§ 15.8. Fəal nüvəli qalaktikalar
Bəzi qalaktikaların nüvəsində güclü enerji mənbələri var-dır. Bu enerjini adi ulduzların şüalanması ilə izah etmək müm-kün deyil. Bəzi qalaktikaların nüvəsinin enerjisi qalaktikanın bütün ulduzlarının summar şüalanmasından da böyük olur. Belə qalaktika nüvələri fəal nüvələr adlanır.
Qalaktikalar nüvələrinin fəallığına görə iki növə ayrılır:
-
Seyfert qalaktikaları,
-
Radioqalaktikalar.
Seyfert qalaktikalarının mərkəzində bucaq ölçüləri çox kiçik olan güclü şüalan-ma mənbəyi müşahidə olunur. Şüalanmanın kəsilməz spektri qeyri istilik xarakterlidir. Spektral xətlərin profil-lərinin çox güclü geniş-lənməsinə görə müəy-yən edilmişdir ki, nüvə
də qaz çox böyük sürətlə hərəkət edir. Nüvələrin işıqlılığı aylıq, həftəlik və hətta günlük dövrlə dəyi-şir.
Radioqalaktikaların
nüvələri güclü radioşüa-lanma mənbəyidir. Bu şüalanma qalaktikanın nüvəsindən atılmış relyati-vist zərrəciklərin maqnit
Şəkil 15.13 Radioqalaktika 1 • 1 1 1
sahəsində hərəkəti zamanı əmələ gələn sinxrotron şüalanmasıdır. Indiyə qədər 500-ə qə-dər radioqalaktika kəşf olunmuşdur.
Şəkil 15.12 Seyfert qalaktikası və şəkil 15.13-də isə Sen-tavr bürcündəki radioqalaktika göstərilmişdir.
Dostları ilə paylaş: |