Backup of Uz Qabigi


§ 15.4. Qalaktikada ulduzların pekulyar sürətləri



Yüklə 3,95 Mb.
səhifə174/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   170   171   172   173   174   175   176   177   ...   183
§ 15.4. Qalaktikada ulduzların pekulyar sürətləri
Hər bir ulduz, o cümlədən Günəş Qalaktikanın fırlanma-sında iştirak etməklə yanaşı məxsusi və ya pekulyar hərəkətə də malikdir. Yəni hər bir ulduz ətrafda yerləşən ulduzlarla birlikdə Qalaktikanın mərkəzi ətrafında fırlanır və eyni za-manda bu ulduzlar arasında müəyyən istiqamətdə də hərəkət edir. Ulduzların bu hərəkət sürətlərini Dopler effektinə görə təyin etmək olar. Ümumi halda ulduzun hərəkət istiqaməti Günəşlə ulduzu birləşdirən düz xətlə bucaq əmələ gətirir. Onun hərəkət sürətini bu istiqamət və ona perpendikulyar ol-maqla iki toplanana ayırmaq olar. Onlardan ulduz - Günəş is-tiqamətində olan komponentə şüa sürəti, bu istiqamətə per-pendikulyar olan komponentə isə tangensial sürət deyilir.

Şüa sürətlərinə görə təyin olunmuşdur ki, Günəşin pekul-yar sürəti 20 km/s olub Herkules bürcünə doğru yönəlmişdir. Günəşətrafı ulduzların pekulyar hərəkətləri ixtiyari istiqamət-lərdə baş verir. Günəş ətrafında yerləşən ulduzların pekulyar sürətlərinin maksimal qiyməti 500 km/s - dir.

Aydındır ki, ulduzların pekulyar hərəkətləri nəticəsində ulduz bürclərinin görünüşü uzun illərdən sonra böyük dəyişik-liklərə məruz qalacaqdır. Fakin elə ulduz qrupları vardır ki, onların pekulyar hərəkətləri və sürətləri bir-birinə çox yaxın
dır. Belə ulduzlar qrupu bütövlükdə hərəkət etdiyindən onla-rın xarici görünüşü uzun müddət dəyişməz qalır.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin