§ 15.10. Kainatın genişlənməsi
Spektroskopik müşahidələr göstərmişdir ki, bütün qalak-tikaların spektrində spektral xətlər spektrin qırmızı tərəfinə doğru sürüşmüşdür. Bu hadisə Kainatın genişlənməsi ilə izah oluna bilər. Kainat genişləndiyindən qalaktikalar bir-birin-dən, o cümlədən də bizim Qalaktikadan uzaqlaşırlar. Bu za
man məşhur Dopler effektinə görə qalaktikaların spektrində spektral xətlər spektrin qırmızı kənarına tərəf sürüşməlidir. Bu sürüşmənin qiyməti
düsturu ilə təyin olunur. Burada 10 - tərpənməz laboratoriya
işıq mənbəyində spektral xətlərin dalğa uzunluğu, l- hərəkət edən işıq mənbəyinin spektrindəki həmin xəttin dalğa uzunlu-ğu, u - işıq mənbəyinin hərəkət sürəti və c - işıq sürətidir. Ay-dındır ki, işıq mənbəyinin hərəkət istiqaməti baxış şüası ilə J bucağı əmələ gətirsə (15.4)
kimi yazılmalıdır. Burada ur-şüa sürətidir.
Aydındır ki, qalaktikaların spektrində spektral xətlərin laboratoriya spektrinə nəzərən Al sürüşməsini təyin etməklə onun hərəkət sürətini, daha doğrusu uzaqlaşma sürətini təyin etmək olar, yəni
Müşahidələrlə müəyyən olunmuşdur ki, qalaktikaların Yerdən məsafəsi artdıqca onların uzaqlaşma sürəti xətti olaraq artır, yəni
harada ki, r - qalaktikanın geosentrik məsafəsi, H - mütəna-siblik əmsalıdır. Sonuncu ifadə Habbl tərəfmdən verilmiş və Habbl qanunu, H isə Habbl sabiti adlanır. Qeyd edək ki, (15.7) ifadəsi yalnız
şərti ödənildikdə doğrudur.
İndiyə qədər müşahidə olunmuş ən uzaq qalaktikalar
üçün
Bu hal üçün qalaktikaların uzaqlaşma sürətini Habbl qa-nunundan təyin etmək olmaz. Ən uzaq kvazarlar üçün
Habbl sabitini məsafəsi başqa üsullarla təyin olunmuş və bizə yaxın qalaktikaların spektrində qırmızı sürüşməni ölçməklə təyin etmək olar. Lakin bizə yaxın olan qalaktikalar üçün Habbl qanunu pis ödənilir. Hətta elə qalaktikalar da var ki, onlar bizdən uzaqlaşmır, tərsinə bizə yaxınlaşır. Ona görə Habbl sabitini dəqiq təyin etmək mümkün deyil.
Çoxlu sayda müşahidələr əsasında müəyyən olunmuşdur ki, Habbl sabiti 60-80 km/s-mps (km/saniyə. meqaparsek) arasında dəyişir.
Adətən Habbl sabiti üçün
H = 75 km/s-mps
qəbul olunur.
(15.8)
Habbl qanunu qalaktikalara qədər məsafəni təyin etmə-yə də imkan verir. Doğrudan da (15.7)-dən
_ ur _ с Ak
r~ ıı ~ hT
olar. Məsələn Al =1 olsa (15.8)- dən alarıq ki,
r » 4000 mps.
ƏDƏBİYYÄT
-
R.Ə. Hüseynov, Astronomiya, Bakı, 1997.
-
Э.В. Кононович, В.И. Мороз, Курс общей астрономии, Москва, 2001.
-
И.Ф. Полак, Курс общей астрономии, Москва, 1951.
-
К.А. Куликов, Курс сферической астрономии, Москва, 1974.
-
М.М. Дагаев, В.Г. Демин, В.М. Чаругин, Астрономия, Москва, 1983.
-
M.U. Haşımzadə, Astronomiya, Bakı, 1970.
-
О.Струве, Б.Линдс, Э. Пилланс, Элементарная астрономия, Москва, 1967.
-
И.Ф.Субботин, Введение в теоретическую астрономию, Москва, 1968.
-
Под ред. З. Копала, Физика и астрономия Луны, Москва, 1973.
-
В.А. Бронштен, Планеты и их наблюдение,
Москва, 1979.
-
Б.А. Воронцов - Вельяминов, Внегалактическая астрономия, Москва, 1978.
-
А.А. Михайлов, Теория затмений, Москва,
1951.
Dostları ilə paylaş: |