HÜCEYRƏNİN KİMYƏVİ TƏRKİBİ
Müxtəlif hüceyrələr kimyəvi cəhətdən çox
oxşardırlar.
Belə
ki,
bitki
və
heyvan,
mikroorqanizmlərin hüceyrələri oxşar maddələrdən
təşkil olunmuşlar. Kimyəvi cəhətdən insan, heyvan,
bakteriya və s. hüceyrələrində eyni elementlərə,
maddələrə rast gəlinir. Əlbəttə miqdarca həmin
maddələr müxtəlif hüceyrələrdə müxtəlif olur.
Hüceyrələrin tərkibindəki elementlər 1-ci cədvəldə
verilmişdir.
Cədvəl 1
№
Kimyəvi
element
İşarəsi
Təxmini
miqdarı%
Hüceyrə və
orqanizm
üçün
əhəmiyyəti
1.
Oksigen
O
65-75
Suyun və üzvi
maddələrin
tərkibinə
daxildir.
Hüceyrə
və
79
toxumalarda
oksidləşmə
prosesində
iştirak edir.
2.
Karbon
J
15-18
Bütün üzvi
maddələrin
tərkibinə
daxildir. Qanın
PH-nin,
müvazinət
vəziyyətində
saxlanmasını
təmin edən
bufer
sistemlərinin
tərkibinə
daxildir.
3.
Hidrogen
H
8-10
Suyun və üzvi
maddələrin
tərkibinə
daxildir.
4.
Azot
N
1.5-3.0
Aminturşular,
nuklein
turşuları, ATF,
xlorofil,
hemoqlobin,
ferment
və
vitaminlərin
tərkibinə
daxildir.
80
5.
Kalsium
Ja
0.04
Bitkilərdə
hüceyrə
divarının,
sümük
və
dişlərin
tərkibinə
daxildir. Qanın
laxtalanmasını
sürətləndirir.
6.
Fosfor
P
0.20-1.00 Sümük
toxumasının
tərkibində,
dişlərin üst qatı,
müxtəlif
turşular, ATF
və bir sıra
fermentlərdə
rast gəlinir.
7.
Kükürd
S
0.15-0.20 Sistein, sistin
və metionin
amin turşuları,
B vitamini və
bir sıra
fermentlərin
tərkibinə
daxildir.
8.
Kalium
K
0.15-0.40 Hüceyrədə
ionlar şəklində
təsadüf olunur.
Zülal sintezi
81
fermentlərini
sürətləndirir.
Ürəyin normal
fəaliyyətini
təmin edir və
fotosintezdə
iştirak edir.
9.
Xlor
Jl
0.15-0.10 Qanın
tərkibində var.
Mədə şirəsində,
xlorid
turşusunun
tərkibində olur.
10.
Natrum
Na
0.02-0.03 Hüceyrədə
təkcə ionlar
şəklində rast
gəlinir. Ürəyin
normal
fəaliyyətini
təmin edir.
Hormonların
sintezində
iştirak edir.
11. Maqnezium
Mg
0.02-0.03 Xlorofil
molekuluna
daxildir.
Sümük
və
dişlərin
tərkibində var.
Enerji
82
mübadiləsini
aktivləşdirir.
12.
Yod
C
0.0001
Hormonların
tərkibində olur.
13.
Dəmir
Fe
0.01-0.15 Fermentlərin
tərkibinə
daxildir,
hemoqlobin,
mioqlabin
və
xlorofilin
biosintezində
iştirak
edir.
Tənəffüs
və
fotosintezdə
iştirak edir.
14.
Mis
Ju
2-10
-4
Onurğasızlarda
hemosianin
tərkibinə
daxildir.
Laxtalanma,
fotosintez və
hemoqlobinin
sintezində
iştirak edir.
15.
Manqan
Mn
1
10
-3
Fermentlərin
aktivliyini
artırır.
16.
Molibden
Mo
2
10
-2
Bir
sıra
fermentlərin
tərkibinə
83
daxildir.
17.
Kobalt
Jo
0.0002
B
12
-nin
tərkibinə
daxildir.
Eritrositlərin
inkişafında
iştirak edir.
18.
Bor
B
1.10
-3
Bitkilərdə
böyüməyə təsir
edir. Tənəffüsü
aktivləşdirir.
19.
Sink
Zn
5.10
-4
Müxtəlif
fermentlərin və
karbon
turşuların
tərkibinə
daxildir.
Hormonların
sintezində
iştirak edir.
20.
