Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə78/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   74   75   76   77   78   79   80   81   ...   126
Spesifik  törəmələrə  –  piqmetlər,  vitaminlər, 
fermentlər aiddir.  
Piqmentlər  kimyəvi  cəhətcə  müxtəlif  təbiətli 
olurlar.  Ancaq  onları  ümumiləşdirən  bir  cəhət  var  ki,  o 
da  onların  canlı  orqanizmdə  olan  təbii  rəngləridir. 
Heyvan  orqanizmlərində  əsasən  aşağıdakı  piqmentlər 
olur: melanin, malyariya piqmentli lipofussin, bilurubin, 
hemin, hemosiderin, hemotoidin və s. 
Melanin,  qonur,  qara  rəngli  piqment  olub  zülal 
təbiətlidir.  Yağlı  həll  edicilərdə  üzvi  və  qeyri-üzvi 
turşularda  həll  olmur.  Oksidləşdirici  maddələrin 
təsirindən (hidrogen peroksidi, xlor suyu) rəngsizləşir və 
gümüş  duzlarını  bərpa  edir.  Melanin  piqmenti  yumru, 
şar,  topalar,  çubuq  şəkilində  olur.  Melanin  dəridə, 


 
199 
beyində,  daxili  orqanlarda,  gözdə  piqment  epitelisində 
və s. rast gəlir. 
Malyariya  piqmenti  melanindən  turşu  və 
qələvilərdə  həll  olması  ilə  həmçinin  gümüş  düzlarını 
bərpa etməsi ilə fərqlənir. 
Lipofussun  piqmentinin  tərkibində  yağlı  maddələr 
olur.  Sarı,  narıncı  rəng    verir,  yağlı  həll  edicilərdə  həll 
olur.  Lipofussin  damlalar,  kiçik  dənələr  şəkilində 
hüceyrədə  mövcud  olur.  Əsasən  sinir  hüceyrələrində 
xüsusilə  sinir  hüceyrələrinin  qocalması  ilə  əlaqədar 
olaraq toplanır. Odur ki, onu bəzən qocalıq piqmenti də 
adlandırırlar.  Bu  piqment  balıqlarda,  amifibilərdə  və 
digər  heyvanlarda  da  rast  gəlir.  Həmin  piqment  qana 
qırmızılıq  verən,  hemoqlobinin  tərkibində  olur. 
Hemosiderin 
və 
hemotoidin 
hemoqlobinin 
çevrilməsindən  əmələ  gəlir.  Adətən  qırmızı  qan 
cisimciklərinin  parçalandığı  orqanlarda  olur.  Dalağa, 
qaraciyərə,  böyrəyə  qəhvəyi  rəng  verir.  Ümumiyyətlə 
hemotoidin  və  hemosiderin,  sarı,  qəhvəyi,  boz  rənglər 
verirlər. Piqmentlər adətən sitoplazmaya toplanır, bəzən 
çox nadir hallarda nüvədə də müşahidə edilir.  
Bitki hüceyrələrində piqmentlər adətən plastidlərlə 
(xloro  və  xromoplastlar)  əlaqədardır.  Bitkinin  yaşıl 
hissələrinin 
hüceyrələrində 
xlorofillə 
yanaşı 
karotionoidlər  də  olur.  (Həmin  piqmentlər  haqqında 
orqanoidlər  bəhsində  ətraflı  məlumat  verilib).  Bundan 
başqa bitki hüceyrələrinin hüceyrə şirəsində antosian və 
ona yaxın piqmentlər olur. Antosianin hüceyrəyə verdiyi 
rəng  hüceyrə  şirəsinin  PH-dan  asılı  olur.  Antosian  turş 
mühitdə  qırmızı,  qələvi  mühitdə  göy  rəng  verir. 


 
200 
Çiçəklərin,  meyvə  köklərinin,  meyvələrin  və  s. 
rənglənməsində piqmentlər xüsusi əhəmiyyətə malikdir. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin