Şəhil 14.1. Günəş sisteminin ümumi mənzərəsi
Günəş sisteminin böyük planetlərindən, Merkuri, Venera, Mars, Yupiter və Saturn çox qədimdən məlum idi. Onla-rın kim tərəfindən kəşf olunması haqqında heç bir məlumatı-mız yoxdur. Uran 1781-ci ildə Herşel tərəfindən kəşf olun-muşdur. Neptun planetinin mövcudluğu və yeri isə əvvəlcə onun Urana göstərdiyi sarsıdıcı təsirinə görə Leverye və ondan asılı olmadan Adams tərəfindən nəzəri olaraq hesablan-mışdır. 1846-cı ildə onu nəzəri hesablamalardan cəmi 1° fərq-lənən yerdə Halle kəşf etmişdir. Nəhayət Günəş sisteminin so-nuncu planeti Pluton 1930-cu ildə Tombo tərəfindən fotoqra
fik yolla kəşf olunmuşdur.
2002-ci ilin iyun ayında Palomar rəsədxanasında (Kali-forniya, ABŞ) Truylun və Braun, Koyper qurşağında Günəş sisteminin onuncu planetini kəşf etdilər. Ona Kvavar adı ve-rildi. Lakin onun planet olması böyük şübhə altındadır. О öz ölçülərinə görə daha çox kiçik planetə-asteroidə uyğun gəlir.
Kvavarın radiusu Plutonun radiusundan iki dəfə kiçik, heliosentrik məsafəsi təxminən 6 150 000 000 km-dir. Güman edilir ki, o buz və qaya suxurlarından ibarətdir.
Günəş sistemi planetlərinin toplam kütlələrinin 98%-i nə-həng planetlərin payına düşür.
Dostları ilə paylaş: |