Mövzu 3. Turizm xidmətləri bazarı: əsas anlayışları, əlamətləri və növləri
Turizm bazarı anlayışı, onun strukturu və əsas elementləri. Turizm bazarında təklifin əsas komponentləri. Turizm bazarının təsnifləşdirilməsi. Subbazarlar: əmtəə bazarlarının differensiallaşdırılması. Nəqliyyat xidmətləri bazarı, ənənəvi turist xidmətləri bazarı, sığorta xidmətləri bazarı və informasiya xidmətləri bazarı. Turizm bazarında rəqabətin əsas formaları.
Turizm bazarında tələbin əsas komponentləri. Bazar seqmentləri: istehlak tələ-binin differensiallaşdırılması. Demoqrafik, sosial-iqtisadi, motivasiya-psixoloji seqmentlər. Turizm xidmətlərinə tələbin xüsusiyyətləri.
Turist məhsulu, onun strukturu. Tur, “package-tour”, eksklüziv turlar haqqında anlayış. Turların təsnifləşdirilməsi. Turizm təyinatlı məhsullar. Turizm məhsulunun bir xidmət növü kimi xarakteristikası. Turizm məhsulunun fərqləndirici xüsusiy-yətləri. Turizm və qonaqpərvərlik xidmətlərinə tələbin xüsusiyyətləri.
Dostları ilə paylaş: |