Venera. Günəşdən olan orta məsafəsi
R=108 209 000 km=0.72 a.v., ekvatorial radiusu
R=6051 km=0.95 Re ,
kütləsi
M=4.87»1027q=0.82 Me ,
orta sıxlığı
p=5.25 q/sm3=0.95pe , səthində gravitasiya təcili
g=887 sm/s2=0.90 ge ,
orta orbital sürəti
uorb=35.0 km/s,
parabolik sürət
Up=10.36 km/s=0.925 ıv, siderik dolanma dövrü
T=224 orta Günəş günü, sinodik dolanma dövrü
S=583.92 orta Günəş günü.
Veneranın öz oxu ətrafında fırlanma dövrü 243 gündür. О öz oxu ətrafında tərs (Günəş ətrafında dolanmasının əks is-tiqamətində) fırlanır.
Venera çox sıx atmosferə malikdir. Onun səthində tem-peratur 735 K, atmosfer təzyiqi 90 atm -dir. Məxsusi maqnit sahəsi yox dərəcəsindədir. Peyki yoxdur.
Venerada dağlar, kraterlər, çatlar, konus şəkilli püskür-mələr; uzunluğu 1500 km, eni 150 km və dərinliyi 2 km olan yarganlar aşkar edilmişdir. Bu məlumatlar "Venera" avtomat stansiyası vasitəsilə əldə edilmişdir.
Mars. Günəşdən olan orta məsafəsi
r=227 937 000 km=1.52 a.v., ekvatorial radiusu
R=3 397 km=0.53 Re ,
kütləsi
M=6.42»1026q=0.11 Me ,
orta sıxlığı
p=3.92 q/sm3=0.71p© , səthində gravitasiya təcili
g=372 sm/s2=0.38 ge ,
parabolik sürət
up=5.02 km/s=0.45 uep,
orta orbital sürəti
uorb=24.1 km/s,
siderik dolanma dövrü
T=686.98 orta Günəş günü, sinodik dolanma dövrü
S=779.94 orta Günəş günü.
Marsın öz oxu ətrafında fırlanma dövrü 24h 37m 23s -dir. О düz fırlanır. Marsın ekvatoru ekliptika ilə 24°56' -lik bucaq əmələ gətirir və ona görə fəsillərin dəyişməsi baş verir.
Marsın iki peyki - Fobos (Qorxu) və Deymos (Dəhşət) vardır. Onlar 1877-ci ildə amerikan astronomu Holl tərəfin-dən kəşf olunmuşdur.
Marsın səthində narıncı -qırmızı rəngə çalan yerlər -"qi-tələr", tutqun yerlər -"dənizlər" vardır. Onun qütb bölgələr-ində müşahidə olunan ağ ləkələr qütb papaqları adlanır.
Marsda kraterlər, vulkanik qalıqlar, hündür dağlar və yarğanlar vardır. Marsdakı dağların hündürlüyü 24 km-ə ça-tır ki, bu da Günəş sistemi planetlərdəki dağların ən hündürü-dür. Yerdəki dağların maksimal hündürlüyü 10 km ola bilər. Mars qabığı dəmir oksidi ilə zəngin olduğundan qırmızı rəng-də görünür.
Dostları ilə paylaş: |