zülmkarlığı ilə daha məşhur idi. O, şahın
qoyduğu vergilərdən artıq vergi toplayır, xalqı soyub
talayırdı. Ona görə də Şəkli əhli onun qanunsuz
hərəkətləri haqqında şikayət məktubu yazırdılar. 1741-ci
ilin sonunda Dərbənd yaxınlığında “Xaraba Iran” adlanan
yer
də Hacı Cələbinin başçılığı ilə şəkililərin nümayəndəsi
şikayət məktubunu Nadir şaha çatdırıldı. Şah Hacı
Çələbiyə fərman verib Şəki mahalına vəkil təyin etdi.
Nadir yerli feodallar arasında böyük nüfuza malik olan
H
acı Çələbinin vəkil təyin etməklə özünə dayaq yaratmaq
istəyirdi. Hacı Çələbi isə Məlik Nəcəfin qnunsuz
hərəkətlərinə qarşı çıxdığından Məlik Nəcəf Hacı
Çələbidən şaha şikayət məktubu yazır. Bir neçə vaxtdan
sonra Məlik yenidən Çələbinin hərəkətləri haqqında
xəbərçilik edir, şah onu 100 tümən cərimə edib. O,
cərimənin ödəməkdən imtina edir. Cəriməni onun əmisi
verdi. Məlik yenə də Hacı Çələbidən şaha şikayət edir.
Şah onu öz hüzuruna çağırır. Lakin Çələbi onun yanına
getm
ədi və 1743-cü ildə öz tərəfdarları ilə hücum edərək
Məlik Nəcəfi öldürdü və özünü xan elan etdi. Beləliklə, ilk
Azərbaycan xanlığı yarandı.
1744-
cü ilin noyabrında Nadir dördüncü dəfə
Azərbaycana Şəki üzərinə hücum etdi. Hacı Çələbi isə
“Gələsən görəsən” qalasında möhkəmlənərək şaha baş
əymədi. Nadirin qoşunları qalaya hücum etdi. Lakin
195
müvəffəqiyyət qazana bilməyib geri çəkildi. Qalanın
müdafiəçiləri hər cür məhrumiyyətlərə və aclığa dözərək
Nadirin hücumu qarşısında mətanətlə dayandılar, yaxın
adamları şaha “bir ovuc gərəksiz, ac adamlardan ötəri”
nahaq qan tökməyi məsləhət görmədilər. 4 aylıq
mühasirədən sonra Nadir şah geri çəkilməyə məcbur
oldu.
1746-
cı ilin martında Çələbi Nadir şahın
hakimiyyətini tanıdı. Nəcəfin qardaşı Cəfər isə Şəkiyə
Məlik təyin edildi. Şahın verdiyi fərmanda deyilir ki, Məlik
Cəfər və Hacı Çələbi Şəkidə vəziyyəti nizama salır və
xalqın dinc əməklə məşğul olmasını təşkil etsinlər.
Bu Çələbinin Nadirə təslim olması kimi
qiymətləndirilməməlidir. Onu qeyd etmək lazımdır ki, 2 il
müddətində qala mühasirə zamanı qalada ərzaq
qurtarmış, heyvanlara yem çatmırdı.
1743-1746-
cı illərdə baş verən üsyanlar Nadir
dövlətini sarstdı.
Beləliklə, Nadirin amansız siyasətinin, aramsız
müharibələrin nəticəsi olaraq ölkənin müxtəlif sosial
təbəqələri arasında yaranmış ziddiyyətlər sonda dövlətin
tənəzzülünə, sui-qəsdlərə və saray intriqalarına gətirib
çıxardı və Nadir şah belə bir sui-qəsdin qurbanı olaraq 21
iyun 1747-
ci ildə çadırında öldürüldü.
Nadir şahın ölümündən sonra əsasən hərbi güc
nəticəsində birləşdirilmiş imperiya dağıldı. Bunun əsas
səbəbi imperiya daxilində əmtəə-pul münasibətlərinin və
iqtisadi əlaqələrin zəif olması idi.
Dostları ilə paylaş: |