Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə76/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   72   73   74   75   76   77   78   79   ...   126
Zülal  törəmələri  –  digər  törəmələrə  nisbətən 
hüceyrədə  az  rast  gəlinir.  Lakin  bütün  hüceyrələrdə 
olur.  Heyvanlarda  ən  çox  yumurta  hüceyrələrində  rast 
gəlinir.  
Formaca  şar,  lövhə,  çubuq  və  s.  şəklində  olurlar. 
Əksər 
onurğalıların 
qaraciyər 
hüceyrələrində, 
ibtidailərdən  balıqların  dərisində  parazitlik  edən 
ixtioftirius  infuzorlarında  zülal  törəmələri  çox  olur. 
Bitkilərdə  zülal  törəməsi  aleyron  dənələri  şəklində  rast 
gəlinir.  Aleyron 
dənələri  də 
əsasən 
rüşeym 
hüceyrələrində  və  endospermdə  olur.  İstər  heyvanlarda 
istərsə  bitkilərdə  zülal  törəməsindən  rüşeymin  inkişafı 
prosesində  əlavə  qida  maddəsi    kimi    istifadə  edilir. 


 
197 
Aleyron dənələri vakuolların suyu  itirməsi  nəticəsində 
bərkiməsi  sayəsində  əmələ  gəlir.  Zülal  törəməsinin 
ölçüsü  və  quruluşu  müxtəlif  bitkilərdə  fərqlidir.  Ən  iri 
zülal törəməsi yağlı bitkilərdən gənəgərçəkdə olur. Bəzi 
bitkilərdə  nüvədə  də  zülal  törəməsinə  rast  gəlinir. 
Bunlar intrenuklear zülal adlanır. Belə zülal törəməsinin 
miqdarı 
bəzən  100-dən  çox  olur.  Hüceyrənin 
bölünməsindən  əvvəl  zülal  kristalları  sitoplazmaya 
düşür, orada əriyib həll olur, qız nüvələr əmələ gələndən 
sonra yenidən nüvədə toplanır. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin