§ 15.6. Kosmik şüalar
Bu fəslin birinci paraqrafında dediyimiz kimi Qalaktika-da kosmik şüalar - işıq sürətinə yaxın sürətlərlə hərəkət edən yüksək enerjili elementar zərrəciklər və atom nüvələri də möv-cuddur. Onların enerjisi yüz milyard elektron -voltlarla (~10neV) ölçülür. Onlar Yer atmosferinə qədər gəlib çatır və orada molekullar və atomlarla toqquşaraq ikinci komik şüa-lar əmələ gətirirlər.
Tədqiqatlar göstərir ki, kosmik şüalar Qalaktikada izot-rop paylanıb. Onlar öz hərəkət istiqamətini çox qat dəyişir, yəni diffuziya edir. Nəticədə onlar Qalaktikada çox uzun yol qət edirlər. Onların hərəkət istiqamətini dəyişdirən səbəb Qa-laktikanın maqnit sahəsidir. Məlumdur ki, maqnit sahəsi yüklü zərrəcikləri yalnız maqnit qüvvə xətləri istiqamətində hərəkət etməyə məcbur edir. Ümumi halda yüklü zərrəciklər maqnit qüvvə xətləri ətrafında spirallar üzrə hərəkət edir. Maqnit qüvvə xətləri qapandığından kosmik şüaların Qalak-tikadan çıxması üçün maqnit sahəsinin gərginliyi 10-6-10-5 ers-teddən kiçik olmalıdır.
Kosmik şüaların izotropluğu göstərir ki, Qalaktikada ul-duzlararası maqnit sahəsinin qüvvə xətləri mürəkkəb və dola-şıqdır. Ona görə yüklü zərrəciklər qazlarda molekulların dif-fuziyasına bənzər hərəkət edir və ona görə də izotrop payla-nır.
Bir çox astronomların qənaətinə görə Qalaktikada ilk kosmik şüalar ifrat yeni ulduz püskürmələri zamanı yaranır.
Kosmik şüalar Qalaktikada seyrəlmiş qazları milyon də-rəcəyə qədər qızdırır. Qalaktikanın sferik hissəsinə aid olan bu isti və seyrəkləşmiş qaz geniş bir həcmi doldurur.
İlkin kosmik şüalar Qalaktikanın ulduzlararası diffuz mühitin sıx qatlarından keçdikcə maddə ilə qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsir nəticəsində Qalaktikada güclü qamma
Dostları ilə paylaş: |