Backup of Uz Qabigi
Cədvəl 14.1 Cədvəl 14.1 -də planetlərin (14.1) və (14.2) empirik düs-turlarına görə hesablanmış və müşahidə olunmuş heliosentrik məsafələri verilmişdir. Müşahidələrlə müəyyən olunmuşdur ki, asteroidlərin parlaqlığı dəyişir. Bu o deməkdir ki, asteroidlər düzgün for-maya malik olmayan qəlpələrdir. tki asteroid qrupu xüsusi maraq kəsb edir. Onlar Günəş-dən və Yupiterdən eyni məsafədə olub, Yupiterin orbiti üzrə dolanırlar. Bu asteroid qruplarından biri 60° Yupiterdən qa-baqda, digəri isə 60° Yupiterdən arxada yerləşir. Yupiterdən Yupite Yunanla
. Troyanlar Şəkil 14.6. "Yunanlav" və "Tvoyanlav" öndə gedən asteroid qrupu "Yu-nanlar", arxada ge-dən asteroid qrupu isə "Troyanlar" adlanır (onlara tro-yan müharibəsinin qəhrəmanlarının adı verilmişdir). Onların Günəş ət rafında dolanma dövrü Yupiterin Günəş ətrafında dolanma dövrünə bərabərdir. Beləliklə, şəkil 14.6 -da göstərildiyi kimi "Yunanlar", "Troyanlar" və Yupiter bərabər tərəfli üçbucağın təpələrində yerləşir və Günəş ətrafında dolanaraq həmişə bə-rabər tərəfli üçbucağın təpələrində qalır. Bu da Laqranjın xü-susi üç cisim məsələsinə tam uyğun gəlir. §14.6. Kometlər Günəş sisteminin ən maraqlı üzvlərindən biri də komet-lərdir. Komet yunanca kometos sözündən olub "quyruqlu ulduz" deməkdir. Əvvəllər güman edilirdi ki, kometlər atmosfer hadisəsidir. Yalnız XVI əsrin axırında Tiho Brahe isbat et-mişdir ki, kometlər Aydan uzaqdadır, təxminən 100 il sonra isə Nyuton göstərmitşdir ki, kometlərin hərəkəti də ümum-dünya cazibə qanununa tabedirlər. tngilis alimi Halley bir çox kometlərin orbitlərini hesablamış və onların Günəş sisteminin cisimləri olduğunu isbat etmiş- dir. Kometlər kürə şəkilli nü-vədən, nüvə ətrafı buluddan (komadan) və quyruqdan iba-rətdir. Komet Günəşdən uzaq-da olduqda o tutqun ləkə şək-lində görünür. Günəşə yaxın-laşdıqca onun Günəşə tərəf çevrilən hissəsi qızır, buxarla-nır. tşığın təzyiqi və Günəşdən gələn yüklü hissəciklərin təsiri ilə bu buxar Günəşdən əks tə-rəfə yönələn quyruğa çevrilir. Şəkil 14.7-də Halle kome- tinin orbiti göstərilmişdir. Şəkil UJm Halle kometinin orbiti Komet nüvələri kiçik meteor hissəcikləri toplusundan ibarətdir. Onun sıxlığı çox kiçik olub, Yer atmosferinin sıxlı-ğından da kiçikdir. Kometlərin ölçüləri böyükdür. Bəzi komet nüvələri Yerdən də böyükdür. Lakin onların kütləsi Yerin kütləsindən milyon, hətta milyard dəfə kiçikdir. Kometlərin orbitləri elliptik, parabolik və hiperbolik ola bilər. Aydındır ki, orbitinin eksentrisiteti e< 1 olan elliptik ko-metlər periodik olaraq görünür və periodik kometlər adlanır. Eksentrisiteti e=1 və e>1 olan kometlər isə Günəş sisteminin müvəqqəti cisimləridir. Elliptik kometlərin də eksentrisiteti çox böyükdür. Məsə-lən, şəkil 14.7 -də göstərilən Halley kometinin eksentrisiteti e=0.97, böyük yarım oxu a=17.95 a.v., periheli məsafəsi q=0.59 a.v., afeli məsafəsi isə Q=35.30 a.v.-dir. Beləliklə, orbitin perihelisində komet Veneranın orbitinin daxilinə keçir, afelisində isə Neptunun orbitindən də kənara çıxır.
şir. Şəkil 14.8 -də Vesta kometi göstərilmişdir. Güman edilir ki, ko-metlər Yupiter və onun peyklərində baş verən vul-kan püskürmələri zamanı əmələ gəlir. Lakin professor Vsexsvyatskinin təklif etdiyi bu mexanizmin bir çətinliyi vardır. Hesabla
Professor Orlov hesab edir ki, kometlər asteroidlərin və ya asteroidlə iri meteoridin toqquşması zamanı əmələ gəlir. Toqquşma nəticəsində asteroid kiçik qəlpələrə parçalanır və ətrafında əmələ gələn külli miqdarda tozla Günəşə yaxınlaş-dıqda qəlpələr qızır, buxarlanır və nəticədə meteorid qəlpəsi qaz və toz dumanlığına bürünərək komet əmələ gətirir. § 14.7 Meteorlar Asteroidlərin bir-biri ilə toqquşması, kometlərin Yerlə toqquşması, kometlərin dağılması və s. nəticəsində planetlər arası fəzada çoxlu miqdarda toz yığışır. Bu toz əsasən eklipti-ka müstəvisində sıxlaşır. Toz hissəcikləri Yer atmosferinə düş-dükdə tormozlanır, sürtünmədən qızır, əriyir və qarşısına gə-lən molekul və atomları ionlaşdırır və atmosferdə qısa müd-dətli işıqlanma yaradır, buna "meteor" deyilir. El arasında buna "düşən ulduzlar" deyilir. Meteorların işıqlanması Yer atmosferinin 80-120 km hündürlüyündə baş verir və 3-5 saniyə davam edir. Meteor hissəciklərinin sürəti təxminən 30-40 km/s olur. Yerin qarşı-sından gələn hissəciklərin sürəti 75 km/s, arxasından gəlib onun atmosferinə çatan hissəciklərin isə sürəti 14 km/s olur. Meteor hissəciklərinin ölçüləri çox kiçik, kütlələri bir neçə qramdan 10-3 q-a qədər olur. Bir gün ərzində Yer atmosferinə düşən meteor hissəciklərinin sayı 108-109-a çatır. Mikro meteor hissəciklərinin kütləsi 10-8 10-12 q, ölçülə-ri isə bir neçə mikrometr olur. Kütləsi böyük olan meteor hissəcikləri Yer atmosferində daha geniş miqyaslı alışma yaradır və parlaq kürə kimi görü-nür. Bu kürəşəkilli alışma atmosferdə partlayır, böyük gurul tu verir. Beb meteorlar "bolid" adlanır. Şəkil 14.9 -^ I da bolid göstərilmişdir. Yuxarıda dediyimiz kimi meteor hissəciklərinin / yaranma mexanizmlərin-dən biri də kometbrin Yer-b toqquşmasıdır. Hesabla-шашмляк!»^^, malar göstərir ki, Yerin ko- Şəkil 14.9. Bolid . .. • ч . met nüvəsi ilə toqquşma ehtimalı çox kiçikdir (~10-9). Nüvəətrafı toz və qaz dumanlı-ğının ölçüləri Yerin ölçülərindən dəfələrlə böyük olduğundan onun Yerlə toqquşma ehtimalı böyükdür. Belə bir hal 1833 -cü il noyabrın 12 -də olmuşdur. Bu toqquşma zamanı 200 000 -dən çox meteor seli əmələ gəlmişdir. Bu hadisə "meteor yağı-şı" adlanır. Maraqlıdır ki, bu meteor seli Günəş ətrafında ko-metin dolandığı orbit üzrə dolanır və orbit boyu təxminən bə-rabər paylanır. Onlar bir müddət ana kometlə yanaşı yaşayır, zaman keçdikcə komet dağılır, buxarlanır və yox olur. Meteor seli isə Günəş ətrafında dolanmaqda davam edir və döv-rü olaraq Yer orbitini kəsir və "meteor yağışı" yaradırlar. Meteor selinin Yer orbitini kəsməsi sxematik olaraq şəkil 14.10-da göstərilmişdir. Meteor selinin izlərini əks istiqamətdə uzatsaq, onlar bir nöqtədə kəsişir. Bu nöqtə
Yüklə 3,95 Mb. Dostları ilə paylaş: |