Азярбайжан Республикасы Тящсил Назирлийи


Bəzi zülalların molekul çəkisi



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə33/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   29   30   31   32   33   34   35   36   ...   126
Bəzi zülalların molekul çəkisi 
Sitoxrom J 
13000 

 
qlobolin 
(insanda) 
156000 


 
92 
Tripsin 
24000  Katalaza 
224000 
Pepsin
 
 
38500  Kollagen 
280000 
Ovalbumin 
43000  Tireqlobin 
(donuzda) 
650000 
İnsulin 
47800  Timonukleohiston 
2150000 
Hemoqlobin 
(insanda) 
68000  Tütün mozaykası 
40000000 
 
Üzvü  maddələr  içərisində  zülallar  ən  mürəkkəb 
maddələrdəndir. Onun strukturunun öyrənilməsi müasir 
kimyanın ən böyük nailiyyətlərindən hesab olunmalıdır. 
Zülallar  polimer  maddələr  olub,  nisbətən  sadə 
monomerlərin    çox  dəfələrlə  təkrar    birləşməsindən 
təşəkkül  etmişdir.  İstər  təbii,  istərsə  də    süni  
polimerlərin əksəriyyəti eyni  monomerlərin təkrarından 
sintez  olunur.  Zülal  isə  bu  cür  polimerlərdən    fərqli 
olaraq,  nisbətən    oxşar  olsa  da  bir-birindən  fərqlənən 
amin turşuları  monomerlərindən sintez olunur. 
Zülalların tərkibinə  daxil olan 20 amin turşusunu 
aşağıdakı kimi təsnif etmək olar: 
1.Monoamin monokarbon turşuları: 
Qlisin (Gly  –   G) 
Alanin (Ala  – A) 
Valin (Val  –  V) 
Leysin (Leu  – L) 
Izoleysin (Ile  – I) 
2.Monoamin  dikarbon turşuları 
Qlutamin turşusu (qlutamat) (Glu  – E) 
Asparagin turşusu (aspartat) (Asp  – D) 


 
93 
3.Diamin monokarbon turşuları 
Arqinin (Arg  – R) 
Lizin (Lys v K) 
Asparagin (Asn  – N) 
Qlutamin (Gln  – Q) 
4.Hidroksilli amin turşuları 
Treonin (Thr  – T) 
Serin (Ser  – S) 
5.Kükürdlü amin turşuları 
Sistin (Cys  – C) 
Metionin (Met  – M) 
6.Aromatik amin turşuları 
Fenilalanin (Phe  – F) 
Tirozin (Tyr  – Y) 
7.Heterotsiklik  amin turşuları 
Triptofan (Trp  – W) 
Prolin (Pro  – P) 
Histidin (His  – H) 
Əksər  zülal  molekullarının  tərkibinə  20  amin 
turşusu  daxil  olur.  Onlardan  hər  birində    -  NH
2
  (amin 
qrupu)  və  -  COOH  (karboksil  qrupu)  olan  atomların 
eyni  qruplaşması  iştirak  edir.  Amin  turşularında  bu 
qrupların    olması  amin  turşularının  bir  çox 
xüsusiyyətlərini,  o  cümlədən  amfoter  xüsusiyyətini  
müəyyənləşdirir (amin qrupu – qələvi,  karboksil qrupu 
– turş xüsusiyyətinə malikdir). 
Amin  turşularının  bir-birinə  oxşarlığı  onların 
hamısında amin və karboksil qrupunun olması ilə bitir. 
Qalan  xüsusiyyətlərinə    görə  20  amin  turşusu  bir-
birindən  kəskin  surətdə  fərqlənir.  Amin    turşusu 


 
94 
molekulunun karboksil və amin qrupundan kənarda olan 
hissəsi  yan  radikal  və  ya    yan  qrup  adlanır,  polipeptid 
daxilində  isə  bu  yan  zəncir  adlanır.  Amin  turşularının 
yan radikalları çox müxtəlifdir. Burada açıq SH zənciri 
(leysin,  valin,  alanin),  benzol  həlqələri  (fenilalanin, 
tirozin),  heterotsiklik  rabitələr  (histidin,  triptofan), 
kükürdlü zəncirlər (sistein, meteonin) və s. rast gəlinir. 
Zülal  molekulu  yaranarkən  amin  turşuları  onlar 
üçün ümumi olan radikallarla birləşir. Belə ki, bir amin 
turşusunun  amin  qrupu,  digər    amin  turşusunun 
karboksil  qrupu  ilə  birləşərək  bir  molekul    su  ayrılır. 
Azad  olmuş  valentlər  hesabına  amin    turşularının  
qalıqları birləşir. Birləşən amin turşuları arasında peptid 
rabitələri        NH  CO-  yaranır,  nəticədə  əmələ  gələn 
birləşmə  peptid adlanır.  İki amin turşusundan dipeptid, 
üç  amin  turşusundan  tripeptid    və  sair  əmələ  gəlir. 
Beləliklə, çoxlu amin turşuları birləşərək polipeptid və ya 
polimer əmələ gətirirlər (şəkil 29). 
 
 
 
Şəkil 29.  Polipeptid zəncirində amin turşularının birləşməsi. 
 
