Backup of Uz Qabigi



Yüklə 3,95 Mb.
səhifə163/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   159   160   161   162   163   164   165   166   ...   183
§14.4. Nəhəng planetlər

  1. Yupiter. Günəş sisteminin ən böyük planetidir. Günəş-dən orta məsafəsi 778 600 000 km=5.20 a.v., Günəş ətrafında siderik dolanma dövrü 4 334.6 gün, sinodik dolanma dövrü 398.87 gün, ekvatorial radiusu 71 492 km, kütləsi 1.899-1030q (Yerinkindən 318 dəfə böyük), orta sıxlığı 1.33 q/sm3, səthin-də qravitasiya təcili 2482 sm/s2, böhran sürəti (parabolik sü-rət) 59.5 km/s, effektiv temperaturu 134 К və orta orbital sü-rəti 13.1 km/s -dir.

Yupiter öz oxu ətrafında sürətlə fırlandığından basıqlılığı Yerinkindən xeyli böyükdür (1:15).

Yupiterin xarici görünən səthi şəffaf olmayan bulud örtü-yündən ibarətdir. Onun ekvatorundan qütblərinə doğru uzaq-laşdıqca müxtəlif zonalar üçün fırlanma dövrü müxtəlifdir. Yəni müxtəlif zonalar müxtəlif sürətlərlə fırlanır. Başqa sözlə Yupiter bərk cisim kimi fırlanmır.

Yupiterin 18 peyki və nazik halqa sistemi vardır. Onların bəziləri planetdən çox uzaqdadır və Günəşin təsiri ilə qapalı olmayan trayektoriyalar üzrə hərəkət edirlər.

Yupiterin tədqiqində ABŞ -da buraxılan "Pioner -10" (1973), "Pioner -11" (1974), "Vodyager -1" (1979), "Vodyager -2" və "Qalileo" (1995 -2001) kosmik aparatlarının böyük ro-lu olmuşdur.



  1. Saturn. Günəşdən orta məsafəsi 1433700000 km=9.58 a.v, siderik dolanma dövrü 10 835.3 gün, sinodik dolanma dövrü 378.09 gün, orbital sürəti 9.6 km/s, kütləsi 5.685-1029q (Yerinkindən 95 dəfə böyük), orta sıxlığı 0.79 q/sm3, ekvato-rial radiusu 60 268 km, səthində qravitasiya təcili 1040 sm/s2, böhran sürəti 35.5 km/s, effektiv temperaturu 97 K-dir.

Saturnun basıqlılığı (1:10) çox böyükdür. O da bərk cisim kimi fırlanmır. Ekvatorda fırlanma dövrü 10h 12m, 40° -lik en-likdə isə 10h 40m -dir. Saturnun ekvator müstəvisində halqa

Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin