Şəkil 15.1. Bizim Qalahtihanın sxematik quruluşu
Şəkil 15.2. Bizim Qalatikanın spiral quruluşu və Günəşin yeri
Şəkil 15.1-də Qalaktikanın quruluşu sxematik olaraq göstərilmişdir. Şəkil 15.2 -də isə Qalaktikanın spiral qolları və Günəşin yeri göstərilmişdir.
§ 15.2. Bizim Qalaktikanın üzvləri
Bizim Qalaktikaya daxil olan əsas göy cisimləri ulduzlar-dır. Ulduzlar Qalaktikada müəyyən qruplar və ya ulduz topa-ları əmələ gətirirlər. Topaya daxil olan ulduzlar dinamik əla-qədə olub, birgə hərəkətdə iştirak edirlər.
Ulduz topaları xarici görünüşlərinə görə üç qrupa ayrılır:
-
Kürəvi ulduz topaları;
-
Açıq və ya dağıınq ulduz topaları;
-
Ulduz assosiasiyaları;
Kürəvi ulduz topalarında 100 minlərlə ulduz olur. Bu to-paların orta diametri 30 ps tərtibindədir. Kürəvi topalarda ul-duzlarm konsentrasiyası Qalaktikada ulduzların orta konsentrasiyasından qat-qat böyükdür. İndiyə qədər Qalaktikamızda 130 kürəvi ulduz topası kəşf olunmuşdur.
Şəkil 15.3 -də Herku-les bürcündəki kürəvi ul-duz topası göstərilmişdir.
Dostları ilə paylaş: |