Zülal  molekulunun  spesifikliyi  onu  əmələ  gətirən 
amin  turşularının  miqdarından,    hansı  ardıcıllıqla 
birləşməsindən  asılıdır.  Belə  ki,  ayrı-ayrı  zülal 
molekulları  öz  aralarında  həm  amin  turşularının 
tərkibinə  görə,  həm  amin  turşuları  halqalarının  sayına 


 
95 
görə, həm də  onların zəncirdəki düzülüş qaydasına görə  
fərqlənirlər.  Əgər  hər  bir  amin  turşusunu  hərflə  işarə 
etsək, 20 hərfdən ibarət əlifba alınar. İndi 100, 200, 300 
bu  cür  hərfdən  ibarət  «cümlə»  düzəltsək,  hər  bir  belə 
«cümlə» bir zülal  molekuluna uyğun olar. Cümlədə  bir 
və  ya  bir  neçə  hərfin  yeri  dəyişəndə    cümlənin  mənası 
dəyişdiyi kimi, zülal molekulunda da amin  turşularının 
yerinin  və  miqdarının  dəyişməsi  zülal  molekulunun 
spesifikliyinin  dəyişilməsinə  səbəb  olur.  Hesablamalar 
göstərmişdir  ki,    2-  amin  turşusunun  iştirakı  ilə  əmələ  
gələn zülalların hərəsinin  100 amin turşusu qalığından 
yarandığını təsəvvür etsək,  müxtəlif zülal izomerlərinin 
sayı 10
130
-a bərabər olar. 
Zülal  strukturunu müəyyənləşdirmək üçün birinci 
növbədə  onun  hansı  amin  turşularından    qurulduğunu 
bilmək  lazımdır.  Müasir  laborotoriyalarda  bu  iş  demək 
olar  ki,  avtomatlaşdırılmışdır.  Məlum  olmuşdur  ki,  bir 
çox  zülalların  tərkibinə    20  amin  turşusunun  hamısı, 
bəzi  zülallarda    18,  19,  17  və  s.  amin  turşusu    iştirak 
edir. Məsələn, kozein (südün zülalı), aktomiozin (əzələ 
zülalı),  albumin  (yumurta  zülalı)  tərkibində  aimn 
turşularının  bütün  kompleksi  (20)  iştirak  edir. 
Ribonukleazada – 19, insulində – 18, salmində – 7 amin 
turşusu  iştirak  edir.  Hazırda  əksər  zülallar  üçün  amin 
turşusu  tərkibi  müəyyən  edilmişdir.  Lakin  12  zülalda  
(insulin,  lizosim,  ribonukleaza  və  s.)  amin  turşuları 
tərkibi  müəyyənləşməklə  yanaşı,  onların    hansı  
ardıcıllıqla    zülal  molekulunda  yerləşməsi  də 
müəyyənləşmişdir.  Məsələn,  lizosim  zülalı  molekulu 
129 amin turşusu  qalığından əmələ gəlmişdir. 20 amin 


 
96 
turşusundan  burada    təkcə  qlütamin  iştirak  etmir.  Hər 
bir  amin  turşusu  ölçüsünün  3A
0
    olmasını  nəzərə  alsaq 
aydın    olar  ki,  bir  neçə  yüz  amin  turşusu  halqasından 
ibarət  olan  zülal    makromolekulu  uzun  bir  zəncirdən 
ibarət  olmalı  idi.  Həqiqətdə    isə  bu    zülal  molekulu 
qlobulalar  (kürəciklər)  şəklində  olur.  Deməli,  nativ 
zülallda  (təbii)  polipeptid  zəncir  müəyyən  bir  qaydada  
burulmuşdur.  Tədqiqatçılar  göstərir  ki,  polipeptid 
zəncirin burulmasında heç bir  xaos, təsadüflük yoxdur. 
Hər  bir  zülalın  müəyyən,  həmişə    sabit  düzülmə 
xarakteri  vardır.  Zülal    molekulunun  mürəkkəb 
strukturunda bir neçə quruluş səviyyəsi ayırd edirlər. 
Zülalın quruluş səviyyəsinin ilk dəfə Lindenştrem-
Lanq  rentgen-struktur  analiz  üsulundan  istifadə  edərək 
müəyyənləşdirmişdir.  Zülalın  ilkin  quruluş  səviyyəsi 
polipeptid  zəncirin  özüdür.  Yəni  öz  aralarında 
polipeptid  rabitə  ilə  birləşmiş  amin  turşuları  zənciridir. 
Buradakı    bütün  rabitələr  çox  möhkəm    kovalent 
rabitələrdir. Quruluşun nisbətən yüksək səviyyəsi ikinci  
quruluş  səviyyəsi  adlanır.  Burada  polipeptid  zəncir 
spiral halında burulur. Spiralın burumları sıx yerləşir və 
qonşu  burumlardakı  atomlar  və  amin  turşuları 
radikalları arasında cazibə qüvvəsi yaranır.  O cümlədən  
qonşu  burumlarda  yerləşmiş  peptid  rabitələri  arasında 
hidrogen  rabitələri  yaranır  (NH  və  CO  qrupları 
arasında).  Hidrogen  rabitələri  kovalent  rabitələrdən 
xeyli  zəifdir.  Lakin    təkrarlarla    birləşdikdə  möhkəm 
spiral yaradır. Zülalın ikinci quruluşu sonra hər bir zülal 
üçün  sırf  özünəməxsus,  lakin    qəribə    bir  şəkildə 
bükülür.  Bunun  nəticəsində  zülal  molekulunda  


 
97 
mürəkkəb  bir  konfiqurasiya  alınır    ki,  bu  da  zülalın 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin