QEYRİ – ÜZVİ MADDƏLƏR
Hüceyrə tərkibinə daxil olan elementlərdən
hidrogen, oksigen, azot və karbon üzvi maddələrin –
zülalların,
yağların,
karbohidratların,
nuklein
turşularının və s. tərkibinə daxil olurlar. Digər qeyri-
üzvi elementlərdən kükürd bir çox zülalların tərkibinə
daxil olur, fosfor-nuklein turşularnın, ATF-in əsas tərkib
hissəsini təşkil edir.
Maqnezium-xlorofilin, dəmir-hemoqlobinin, mis
bir çox oksidləşdirici fermentlərin, yod-tiroksinin
(qalxanvari vəzin hormonu), kobalt- B
12
– vitaminin və
s. tərkibinə daxil olur.
Hüceyrədəki digər elementlər qeyri-üzvi duzların,
bəzi üzvi maddələrin tərkibinə daxil olurlar. Hüceyrədə
90
ən geniş yayılmış kation K
+
, Na
+
, Ca
++
, Mg
++
, anionlar
isə HPO
2-
, H
2
PO
4
-
, HCO
3
-
dir.
Hüceyrədə və hüceyrənin xarici mühitində kation
və anionların miqdarı adətən bir-birindən fərqlidir. Belə
ki, K
+
-un miqdarı hüceyrədə çox Na
+
isə az olur.
Əksinə hüceyrəni əhatə edən mühitdə (qanda, dəniz
suyunda) K
+
az, Na
+
çox olur.
Əzələ hüceyrəsində K
+
qandakından 30 dəfə çox
olur. Na
+
isə 10 dəfə xarici mühitdəkindən az olur.
Məməlilərin hüceyrələrində K
+
ionu 50-dən çox
fermentin fəallığı üçün tələb olunur, Na
+
fizioloji rolu
isə orqanizmdə ancaq izotonik mühiti yaratmağa kömək
etmək və ion kanalları vasitəsi ilə membran
potensialının tənzimlənməsində iştirak etməkdir. K
+
və
Na
+
ionlarının qatılığındakı fərq hüceyrə yaşadığı
müddətdə həmişə saxlanır. Hüceyrə öləndən sonra K
+
və
Na
+
-un hüceyrədə və interstisial mühitdəki qatılığı
bərabərləşir. Odur ki, hüceyrədə və xarici mühitdə
qeyri-üzvi ionların miqdarının hüceyrənin normal həyat
fəaliyyəti üçün böyük əhəmiyyəti vardır.
Hüceyrələrdə mineral duzlar adətən suda həll
olmuş vəziyyətdə mövcud olurlar. Lakin bəzi
hüceyrələrdə duzlar həll olmayan birləşmələr şəklində
də mövcud olurlar. Məsələn, sümük toxumasının,
ilbizlərin çanağının möhkəmliyinin səbəbi onların
tərkibində həll olmayan kalsium fosfat duzunun
olmasıdır. Əgər insan və heyvanların qidasında
bitkilərin tərkibində qeyd edilən elementlər (P, K, Na,
Ca, Cu, Y, Co, Mn və s) kifayət qədər olmasa sümük
toxumasının yaranması prosesi pozular, nuklein
91
turşuları, hemoqlobin, xlorofil, tiroksin və s. həyat üçün
zəruri olan birləşmələrin sintezi pozular və nəticədə
müxtəlif xəstəliklər baş verər, böyümə və inkişaf
gecikər və s.
Dostları ilə paylaş: |