Flüor
F
5.10
-4
Dişlərin
üst
qatında
və
sümüklərin
tərkibinə
daxildir.
84
Elementlərin dövri sistemində məlum olan 109
elementdən 60-ı hüceyrə tərkibində tapılmışdır.
Hüceyrədə elə bir element tapılmayıb ki, o ancaq
hüceyrəyə xas olsun. Belə ki, hüceyrənin tərkibi cansız
təbiətin elementlərindən təşkil olmuşdur.
Hofmeystr hüceyrədəki molekulların miqdarını
hesablamış və onun hesablamasına görə bir qaraciyər
hüceyrəsində molekulların təxmini miqdarı aşağıdakı
kimidir (cədvəl 2).
Cədvəl 2
Zülallar
53000
.
10
6
Yağlar
166000
.
10
6
Kiçik molekullar
2900000
.
10
6
Su
225000000
.
10
6
Bu rəqəmlər göstərir ki, hüceyrədə müxtəlif
molekulların miqdarı olduqca çoxdur. Lakin təkcə
hüceyrədə molekulların miqdarı hüceyrənin fəaliyyəti
haqqında məlumat vermir. Həmin molekulların hər
birinin hüceyrədə müəyyən mövqeyi var. Onlar
hüceyrədə elə qanunauyğun, ardıcıllıqla yerləşmişlər ki,
onların idarə etdiyi proseslər də o qədər qanunauyğun,
ardıcıl, biri digərini tamamlamaqla yerinə yetirilir. Bu
proseslər ağlasığmaz dərəcədə sürətlə gedir. 1 saniyədə
hüceyrədə milyonlarla parçalanma və sintez reaksiyaları
gedir. Onların gedişini fermentlər sürətləndirir.
85
Hüceyrə tərkibindəki elementləri miqdarına görə 3
qrupa bölürlər: I qrupa 4 element – oksigen, hidrogen,
azot, karbon aid edilir. Bu elementlər orqanogen
elementlər adlanır və bütün hüceyrə tərkibinin 98%-ni
təşkil edir. II qrupa – kalium, kalsium, maqnezium,
natrium, fosfor, kükürd, dəmir, xlor daxildir. Bu
elementlər hüceyrə tərkibinin Cəmi 1,9%-ni təşkil edir.
III qrupa bütün qalan elementlər daxildir ki, onlar da
0,01% təşkil edirlər.
Hüceyrədəki kimyəvi birləşmələrin miqdarı 3-ci
cədvəldə verilmişdir.
Cədvəl 3
Hüceyrədəki kimyəvi birləşmələrin miqdarı
(yaş çəkiyə görə faizlə)
Su
75-85
Zülallar
10-20
Yağlar
1-5
Karbohidratlar
0,2-2,0
Nuklein turşuları
1-2
ATF və digər aşağı molekullu üzvi
birləşmələr
0,1-0,5
Qeyri-üzvi maddələr
1,0-1,5
Orqanizmin hüceyrələrindəki maddələr və onların
həyat fəaliyyəti məhsullarında xüsusi karbonlu
birləşmələr var ki, onlar ancaq üzvi aləmə-canlı
orqanizmə xasdır. Bununla belə orqanizmdə elə
86
maddələr də var ki, onlara qeyri-üzvi təbiətdə də rast
gəlinir. Məsələn, su, bir çox duzların məhlulları və s.
Hüceyrələrdəki
maddələr
aşağıdakı
kimi
qruplaşdırılır:
1.Hüceyrənin qeyri-üzvü maddələri
2.Hüceyrənin üzvü maddələri
Qeyri-üzvü maddələrə su, mineral duzlar, üzvi
maddələrə isə zülallar, yağlar, karbohitratlar, nuklein
turşuları, ATF və s. daxildir.
QEYRİ – ÜZVİ MADDƏLƏR
SU
Miqdarına və faizinə görə hüceyrədəki bütün
maddələr içərisində ən çox rast gələni sudur.
Hesablamalar göstərmişdir ki, hüceyrədə 1 molekul
zülala 40.000-50.000 su molekulu düşür. Ümumiyyətlə.
hüceyrə çəkisinin 2/3 hissəsini su təşkil edir. Suyun
miqdarının hüceyrədə çox olması onun həyat fəaliyyəti
proseslərinin normal getməsini təmin edən şərtlərdən
biridir. Hüceyrədə suyun miqdarı nə qədər çox olarsa,
maddələr mübadiləsi də o qədər sürətlə gedir. Odur ki,
bütün hüceyrələrdə suyun miqdarı eyni olmur. İbtidai
orqanizmlərdə hüceyrədəki suyun çox hissəsinin itməsi
onlarda həyat fəaliyyətinin kəskin zəifləməsinə –
anabioza səbəb olur. Belə hüceyrələrə su yenidən daxil
olduqda onlar öz fəaliyyətini bərpa edir.
Suyun miqdarının azalmasına ali orqanizmlər
daha həssasdırlar. İnsan və heyvanlar susuzluğa
nisbətən aclığa daha dözümlü olurlar. Susuzluğa qarşı
davamlılıq təkamül prosesində orqanizmlərin yaşama
87
şəraitinə olan uyğunlaşmalardan biridir. Belə ki,
orqanizmin
çəkisinə
bərabər
miqdarda
suyun
orqanizmdə dəyişməsi orqanizmlərin uyğunlaşdığı
xarici mühitdən asılıdır. Məsələn, amyöba - 7 gün,
insan – 4 həftə, dəvə – 3 ay, tısbağa – 1 il, maldili – 29
il ərzində öz çəkisi miqdarda suyu dəyişdirir. Suyun
molekuldaxili quruluşunun öyrənilməsi göstərmişdir ki,
su molekulunda hər iki hidrogen atomu oksigendən
eyni məsafədə yerləşmişdir və hidrogenlər arasındakı
bucaq 105
⁰-dir. Və hər bir hidrogen atomu oksigenlə
güclü kovalent rabitə ilə birləşmişdir. Ümumiyyətlə, su
molekulu elektrik yükü cəhətdən neytral olmasına
baxmayaraq,
molekul
daxilində
bərabər
paylanmamışdır. Hidrogen atomu tərəfindən müsbət
elektrik yükü, oksigen molekulu tərəfindən isə mənfi
elektrik yükü çoxdur. Beləliklə su molekulu dipol
xüssusiyyətlidir. Elə bu xüssusiyyətin nəticəsidir ki,
elektrik yükü olan müxtəlif molekulları özünə çəkir,
onlarla birləşir və hidratlar əmələ gətirərək həlledici
rolunu oynayır. Su hüceyrə kütləsinin 75%-ni təşkil
edir.
Sitoplazma tərkibindəki su sərbəst və birləşmiş
halda olur. Sərbəst su mineral duzlar, amin turşuları,
karbohidratlar, zülallar və digər maddələr üçün həlledici
olub, dispersiya rolunu oynayır və fermantativ
reaksiyaların çoxunda iştirak edir. İnsan və heyvanların
daxili mühitinin (qan plazması, limfa, toxuma mayesi)
tərkibinə daxil olan sərbəst suyun sayəsində hüceyrələrə
qidalı maddələr çatdırılır və parçalanma məhsulları
hüceyrədən kənar edilir (Şəkil 28). Sərbəst su
88
hüceyrədə azaldıqda maddələr mübadiləsi zəifləyir,
hüceyrənin fiziki xüsusiyyətlərində dəyişiklik yaranır,
hüceyrə kiçilir, elastiklik azalır və s. lakin hüceyrə
ölmür, onda həyat prosesləri davam edir.
Şəkil 28. Suyun müxtəlif konformasiyaları
Birləşmiş su hidratlaşmış və immobil şəkildə
olur. Hidrotasion su zülal molekulları ilə, kationlar və
anionlarla birləşmiş halda olur. Zülal molekullarındakı
birləşmə halında olan su hidrogen rabitələrinin köməyi
ilə saxlanılır. Bundan başqa hidrotasion su kolloid
89
hissəciklərinin solvat qılafını əmələ gətirən dipolun
tərkibinə daxil olur. Suyun bu forması hüceyrə daxili
suyun təqribən 15 faizini təşkil edir. Onun itkisi
hüceyrədə dönməyən proseslərə gətirib çıxara bilər.
Buna görə də həmin suyu həyat üçün zəruri su
adlandırılar. İmmobil su hüceyrədaxili suyun təqribən
30 faizini təşkil edir və zülal mitselləri, membranlar,
liflər və s. arasında olur. Hüceyrəni zədələdikdə,
kəsdikdə immobil su kənara axmır. Hidrotasiyalı sudan
fərqli olaraq immobil su, suda həll olan maddələr üçün
həlledicidir. O, 0
⁰ C-də donur.
Hüceyrədə birləşmiş suyun hətta azacıq hissəsi
çıxarıldıqda biopolimerlərin quruluşu pozulur və
hüceyrənin məhvinə səbəb olur.
Dostları ilə paylaş: |